Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitə təsirin qiymətləndirilməsində



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə38/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   191
etraf muhitin iqtisadiyyati

3.Ətraf mühitə təsirin qiymətləndirilməsində 
indikatorlar, nöqsanlar və risklər 
 
Ekoloji fəlakət və texnogen proseslərin insanla-
ra və təbiətə neqativ təsiri, riskin qiymətləndirilməsi 
müvafiq qanunvericiliyin olmasını, bunun üçün stan-
dart və normativlərdən istifadəni nəzərdə tutur. 
Ekoloji riskin qlobal xarakteristikası arasında bio-
sferin orta xüsusiyyətlərinin dəyişməsinin səviyyəsi də 
müəyyən mövqe tutur. Bu xüsusiyyətlər antropogen 
amillərin təsirilə və təbii səbəblərə görə də tədricən də-
yişməyə məruz qalır. 
Hazırda insan həyatına təbii mühitin təsiri, həyat 
riski fərqləndirilir. Riskin qiymətləndirilməsində 
sosial 
və fərdi risk
kimi iki müxtəliflik mövcuddur. 
Risk və tibbi demoqrafiyanın təhlilində əsas ölçü-
lərə aşağıdakılar aiddir: əhalinin yaşa görə paylanması, 
ölüm və xəstəlik əmsalları, yaşama funksiyası, müxtəlif
yaşlara görə gözlənilən həyat ömrünün uzunluğu və s.
Sosial risk
, bu sənaye, energetika, hərbi və digər 
obyektlərdə ağır və xüsusən insan ölümü ilə nəticələnən 


75
mümkün qəzaları səciyyələndirir. 
Fərdi risk
– fərdin 
bütün həyatı boyu hesablanmış ziyanın (ölümünün) ehti-
malı ilə təyin edilir. Kimyəvi maddələrin istifadəsi ilə 
yaranan ekoloji risk keyfiyyətcə əlverişsiz nəticələrin 
xassəsi vasitəsilə, kəmiyyətcə isə baş vermə ehtimalı ilə 
səciyyələnir. Riskin təhlilinə iki mərhələ daxildir: onun 
qiymətləndirilməsi və idarə olunması. Birinci mərhələyə 
əlverişsiz nəticələrin ehtimalının qiymətləndirilməsi aid-
dir, ikinci mərhələ isə eyniləşdirilmiş riskə görə təsir tər-
zinin seçilməsindən ibarətdir. Ekoloji riskə aid olan in-
formasiya elə təşkil olunmalıdır ki, insanın əhatəsindəki 
təbii mühit haqqında qərar qəbul edilə bilsin. Əldə edil-
miş məlumatlardan müxtəlif idarəetmə fəaliyyəti tiplərinə 
kömək edilməsindən istifadə oluna bilər. Məsələn, sə-
nayedə təhlükəli kimyəvi maddələrin basdırılma yerinin 
təyin olunmasında, pestisidlərdən istifadə normalarının 
müəyyənləşdirilməsində, bir çox kimyəvi və digər amillə-
rin təsir göstərdiyi ekosistemlərin qorunmasında və s. 
Faydalı qazıntılardan və ilkin xammaldan komp-
leks istifadə edilməsi xalq təsərrüfatının müxtəlif məh-
sullara olan tələbatının ödənilməsi zəruriyyətindən irəli 
gəlir. Tükənən sərvətlər qrupuna daxil olan faydalı qa-
zıntıların ehtiyatı istismar prosesində xeyli azalır, bəzi 
mədənlər tükənib sıradan çıxır. Yeni kəşf edilmiş yataq-
lar, təkrar xammaldan və istehsal tullantılarından istifa-
də edilməsi hesabına istehsalın tələbatı ödənilir. Bütün 
bunlar çoxlu kapital qoyuluşu, material və əmək sərfin-
dən istifadə edilməsi şəraitində həyata keçirilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə