Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


dan çıxma təhlükəsi ondan kompleks planlı qaydada



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə36/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   191
etraf muhitin iqtisadiyyati

dan çıxma təhlükəsi ondan kompleks planlı qaydada, 
qənaətlə istifadə etməyi tələb edir.
Ona görə də hazır-
kı şəraitdə dünya ölkələrində ətraf mühitin qorunması-
nın və təbii ehtiyatlardan istifadənin kompleks planlaş-
dırılması vacib amil kimi ön plana çəkilir. Kompleks 
planlaşdırma təbii ehtiyatlardan ardıcıllıqla, səmərəli is-
tifadə etməyə, onun aktiv elementlərlə çirklənməsinin 
qarşısını almağa şərait yaradır. 
Təbii ehtiyatların kompleks planlaşdırılması 
bir neçə istiqamətdə həyata keçirilir:
1) kənd təsərrü-
fatı sistemində ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, 
tədarükü, emalı, satışı, onunla əlaqədə olan və ona xid-
mət edən sahələrin kompleks formada istifadəsini və ət-


72
raf mühitin zərərli maddələrlə çirklənməsinin qarşısının 
alınması üçün, 2) faydalı qazıntıların çıxarılması, emalı 
sənayenin, onunla bağlı olan sahələrin inkişafı və bura-
da əmələ gələn tullantıların təkrar emalının kompleks 
planlaşdırılması üçün, 3) yanacaq, energetika, onunla 
bağlı sahələrin inkişaf etdirilməsi üçün və s. Çirklənmə-
nin vəziyyətinin və yüksək keyfiyyətli təbiətin ətraf mü-
hitinin saxlanılması üçün əsas plan göstəricilərinin 
müəyyən edilməsi və onun iqtisadi cəhətdən qiymətlən-
dirilməsi imkan verir ki, təbiətin ətraf mühitini müdafiə-
yə, bərpa və yaxşılaşdırmaq məqsədilə kompleks plan 
hazırlansın. Bu plan, sənayenin inkişafı və xidmət sahə-
sinin planına müvafiq surətdə hazırlanmalıdır. 
Kompleks plan hazırladıqda xərclərin əsaslan-
dırılmış minimal miqdarı müəyyənləşdirilməlidir.
Bu 
xərclər illik və çoxillik, kompleksli, perspektivə planlaş-
dırılmış yerli, rayon və milli səviyyədə büdcə ilə uyğun-
laşdırılmalıdır. Gəlir nə qədər çox olsa, təbiətin ətraf 
mühitinin qorunmasına bir o qədərdə çox pul ayırmaq 
mümkün olur. 
Hazırda təbiətin ətraf mühitinin vəsait mənbəyinin 
istifadə edilməsinin qəbul edilmiş prinsiplərinin hüquqi 
və sosial-iqtisadi aspektləri (baxış, nöqteyi – nəzər) hə-
ləlik, kifayət qədər tam işlənib hazırlanmamışdır. Ona 
görə də təbiətin ehtiyatlarına (xəzinəsinə)qarşı təsərrü-
fatsızlıq münasibətlərinə rast gəlinir ki, buda cəmiyyətin 
ondan istifadəsini çətinləşdirir. Çirklənmənin qəbul edil-
miş həddən artıq olması, həmin çirklənməni törədən 
mənbələrin qənaətində (qazancında) özünü göstərməli-
dir. Ətraf mühitin vəsait ehtiyatlarından düzgün və qə-


73
naətlə istifadə olunması, maddi və mənəvi cəhətcə sti-
mullaşdırılmalı və başqa formalarda həvəsləndirməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə