Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə44/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   191
etraf muhitin iqtisadiyyati

neft-
çirklənmiş suda
yaşayan balıqların əti kəskin neft 
qoxusu verdiyindən və neft ikralar (balıq yumurtaları – 
kürülər) üçün çox zərərli olduğundan bu su hövzələri 
üçün neft məhsullarının qatılığı balıq təsərrüfatı 
göstəriciləri ilə limitləşdirilir və YVQL-i 0,05 mq/litrə 
qədər endirilir.
 
 
 
 
 


86
Cədvəl 1. 
Yaşayış məntəqələrinin havasında bəzi 
maddələrin YVQL-i (mq/m
3

Çirklənmənin miqdarı onun mənbəyindən olan 
məsafədən, küləyin istiqamətindən, hava şəraitindən 
asılı olaraq dəyişir

Azot oksidlərinin
atmosferə atılmasının təqribən 
95%-i (illik) qazıntı yanacaqlarının yandırılması nəticə-
sində yaranır. Ümumi tullantıların 40%-ə qədəri motor-
lu nəqliyyatın, 30%-i istilik və elektrik stansiyalarının, 
20%-i müxtəlif sənaye proseslərində yandırılan yana-
caqların hesabına yaranır. 
Azot oksidləri atmosferdə fotokimyəvi reaksiyalar-
da iştirak edərək fotokimyəvi turşular yaradırlar. Onlar 
isə orqanizmlərdə fizioloji prosesləri pozur və müəyyən 
patologiyalara (allergiya, xərçəng xəstəliyi) gətirib çı-
xarırlar. 
Azot iki-oksidi daha təhlükəlidir. O, insanlarda iy 
duyma və gecələr görmə (gözün qaranlığa uyğunlaşma) 
qabiliyyətini azaldır. 
Suyun xlorlaşdırılması
və ftorlaşdırılması, plast-
massların yandırılması, elektrokimyəvi metallurgiya mü-
əssisələri, üçüncü üzvi maddələrin (həlledicilər, təmizlə-
s/n 
Çirkləndirici maddələr 
YVQL o.g. 
YVQL b.m. 
1. 
Azot iki-oksid 
0,085 
0,085 
2. 
Kükürd iki-oksid 
0,05 
0,05 
3. 
Bərk maddələr (toz) 
0,15 
0,5 
4. 
Karbon oksidi 
3,0 
5,0 
5. 
Ammonyak 
0,04 
0,2 
6. 
Xlor-hidrogen 
0,2 
0,2 
7. 
Sink 
0,05 


87
yici vasitələr, xlor – ftorkarbonları) geniş istehsalı bu 
cür çirkləndiricilərin havada qatılığının artmasına səbəb 
olur. Qazşəkilli xlor nəfəs orqanlarını qıcıqlandırır, ağ 
ciyərin şişməsinə səbəb olur və onları dağıdır. Su və qi-
da məhsulları vasitəsilə heyvan və insan orqanizmlərinə 
daxil olan ftorlu birləşmələr – böyrəklərin və bağır-
saqların funksiyalarının pozulması, dişlərdə və digər sü-
müklərdə dəyişmələr kimi xəstəliklər yaradır. 
Planetin üzərində atmosferə il ərzində insan fəa-
liyyəti nəticəsində 200 mln.ton (20-dən artıq kimyəvi 
element) qatışıqlar daxil olur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə