Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühi- tə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks pro-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə49/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühi-
tə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks pro-
sesdir
(tədbirdir) və onun həyata keçirilməsində müxtə-
lif sahələrin mütəxəssisləri o cümlədən iqtisadçılar 
iştirak edirlər. ƏMTQ, nəzərdə tutulan planlaşdırılan 


93
fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin 
dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. Eyni 
zamanda gözlənilən ekoloji və onunla əlaqədar sosial və 
iqtisadi tədbirlərin nəticələrinin nə dərəcədə olacağını 
da nəzərdən keçirmək lazım gəlir. 
ƏMTQ sənədinin (prosesinin) əsas məqsədi ondan 
ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti 
mühafizəni təmin etsin. Əgər dövlət ekoloji ekspertizası 
ekoloji tələblərin uçotunun və yerinə yetirilməsinin tə-
min edilməsində təsərrüfat, idarəetmə və digər qərarla-
rın qəbulunda hüququ bir vasitədirsə, əksinə ƏMTQ 
müvafiq təsərrüfat məsələlərinin hazırlanma mərhələsin-
də həmin tələblərin uçotunu və yerinə yetirilməsini tə-
min edən əsas hüquqi vasitədir. 
ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf 
mühit və cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticə-
lərin qarşısını almaq üçün zəruri olan tədbirlərin aşkar-
lanmasını və qəbul edilməsini təmin etsin. 
Qiymətlən-
dirmə aşağıdakı sənədlərin hazırlanması ilə həyata 
keçirilir:
-
konsepsiyaların, proqramların və o cümlədən, in-
vestisiya olunan fəaliyyətin müəyyən edilməsi
-
sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf 
planlarının tərtibi; 
-
təbii ehtiyatların istifadəsi və mühafizəsinin 
kompleks sxemlərinin tərtibi; 
-
şəhərsalmanın sənədləşdirilməsi
-
yeni texnika, texnologiya, maddələr və material-
ların hazırlanması üzrə sənədlərin tərtibi; 
-
investisiya layihələrinin plan qabağı əsaslandırıl-
masının (yeni tikinti, yenidənqurma, yenidən təşkil) rəs-


94
miləşdirilməsi. 
Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsər-
rüfat layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edil-
miş siyahılar tərtib edilir ki, oraya potensial ekoloji cə-
hətdən təhlükəli fəaliyyət növləri daxil edilir. Onların si-
yahıları dövlət(federal) səviyyələrdə təsdiq edilir. Xüsu-
silə, ƏMTQ üsulları neftayırma zavodları, iri istilik 
elektrik stansiyaları, atom elektrik stansiyaları, kimya 
müəssisələri, avtomagistrallar, sürətli yolları, neft və 
qaz kəmərləri və s. ətrafında tətbiq edilməlidir. Xəzər 
dəniz neft və qazın kəşfiyyatı və istismarı ilə əlaqədar 
bütün layihələr də ƏMTQ-dən keçməlidir. 
ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da 
fərqli ola bilər. Bununla yanaşı bütün ƏMTQ-lər üçün 
ümumi bir struktur mövcud olmalıdır: 
-
ilkin informasiyanın toplanması, məsələnin ümu-
mi vəziyyətinin qiymətləndirilməsi; 
-
nəzərdə tutulan layihənin həyata keçiriləcəyi ra-
yonun ətraf mühitinin təsviri; 
-
qanunlar və qanunvericilik aktlarının əhatəliyinin 
qiymətləndirilməsi; 
-
layihənin ətraf mühitə birbaşa, dolayı və poten-
sial təsirinin qiymətləndirilməsi: cari və uzunmüddətli, 
cüzi habelə dönməz proseslərin nəticələri və s. 
-
alternativ variantların baxılması və analizi
-
kompleks tədbirlərin qiymətləndirilməsi və onla-
rın həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin 
ayrılması; 
-
layihənin həyata keçirilməsinin nəticələrinin st-
ruktur (institutsional) təyinatı; 
-
monitorinqə tələbatın olub-olmamasını müəyyən 


95
etmək və s. 
Adətən layihəçilər tərəfindən aparılan 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə