Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 4,69 Kb.
Pdf görüntüsü
səhifə7/137
tarix14.01.2018
ölçüsü4,69 Kb.
#20739
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
27 
şəhərə,  Cavad  xanın  ailəsini  isə  məscidə  apardılar.  Məsciddən 
də  bir  evə  gətirib,  üstündə  qarovullar  qoydular"  (Mirzə
Adıgözəl  bəy).  Başqa  bir  qaynaq  üzrə  xanın  qadını  Böyük-
xanım  da  başqala  bürcü  qapısının  qorucuları  sırasında  əlində
qılınc vuruşurdu. O, əri və oğlunun meyitlərini bürclərdən yerə
endirtmiş,  sonra  isə  xan  sarayının  kəllə  otağına  gətirtmişdi. 
Sisianov meyitlərin ardınca buraya gəlib çıxdıqda, Böyükxanım 
ərinin  qılıncını  qapıb,  Rusiya  sərdarını  öldürmək  istəmişdi. 
General  Karnyagin  öz  gündəliyində  bildirir  ki,  yanında  yavəri 
olmasaydı,  Sisianov  qurtula  bilməyəcəkdi.  Yanvarın  5-də
Cavad xan oğlu ilə Şah Abbas məscidi yanında dəfn edildi. 
Gəncə  döyüşünə  Sisianov  özü  yekun  vurmuşdur.  Onun 
verdiyi  arayış  doğru  sayılarsa  (burada  kiçiltmə  də  ola  bilər), 
ruslar 3 zabit, 35 "aşağı rütbəli" (əsgər) itirmiş, 14 zabit və 192 
"aşağı rütbəli" yaralanmışdı. O, qalada 12 top, 55 pud (880 kq) 
barıt,  "çoxlu  taxıl  ehtiyatı"  ələ  keçirmişdi.  Gəncəlilərin  itgisi 
böyük  idi:  öldürülənlərin  sayı  1500  (yara-lananların  sayı  bəlli 
deyil), əsir düşənlərin sayı isə 17222 göstərilir. Müdafiəçilərin 
toplu sayı 18722 idi. 
Buradan  aydın  olur  ki,  Gəncə  döyüşü  əslində  xalq  mü-
dafiəsi səciyyəsi daşımış, bu müdafiədə yalnız Gəncə əhli deyil 
(burada  yaşayanların  sayı  3  mindən  bir  az  yuxarı  idi),  ətraf 
torpaqlarda  yaşayan  əhali  də  geniş  iştirak  etmişdir.  Buna  görə
də,  Azərbaycan  tarixçilərinin  Rusiya  qoşunlarının  gəlişini  bir 
zaman  "könüllü  birləşmə"  kimi  qələmə  verməyə  çalışması
tarixi gerçəkliyə uyuşmayan haqsız bir iş sayılmalıdır.
*
 
                                                      
*
  K k nd n  yanl   bu  konsepsiya  "Az rbaycan n  Rusiyaya  birl diril-
m si v  onun iqtisadiyyat v  m d niyy t sah nd  m t r qqi n tic l ri" 
(Bak , 1955) adl  kitabda ir li s r lm d r. M rhum  .Sumbatzad  v  
Q.Mehdiyevin yazd qlar  birinci b lm d  deyilir: "Rus qo unlar n n bu 
zaman  rast  g ldiyi  ki icik  m qavim t  yerli  hali  il   deyil,  ran  v   T r-
kiy nin birba a agentl ri il  ba l  idi"... Sual olunur: yaln z  ox da b y k 
olmayan  G nc d   bu  d vl tl rin  20  min   yax n  agentimi  vard ,  yoxsa 
b t n yerli  hali onlar n agentl ri idi? 
I mühazirə
 
28
Çar hökumətinin Gəncə qırğınına baxışı. Çar hökuməti 
zəfərini  qeyd  etməkdə  idi.  Döyüş  bitən  günü,  1804-cü  il 
yanvarın  3-də  imperatorluq  zərbxanasında  Gəncənin  alın-
masında iştirakına görə döş medalı təsis edildi.
*
 
Gəncə  qalası,  xan  sarayı  qala  divarları  ilə  birlikdə
uçurulub yox edildi. Gəncə xanlığı ləğv edildi və dairəyə çev-
rildi. Minillik tarixi olan Gəncənin adı da tarixdən silindi, ona I 
Aleksandrın  arvadı  Yelizavetanın  adı  verildi.  (Yelizavetpol). 
Gəncə şözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli 
idi. 
Gəncə  qırğını  I  Aleksandrın  xoşuna  gəldi.  Sisianovun 
adına  5  fevral  1804-cü  il  buyruğunda  çar  "Gəncənin  işğalı
zamanı  baş  verən  hadisələrdən"  məmnun  olduğunu  bildirirdi. 
Burada  deyilirdi:  "...  Asiya  qüruru  qarşısında  güzəştə  getmək 
pis  olardı  və  belə  bir  örnək  o  ölkənin  (Azərbaycanın  –  Red.) 
başqa  hakimlərini  də  dikbaşlığa  gətirərək,...  sizə  tapşırılan 
planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi". 
Çar  hökuməti  Car-Balakən  torpağında  da,  Gəncədə  də
bilərəkdən  cəza  əməliyyatları  səciyyəsi  daşıyan  qorxuducu 
savaş  yolu  seçmişdi.  Əhalini  qorxutmaq  üçün  Azərbaycan 
xanlıqlarına qarşı elan edilməmiş savaş açmışdı. I Aleksandrın 
buyruğunda öz baş Qafqaz komandanına çar bu fikri aşağıdakı
sözlərlə anladırdı: "Gəncənin başına gələnlər və general-mayor 
Qulyakova  Car  əyalətinin  xəyanətinə  görə  cəzalandırma 
tapşırığının  verilməsi  o  ölkə  xalqına  [dirəniş  göstərərsə] 
aqibətinin nə olacağını aydınlığı ilə göstərəcəkdir". 
Gəncə qətliamı keçmış yazarların gozu ilə. "Vazeh (tə-
miz) türki" dilində Qarabağnamələrdən birini yazan Mir- mehdi 
Xəzani  (1809-1894)  Gəncə  savaşının  "kütləvi  qırğına", 
"qətliama"  çevrildiyini  bildirən  ilk  Azərbaycan  müəllifidir.  O 
                                                      
*
 
Нагрудная медаль за участи

во взятии Гянджи 3 января 1804 г."
 
ад-
ланан бу медалын бир нцсхяси Бакыда, Азярбайъан тарихи музейиндя
сахланылыр, инв. N 19840



Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
29 
yazır: "Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) 
barui-həyatından sərazir oldu... soldatlar haman saat dörd 
tərəfdən hücum edib, daxili Ərk oldular. O bayram gününü 
onlara qarə edib, müddəti – üç saat tamam o şəhərdə xalqı 
kütləvi  şəkildə  qırdılar... Üç saatdan sonra sərdar (Sisianov) 
qadağan qıldı ki, dəxi səfəki-dəmadan  əl götürüb, giriftar 
olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı 
xalqdan təmizləsinlər... Həqiqətən bu cür qala almaq və bütöv 
qətl (i)am olunmaq Çingiz xan qoşunundan və Teymurləng 
zamanından sonra bu vilayətlərdə 
və 
məmalikdə 
görünməmişdi". 
Mirzə Camal Cavanşirin oğlu Rzaqulu bəy də  Gəncədə 
"ümumi qırğın" olduğunu yazır. 
Kökcə erməni olan Mirzə Yusif Qarabaği Nersesov 
(1798-1864) "Tarixi-Safi"nin ayrıca bir bölümündə bu möv-
zuya toxunur: "Cavad xan isə düşməninə ağır zərbələr vuraraq 
özünü qəhrəmancasına müdafiə edirdi... rus əsgərləri qalanı 
zəbt etdilər.  Əsgərlər hər tərəfdən qalaya daxil olub, onların 
orucluq bayramını qurban bayramına çevirdilər və  işıqlı 
günlərini qaranlıq gecəyə döndərdilər. Sərdar camaatı qırmağa 
əmr verdi. 
Üç saat qılınclar başlara endi və can alan nizələr ürəklərə 
sancıldı, rus əsgərləri arası kəsilməyən qırğından əl çəkmirdilər. 
Üç saatdan sonra sərdar qırğının dayandırılması  və  əsirlərin 
onun yanına gətirilməsi əmrini verdi". 
Rusiya tarixçisi A.Kaspari özünün "Pokorennıy Kavkaz" 
(SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından 
yayınmadıqlarını bildirir: "Xanın ölümü duyulunca Gəncə 
qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar 
tərəfindən qazanılmış oldu. Savaş  şəhər içinə keçirildi. 
Gəncəlilər  şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır 
tələfat verdilər". 
 
I mühazirə
 
 
 
30
4. 1804-1813-cü illər Rusiya-İran savaşı. Quzey Azərbaycan 
xanlıqları uğrunda mübarizənin yeni dönümü 
 
Savaşın başlanması. Gürcüstanın birləşdirilməsi, Gəncənin 
tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru 
irəliləməsi İranı qəti tədbir görməyə məcbur etdi. Transqafqaz 
ölkələrindən əl çəkmək istəməyən İran dövləti öz qonşuluğunda 
Rusiya imperiyasının hökmranlıq qazanması ilə barışa bilmirdi. 
Beynəlxalq durum İranın Rusiya işğalına qarşı  çıxması üçün 
şərait yaradırdı. 
Bu savaş  hər iki tərəf üçün ədalətsiz idi. Çünki özgə 
torpaqlarının  ələ keçirilməsi uğrunda gedirdi. Rusiya çarlığı 
İranla yanaşı Quzey Azərbaycan xanlıqlarına qarşı da savaş 
aparır, onları ələ keçirərək yerli xalqın mənafeyini tapdalayırdı. 
Burada ələ keçirdiyi torpaqları Rusiya, bütöv bir etnik toplum, 
etnik birliyi olan bir torpaq kimi özünə qatmır, Balkanlarda 
olduğu kimi dövlət qurumları yaratmırdı. Bu isə bu torpaqların 
hüquqsuz bir müstəmləkə kimi imperiyanın sümürgəc sisteminə 
qatıldığını göstərirdi. 
1804-cü ilin mayında  İran rus qoşunlarının Trans-
qafqazdan çıxarılmasını  tələb etdi. Ruslya bu tələbl rədd etdi, 
1804-cü il iyunun 10-da iki dövlət arasındakı diplomatik 
münasilbətlər kəsildi. Savaş başlandı. 
İran tərəfinin planına görə qoşunlar iki yönümdə: İrəvan-
Qazax və  Şuşa-Gəncə üzərinə hücum edərək Tiflisi tutmalı 
idilər, Qafqazda yerini bərkitməli, Quzey Qafqazı  Qızıyar 
xəttinə kimi "gavurlardan təmizləməli" idilər. Rusiya 
komandanlığı üçün ön planda Azərbaycan xanlıqlarının  ələ 
keçirilməsi dururdu. İrana qarşı ayrıca bir əməliyyat aparmaq 
nəzərdə tutulmurdu, çünki komandanlığın əmri altında olan rus 
qoşunları sayca az idi. Başlıca diqqət İran qoşunları hərəkətinin 
qarşılanmasına yönəlmişdi. Bir də I Aleksandr və onun Qafqaz 
komandanlığı, "hər zaman zəfər çalmağa öyrənmiş Rusiya 


Yüklə 4,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə