Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu təsdiq edirəm: dos. E.Ə. Hüseynova



Yüklə 91,86 Kb.
səhifə15/20
tarix12.03.2023
ölçüsü91,86 Kb.
#102352
1   ...   12   13   14   15   16   17   18   19   20
Syllabus- Rovshan Hatamov Amerika tarixi

20.04.2023






Mövzu № 12


Vətəndaş müharibəsindən sonra Cənubun Rekonstruksiyası (1865–1877)


Qısa icmalı:
Cənubun Rekonstruksiyası və onun İttifaqın tərkibinə bərpa edilməsi planları. Rekonstruksiyanın birinci dövrü: A.Linkoln–E.Conson Rekonstruksiyası. (Prezident Rekonstruksiyası). Konstitusiyaya XIII düzəlişin qəbul edilməsi. Radikal siyasi qüvvələrin narazılığı. Prezident E.Cekson ilə ABŞ konqresi arasında münaqişə. Rekon-struksiyanın ikinci dövrü: Cənubun radikal Rekonstruk-siyası (Konqres Rekonstruksiyası). Konstitusiyaya XIV və XV əlavələr.
U.Qrantın prezidentliyi. Korrupsiya və qalmaqallar. Cənubda “tövbə edənlərin” hökumətlərinin təşkili. Rekonstruksiyanın başa çatması: “Heys–Tilden sövdələş-məsi”. Rekonstruksiya dövründə ABŞ-ın iqtisadi inkişafı və onun xüsusiyyətləri. Xarici siyasət. Rekonstruksiya dövrünün xarakteri haqqında rəylər.
Şimali Amerikada ikinci liberal-demokratik inqilabın tarixi əhəmiyyəti, onun dövrləşməsi.



2





2



4





M.
10.05.2023


S.
27.04.2023
04.05.2023








Mövzu № 13


XIX əsrin son rübündə (1877–1898) ABŞ-ın siyasi və iqtisadi inkişafının xüsusiyyətləri


Qısa icmalı:
Texnoloji yeniliklər. Polad istehsalı və neft hasilatı sənaye sahələrinin inkişafı. Dəmir yol inşasının geniş vüsət alması. E.Karnegi, C.Rokfeller, C.Quld, C.Fisk, D.Dyui, C.Morqan. “Azad” kapitalizmin korporativ kapitalizm ilə əvəz olunmasının iqtisadi və siyasi zəminləri. Trestlərin yaradılması və onların hökmranlığının məhdudlaşdırmaq cəhdləri. Şermanın anti-trest qanunu. Sosial-darvinizm: ABŞ cəmiyyətinin sosial-iqtisadi transformasiyasının ideoloji əsaslandırılması. U.Samner. Urbanizasiya və onunla bağlı problemlər. Fəhlə hərəkatı. 8 saatlıq iş günü uğrunda mübarizə.
Fermerlərin qarşılaşdıqları problemlər. Yeni kənd təsərrüfatı maşınları. Xarici bazarın qiymətlərə təsiri. Dəmir yollarının tariflərinin aşağı salınması uğrunda mübarizə. Qreyncerlər hərəkatı. “Ucuz pullar” və “gümüş standart” uğrunda mübarizə. Qrinbek partiyası. Populist partiyasının meydana çıxması. U.Brayanın fəaliyyəti. 1896-cı il prezident seçkiləri.
Respublika və demokratik partiya Rekonstruksiya dövrünün başa çatmasından sonra. Respublika partiyasının xarakterinin dəyişməsi, onun maliyyə-sənaye elitasının mövqeyinə keçməsi. “Qızıl ilə örtülmüş əsrin” prezidentləri. Konqresin rolunun güclənməsi. Korrupsiya. Bossizm. Mülki xidmətin islahatı uğrunda hərəkat. Pendlton qanunu.
İrqi-ayrı seçkilik, afro-amerikalıların vəziyyəti. Zəncilərin hərəkatı. Buker Vaşinqton.
Qərb torpaqlarının istifadə edilməsi. Hinduların rezervasiyalara sıxışdırılması.
ABŞ-ın xarici siyasətinin əsas istiqamətləri və onlara müvafiq doktrinalar. “Frontir”in aradan qalxması və xarici ekspansiyanın ideologiyası. Latın Amerikasına nüfuz edilməsinin güclənməsi. 1898-ci il ABŞ–İspaniya müharibəsi, onun nəticələri. ABŞ-ın Uzaq Şərqdə nüfuz dairələrinin yenidən bölünməsi uğrunda iri dövlətlərin mübarizəsində iştirakı. “Açıq qapılar” doktrinası.




Yüklə 91,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə