Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 312,75 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix05.03.2018
ölçüsü312,75 Kb.
#30139
1   2   3   4   5   6   7   8   9

 

Eyni  zamanda  şüalanma  müddətindən  asılı  olaraq  polimer  matrisanın 

həcmində  yük  daşıyıcılarının  konsentrasiyasıda  artır  ki,  bu  da  polimer  matrisada 

yaranan  oksidləşmə  mərkəzlərində    PbS  nanohissəciklərinin  konsentrasiyasının 

artmasına  səbəb  olur.  Müəyyən  edilmişdir  ki,  şüalanma  müddətindən  asılı  olaraq 

PP+PbS  nanokompozisiyalarının  dielektrik  nüfuzluğu  ekstremumla  dəyişir.  

Şüalanmaya 

məruz 


edilmiş 

polimer 


təbəqələri 

əsasında 

alınmış 

nanokompozisiyalarda  dielektrik  nüfuzluğunun  da  ekstremumla  dəyişməsi 

polimerlərdə elektrik keçiriciliyinin dəyişməsi ilə izah edilir.  

Təcrübi  olaraq  müəyyən  edilmişdir  ki,  şüalanma  müddətindən  asılı  olaraq 

dielektrik  nüfuzluğunun  qiyməti  ekstremumla  dəyişir.  Şüalanma  müddətinin 

müəyyən  qiymətinə  qədər    matrisada  nanohissəciklərin  yaranması  üçün  optimal 

şərait  yaranır,  yəni  PbS  nanohissəciklərinin  kvazistabil  radikallarda  formalaşır.  

Şüalanma müddətinin artması destruksiya proseslərinin çoxalmasına səbəb olur və 

bu  da  polimerin  quruluşunun  dağılmasına  gətirib  çıxarır.  Polimerin  quruluşunun 

dağılması  isə  elektrik  keçiriciliyinin  kəskin  artmasına  səbəb  olur  və  nəticədə 

dielektrik nüfuzluğu sürətlə aşağı düşür. 

 

 

Şəkil 6. Müxtəlif zamanlarda Xe ionları ilə şüalandırılmış PP əsasında alınmış PP+0,005M 

PbS nanokompozisiyalarının müqavimətin temperaturdan asılılığı 

Beləliklə  sürətləndirilmiş  ağır  Xe  ionları  ilə  şüalanmaya  məruz  edilmiş  və 

edilməmiş 

polipropilen 

təbəqələri 

əsasında 

sintez 

edilmiş 


PP+PbS 

nanokompozitlərinin  quruluşu  və  elektrofiziki  xassələri  tədqiq  edilmişdir.  

Müəyyən  edilmişdir  ki,  alınmış  nanokompozitlərin    dielektrik  nüfuzluğunun 

qiyməti tezlikdən asılı olaraq  çox az dəyişir, lakin müxtəlif zaman müddətlərində  

ağır  ionlarla  şüalanmaya  məruz  edilmiş  PP+PbS  nanokompozitlərinin  dielektrik  

nüfuzluğu  qaz  boşalmasının  müddətindən  asılı  olaraq  aşağı  düşür.  Kiçik 

konsentrasiyalarda PbS nanohissəcikləri polimer matrisada struktur formalaşdırıcı 

rolunu  oynayır  və  alınmış  nanokompozitlərdə  yeni  polyar  qruplar  və  elektrik 

yükləri üçün dayanıqılı elektrik tələləri yaranır ki, bu da nanokompozitin dielektrik 



nüfuzluğunun  artmasına,  yəni  polyarlaşma  qabiliyyətinin  yaxşılaşmasına  gətirib 

çıxarır. Konsentrasiyanın sonrakı artımı zamanı nanohissəciklər ayrıca dispers faza 

və  quruluş  formalaşdırıcısı  kimi  özünü  apardığı  üçün  onun  dielektrik  nüfuzluğu 

təmiz  polipropilenə  nisbətən  çox  olur, lakin  polimerin  elektrik  keçiriciliyi  artdığı 

üçün dielektrik nüfüzluğunun qiyməti bir qədər aşağı düşür. 

İş  II:  Polimer  matrisada  formalaşmış  sulfid  birləşmələri  əsasında  alınmış 

nanokompozisiya  quruluşların nəzəri modelləşdirilməsi və kvant kimyəvi üsullarla 

tədqiqi  

Mərhələ  1.  Polimer  matrisada  formalaşmış    sulfid  birləşmələri  əsasında  alınmış 

nanokompozisiya  quruluşların  elektron  və  fəza  quruluşunun  kvant  mexaniki 

tədqiqi  

İcraçılar:  N.S.Nəbiyev, L.İ.Vəliyeva, F.H.Paşayev, M.R.Vahabova, A.Q.Həsənov  

 

           Hesabat dövründə kafedranın elmi planına uyğun olaraq polimer matrisada 



formalaşmış    sulfid  birləşmələri  əsasında  alınmış  nanokompozisiya  quruluşların 

elektron  və  fəza  quruluşunun,  o  cümlədən  çoxatomlu  sistemlərin  bioloji  aktiv 

birləşmələrin  quruluş-xassə  məsələlərinin  klassik  və  kvantmexaniki  hesablama 

metodları  vasitəsi  ilə  nəzəri  tədqiqatları  aparılmış  və  nizamlı  quruluşlu  polimer 

nanokompozitlərin xassələri tədqiq edilmişdir. 

Hesabat  ilində polimer matrisada formalaşmış  sulfid birləşmələri əsasında 

alınmış  nanokompozisiya  quruluşların  elektron  və  fəza  quruluşunun  kvant 

mexaniki tədqiqi istiqamətində nəzəri elmi işlər aparılmışdır.  

Hesabat    ilində    atom  və  molekullarının  xassələrinin  Sleyter  funksiyaları 

bazisində  tədqiqi  davam  etdirilmişdir.  Yarımempirik  Genişlənmiş  Hükkel, 

Volfsberq-Helmhols(VH),  Sıxlıq  funksionalı  nəzəriyyəsi  və  Hartri  -  Fok  -  Rutan 

metodları  tətbiq  olunmaqla  plumbum  sulfid 



8



PbS

  nanohissəciyi  və  onun  



8



PbS

+PP, 


8



PbS

+PVDF  nanokompozisiyalarinin,  Fe

13

  və  (Fe



3

O

4



)

3

,,  aluminum 



Al

20   


nanohissəciylərinin  elektron  quruluşu  və  ozonlaşmış  fenol  molekulunun 

xassələri öyrənilmişdir.  



8



PbS

 

nanohissəciyi 



və 

onun 


 



8

PbS


+PP, 



8

PbS


+PVDF 

nanokompozisiyalarinin  elektron  quruluşu  molekulyar  orbitallar  metodunun 

variantlardan  biri  olan  Genişlənmiş  Hükkel    metodu  ilə  tədqiq  olunmuşdur. 

Molekulyar  orbitallar  nanohissəciyin  atomlarınıın  valent  atom  orbitallarının  xətti 

kombinasiyaları şəklində axtarılmışdır. Atom orbitalları olaraq Pb atomlarının 6s-, 

6p

x



-,  6p

y

-,  6p



z

-,    S  kükürd

 

atomlarının  3s-,  3p



x

-,  3p


y

-,  3p


z

-,  3d


z

2-,  3d


xz 

-,  3d


yz

3d



x

2

+y



2-, 3d

xy

- ,  C və F atomlarının 2s-, 2p



x

-, 2p


y

-, 2p


z

 və H atomlarının – 1s atom 

orbitalından  istifadə  edilmişdir.  Naməlum  xətti  kombinasiyanın  əmsalları 

molekulyar  orbitallar  metodunun  tənlikləri  həll  olunaraq  tapılmışdır.  



8



PbS

nanohissəciyin  və  onun 



8



PbS

+PP, 


8



PbS

+PVDF  nanokompozisiyalarının 

orbital  enerjiləri,  ionlaşma  potensialı,  tam  elektorn  enerjisinin  qiymətləri 

hesablanmışdır(Cədvəl 1.).  

Fe

13

  və  (Fe



3

O

4



)

3

  nanohissəciklərinin  elektron  quruluşu  Sıxlıq  funksionalı 



nəzəriyyəsi  ilə  tədqiq  olunmuşdur.  Molekulyar  orbitallar  nanohissəciyin 

atomlarınıın atom orbitallarının xətti kombinasiyaları şəklində axtarılmışdır. Atom 




Yüklə 312,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə