Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 312,75 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix05.03.2018
ölçüsü312,75 Kb.
#30139
1   2   3   4   5   6   7   8   9

  Kafedranın  əməkdaşı  Zohrab  Ağamalıyev  MDB  ölkələrinin  Gənc  alimlərinin 

ixtisasartırma kursunda iştirak etmişdir. 

       

7.3. Beynəlxalq proqramlar üzrə təkliflər; Alınmış nəticələr. 

 

Hesabat ilində kafedranın əməkdaşları TEMPUS proqramı çərçivəsində yeni 



magistr  proqramının  hazırlanması  istiqamətində  qalib  olmuş  layihənin  yerinə 

yetirilməsi  istiqamətində  uğurlu  işlər  aparırlar.  Bu  layihədə  Fransa,  İtaliya, 

Yunanıstan  və  Azərbaycanın  ali  məktəblərinin  alimləri  və  müəllimləri  iştirak 

edəcəklər.  Layihənin  ümumi  dəyəri  655000,0avro  miqdarındadır.  İSESCO-nun 

maliyyə dəstəyi dəyəri 10000$ olan  ilə qrant layihəsi uğurla yerinə yerinə yetirilir. 

İslam  İnkişaf  Bankının  maliyyə  dəstəyi  ilə  elan  olunan  qrant  müsabiqəsində 

kafedranın əməkdaşları təkliflə müraciət etmişlər.    

 

7.4.  Xaricdə çap olunmuş məqalələr (ottisklər əlavə olunur). 

 

1.  Гасанова  С.A.,  Гулиева  С.M.,  Эйвазова  Г.  M.,  Агамалиев  З.  A.,  Шахгелдиева  Н.А., 



Рамазанов  M.  A.,  Ганбаров  Х.Г.  Исследование  образования  наночастиц  серебра 

культурой  STREPTOMYCES SP. BDU-C17. Сборник научных трудов НАН Беларуси. 

Серия «Микробные биотехнологии» т.7, 2015, стр. 326-333 

 

7.5.  İmpakt  -  faktorlu  olan  jurnallarda  çıxan  məqalələr  haqqında 



məlumat(ottisklər əlavə olunur)  

 

1.  U.A. Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q.M. Eyvazova, Z.A.Agamaliyev, 

Y.  V.  Parfyonova,  S.  F.  Hajiyeva  F.V.Hajiyeva,  S.B.Veliyeva.  Nano-Coupling  of 

Cephalosporin  Antibiotics  with  Fe3O4  Nanoparticles:  Trojan  Horse  Approach  in 

Antimicrobial  Chemotherapy  of  Infections  Caused  by  Klebsiella  spp.  Journal  of 

Biomaterials and Nanobiotechnology, 2015, 6, 225-235. 



Impact factor 1,6

 

2.  A.M.Magerramov, M.A.Ramazanov, S.G.Nuriyeva, F.V.Hajiyeva, U.A.Hasanova Structure 

and photoluminescence properties of polymer nanocomposites on the basis of polypropylene 

PP+Ag


2

S  Journal  of Optoelectronics and Biomedical Materials Vol. 7, Issue 2, April - June 

2015 p. 39 – 45 

Impact factor 0,2 

3.  Mustafayeva I.Ayten, Ahmadov S.Ismat. Genetically modified organisms, a potential threat 

to biodiversity of Azerbaijan/ GMO Biosafety Research 2015, Vol.6, No.2, 1-6 

Impact 


factor 2,2 

4.  E.M.Gojayev, N.S. Nabiyev,M.A.Ramazanov,K.Sh.Kahramanov, Sh.V.Aliyeva 

A.A.Ismailov. İnvestiqations Microrelief of The Surfase? Dielectric Properties and 

Fluorescence Spectrum of Natural Composite-Fish Scales.Physical Science International 

Journal 6(1):45-53, 2015   



Impact factor 0,5 

5.  E.M.Gojayev, P.F.Aliyeva, N.S. Nabiyev, R.S.Rahimov.Current-voltage  Characteristic of  

Bridgeman-Stockbarger InGaSe

2

 Thin Films. Physical Science International Journal X(X): 



XX-XX, 20YY,1-7, 2015 

Impact factor 0,5 

6.  M.A.Ramazanov, A.S.Huseynova, F.V. Hajiyeva Influence of electrothermopolarization on 

structure and photoluminescent properties of polypropylene and MnO2-based 

nanocompositions Journal of Ovonic Research,  Vol. 11, No. 1, January - February 2015, p. 

35 – 39, 

İmpact factor 0,51

  



7.  M.A.Ramazanov, Ф.К.Алескеров, К.Ш.Кахраманов, С.А.Набиева Дефекты 

пластинчатых фаз эвтетик Bi2Te3-Te ; ж.Металлофизика и новейшие технологии 

т.36,№10 2014, стр.1343-1359  

İmpact factor 0,3

 

8.  M.A. Ramazanov, A.M.Maharramov, M.A.Nuriyev,  A.A.Garibli  ELECTRICAL 



PROPERTIES OF NANO-Si/ U3O8 COMPOSITES  Nanomedicine & Nanotechnology  

2015, 6:5, 



Current impact factor: 5.72

 

9.



  F.V.Hajiyeva, 

M.A.Ramazanov,A.M.Maharramov 

Luminescent 

properties 

of 

nanocomposites on the basis of isotactic polypropylene and zirconium dioxide nanoparticles 



Journal of Nanomedicine & Nanotechnology, 2015, s7, 6:6 

Current impact factor: 5.72  

10. 

 

A. M. Maharramov, I. S. Ahmadov,  M. A. Ramazanov, S. Q. Aliyeva, V. N. Ramazanli  

Fluorescence Emission Spectrum of Elodea Leaves Exposed to Nanoparticles Journal of 

Biomaterials and Nanobiotechnology, 2015, 6, 135-143  



Impact factor 1,6 

11. 

 

M.R. Saboktakin,  A. M. Maharramov,  M.A. Ramazanov pH Sensitive Chitosan-based 

Supramolecular Gel for Oral Drug Delivery of Insulin, Journal Molecular and Genetic 

Medicine 2015, 9:2 



Impact factor 0,1 

 

 



 

8. ELMİ - TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ 

 

Kafedranın  əməkdaşlarının  apardığı  elmi  tədqiqat  işlərinin  nəticələri  hal 

hazırda  dünyanın  bir  sıra  elmi  strukturlarında  laborator  sınağından  çıxarılır. 

Kafedrada  şiş  hüceyrələrinin  inkişafının  qarşısının  alınması  üçün  sintez  edilmiş 

ferromaqnit  dərman  maddəsi  sistemi  Almaniyanın  Haydelberq  Universitetinin 

onkoloji mərkəzində sınaqdan çıxarılır.  

 

8.1. Dövlət və özəl strukturlarda tətbiq olunmuş elmi nəticələr 

      


Kafedranın  əməkdaşları  Azərbaycan  Respublikası  Müdafiə  Sənayesi 

Nazirliyinin tabeliyində olan strukturlarla apardığı fundamental tətbiqi işlər 2015-

cü  ildə  uğurla  yerinə  yetirilir.  Bu  işlərin  nəticələri  həmin  Nazirliyin  müvafiq 

müəssisələrində  tətbiq  edilir.  Hal-hazırda  aparılmış  elmi-tədqiqat  işinin 

nəticəsində  tətbiq  üçün  konstruktor  texnoloji  sənədlərin  hazırlanması  işi  başa 

çatdırılır.   

 

8.2.  Təhsildə elmi-tədqiqat işlərinin nəticələrinin və informasiya 

texnologiyasının tətbiqi  

 

Hesabat  ilində  kafedrada  təhsildə  elmi  tədqiqat  işlərinin  nəticələri  təhsilin 



magistr pilləsində təhsil alan tələbələrə izah edilmiş və onlar tədqiqat işlərinə cəlb 

edilmişlər.  Kafedrada  multimedia  vəsaitlərindən  geniş  istifadə  edilmiş,  bir  sıra 

muhazirələr  prezentasiyalar  şəklində  tələbələrə  tədris  edilmişdir.  Mühazirə 

mətnləri  kafedranın  saytında  yerləşdirilmiş,  tələbələrə  dünya  elminin  prioritet 

istiqamətlərindən  biri    sayılan  nanotexnologiyanın  inkişafında  informasiya 

texnologiyasının tətbiqinin əhəmiyyəti izah edilmişdir. 

 



8.3.    İstehsalatda  tətbiq  üçün  hazır  olan  işlər  haqqında  məlumat.  Elmi  - 

tədqiqat işlərinin səmərəliliyi 

 

Kafedrada 



Müdafiə 

Sənayesinin 

tabeliyində 

olan 


strukturlarla 

nanotexnologiyanın  nailiyyətlərindən  istifadə  edərək  hərbi  əhəmiyyətli 

xüsusi materiallar alınmışdır.  

 

9.PATENT VƏ İNFORMASİYA İŞLƏRİ 



 

Hesabat  ilində  AMEA-nın  Fizika  İnstitutu  ilə  birgə  ekspertizaya  təqdim 

edilmiş 1 patent sahə ekpertizasına göndərilmişdir.  

 

 



10. DÖVLƏT PROQRAMLARININ İCRASI 

 

Hesabat dövründə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin 

inkişafı  üzrə  Milli  Strategiya"nın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət 

Proqramı"ndan  irəli  gələn  məsələlərin  həlli  ilə  bağlı  işlərin  yerinə  yetirilməsidə 

aktiv iştirak edilmişdir. 

 

10.1.  “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə 



Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”. 

 

10.2.  “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində 



islahatlar  üzrə Dövlət Proqramı” 

 

10.3.  Azərbaycan  Respublikasında  kitabxana–informasiya  sahəsinin  2008-



2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”. 

 

 



11. FAKÜLTƏDƏ  KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, 

SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI 

 

 “Fizikanın aktual problemləri”  elmi konf., Bakı, 17 dekabr 2015 



Gənc Tədqiqatçıların 3-cü Beynılxalq Elmi Konfreansı, Bakı, 17-18 aprel, 2015 

BDU-nun  Fizika  Problemləri  İnstitutunun  10  illiyinə  həsr  edilmiş  "Opto-, 

nanoelektronika,  kondensə  olunmuş  mühit  və  yüksək  enerjilər  fizikası"  üzrə 

beynəlxalq konfrans. 

Ümummilli  lider  Heydər  Əliyevin  92-ci  ildönümünə  həsr  olunmuş  Müasir 

biologiya və kimyanın aktual problemləri Elmi-praktik konfrans. Gəncə, 5-6 may 

2015 

 

 



12.  FAKÜLTƏDƏ ELMİ və ELMİ-PEDAQOJİ KADRLARIN 

HAZIRLANMASI 


 

Hesabat  ilində  kafedra  fakultədə  elmi  və  elmi-pedaqoji  kadrların 

hazırlanması işində fəal iştirak etmişlər. Prof. Ramazanovun rəhbərliyi ilə Aynurə 

Əlisa qızı Hadıyeva müdafiə edərək Fizika elmləri  üzrə fəlsəfə doktoru  dərəcəsi 

almaq  üçün  təqdim  etdiyi  dissertasiyanı    müvəffəqiyyətlə  müdafiə  etmişdir  və 

Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə alimlik dərəcəsi almışdır. 

Prof.  Ramazanovun  rəhbərliyi  ilə  Tofik  Mahnud  Məhəmməd  Əli  müdafiə 

edərək  Fizika  elmləri    üzrə  fəlsəfə  doktoru    dərəcəsi  almaq  üçün  təqdim  etdiyi 

dissertasiyanı  müvəffəqiyyətlə müdafiə etmişdir.  

Hal-hazırda 2 doktorantın dissertasiya işi müdafiəyə hazır, 5 elmlər doktoru 

proqramı  üzrə,  11  fəlsəfə  doktoru  hazırlanır.  2  ixtisaslaşma  ilə  təhsilin  magistr 

pilləsi  üzrə  kadr  hazırlığı  aparır  və  nanohissəciklərin  fizikası,  atom  və  molekul 

fizikası  ixtisaslaşması  üzrə  5  nəfər  dissertasiya  işlərini  müdafiə  edərək  magistr 

dərəcəsi almışdır. 

 

 

13.   DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYA  ŞURALARININ 



FƏALİYYƏTİ 

 

Kafedra  müdiri  prof.  M.Ə.Ramazanov  fakultədə  fəaliyyət  göstərən  müdafiə 

şurasının  sədr  müavini,   kafedranın  əməkdaşları    N.S.  Nəbiyev,      F.H.    Paşayev,    

F.  V.  Hacıyeva,  A.  Q.  Həsənov  fakultədə  fəaliyyət  göstərən  müdafiə  şurasının 

seminarının  üzvüdür  və  müdafiələrdə  fəal  iştirak  edir.  Kafedra  müdiri  prof. 

M.Ə.Ramazanov  fakultədə  fəaliyyət  göstərən  dövlət  imtahan  komissiyasının  və 

magistr dissertasiya şurasının üzvüdür. 

 

14.TƏLƏBƏLƏRİN  VƏ  GƏNC  TƏDQİQATÇILARIN(MAGİSTRLƏRİN) 



ELMİ TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI) 

 

Kafedranın magistrləri fakültənin seminarlarında fəal iştirak edir. Respublika 

konfranslarında  çıxış  edərək  kafedrada  aparılan  işlər  haqqında  ictimai  rəyin 

formalaşmasında müsbət rol oynayırlar. 

 

15.  2015-Cİ İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC 

DUYULUR  (ALINACAQ  AVADANLIQLARIN  ADI,  SAYI,  TƏXMİNİ 

QIYMƏTI, manatla) 

 

 

N-si 

Avadanliğın Adı 

Sayı 

Qiyməti 

Qeyd 

Personal  kompüter  CPU  10  GHZ,  RAM   



10GB  

2000 AZN 



Nanotexnologiyada  nəzəri  elmi-

tədqiq işləri üçün zəruridir 

Müasir su hamamı 



1000 AZN 

Təcrübi-tədqiqat işlər üçün  

Kompüter  ilə  idarə  olunan  nümunələrin 



hazirlanması üçün pres apparatı 

5000 AZN 



Tədqiqat işlərinin sürətləndirilməsinə 

nail olmaq olar 

Nümunələrin  qurudulması  üçün  vaakum 



apparatı 

5000 AZN 



İşləyənlərin və işçilərin sağlamlığı 

üçün vacibdir  



 


 

 

16.

 

ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR 

 

1.

 



Tərkibində  yarımkeçirici  metal  sulfidləri  saxlayan  və  yeni 

fotolüminessent,  fotoelektrik  və  elektrofiziki  xassələrə  malik  nanokompozisiya 

materialları  almaq  məqsədi  ilə  Ag

2

S  nanohissəcikləri  və  polipropilen  əsasında 



nanokompozitlərin  ultrasəs  və  mikroemulsiya  üsulları  özündə  birləşdirən  yeni 

kombinasion  metod  işlənib  hazırlanmışdır.  PP/Ag

2

S  nanokompozitlərin  quruluşu 



və  fotolüminessent  xassələri  öyrənilmişdir.    Nanokompozitlərin  atom-qüvvə  və  

skanedici  elektron  mikroskopik  tədqiqatları  göstərmişdir  ki,  işlənmiş  yeni 

texnologiya polipropilen matrisində Ag

2

S nanohissəciklərinin homogen və bircins 



paylanmasını təmin edir. PP/Ag

2

S nanokompozitlərin  lüminessent spektrləri 387 



nm  həyəcanlanma dalğa uzunluğu  ilə  300-700 nm dalğa uzunluğu intervalında 

ölçülmüşdür.    PP/Ag

2

S  nanokompozitlərin  stasionar  lüminessensiya  spektrlərində 



Ag

2

S-ə  məxsus  xarakterik  maksimum  (λ



max

=528,98  nm)  müşahidə  olunur.  

Matrisdə ilkin məhlulların konsentrasiyası artdıqca, yəni Ag

2

S nanohissəciklərinin 



ölçüləri  böyüdükcə,  528,95  nm  dalğa  uzunluğunda  olan  maksimumun 

amplitudunun  azalması  baş  verir.  Yüksək  konsentrasiyalarda  lüminessensiyanın 

intensivliyinin  azalması    konsentrasion  sönmə  və  polimer  matrisdə 

nanohissəciklərin xüsusi səthinin azalması ilə izah olunur. 

2.





8

PbS


 

nanohissəciyi 

və 

onun 


 



8

PbS


+PP, 



8

PbS


+PVDF 

nanokompozisiyalarının  elektron  quruluşu  GH  metodu  ilə  öyrənilmişdir. 

Hesablamaların  nəticələri  göstərir  ki, 



8

PbS


  nanohissəciyi  onun



8

PbS


+PP, 



8

PbS


+PVDF  nanokompozisiyaları  yumşaq,  elektrofil  və  stabil  yarımkeçirici 

materiallardır.  

 

 

 



 

“Nanomaterialların kimyəvi fizikası” 

kafedrasının müdiri                            

      prof.  M.Ə. Ramazanov 

 

 



Yüklə 312,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə