Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 312,75 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix05.03.2018
ölçüsü312,75 Kb.
#30139
1   2   3   4   5   6   7   8   9

quruşalarının kəskin dəyişməsi barədə tədqiqat işləri ədəbiyyatlarda elmi işlərə rast 

gəlinir.    Kimyəvi  quruluş  dəyişiklikləri    tikilmə,  destruksiya,  oksidləşmə 

proseslərini,  həmçinin  polimer  matrislərin  yük  halların  dəyişməsini,  sərbəst 

radikalların,  müsbət  yüklü  ionların,  hirdoksil,  karboksil  və  digər  funksional 

qrupların yaranmasını aid etmək olar. Molekullar arası rabitələrin əmələ gəlməsi-

tikilmə,  əsas  və  yan  zəncirlərdə  rabitələrin  qırılması-destruksiya,  kvazistabil 

rabitələrin əmələ gəlməsi, radiasiya oksidləşmə proseslərini polimerin şüalanma ilə 

qarşılıqlı  təsiri  zamanı  baş  verən  kimyəvi  dəyişiklikləri  aid  etmək  olur.  Fiziki 

dəyişiklərə əsasən kristallaşma dərəcəsinin dəyişməsi, polimerin üst molekulyar 

quruluşunun  və  fiziki-mexaniki  xassələrin  dəyişməsi,  yük  halının    dəyişməsi, 

polimer  materialların  strukturunda  defektlərin,  məsamələrin,  yarıqların  əmələ 

gəlməsini  aid  etmək  olar.  Müxtəlif  xarici  şüalanma  mənbələrinin  vasitəsi  ilə 

polimer 

matrisalarda 

yaradılmış 

radikallar, 

oksidləşmə 

mərkəzləri 

nanostruktrurların  formalaşması  üçün  ilkin  rüşeymlər  rolunu  oynaya  bilir.  Bu 

rüşeymlərdə  sorbsiya  üsulu  ilə  müxtəlif  metalların  atomları  və  onların  sulfid  və 

oksid birləşmələri  toplanaraq nanoölçülü klasterlər yaradır. Polimer matrisalardakı 

bu  radikalların,  oksidləşmə  mərkəzlərinin  və  onlardakı  məsamələrin  ölçülərin 

variasiya  etməklə  stabilləşmiş  fiziki-kimyəvi  xassələrə  malik  nanokompozit 

strukturlar almaq olar. Beləliklə polimer matrisin tərkibində əmələ gəlmiş sərbəst 

radikallar,  müxtəlif  funksional  qruplara  metal,  metal  oksid,  metal  sulfid 

yerləşdirməklə yeni polimer nanokompozit strukturlar almaq mümkündür. Bu cür 

texnologiya 

polimer 


matrisaların 

həcmində 

nizamlı 

nanoquruluşların 

formalaşmasına  gətirib  çıxara  bilir.  Beləliklə  nanotexnologiyada  sahəsində  hal-

hazırda  müxtəlif  ionlaşdırıcı  təsirlər  vasitəsilə  polimer  matrislərin  tərkibində 

müxtəlif nanoquruşların alınma problemləri aktual məsələlərdən hesab olunur. 

Şəkil 1-də polimer matrisdə formalaşmış PbS nanohissəciklərinin SEM təsviri verilmişdir.  

Yarımkeçirici  PbS  nanohissəciklərinin  ölçüləri  skanedici  elektron  mikroskopiyasında  tədqiq 

edilmiş    və  müəyyən  edilmişdir  ki,  nanohissəciklərin  ölçüləri  12-13  nm  təşkil  edir.  Həmçinin 

EDS spektrlərdən aydın görünür ki polimer matrisdə formalaşan nanohissəciklər məhz qurğuşun 

sulfid nanohissəciklərinə aiddir.  



   

 

Şəkil 1.  PP+PbS nanokompozitinin SEM təsviri və EDS spektri. 

Şəkil 2-də PP+PbS nanokompozitlərin AQM şəkilləri verimişdir. Məlumdur 

ki,  polimerlər  şüalanmanın  təsiri  nəticəsində  işlənməsi  polimerdə  yeni  aktiv 

mərkəzlərin, radikalların, defektlərin, treklərin yaranmasını artırır, yəni  polimerdə 




yüklər  üçün  tələlər  əmələ  gəlir,bu  isə  polimer  matrisanın  sərbəst  həcmində  PbS 

nanohissəciklərinin yaranması üçün optimal şərait yaradır  4-6. 

Sintez  edilmiş  PP+PbS  nanokompozitlər  atom-qüvvət  mikroskopiyası 

vasitəsi  ilə  tədqiq  edilmişdir.  Eksperimental  olaraq  müəyyən  edilmişdir  ki, 

nanohissəciklərin  polimer  matrisada  ölçüləri  polimer  matrisada  mövcüd  olan 

sərbəst  həcmlərin  ölçüsü  ilə  asılı  olur.  Həmçinin  təyin  edilmişdir  ki,  şüalanma 

müddətindən  asılı  olaraq  hissəciklərin    konsentrasiyası  artır,  ancaq  ölçüləri 

dəyişmir. Müəyyən edilmişdir ki PbS nanohissəciklərinin ölçüləri 15-20 nm təşkil 

etmişdir. 

 

    



 

 

Şəkil 2. 1 saat və 3 saat ərzində elektrik qaz boşalmasına məruz edilmiş polipropilen tozu 

əsasında PP+PbS nanokompozisiyaların AQM görüntüsü 

       


Elektrik  qaz  boşalmasına  məruz  edilmiş  polipropilen  tozları  əsasında  sintez 

edilmiş  PP+PbS  nanokompozisyaların  tezlikdən  və  temperaturdan  asılı  olaraq 

dielektrik xassələri tədqiq edilmişdir. 

Şəkil 3. Müxtəlif zamanlarda Xe ionları ilə şüalandırılmış PP əsasında alınmış PP+0,005M 

PbS nanokompozisiyalarının dielektrik nüfuzluğunun tezlikdən asılılığı. 

Şəkil    3  və  4-də  göründüyü  kimi  müxtəlif  zaman  müddətində  şüalanmaya 

məruz  edilmiş  polimer  matrisalarda  alınmış  PP+PbS  nanokompozisiyalarının 



dielektrik nüfuzluğunun və dielektrik itkisinin  tezlikdən asılılıq qrafiki verilmişdir. 

Şəkildən  göründüyü  kimi,  alınmış  nanokompozitlərin    dielektrik  nüfuzluğunun 

qiyməti tezlikdən asılı olaraq  çox az dəyişir, lakin müxtəlif zaman müddətlərində 

ağır  ionlarla  şüalanmaya  məruz  edilmiş  PP+PbS  nanokompozitlərinin  dielektrik  

nüfuzluğu  şüalanma  müddətindən  asılı  olaraq  aşağı  düşür.  Dielektrik  itkisinin  

tezlikdən  asılı  olaraq    dəyişməsi  polimer  tozunun  elektrik  qaz  şüalanma 

müddətindən kəskin asılı olur. Yuxarı tezliklərdə  dielektrik itkisinin  qiyməti bir 

birinə  yaxın  olur.  Dielektrik  nüfuzluğunun  tezlikdən  asılı  olaraq  qiymətinin  

polimer matrisanın  şüalanma zamanından asılı olaraq dəyişməsi polimer matrisada 

formalaşan kvazistabil və stabil radikalların əmələ gəlməsi və defektlərin, treklərin 

artması  hesabına  çoxalması  ilə  izah  olunur.  Şüalanma  müddətinin  artması  ilə 

polimer  matrisanın  elektrik  keçiriciliyi  artır  və  bu  da  dielektrik  nüfuzluğunun 

artmasına  səbəb  olur.  Polimerin  elektrik  keçiriciliyinin  artması  və  polimerdə 

destruksiya  proseslərinin  artması  zamanının  təyin  edilməsi  nanokompozisiyanın 

alınma şəraitinin  optimallaşmasına gətirib çıxarır.    

 

 



Şəkil 3. Müxtəlif zamanlarda Xe ionları ilə şüalandırılmış PP əsasında alınmış PP+0,005M 

PbS nanokompozisiyalarının dielektrik itkisinin tangens bucağının tezlikdən asılılığı 

 

Şəkil 5. Müxtəlif zamanlarda Xe ionları ilə şüalandırılmış PP əsasında alınmış PP+0,005M 



PbS nanokompozisiyalarının dielektrik nüfuzluğunun  temperaturdan asılılığı 

 


Yüklə 312,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə