Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Göründüyü  kimi  burada,  artıq,  əvvəlki  dastanlardan 

fərqli  olaraq,  ölümsüzlük  axtaran  gəncin  keçdiyi  bütün 

yol  boyu  axtarışın  mənasız  olduğu  ona  dəfələrlə  xatırla­

dılır.  Lakin  dastan  yaradıcısı  insanın  nəyə  qadir  ol­

duğunu,  «əbədi  həyat»ı  qazanmağın  yollarını  açıqlamaq 

üçün  bir  növ  qəhrəmanı  bütün  bu  sınaqlardan,  mərhələ­

lərdən keçirərək son mətləbə doğru aparır.

Hind  əfsanəsi  «Mahabharata»da bu ideyanın dərki bir 

qədər  də  aydınlığa  doğru  gedir.  Belə  ki,  bu  əfsanədə 

Ölümün «alın yazısı» olmasının təsdiqinə rast gəlirik.



Bu diinyuycı gələnin ölümü alnındadır.

Yolunu  vurub baya köçəsidir axırda.

Olacağa nə çarə?'

Bu  dastanda  mifik  qüvvə  və  vasitələrin  iştirakı  ilə ya­

naşı  real həyat hadisələri üstünlük təşkil edir. Onlar ölümü 

mifik  təfəkkürdə  axtarmırlar.  Dastandan  da  aydın  görü­

ndüyü  kimi  «ölümün»  həyat  qanunu,  qaçılmaz  bir  qüvvə 

olduğunu artıq dərk edirlər.

...  Görüş ayrılmaqla bitdiyi kimi 

Həyat da ölümlə bitir axırda...

Həyatın çox möhkəm qanunları  var.

Naməlum ünvandan gəlib dünyaya,

Naməlum ünvana köçür insanlar. ,.1

 2

Şumer  və  Hind  dastanlarında  real  həyatın  dərki, 

ölümün  təbiət  qanunu  olduğu  və  ölümsüz  həyat  axtarışı­

nın  mənasızlığının  hər  addımda  xatırlanması  heç  də  tə­

sadüfi  deyil.  Çünki,  bu  dastanlar  real  həyat  hadisələrinə 

əsaslanıblar.  Buradakı  mifik  qüvvə  və  vasitələrdən  məhz

1 M ahabhıırata və B harata övladlarının böyük vuruşları 

haqqında 

dastan. 

Bakı,  1988, 

səh.  142.

2Yenə orada.  Bakı,  1988, səh.  158.

7 0

həmin  hadisələrin  açılışma  kömək  məqsədilə  istifadə  edi­



lib.  Lakin  «Ural  batır»  dastanı  bunlardan  fərqli  olaraq 

tamamilə  mifik  xarakterli  dastandır.  Bu  səbəbdən  də 

«Ural batır»dakı həyat hadisələrinin dərki sadalanan das- 

tanlardadan  fərqlidir.  Belə  ki,  10  yaşlı  Ural  dastanın  əv­

vəlindən  axırma  qədər  ancaq  bu  amal  uğrunda  çarpışır, 

ölümsüzlük qazanmaq üçün yollar arayır.

Ata  qadağan  olunmuş  qanı  içdiyinə  görə  Şulgeni  çu­

buqla  döyəndə  Ural  dözməyib  deyir:  «Əlindəki  çubuğa 

bax.  O,  əvvəllər  yaşıl  budaq  idi.  Onun  üstündə  quşlar 

yuva qururdurlar,  oxuyurdular.  Sən  onun  yaşıl  yarpaqla­

rın  təmizlədin,  onu  yoldun.  Cansız  əşyaya  döndərdin. 

Onunla  bizi  döyürsən.  Bizi  döyüb  öldürəndən  sonra  tək 

qalacaqsan.  Qocalacaqsan,  əlin  kəsərdən  düşəcək,  ov  edə 

bilməyəcəksən.  Ac  qalan  şirin,  itin,  qızılquşun,  zəlin  səni 

məhv  edəcəkdir.  Sən  özün  evimizə  ölüm  gətirirsən.»(s., 

62,63)


Başqa bir misal:  Ural  bütün  heyvanları  məsləhətə çağı­

rır.


«...  Gəlin  birlikdə  Ölümü  tapıb  məhv  edək,  yer 

üzündən vəhşiliyi silək...»  (s.,  64)

Göründüyü  kimi  Uralın  həllinə  çalışdığı  bu  məsələlər 

onu düşündürsə də,  nicat  yolunu  ancaq  ölümü  tapıb məhv 

etməkdə  görür  ki,  bu  da  animist  görüşlü  insanın  tə­

fəkkürünə  xas  xüsusiyyətdir.  Bu  baxımdan  dastanda  təs­

vir  edilən  qarğanın  fikirləri  maraqlıdır.  Ural  qarğadan 

Çıxış  yolunu  soruşanda  o  deyir:  «Mən  ölümü  axtarmağa 

qorxmuram.  Ancaq  onu  tutub məhv etməyə  razı  deyiləm. 

Əgər güclü zəifi  ovlamasa,  anadan  olanın  heç  biri  ölməsə, 

heç  kəs  ət  yeməsə,  hamı  ot  yesə  heyvanlar  artar,  çaylar 

axmasa  iylənər,  onda  biz  nə  edərik?  Haradan  bu  qədər 

yem  taparıq,  haradan  su  içərik?  Əgər  mən  ət  yeməsəm, 

yaşaya bilmərəm.  Ona görə də ölümü axtarmağı  lazım  bil­

mirəm»  (s.,68).  Burada  qarğa  biclik,  ağıllılıq  timsalı  kimi 

verilib.  Bütün  bunlarla yanaşı  qarğa da  ölümü  tapıb məhv

71



etməyin  mümkünlüyünü  inkar  etmir.  Lakin  onun  məhvi­

nin doğuracağı səbəbləri izah edir.

Uralı daim  bir  sual  düşündürür.  Ölüm güclüdür,  yoxsa 

İnsan?  Niyə  biz  heyvanları  gücsüz  sayıb,  onları  ovlayıb 

yeyirik? Niyə biz dördlükdə bu torpağa ölüm gətiririk?

Erzə ülem sese üse -  

Oşo  tirele bez dürtdü 

Bulabız hun tüqelme? (s.,59)

Ural  bu  hadisəni  dərk  etmək  istəyir.  Lakin  onun  ani- 

mist  dünyagörüşü  buna  imkan  vermir.  O  təbiət  hadisələ­

rini  dərk etmədiyi  üçün  bu suala  cavab  tapmaqda acizdir. 

Ural  başa  düşə  bilmir  ki,  əgər  o,  heyvanı  ovlayıb 

öldürürsə,  bu  təsadüfi  deyil.  Artıq  o  heyvanın  ölüm  vaxtı 

çatdığına  görə  onu  ovlaya  bilib.  Bu  halın,  yəni  Ölümün 

adi  təbii qanun olduğunu dərk etmədiyi üçün İnsanı güclü 

sayaraq  ona  (ölümə)  qalib  gəlməyə  çalışır  və  bu  barədə 

atasına sual  edir:



A tay,  Ülemde özhhən,

Um tapıb bulamı?

Tap kilterep totkan hun 

Başına etep bulamı? (s.,  61)

Mənası:  Ata  ölümü  izləsək  (axtarsaq),  onu  tapmaq 

olarmı?  Əgər  tapıb,  tutsaq  başını  əzmək  olarmı?  Atası 

cavabında:

Ülem tiqən yauız ul 

Küzqe his tə kürenməy,

Kilqənə his belenməy

Yeşəy torğan yanuar ul.  (s.,  61)

Mənası:  Ölüm  deyilən  zalım  var,  gözlə  görünməyən, 

gəlişi bilinməyən varlıqdır.

72

Atanın  Ölüm  haqqında  təsəvvürlərindəki  təzad  bu  his­



sədə daha qabarıq  görsənir.  Belə  ki,  ölümün  gözlə görün­

məyən,  gəlişi  bilinməyən  bir  qüvvə  olduğunu  dərk  edən 

atanın  sonrakı  gedişdə  ölümü  canlı  təsəvvür  edərək,  oğ­

lanlarına  onun  başını  kəsib  gətirmələrini  tapşırmasında 

təzad aydın nəzərə çarpır.

Dastanda  eyni  məsələyə  yanaşmada  təzadın  mövcud­

luğunu əvvəlcə də qeyd edildiyi kimi iki cür izah etmək olar.

1.Ölümün  dərkinin  yetkin  forması  ya  Sesençinin  (söy­

ləyənin)  əlavəsidir.  2.Ya  da  eyni  süjet  ətrafında  müxtəlif 

dövrlərdə  zaman-zaman  yaranan  variantların  küll 

halında toplanmasıdır.

«Ural  batır»  dastanının  bir  sıra  xüsusiyyətləri  var  ki, 

onun başqa dastanlardan arxaikliyi ilə fərqləndirir.

1.  «Əbədi  həyat  axtarışı»  motivli  dastanlarda  süjet  bir 

istiqamətdə inkişaf edir; ya ölümə maddi formada, cismən 

(yəni  canlı  təsəvvür  edərək,  məhv etmək),  məsələn:  «Dəli 

Domrul  boymmdakı  kimi,  ya  da  mənən  (yəni,  çiçəyə 

sahib  olaraq  ölümə  qalib  gəlmə).  Şumer  dastanı 

«Bilqamıs»dakı  kimi.  «Ural  batır»  dastanını  bunlardan 

fərqləndirən  cəhət  bu  süjetin  hər  iki  istiqamətdə,  həm 

maddi  (yəni  ölümü  tapıb  başını  kəsərək  məhv  etmək), 

həm  mənəvi  (Yənşişməndən  su  içib  əbədilik  qazanaraq 

ölümə qalib gəlmək) formada inkişaf etdirilməsidir.

2.  Göstərilən  mənbəələrdə  bəşəriyyətin,  kainatın 

yaradıcısı  Yaradıcı  qüvvə  (Ülgen,  Tenri,  Allah)  və  yeraltı 

dünyanın  Sahibi  (Yerlik,  Erlik,  Yerşkiqal,  Əzrail  və  s.) 

mövcuddur.  Yəni  bir qayda  olaraq,  bu mənbəələrdə möv- 

cudatın  hansı  Qüvvə  tərəfindən  yarandığı  və  hansı  Qüvvə 

tərəfindən  ölümə  məhkum  edildiyi  artıq  məlumdur.  Bu 

fikri  əsaslandırmaq  üçün  dastanlara  ötəri  bir  səyahət 

edək. Qədim Şumer dastanı «Bilqamıswda deyilir:

Gedər-gəlməzdir ora, gedən geriyə dönməz,

O evin sakinləri işıqdan məhrumdurlar...

73



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə