Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

qoşulurlarsa  da,  bu  mübarizədə  ancaq  Məlikməmməd  qalib 

çıxır.  Nağılın  sonrakı  gedişindən  aydın  olur  ki,  iki  böyük 

qardaşın qəlbinə şər qüvvələr hakimlik edir. Ona görə də onlar 

heç  vaxt  bu  qisməti  əldə  edə  bilməzdilər.  Folklor sənətimizin 

yorulmaz  tədqiqatçısı  Y.V.Çəmənzəminli  bu  məsələyə  öz 

münasibətini  bildirərək,  demişdir:  «Ecazkar  alma  ağacı 

padşaha  daim  cavanlıq  hazırlayır.  Lakin  Əhrimənin  xəlq 

etdiyi  div  buna  mane  olur,  mübarizə  başlayır,  müvəffəqiyyət 

Məlikməmmədin tərəfmə keçir. Çünki o. təmiz qəlbli və zəngin 

bir şəxsiyyətdir.  İki böyük qardaş hüsn-niyyətdən məhrum ol­

duqları üçün müvəffəqiyyət əldə edə bilmirlər»1

Dahi  şairimiz  N.Gəncəvinin  «Şərəfnamə»  əsərində  də 

bu  süjetin  təsviri  tərbiyəvi-didaktik  əhəmiyyət  kəsb  edir. 

Nizami  öz  əsərində  bu  qədim  süjeti  iki  rəvayyətdə  verir. 

Bunlardan  biri  Dehqanın,  ikinci  isə  rumlu  ravilərin  rə­

vayətidir.  Hər  iki  rəvayətdə  Xızır  həyat  suyunu  içdiyi 

halda  İskəndərə  qismət  olmur2.  Bununla  da  Nizami  öz 

əsərində  sevə-sevə  ucaltdığı  qəhrəmanın  əsl  tarix  səhnə­

sində  oynadığı  Fateh  rolunu  kiçik  bir  ştrixlə  də  olsa  nə­

zərə  çarpdırır.  Həmin  hadisəni  rum  rəvayəti  formasında 

əsərə daxil edərək,  nəzmə çəkmişdir.

. . . O yolda qarşıya çıxdı bir mələk 

Padşahın əlinə o əl çəkərək,

Dedi:  «Bu dünyam keçirdin ələ,

Belə çiy xülyadan doymadın hələ»3

Göründüyü  kimi,  burada  da  mifik  süjet  eyni  xətt  üzrə 

davam  edir.  Həyat  suyu  Fateh  İskəndərə  qismət  ola  bil­

məzdi. Neçə-neçə ölkələr viran qoymuş,xarabalığa çevirmiş, 

saysız-hesabsız insan qanı axıtmış bir şəxsə əbədi həyat bəxş

1  Y.V.Çəmənzəminli.  Azərbaycan  nağıllarının  əhval-ruhiyyəsi. Əsərləri, c.  3. 

Bakı,  1977,

səh.  45.

2  Dünya ədəbiyyatı  kitabxanası.  100 cildlik.  16 cild.  Bakı, səh.  512-513.

3  Dünya ədəbiyyatı  kitabxanası.  100 cildlik.  16 cild.  Bakı, səh.  512.

82

oluna  bilməzdi.  Ancaq  şər  qüvvələrin  hökm  etdiyi  ürək 



sahibi  bu  əməlləri  törətməyə  qadirdir.  Rəmzi  xarakter 

daşıyan  bu  rəvayətdən  belə  bir  nəticə  hasil  olur  ki,  əgər  İs- 

kəndər  kimi  bir  fatehə  əbədi  həyat  qismət  olsa  idi,  onda 

bütün  kainat  oda  qalanmış  olardı.  Bu  da  ancaq  iblisə  xas 

əlamətdir.  Lakin əfsanə, dastan və nağıllardan aydın olduğu 

kimi,  əbədi  həyat  ancaq  Müqəddəs  ruhun,  bəşəri  hisslərin 

daşıyıcılarına  qismət  olur.  Bu  əsərdə  də  əbədi  həyat  yalnız 

insanlara  kömək  edən,  onlara  yol  göstərən,  çətinliklərdən 

çıxaran Xızır Peyğəmbərə nəsib olur.

Xızır Peyğəmbər bir çox dastan  və  nağıllarda  insanlara 

həyat  bəxş edən  bir  obraz  kimi çıxış  edir.  «Dirsə  xan  oğlu 

Buğac»ın  boyunda  Buğac  yaralanıb  yıxıldıqda:  «...  boz 

atlı  (yaşıl  donlu)  Xızır  (İlyas)  oğlana  hazır  oldu.  Üçqatla 

yarısın əli ilə sığadı....

-   Bu  yaradan  qorxma,  oğlan,  (sənə)  ölüm  yoxdur  -  

dedi; dağ çiçəyi  anan südü sənin yarana məhləmdir -  dedi, 

qeyb oldu»1

Belə  mifik  süjetli  (əbədi  həyat  axtarışlı)  dastan  və 

nağılların  bir  çoxunda  yol  göstərən,  vasitəçi  rolunu 

Müqəddəslər,  ali  rütbəyə  yetmiş  varlıqlar  icra  edir.  Bu 

Müqəddəs  funksiyanı  «Ural  batır»  dastanında  nəhəng  bir 

ağac  altında  oturan  nurani,  ağsaqqallı  qoca  (təsvir 

Peyğəmbəri  xatırladır),  «Bilqamıs»  dastanında  artıq 

ölümsüzlüyə yetmiş  Utnapişti yerinə yetirir.



«Əbədi  həyat  axtarışı»  süjetli  dastanların  hamısının  fi­

nalı eyni ideya ilə nəticələnir.

«Ural  batır»  dastanında  qəhrəman  (Ural)  elə  bir  həyat 

axtarır  ki,  «oradakı  canlılar  ölməz  olsunlar,  bitkilər  heç 

vaxt  solmasın,  güclü  zəifi  ovlayıb  yeməsin».  Bu  da  onun 

ibtidai  təfəkküründən  irəli  gəlir.  O,  başa  düşmür ki,  otlar, 

çiçəklər  solmasa  yenilər  bitməz,  sular  axmasa  iylənər,  ya­

ranan  ölməsə  yer  üzündə  həyat  dayanar.  Bu  baxımdan

1 K itabi-D ədə Qorqud.  Bakı,  1978.  səh.  26.

83



dastanın  finalında  ölməzlik qazanmış qoca  kişinin  gəldiyi 

nəticə  maraq  doğurur.  «Vaxtı  ilə  mən  də  sənin  kimi  bu 

çeşmədən  su  içdim.  Məqsədim  Şərə  qalib  gəlib  xoş  döv­

ranı görmək idi.  Mən artıq  ölmək istəyirəm. Amma mən o 

çeşmədən  su  içdiyimə  görə  ölüm  mənim  ruhum  qəbul  et­

mir.  Canıma  qurdlar  daraşıb.  Artıq,  lazımsız  bir  həyat 

yaşayıram.  O,  Urala  başa  salır  ki,  dirilik  suyunu  içib  la­

zımsız  həyat  yaşamaqdansa,  insan  ona  verilən  ömrü  ləya­

qətlə yaşasa, o, ölməzlik qazanar» (s.  149-150)

Ul da bullıa yakşılık.

Kükkə lə osor-yakşılık,

Hıuğa la batmas-yakşılık 

Teldən də töşməs-yakşılık 

Ban eş к ə baş bulır,

Üzənə lə,  keşəqə

Menqə veşər aş bulır.  (s.,  150)

Mənası:  Onun  adı  yaxşılıqdır.  Göyə  qalxmaz  yaxşılıq, 

suya  batmaz-yaxşılıq,  odda  yanmaz-yaxşılıq,  dildən 

düşməz-yaxşılıq.  O  bütün  əməllərdən  ucadır.  Özün  və  in­

sanlar üçün əbədi yaşamağın yolu budur.

Buradan  belə  bir  fəlsəfi  nəticə  çıxarmaq  olar  ki,  insan 

ancaq  yaxşılıq  edərək,  əməlləri  ilə  yaddaşlarda  daim  ya­

şaya bilər.

Şumer  dastanı  «Bilqamıs»da  da  eynən  bu  cür  ideya 

aşılanır.

Bilqamıs adam-əqrəbdən soruşanda:

Ölüm qorxuzur məni,  yoxmu əbədi həyat?-

Adam əqrəb cavabında:



Bilqamıs,  qəm eləmə canın sağ olsun sənin 

Gecə-gündüz de,  şənlən,  kefin cağ olsun sənin.

’  Bilqamıs.  Bakı,  1985, səh.  70. 

84

K ef elə,  bayram keçir

Gecə-gündüz çal-çağır,  nəğmə de,  oyna sən!

Yaxşı geyinib-keçin,  əynin təmiz,  ağ olsun.

Uşaqların oynasın,  qoy tutuşun əllərindən,

Sevgilini əzizlə,  razı qalsın ərindən.

İnsanın həyatı da,  işi də,  budur anccıq!1 2

«Kitabi-Dədə  Qorqud»  dastanının  «Dəli  Domrul» 

boyunda Dəli  Domrul Tanrıdan aman  istəyəndə halalının 

sədaqətini,  özünün  xeyirxah  yola  qayıtdığını  görən  Tanrı 

onlara  140 il  ömür verir.  Dəli  Domrul:

Ulu yollar üzərinə 

İmarətlər yapayım sənin üçün,

Ac görsəm doy ur ayını sənin üçün 

Yalıncıq görsəm doıuıdayım sənin iiçüm.

Dəli  Domrulun  bu  xitabından  belə  qənaətə  gəlmək 

olar  ki,  artıq  o,  nə  qədər  uzun  ömür  verilsə  də  cismani 

ölümün  labüdlüyünü  dərk  edərək  yaxşılıq  etməklə, 

müqəddəs  əməllərlə  əbədi  yaşaya  biləcəyini  dərk  edir  və 

ona verilən  140 illik ömründə ancaq  yaxşılıq edəcəyinə söz 

verir.

Hind  əfsanəsi «Mahabharata»da Yudhiştra ömrü  boyu 



yaxşılıq  etdiyi  üçün  min  gözlü  İndira  onu  Allahlar  məka­

nına aparır.



Dünya nəyə gərəkdir? 

Bacarsan yaxşılıq et 

A ilahin ciicüsiinə 

Alqışı səni tapsın3.

1 Yenə orada,  səh.  77.

2 K itabi-D ədə Qorqud.  Bakı,  1978, səh. 93.

’ Bilqamıs.  Bakı,  1985, səh.  162.

85



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə