Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

daşı  Şulgeni məğlub edərkən, üçüncü dəfə aman dilədiyinə 

görə  onu  yenə  azad  etməklə  və  bununla  da  çox  böyük 

səhv etməsi.  Şulgenlə divlərin yenidən gölə çəkilməsi.

8.  Ən  son  və  ən  dəhşətli  sınaq.  Şər  qüvvələrə  qarşı  son 

mübarizə.  Gölün  dibində  gizlənən  divləri  məhv  etmək 

üçün  Uralın gölün suyunu içməsi.

Bu  da  onun  cismani  həyatına  son  qoyaraq,  ədəbi  ya­

şamasına səbəb olur.

Bu  qruplaşmadan  aydın  göründüyü  kimi  qədim  türk 

dastanlarında  qəhrəmanların  keçdiyi  maneə  və  sınaqlar­

dan  «Ural  batır»  dastanın  qəhrəmanı  Uralın  uğradığı 

maneə və sınaqlar öz zənginliyi, qeyri-adiliyi və orijinallığı 

ilə seçilir.  Uralın  uğradığı  maneə və sınaqların  özünəməx­

susluğunu və fərqini  başqa  abidələrlə  müqayisələr zamanı 

aşkarlanacağını  nəzərə  alaraq,  bu  barədə  bilgiləri  həmin 

mənbələr əsasında genişləndirmək daha maraqlı olardı.

«Ural  batır»dakı  əsas  sınaqlardan  biri  buğanı  yen­

məkdir.  Bu  süjet  «Bilqamıs»,  «Maaday  Qara»,  «K itadi- 

Dədə  Qorqud»  və  s.  dastanlarda  əksini  tapmışdır.  Sada­

lanan  hər  üç  buğa  şər  qüvvələrin  əlində  Xeyirə  qarşı 

mübarizə silahına çevrilmişdir.

«Bilqamıs»  dastanında  Bilqamıs  İştarın  təklifini  rədd 

edərkən,  o qəzəblənmiş və Anudan  Bilqamısı məhv etmək 

üçün  bir  buğa yaratmağı  xahiş  etmişdir.  Lakin  qəhrəman 

Bilqamıs  və  Enkidu  7  qurtuma  Fərat  çayının  suyunu  yox 

edən,  hər  dəfə  nəfəs  çəkdikdə  7  xəndək  oyulan,  dərin  ka­

lafalar  açan,  qeyri-adi  gücə  malik  olan  buğanı  yenərək 

Uruku  bu  bəladan xilas edirlər1.



«Enkidu hərləyərək onun dalınca qaçdı,

Quyruğunun lap yoxun yerindən o yapışdı,

Bilqamıs öz dostunun igidliyini gördü 

Buğanın peysərinə,  alnına xəncər  vurdu»2.

1 Bilqamıs.  Bakı.  1985.  səh.50

2 Yenə orada.  Səh.51 

94

Dastandan  aydın  olduğu  kimi  burada  təsvir  edilən 



buğa məhəbbət  və  gözəllik  ilahəsi  İştarm  nifrətinin,  qəzə­

binin  ifadəçisi  kimi  meydana  gəlmişdir.  Onun  məhv  edil­

məsi  iki  güclü  cəngavərin  ağıllı  tədbiri  və  silahdan 

(xəncər)  istifadəsi  sayəsində  mümkün  olmuşdur.  Altay 

dastanı  «Maaday  Qara»da  isə  bu  süjet,  yəni 

buğanı 


yenmə üsulları çox  fərqlidir.  Burada da Köqüdey  Merqen 

şər  qüvvə  Erlik  bəyin  qızı  Kara  Taadinin  minik  vasitəsi 

olan,  dəhşətli  təsviri  ilə  yenilməzlik  təsiri  bağışlayan  qara 

buğa  və  qara  nəri  9  gülşəli  qara  daşla  məhv  edir.  Görün­

düyü  kimi  bu  zoomorfık  obrazlar  olan  buğa  və  dəvənin 

məhv edilməsində qəhrəmandan  güc  tələb olunmur,  çünki 

onun  əlində  sehrli  daşlar  var  və  o  sınaqların  çoxundan 

həmin  daşlar  vasitəsi  ilə  keçir.  Bu  daşlar  onunla  birlikdə, 

ovcunda  doğulmuşlar.  Bu  daşların  onun  ovcunda  olma­

sının  rəmzi  mənası  var.  Belə  ki,  o,  şər  qüvvə  və  ruhlan 

məhv  edə  biləcək  bir  qüvvə,  sözün  məcazi  mənasında  bir 

«bəla»  kimi göndərilən varlıqdır.  Həm də tanrı onu  xalqı­

nın  başı üstünü  yox  olmaq təhlükəsi alan  bir zamanda Al­

tayın  nicatı  olaraq  göndərir.  Doğularkən  bədənindəki 

əlamətlər və ovcunda olan  bu daşlar onun adi insan deyil, 

•ilahi  bir  varlıq,  həm  də  əbədi  yaşar  bir  varlıq  olduğuna 

işarətdir.  Əlamətləri:  İki  kürəyinin  ortasında  barmaq 

boyda  xalı  var,  sinəsi  təmiz qızıldan  (günəş),  kürəyi  təmiz 

gümüşdəndir  (ayın  təsviri),  göbəyi  yoxdur.  Qaşları  çat­

madır,  sol əlində  9  güşəli  qara,  sağ əlində  7  güşəli  kül  rən­

gində  daşlar  vardır.  İki  gündən  sonra  ana,  altı  gündən 

sonra  ata  deiyr,  90  arşınlı  əmzikdən  süd  içsə  doyur1. 

Kökiidey  Merqenin  bu  əlamətləri,  xüsusən,  adi  insandan 

(ana)  doğulmasına  baxmayaraq,  onun  göbəyinin  olma­

masının  təsviri  qeyri-adi  əlamətdir.  Belə ki,  təbabətdən də 

məlum  olduğu  kimi  uşaq  doğulana  qədər  ana  bətnində 

göbək  ilə  qidalanır  və  onun  sayəsində  inkişaf  edir.  De-

1 Altay  kay çörçök.  M aaday  Kara.  Moskva.  1973.  səh.,84

9 5



шэк,  Köqüdey  Merqen  adi  körpə  kimi  qidalanmır,  onun 

inkişafına səbəb ilahi  qüvvələrdir.

«Buğanın  yenmə  sınaqlı»  süjetinin  «Kitabi-Dədə  Q o r­

qud»  dastanının  «Qanlı  Qoca oğlu Qanturalı»  boyundakı 

təsviri  Uralın  buğam  yenmə  səhnəsi  ilə  bir qədər  doğm a­

dır.  Qanturalı da Ural kimi buğanı nə sehirli  qüvvə,  nə  də 

ki,  silah  (xəncər) vasitəsilə yenmir.  Bu qələbə qəhrəmanın 

qeyri-adi,  yenilməz  gücü,  qüdrəti  sayəsində  qazanılır. 

Neçə-neçə  igidi  buynuz və  dırnağı ilə  zəbun etmiş  buğanı 

Qanturalı məhv edir.

«...  Buğanın  önündən  savıldı.  Buğa  buynuzu  üzərinə 

dik  gəldi.  Quyruğundan  üç  kərrə  götürüb  yerə  saldı. 

Sünkiikləri xurd oldu...»1

«Ural  Batır» dastanı,  süjet  yaxınlığı olan  bu dastanlar­

dan  oxşarlıqlarından  əlavə  çox  böyük  bir  fərqi,  özünə­

məxsusluğu  ilə  seçilir  və  onlardan  məsələnin  həlli  yolun­

dakı  mütərəqqi  fikri  ilə  yüksəkdə  durur.  Yuxarıda  sada­

lanan  oxşar  çəhətlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

Ural  da  o  biri  qəhrəmanlar  kimi  (Bilqamıs,  Enkidu,  Kö­

qüdey  Merqen,  Qanturalı  və  s.)  şər  qüvvənin  xidmətçisi, 

şər  ruhun  daşıyıcısı  olan  buğanı  yenir.  İnsanları  bu  vəhşi 

xislətli  heyvanın  zülmündən  qurtarır.  Lakin özünəməxsus­



luğu  və  fərqi  ondadır  ki,  o  buğanı  yenərkən  öldürmür. 

Onu  şər  ruhlardan  azada  edərək,  insanlığa  xidmət  edən 

bir heyvana çevirir (s.,81).

Buğa,  ümumiyyətlə,  bir  çox  qədim  türk  dastan  və 

nağıllarında  şər  qüvvələrə  xidmət  edən  heyvan  kimi  diq­

qəti  cəlb  edir.  Bir  qayda  olaraq  mətinlərdə  buğa  güclü 

təsviri  ilə  yanaşı  insanlara  qarşı  bir  silaha  çevrilmişdir. 

Təsadüfi  deyil  ki,  indinin  özündə  də  insanlar 

buğam 

xüsusi fiziki dəyişikliklər yolu ilə istifadə üçün yararlı hala 



salırlar.  Ta  qədimlərdən  indiyədək  insanlar  yuxu  yozar­

kən,  yuxuda  görünən  buğanı  «Əzrayıl  deyə»  (yəni  şər

1 K itabi-D ada Qorqud.  Bakı.  1978. sah.,100. 

96

qüvvələrin ən dəhşətlisi) yozmuşlar.  Ural,  nesə-neçə  batı­



rın sümükləri ilişib  qalmış  buynuzları  əyib  elə  bir  hala  sa­

lır ki, bir daha onlar ilə Öyünə bilməsin.  Zərbədən torpağa 

keçmiş  ayaqlarının  dırnaqları  iki  yerə  parçalanır.  Qabaq 

üst  dişini  vurub  salır.  Ural  onun  nəinki  özünün,  gələcək 

nəsinin  də  bu cür  əyri  buynuz,  haça  dırnaq  və  qabaq  diş- 

siz  doğulacağını  deyir  (s.,81).  Buradan  belə  nəticə  hasil 

olur  ki,  düz  buynuzunu  əyməkdə  məqsədi  onun  parça­

lama,  dırnaqlarının  iki  yerə  bölünməsi  əzmə,  dişini  sal­

ması gəmirmə funksiyasını zəiflətmək məqsədi daşıyırmış. 

Demək  bu  qənaətə  gəlmək  olar  ki,  ölümə  qarşı  mübarizə 

aparan,  yer  üzündən  onun  izini  silməyə  çalışan  bir  varlıq 

özü  ölüm  törətməzdi.  Onun  apardığı  mübarizə  çox 

müqəddəsdir.  Uralın  hərəkətləri  dastanda  Xeyrin  qələbə­

sinə  tam  təminat yaradır.  Belə  ki,  Ural  təkcə qarşısına  çı­

xanları  bu cür bir növ «əhilləşdirməklə»  işini  bitmiş  hesab 

etmir.  O,  bu  məqsədlə  hər yerdə  özünün zərrəsini,  törəmə­

sini  qoymaqla  xeyrin  qələbəsinə  xidmət  edir.  Uğradığı 

Ölkədə  ağallı  insanların  məsləhəti  ilə  evlənərək  öz  nəsil 

şəcərəsini artırmaqla da şər qüvvələrə qalib gəlir.

Bir  qayda  olaraq  nağıl  və  dastanlarda  qəhrəman  öz 

məqsədlərini  həyata  keçirmək  üçün  sehrli  əşyalardan  isti­

fadə  edir.  «Ural  batır»  dastanında  da  Ural  Qəhqəhənin 

sehrli  çubuğunu  ələ  keçirərək  bir  çox  maneələri  dəf edir. 

Göründüyü  kimi,  sehrli  çubuq  burada  şər  qüvvələr  tərə­

findən  40-cı  otaqda  əsir  edilərək,  öz  çirkin  məqsədləri 

üçün  istifadə  edilir.  Lakin  o  çubuğun  özünü  ələ  keçirmək 

o  qədərdə  asan  olmur.  Bunun  üçün  Ural  daha  dəhşətli 

sınaqlarla  üzləşir.  Bu  sınaqları  aşağıdakı  qaydada  sis­

temləşdirmək  olar:

1.  Qatilin  ölkəsində  əmin-amanlıq  yaradan  Ural 

yoluna  davam  edərkən,  maralı  udmaq  isətəyən  əjdaha- 

ilanla  rastlaşır.  O,  maralı  xilas  etmək  məqsədilə  ilanı  Öl­

dürmək  istəyəndə  məlum  olur  ki,  bu  ilanların  başçısı 

Qəhqəhənin  oğlu  Zərkumdur.  Maralı da atasının  tapşırığı

97



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə