daşı Şulgeni məğlub edərkən, üçüncü dəfə aman dilədiyinə
görə onu yenə azad etməklə və bununla da çox böyük
səhv etməsi. Şulgenlə divlərin yenidən gölə çəkilməsi.
8. Ən son və ən dəhşətli sınaq. Şər qüvvələrə qarşı son
mübarizə. Gölün dibində gizlənən divləri məhv etmək
üçün Uralın gölün suyunu içməsi.
Bu da onun cismani həyatına son qoyaraq, ədəbi ya
şamasına səbəb olur.
Bu qruplaşmadan aydın göründüyü kimi qədim türk
dastanlarında qəhrəmanların keçdiyi maneə və sınaqlar
dan «Ural batır» dastanın qəhrəmanı Uralın uğradığı
maneə və sınaqlar öz zənginliyi, qeyri-adiliyi və orijinallığı
ilə seçilir. Uralın uğradığı maneə və sınaqların özünəməx
susluğunu və fərqini başqa abidələrlə müqayisələr zamanı
aşkarlanacağını nəzərə alaraq, bu barədə bilgiləri həmin
mənbələr əsasında genişləndirmək daha maraqlı olardı.
«Ural batır»dakı əsas sınaqlardan biri buğanı yen
məkdir. Bu süjet «Bilqamıs», «Maaday Qara», «K itadi-
Dədə Qorqud» və s. dastanlarda əksini tapmışdır. Sada
lanan hər üç buğa şər qüvvələrin əlində Xeyirə qarşı
mübarizə silahına çevrilmişdir.
«Bilqamıs» dastanında Bilqamıs İştarın təklifini rədd
edərkən, o qəzəblənmiş və Anudan Bilqamısı məhv etmək
üçün bir buğa yaratmağı xahiş etmişdir. Lakin qəhrəman
Bilqamıs və Enkidu 7 qurtuma Fərat çayının suyunu yox
edən, hər dəfə nəfəs çəkdikdə 7 xəndək oyulan, dərin ka
lafalar açan, qeyri-adi gücə malik olan buğanı yenərək
Uruku bu bəladan xilas edirlər1.
«Enkidu hərləyərək onun dalınca qaçdı,
Quyruğunun lap yoxun yerindən o yapışdı,
Bilqamıs öz dostunun igidliyini gördü
Buğanın peysərinə, alnına xəncər vurdu»2.
1 Bilqamıs. Bakı. 1985. səh.50
2 Yenə orada. Səh.51
94
Dastandan aydın olduğu kimi burada təsvir edilən
buğa məhəbbət və gözəllik ilahəsi İştarm nifrətinin, qəzə
binin ifadəçisi kimi meydana gəlmişdir. Onun məhv edil
məsi iki güclü cəngavərin ağıllı tədbiri və silahdan
(xəncər) istifadəsi sayəsində mümkün olmuşdur. Altay
dastanı «Maaday Qara»da isə bu süjet, yəni
buğanı
yenmə üsulları çox fərqlidir. Burada da Köqüdey Merqen
şər qüvvə Erlik bəyin qızı Kara Taadinin minik vasitəsi
olan, dəhşətli təsviri ilə yenilməzlik təsiri bağışlayan qara
buğa və qara nəri 9 gülşəli qara daşla məhv edir. Görün
düyü kimi bu zoomorfık obrazlar olan buğa və dəvənin
məhv edilməsində qəhrəmandan güc tələb olunmur, çünki
onun əlində sehrli daşlar var və o sınaqların çoxundan
həmin daşlar vasitəsi ilə keçir. Bu daşlar onunla birlikdə,
ovcunda doğulmuşlar. Bu daşların onun ovcunda olma
sının rəmzi mənası var. Belə ki, o, şər qüvvə və ruhlan
məhv edə biləcək bir qüvvə, sözün məcazi mənasında bir
«bəla» kimi göndərilən varlıqdır. Həm də tanrı onu xalqı
nın başı üstünü yox olmaq təhlükəsi alan bir zamanda Al
tayın nicatı olaraq göndərir. Doğularkən bədənindəki
əlamətlər və ovcunda olan bu daşlar onun adi insan deyil,
•ilahi bir varlıq, həm də əbədi yaşar bir varlıq olduğuna
işarətdir. Əlamətləri: İki kürəyinin ortasında barmaq
boyda xalı var, sinəsi təmiz qızıldan (günəş), kürəyi təmiz
gümüşdəndir (ayın təsviri), göbəyi yoxdur. Qaşları çat
madır, sol əlində 9 güşəli qara, sağ əlində 7 güşəli kül rən
gində daşlar vardır. İki gündən sonra ana, altı gündən
sonra ata deiyr, 90 arşınlı əmzikdən süd içsə doyur1.
Kökiidey Merqenin bu əlamətləri, xüsusən, adi insandan
(ana) doğulmasına baxmayaraq, onun göbəyinin olma
masının təsviri qeyri-adi əlamətdir. Belə ki, təbabətdən də
məlum olduğu kimi uşaq doğulana qədər ana bətnində
göbək ilə qidalanır və onun sayəsində inkişaf edir. De-
1 Altay kay çörçök. M aaday Kara. Moskva. 1973. səh.,84
9 5
шэк, Köqüdey Merqen adi körpə kimi qidalanmır, onun
inkişafına səbəb ilahi qüvvələrdir.
«Buğanın yenmə sınaqlı» süjetinin «Kitabi-Dədə Q o r
qud» dastanının «Qanlı Qoca oğlu Qanturalı» boyundakı
təsviri Uralın buğam yenmə səhnəsi ilə bir qədər doğm a
dır. Qanturalı da Ural kimi buğanı nə sehirli qüvvə, nə də
ki, silah (xəncər) vasitəsilə yenmir. Bu qələbə qəhrəmanın
qeyri-adi, yenilməz gücü, qüdrəti sayəsində qazanılır.
Neçə-neçə igidi buynuz və dırnağı ilə zəbun etmiş buğanı
Qanturalı məhv edir.
«... Buğanın önündən savıldı. Buğa buynuzu üzərinə
dik gəldi. Quyruğundan üç kərrə götürüb yerə saldı.
Sünkiikləri xurd oldu...»1
«Ural Batır» dastanı, süjet yaxınlığı olan bu dastanlar
dan oxşarlıqlarından əlavə çox böyük bir fərqi, özünə
məxsusluğu ilə seçilir və onlardan məsələnin həlli yolun
dakı mütərəqqi fikri ilə yüksəkdə durur. Yuxarıda sada
lanan oxşar çəhətlərdən belə bir nəticəyə gəlmək olar ki,
Ural da o biri qəhrəmanlar kimi (Bilqamıs, Enkidu, Kö
qüdey Merqen, Qanturalı və s.) şər qüvvənin xidmətçisi,
şər ruhun daşıyıcısı olan buğanı yenir. İnsanları bu vəhşi
xislətli heyvanın zülmündən qurtarır. Lakin özünəməxsus
luğu və
fərqi ondadır ki, o buğanı yenərkən öldürmür.
Onu şər ruhlardan azada edərək, insanlığa xidmət edən
bir heyvana çevirir (s.,81).
Buğa, ümumiyyətlə, bir çox qədim türk dastan və
nağıllarında şər qüvvələrə xidmət edən heyvan kimi diq
qəti cəlb edir. Bir qayda olaraq mətinlərdə buğa güclü
təsviri ilə yanaşı insanlara qarşı bir silaha çevrilmişdir.
Təsadüfi deyil ki, indinin özündə də insanlar
buğam
xüsusi fiziki dəyişikliklər yolu ilə istifadə üçün yararlı hala
salırlar. Ta qədimlərdən indiyədək insanlar yuxu yozar
kən, yuxuda görünən buğanı «Əzrayıl deyə» (yəni şər
1 K itabi-D ada Qorqud. Bakı. 1978. sah.,100.
96
qüvvələrin ən dəhşətlisi) yozmuşlar. Ural, nesə-neçə batı
rın sümükləri ilişib qalmış buynuzları əyib elə bir hala sa
lır ki, bir daha onlar ilə Öyünə bilməsin. Zərbədən torpağa
keçmiş ayaqlarının dırnaqları iki yerə parçalanır. Qabaq
üst dişini vurub salır. Ural onun nəinki özünün, gələcək
nəsinin də bu cür əyri buynuz, haça dırnaq və qabaq diş-
siz doğulacağını deyir (s.,81). Buradan belə nəticə hasil
olur ki, düz buynuzunu əyməkdə məqsədi onun parça
lama, dırnaqlarının iki yerə bölünməsi əzmə, dişini sal
ması gəmirmə funksiyasını zəiflətmək məqsədi daşıyırmış.
Demək bu qənaətə gəlmək olar ki, ölümə qarşı mübarizə
aparan, yer üzündən onun izini silməyə çalışan bir varlıq
özü ölüm törətməzdi. Onun apardığı mübarizə çox
müqəddəsdir. Uralın hərəkətləri dastanda Xeyrin qələbə
sinə tam təminat yaradır. Belə ki, Ural təkcə qarşısına çı
xanları bu cür bir növ «əhilləşdirməklə» işini bitmiş hesab
etmir. O, bu məqsədlə hər yerdə özünün zərrəsini, törəmə
sini qoymaqla xeyrin qələbəsinə xidmət edir. Uğradığı
Ölkədə ağallı insanların məsləhəti ilə evlənərək öz nəsil
şəcərəsini artırmaqla da şər qüvvələrə qalib gəlir.
Bir qayda olaraq nağıl və dastanlarda qəhrəman öz
məqsədlərini həyata keçirmək üçün sehrli əşyalardan isti
fadə edir. «Ural batır» dastanında da Ural Qəhqəhənin
sehrli çubuğunu ələ keçirərək bir çox maneələri dəf edir.
Göründüyü kimi, sehrli çubuq burada şər qüvvələr tərə
findən 40-cı otaqda əsir edilərək, öz çirkin məqsədləri
üçün istifadə edilir. Lakin o çubuğun özünü ələ keçirmək
o qədərdə asan olmur. Bunun üçün Ural daha dəhşətli
sınaqlarla üzləşir. Bu sınaqları aşağıdakı qaydada sis
temləşdirmək olar:
1. Qatilin ölkəsində əmin-amanlıq yaradan Ural
yoluna davam edərkən, maralı udmaq isətəyən əjdaha-
ilanla rastlaşır. O, maralı xilas etmək məqsədilə ilanı Öl
dürmək istəyəndə məlum olur ki, bu ilanların başçısı
Qəhqəhənin oğlu Zərkumdur. Maralı da atasının tapşırığı
97