Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

«Əbədi  həyat  axtarışı»  süjetinin  tipoloji  təhlili  zamanı 

həmin  ideyanın  analoji  finalla  bitdiyinin  şahidi  oluruq. 

«Ural  batır»  dastanının  qəhrəmanı  da  son  anda  min 

əzabla  tapdığı  Yənşişmənin  suyunu  boz  dağlara,  meşə­

lərə.  çəmənlərə  səpir,  onlara  həyat  verir.  Göründüyü  kimi 

burada  əbədilik  iksiri  şirin,  içməli  sulardır.  Həmin  şirin 

sular  dağlan,  dərələri,  düzləri  canlandırır,  yaşıllıq  gətirir. 

Bu  şirin  su  insanları  susuzluq  fəlakətindən  qurtarır.  On­

dan  sonra  oğulları  İzel,  Nöqəş,  Hakmar,  Yayık  da  atası­

nın  bu  müqəddəs  əməlini  davam  etdirirlər.  İnsanların  iç­

məli  sudan  əzab  çəkdiyini  görən  oğullar  Ural  dağı  ətra­

fında  dağları,  qayaları  çaparaq  yeni-yeni  şirin  su  mənbə­

ləri  tapıb,  təbiəti və insanlığı susuzluqdan xilas edirlər.

Demək,  buradan  belə  bir  qənaət  hasil  olur  ki,  mifik  tə­

fəkkürlü  insanlar  təbiətin neməti  olan  şirin suyun həyatve­

rici  əlamətini  olduğu  kimi  dərk  etmək  iqtidarında  olma­

dıqlarından  onun  haqqında  öz  dünyagörüşləri  çərçivə­

sində miflər yaratmışlar.

Bəşəri  ideyalarla  yaşayan  qəhrəmanlar  heç  vaxt  təkcə 

özlərini  düşünməyiblər.  Onlar  bütün  canlı  həyatı  zülmdən 

qurtarmaq  yolu  tutduqlarına  görə  Müqəddəsliyə  qovu­

şublar.  Qədim  Hind  əfsanəsi  «Mahabharata»da  sehrli  si­

lah  dalınca  gedən  Ərcunaya  min  gözlü,  qüdrətli  Allah  İn- 

dira  deyir:  «Yox,  yox  bircə  bunu  demə  (silahı)  istəyirsən 

sənə  ölməzlik  bəxş  edim,  həmişəlik  bəxş  edim,  həmişəlik 

qal  Allahların  məskənində.  İstəyirsən  sənə əbədi  xoşbəxt­

lik verim, dünya malına qəni eləyim.

-   Yox,  sehrli  silahdan  başqa  səndən  heç  nə  istəmirəm, 

heç nəyə can atmıram»1.

Göründüyü  kimi  Ərcuna  özünə  bəxş  edilən əbədi  hə­

yatdan  imtina  edir,  çünki  bütün  insanları  şər  qüvvənin 

əlindən  qurtarmaq  üçün  ona  ancaq  sehrli  silah  lazım  idi. 

O,  təkcə  özünü  düşünsə  idi,  müqəddəsləşə  bilməzdi,  is­

1  M ahabharata və ya  Bharata övladlarının  böyük vuruşları  haqqında  dastan. 

Bakı,  1988, səh.  76 

86

təyinə  də  nail  olmazdı.  Eləcə  də  Ural  Batır,  Bilqamıs, 



Köqüdey Merqen,  Dəli Domrul və s.

Lakin  Nizaminin  «İskəndərnamə»sindəki  İskəndər 

yalnız özünü düşündüyü üçün  arzusuna yetə bilməyir.

Bütün  bu  müqayisələrdən  yekun  olaraq  bir  fəlsəfi  nə­

ticə  çıxarmaq  olar:  «Cismani  ölüm  labüddür,  əbədi  yaşa­

maq  iksiri  yaxşı  əməllərdir.  Sağlığında  xeyir  əməl  sahibi 

olan əbədiyyət qazanar!»

2.2.  Qardaşların əbədi həyat axtarışı zamanı rastlaş­

dıqları maneələrdə sınaqlar.

Türk  əsatir,  dastan  və  nağıllarında,  qəhrəmanların  sı­

naq  səhnələrinin  qabarıq  formada  təsviri  geniş  yer  tutur. 

İstər  qəhrəmanlıq,  istər  məhəbbət,  istərsə  də  adi  məişət 

dastanlarında  qəhrəmanın  ən  kiçik  bir  arzusu  belə  sınaq- 

larsız  başa varmayıb.  Tədqiqata cəlb edilmiş  «Ural  batır» 

dastanı  belə  sınaqlarla  zəngin  bir  abidədir.  Buradakı  sı­

naqlar  öz  mifik  səciyyəsi  ilə  başqa  dastan  və  nağıllardakı 

sınaq  süjetindən köklü surətdə fərqlidir.

Bu  maneə  və  sınaqlar  bir  qayda  olaraq  qəhrəmanı  öz 

arzusuna,  məqsədinə döğru  irəliləməsində çətinliklər  törə­

dir.  Hər  addımda  bərkdən-boşdan  çıxararaq,  onun  məq­

sədinin  aliliyini,  müqəddəsliyini  bir daha  təsdiqləmiş olur. 

Məhz  «Ural  batır»  dastanının  qəhrəmanları  Ural  və  Şul- 

gen  qardaşları  da müqəddəs məqsədin  ardıyca yollanırlar. 

Lakin  eyni  məqsəd  uğrunda  yola  çıxmış,  eyni  ata  və 

ananın  övladı  olan  iki  qardaş  öz  xarakterlərinə  görə 

müxtəlif  qütblərdə  dururular.  İradəcə  zəif,  uşaqlıqdan 

böyük  sözünə  əməl  etməyən,  iblis  xislətli  Şulgen  bu  sı­

naqlardan  uğurla  keçə  bilmir.  Cünki,  o,  bütün  əməlləri  ilə 

şər  ruhun  daşıyıcısı  olduğunu  biruzə  verir.  Dastan  boyu 

həmin  süjeti  izləməklə  fikri  aşağıdakı  şəkildə  əsaslandır­

maq  mümkündür.

8 7



1.  Şulgenin dəhşətli əməllərindən birincisi,  hələ  12-i  ya­

şında  ikən  atanın  qoyduğu  qadağanı  pozması  artıq  onun 

iblisin  diktəsi  ilə  hərəkət etdiyini  açıq-aşkar göstərir.  Qa­

dağanı  pozaraq  şərin  rəmzi  sayılan  həmin  köhnə,  pis 

qanı,  vaxtından tez içməsi və bununla da həyat haqqında 

ilkin  təsəvvürlü  olan  yeniyetmənin  yanlış yola düşməsinə, 

şər  qüvvələrin  vasitəçisinə  çevrilməsinə zəmin yaradır  (bu 

barədə bax:  «Xeyir və şər konflikti» bölməsinə).

2.  Qardaşların  «əbədi  həyat  axtarışı»  süjeti  boyu  Şul­

genin  iradəsizliyinin,  qorxaqlığının,  xainliyinin  dəfələrlə 

şahidi  oluruq.  Bu xüsusiyyətlərinə görə o,  «batır»  səviyyə­

sinə  yüksələ  bilmir.  Çünki  bütün  qəhrəmanlıq  dastan  və 

nağıllarında  bir  qayda  olaraq  qəhrəmanlar  öz  ləyaqətlə­

rini  uca  tutaraq  ən  çətin  sınaqlardan  keçməklə nəsil  şərə­

fini  qoruyurlar.  Lakin  bu  dastanda  hər  iki  qardaşın 

müqəddəs  bir amal  uğrunda yola  çıxmasına baxmayaraq, 

Şulgen  məqsədinə  çirkin  və  asan  yollarla  çatmağa  çalışır. 

O,  qəhrəmanı  müqəddəsliyə,  batırlığa  qovuşdura  biləcək 

bütün  maneə  və  sınaqlardan  namərdcəsinə  adlamaq  is­

təyir.  Bunu  qarşılarına  çıxan  ilk  sınaq  səhnəsində  aydın 

görmək  mümkündür.  Bir  çox  dastan  və  nağıllarda1  ol­

duğu  kimi  «Ural  batır»da  da  qəhrəmanlar  xeyir  və  şəri 

təmsil  edən  iki  istiqamətlə  qarşılaşırlar.  Bunlardan  biri, 

yəni  sol  istiqamətdə  xeyrin  təmsilçisi  Samraunun  ölkəsi­

dir,  ikincisi  isə  sağda  şər  qüvvələrin,  ruhların:  Qatilin, 

Qəhgəhənin,  Əzrəkənin,  onların  şər ruhlarının daşıyıcıları 

olan,  ilanların, divlərin və s. məskənidir.

Şulgen bığa giilməgən:

Min uzaman əle-tip,

Min bar amin hulğa,  - tip. (s.,69)

1  Məlikməmməd  nağılında  həmin  xeyir  və  şəri  təmsil  edən  istiqamət  ağ  qoç. 

qara  qocla  müəyyənləşdirilir.  Ağ qoç insanı  işıqlı dünyaya, qara  qoç qaranlıq 

dünyaya (yeraltı)  istiqaməttləndirir.



Mənası:  Şulgen  buna  razı  olmadı.  Mən  səndən  böyü­

yəm, sola mən getməliyəm-dedi.

Bu  süjet  bir  çox  dünya  xalqlarının  o  cümlədən  də  türk 

xalqlarının  dastan  və  nağıllarında  analogiyasını  tapmış 

bir haldır.  Belə  ki,  əgər  «Ural  batır»  dastanında  bu  funk­

siyanı  yerinə  yetirən  böyük  qardaş  Şulgendirsə,  «Məlik­

məmməd»1 nağılında  da  eyni  ilə  böyük  qardaşlar,  özbək 

qəhrəmanlıq  dastanı  «Alpamış»da  Baysarının  böyük  qar­

daşı  Bayberi  2,  «Kitabi-Dədə  Qorqud»da  ana  qan  qo­

humu  Aruz  Qoca3,  «Mahabharata»da  Panduların  ata 

qan qohumları olan əmisi  uşaqlarıdır4.

Bütün süjet  boyu  Şulgenin davranışının istiqamətləndi- 

rilməsində  şər  qüvvə  və  ruhların  təsiri  aydın  görünür.  O, 

məqsədinə  asanlıqla  nail  olmaq  üçün  xeyir  istiqamətini 

tutmasına  baxmayaraq,  istəyinə  yetə  bilmir.  Bu  uğursuz­

luğun səbəblərini aşağıdakı  formada qruplaşdırmaq olar:

1.  Şulgen müqəddəs  məqsəd  üçün  yollanır  və  bütün  hiylə 

və  məkrləri  də  məhz  həmin  amala  tez  yetişmək  üçün  idi. 

Bu hal qardaşı  Uralla görüş səhnəsinədək davam edir.

2.  Xeyir  ölkəsinə  uğramasına  baxmayaraq,  həmin  məq­

səd  (yəni  əbədi  həyat  qazanmaq)  uğrunda  qəhrəmanın 

keçəcəyi  maneə  və  sınaqlarından  Şulgen  də  keçməli  idi  . 

O,  maneə  və  sınaqlarda  iradəsizlik  göstərərək,  bilməyə­

rəkdən,  qardaşı  Urala  qarşı  şər  qüvvələrinin  əlində  va­

sitəyə çevrilir.

3.  Qardaşı  ilə  qarşılaşarkən  onda  yaranmış  paxıllıq,  həsəd 

artıq  şüurlu  surətdə  şər  qüvvələrə  xidmət  yolu  tutmuş  Şul- 

geni Uralın ən böyük və qorxulu düşməninə çevrir.

Şulgen  başqa  şər  qüvvələrə  nisbətən  doğma  qardaş  ol­

duğundan  daha  təhlükəli  və  qorxulu  idi.  Çünki,  Ural  ilk 

andan  qardaşının  namərdliyini  başa  düşmür,  onun  qarşı-

1 Azərbaycan xalq  nağılları.  Məlikməmməd. Bakı,  1975.  səh.56-58.

2Alpamış.  Duşənbe,  1777, səh.26.

3 Kitabi  Dədə Qorqud.  Bakı.  1978.  səh.42-55

^ «Mahabharala».  Bakı.  1988.səh.26

8 9



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə