Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   2   3   4   5   6   7   8   9   ...   37

olan «Köqiidey»,  «Şan qızı», «Alpamış»,  «Maaday Qara» 

qədim  türk qəhrəmanlıq  dastanları  ilə yanaşı  «Mahabha- 

rata və  Bharata övladlarının  böyük vuruşmaları  haqqında 

dastan»,  «Bilqamıs»  kimi  eramızdan  qabaqkı  dastanlarla 

müqayisə  etmişdir.  Müəllif «Mahabharata»  nm  saka  tay­

falarına  aid  olduğunu,  sakaların  da  böyük  türk  tayfaları 

sayılması  haqqında  Cəvahirləl  Nehrunun  etibarlı  fikrinə 

əsasən  türk  dastanları cərgəsinə qatmışdır.  Şumerlərin  (və 

ya  şumerlərin)  də  türk  mənşəli  olmaları  haqqında  türko­

logiyada  nüfuzlu  tədqiqatlara  əsaslanıb  qədim  bəşəri 

dastan  kimi  onu  da  tipoloji  qohum  abidələrin  məhşur bir 

kökü kimi tədqiqata çəkib gətirmişdir. «Avesta» mifologi­

yası  ilə  «Ural  batır»  arasında  xeyir-şər  təzadının qarşılaş- 

dırılması  da  dünya  əhəmiyyəti  daşıyan  və  türk  xalqlarına 

da doğma olan bir abidəni gözdən kənar qoymamaq prin­

sipinə arxalanır.

Belə  qədim  qəhrəmanlıq  dastanlarının  ənənələri  orta 

əsr  türk  dastanlarında  yaşadığına  görə  müəllif «Şan  qızı» 

(«Xan  qızı») tatar dastanı,  ortaqlığı  çox  olan  Azərbaycan 

dastanı  «Kitabi-Dədə  Qorqudwu,  «Koroğlu»nu,  özbək 

dastanı  «Alpamışı»  da  tipoloji  aspektdə  tədqiqə  gətirmiş­

dir.


Müqayisələrin  eradan  qabaqkı  dastanlardan  başlayıb 

orta  əsr  dastanlarına  qədər  tipik  ədəbi  abidələr  üzərində 

qurulması  əsəri  necə  geniş,  tədqiqi  və  açıqlanması  çətin 

olan  məsuliyyətli  mövzunu  xronologiyasına  görə  ardıcıl 

qapsadığını  aydın  göstərir.  Tədqiqatın  məzmun  dərinli­

yinə, elmi dəyərinə və aktuallığına dair gəlinən qənaət bu­

dur:  tədqiqat  dolğun  məzmunlu,  geniş  tipoloji  ölçüləri 

olan,  zəngin  bədii materiala,  çoxlu zəruri elmi,  nəzəri ədə­

biyyata  əsaslanan  tarixən  orijinaldır,  bu  günki  dəyərinə 

görə aktualdır.

Hansı  tipoloji  uyarlıqlar  üzə  çıxarılıb  və  bunlar  hansı 

miqyasda  incələnib  sualına  qısa  cavab:  süjet  və  kompozi­

siya  oxşarlıqları  dastan  qəhrəmanlarının  mifik  doğuluşu,

6

hiperbolik  həyat  və  fəaliyyəti,  baş  qəhrəmanların  yer 



üstündə, yer altı dünyada (bəzən qürbətdə),  göy sferasında 

dönüb-dolaşması,  kainatın  qatlarına  yollar,  dağlar  yaxa­

sında,  düzənlik  çöllərdə,  axar  çaylar  qırağında  yurdlar, 

yaşayış  məntəqələri,  dərin  ucsuz-bucaqsız,  keçilməz  də­

nizlər  mühiti  -  bütün  bunların  ibtidai  təfəkkürə  söykənən 

mifoloji  mənşəyi.  Dastanlarda  sehrin  təsir  dairəsi.  Sehrli 

at,  sehirli  qılınc,  sehirli  ox-yay və əsa,  şər qüvvələrin alda­

dıcı  çevrilmələri  (başqa  xilqətə),  xeyir  qüvvələrin  qu  qu­

şuna,  Simruğa  dönümləri.  Rəng  çalarlarının  rəmzləri,  ən 

çox  qara və ağ rəng,  qara buğa (qaranlıq dünyanın  ziyan- 

kar  heyvanı),  ağ  qu  (göylərin  xeyirxah  qızları  -   sonrakı 

Hürülər), ağ evlər -  xanlığa kübarlığa məxsus evlər və təzə 

çadırlar,  qara  evlər-köhnə  çadırlar  və  qara  camaata  məx­

sus aullar.

Müəllif bunları  tarixən  ən  uzaq  keçmişlərdən  orta  əsr­

lərə  qədər  ardıcıl  izləyir,  mifik  doğuluşun  və  hiperbola 

əzəmətinin  «Ural  batır»a  nisbətən  getdikçə  azalması,  zə­

ifləməsi,  bəzən eyham  kimi  qalması  prosesini  göstərməklə 

«Ural  batm»m  ilkin koloritini saxlamağa nail olur.  «Ural 

batır»ın  daşqından  salamat  qalmış  ər-arvad  tipi  və  onla­

rın  törəmələrilə «Oğuz Xaqan»,  «Maaday Qara» əcdad  və 

törəmələri  arasında  hərtərəfli  fərqlər görən müəllif,  bu qə­

dim  dastanlardan  orta  əsr dastanlarına,  məsələn  «Kitabi- 

Dədə  Qorqud»a  keçəndə  orta  əsr dastanlarındakı  məişət, 

dəb,  həyat  tərzi,  insanların  qarşılıqlı  münasibətləri  baxı­

mından  da  yeni  cəmiyyət  quruculuğu,  yeni  dünyagörüşü, 

yeni  əxlaq görüşü və s.  tiplərini fərqləndirib,  uzaq  keçmiş­

dən  gələn  ənənənələrin  dəyişmə  və  yaşama  şərait  və  im­

kanlarını fərqləndirir.

Dastanlarda  səcdə  və  pərəstiş  obyektlərinə  münasibət, 

döyüş  atına,  qılınca,  daşa-qayaya,  dağlara,  axar  sulara, 

ağaca  dərin  pərəstiş,  «Ural  batır»da  çöx  güclü  olduğunu, 

Günəşin  və  Ayın  Samraunun  (Simurq)  arvadları  kimi 

şəxsləndirib  onlardan  doğulan  Humay  və  Ayxulunun  in­

7



san  övladma  ərə  verildyini  mifik  təfəkkür  əlamətləri  kimi 

səciyyələndirirsə də,  nəsil  artımında  Humayın  pərilərə xas 

himayəliliyini  də  görür.  O,  Göyün  şəxsləndirilmiş  Günəşi 

və Ayı ilə «Oğuznamə» arasında bir varislik tapır.

Eləcə  də  «Ural  batır» ilə Altay  yaradılış  dastanlarında 

ortaqlıq  görür.  «Ural  batır»dan  orta  əsr  dastanlarına  ge­

dən  ənənələrdə  hiperbolanm  xeyli  azadlığını,  qadın  cən- 

gavərliyinin  «Ural  batır»a  nisbətən  «Maaday  Qara»da 

çox zəiflədiyini  doğru müşahidə edir.  «Ural  batır»dan so­

nrakı  qəhrəmanlıq  dastanlarında  törəyən  yeni  qəhrəman­

lar  nəslinin  də,  döyüş  atlarının  da  boy-buxunca  xırdalan­

dığını,  əvvəlki  cəngavərlərin  gücü  nisbətində  nəsillərin 

gücünün  azaldığını,  əvvəlki  70  batmanlıq  qılınc  əvəzinə 

«Kitabi-Dədə  Qorqud»,  «Manas»,  «Alpamış»,  «Ko­

roğlu»  və  ya  «Kor  oğlu»  versiyalarında  qılıncın  çəkisinə 

görə  yox,  hazırlanması  keyfiyyətinə  (Misri  qılınc)  görə 

fərqləndiyini gözdən qaçırmır.

Pərəstiş  obyekti  olmuş  qadınlar,  canlılar,  silahlar və  s. 

dastanlara  dair  tədqiqatlarda  qismən  səpələnmiş  halda­

dır.  Nəzakət  Hüseyn  qızı  belə  tədqiqat  əsərlərinin  qədir- 

qiymətini  bilməklə  yanaşı  onları  sistem  şəklində,  ardıcıl 

olaraq izləmişdir.

Müəllifin  dastan  tipologiyası  baxımından  «Ural  ba- 

tır»da  bədii dil  tipologiyasını  araşdırması  türk dastanları­

na həsr edilmiş tədqiqatlar içərisində mətn müqayisələrinə 

əsaslanan qiymətli fəsildir.

Müəllif mövzunu  bütövlükdə  öyrənib,  dastan  yaradıcı­

lığının  inkişaf  tarixinə  əsasən  onların  tipologiyası  haq­

qında  elmi  və  təcrübi  əhəmiyyəti  çox  olan  kamil  əsər ya­

ratmışdır.



Pənah Xəlilov, 

F.e.d., professor 

(BDU,  «Türk xalqları ədədibiyatı» 

kafedrasının müdiri)

8

Türk xalqları folklorunun tədqiqi sahəsində uğurlu addım

Məlumdur  ki,  türkdilli  xalqların  məskunlaşdığı  ərazilərdə 

vaxtaşın müharibələr,  basqınlar olmuş,  bu  viranedici mühari­

bələr  nəticəsində  sərhədləri  daralmış,  bəzən  şan  və  şərəfi  tap- 

tanmış, mədəniyyəti,  dili və dini, adət-ənənəsi zərbələrə məruz 

qalmışdır.  Lakin dil və folklor adlanan iki varlıq yad təsirlərə 

sinə  gərmiş,  türkdilli  xalqların  özünəməxsus  mədəniyyətini, 

adət-ənənələrini,  həyat tərzini saxlaya bilmişdir.  Bu  baxımdan 

dastanlar, o cümlədən də zənginliyi, qeyri-adiliyi və orijinallığı 

ilə seçilən «Ural batır» dastanı xüsusi əhəmiyyət kəsb edir.

Müəllifin «Qədim türk qəhrəmanlıq  dastanlarının  tipo­

logiyası»  («Ural  batır»  əsasında)  əsərində  hər  şeydən  əv­

vəl  diqqətimizi  çəkən  türk  mənşəli  dastanların  tipoloji 

təhlili,  onların  eyni  kökdən  olması,  oxşar və  ortaq  ədəbi- 

bədii  faktların  təsdiqlənməsi,  dastanların  tarixi  etnoqra­

fik,  coğrafi,  ictimai-siyasi  və  fəlsəfi  baxımdan  fikir süzgə­

cindən keçirilməsi olmuşdur.

Müəllif  haqlı  olaraq  göstərir  k,i,  «Qədim  türk  qəhrə­

manlıq  dastanlarının  tipologiyası»  mövzusu  Azərbaycan 

folklorşünaslığında  ilk  dəfədir  belə əhatəli  tədqiq  olunur. 

Həqiqət naminə deyək ki,  bu tədqiqat dərinliyinə və əhatə 

dairəsinə görə elə Başqırd  folklorşünaslığı  üçün  də  təzədir. 

Əsərdə  biri-birindən  maraqlı'  olan  dörd  fəsil,  bir  neçə 

bölmədən,  giriş,  nəticə  və  istifadə  olunmuş  ədəbiyyatın 

geniş  siyahısı  yer  almışdır.  Dilinin  ravanlığı,  fikir  aydın­

lığı,  mülahizələrin  məntiqliyi  ilə  seçilən  əsərdə  «Ural  ba­

tır»  əsas  obyekt  kimi  götürülmüş,  «Bilqamıs»,  «Avesta», 

«Mahabharata»,  «Altay yaradılış dastanı»,  «Maaday Qa­

ra»,  «Kitabi -  Dədə  Qorqud»,  «Alpamış»,  «Manas» və s. 

ilə  tipoloji  təhlil  aparmış,  qənaətbəxş  nəticələrə  gəlinMiş- 

dir.  Tədqiqata cəlb olunan  və həllimdə demək  olar ki,  nail 

olunan probblemləri aşağıdakı kimiiqruplaşdırmaq olar:

1. 


«Ural  batır»  dastanının  mənşəyi,  formalaşması  və 

təkamülü.

9



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə