Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova


Qədim türk xalqlarının fəlsəfi dünyagörüşünü,  milli-



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   2   3   4   5   6   7   8   9   ...   37

Qədim türk xalqlarının fəlsəfi dünyagörüşünü,  milli- 

mənəvi dəyərlərini əks etdirən əsər

Qədim  dövrlərdə yaranmış  ədəbi  əsərlərin  öyrənməsinə 

istər  Azərbaycan  ədəbiyyatşünaslığında,  istərsə  də  türko­

logiya  elmində  mühüm  əhəmiyyət  verilir.  Bunun  da  sə­

bəbləri  aydındır:  belə  sinkretik  əsərlərdə  xalqın  fəlsəfi 

dünyagörüşü,  ədəbi-estetik  baxışları  öz  əksini  tapır,  onun 

adət-ənənələri,  mədəniyyəti  barədə  tarixi-etnoqrafık  mə­

lumatlar  verilir.  Bütün  bunlar isə  xalqın  keçmişini  öyrən­

mək  üçün  olduqca  qiymətli  bir  məxəz  hesab  edilə  bilər. 

Bu  baxımdan  dastanlar  xüsusi  əhəmiyyət  kəsb  edir.  Qə­

dim  dövrlərdə  hər  bir  xalq,  öz  adət-ənənəsini,  qəhrəman­

lıq  tarixi  i  ilk  növbədə  dastan  boylarında  əks  etdirməklə 

qoruyub  saxlamağa  çalışmışdır.  Ağızdan-ağıza  keçdikcə 

boyların əsas məzmunu  xalq,  qəbilə üçün qiymətli, əziz və 

müqəddəs  sayıln  mövzu  və  mətləblər  -   həmişə  yeni-yeni 

məlumatlarla,  hekayət  və  rəvayətlərlə,  mahnı,  atalar  söz­

ləri,  müxtəlif  bədiilik  vasitələri  ilə  zənginləşərək,  dastan 

halına  salınırdı.  Bu,  bir  tərəfdən  bəhs  olunan  mövzu  və 

mətləblərə  hörmət  ifadəsi,  digər  tərəfdən  qəbilənin  adət- 

ənənələri,  həyat  təcrübəsi  ilə  bağlı  olan  mətləblərin  oxucu 

və dinləyicilərə  daha təsirli  formada  aşılamaq  vasitəsi  idi. 

Məhz  buna görə də belə əsərlərin  hərtərəfli  öyrənilməsi  və 

araşdırılmasına  böyük ehtiyac duyulur.

Müəllifin  tədqiqat  obyekti  kimi  qədim  türk  dastanları­

na  müraciət  etməsi  heç  də  təsədüfi  deyildir.  Əski  türk 

ədəbi  abidələrindən  olan  «Ural  batır» dastanını əsas  mən­

bə  kimi  götürən  tədqiqatçı  onu  bir  sıra  qədim  türk  və 

başqa xalqların  dastanları  ilə müqayisəli  şəkildə araşdırır. 

Bu isə onu göstərir ki,  müəllif müasir elmin  inkişafı  ilə ay­

aqlaşmağa  çalışır.  Çünki,  qədim  abidələrin  ayrı  şəkildə 

araşdırılıb,  təsviri  tərzdə  tədqiq  edilməsi  dövrü  artıq  başa 

çatmaq  üzrədir.  İndi  həmin  ədəbi  abidələri  müqayisəli  şə­

kildə  tədqiq  etməklə,ümumi  dastan  yaradıcılığının  qanu­

14

nauyğunluqlarını,  tipoloji  xüsusiyyətlərini  araşdırmaq 



mərhələsi başlanmışdar.  Bu  baxımdan müəllifin əsəri, seç­

diyi  mövzu,  onun  çəsarətini  göstərməklə  yanaşı,  ümum- 

türkoloji əhəmiyyət də kəsb edir.

Dörd  fəsildən  ibarət  olan  əsərin  birinci  fəslində  «Ural 

batır»  dastanının  qaynaqları  və  formalaşması  məsələləri 

öyrənilir.  Müəllif araşdırılan  məsələlər  barədə  yazılmış  təd­

qiqat  əsərlərində  bu  barədə  irəli  sürülən  fikirlərə  tənqidi 

münasibətlə yanaşır,  onların  müəllifləri  ilə  elmi  polemikaya 

girir  və  daha  tutarlı  dəillər  və  mühakimələr  əsasında  das­

tanın  qaynaqalarının  bizim  eramızdan  əvvəlki  dövrlərə 

gedib çıxması fikrini  irəli çürür.  Bu  məsələlərlə bağlı müəllif 

«Maaday Qara», «Oğuz Kağan», «Tarqıtay», «Kitabi-Dədə 

Qorqud»,  «Avesta»  əsərləri,  şumer,  babil,  Bibliya əsatirləri, 

Qurandakı məlumatlarla apardığı müqayisələr əsasında türk 

dastanları  tipologiyası  məsələlərini  geniş  tədqiqat  dairəsinə 

çıxarır.  Müqayisələrdə  müəllif  belə  nəticə  çıxarır  ki,  əgər 

göstərilən mənbələrdə antropomorfık,  kosmoqonik obrazlar 

əsatiri  əcdad  kimi  çıxış  edirsə,  «Ural  batır»  dastanında 

bununla  yanaşı  zoomorfik  (Samrau,  Humay,  ayxulu) 

obrazlar da əcdad funksiyasını yerinə yetirir.

Əsərin  ikinci  fəslində  «Ural  batır»  dastanında  əbədi 

həyat idealı və onun bədii həlli məsələləri araşdırılır. Əvvəlcə 

müəllif bu  problemi  doğuran  səbəbləri  aydınlaşdırmağa  ça­

lışır  və  haqlı  olaraq  bunun  əsas  səbəbini  ibtidai  insanların 

animistik  görüşləri  ilə bağlayır.  Əsərdə bu  məsələlər  «Bilqa- 

mıs»,  «Mahabharata»,  «Maaday  Qara»,  «Kögüdey»,  «Şan 

qızı»,  «Kitabi-Dədə  Qorqud»  dastanları,  həmçinin  «Məlik­

məmməd»,  «Yetim  İbrahim»  nağılları  və  b.  mənbələrlə 

paralellər  aparmaq  əsasında  tipoloji-müqayisəli  metodla 

araşdırılır.  Burada  uyğun  süjetli  türk  dastanları  arasındakı 

yaxınlıq  onların  genetik əlaqəsi,  yəni  vahid  tipoloji  köklərə 

bağlılığı  ilə  izah  edilir.  Həm  də  müəllifin  fikrincə  «Ural 

batır» dastanı daha qədim bir mənbə kimi sonrakı dastan və 

nağıllar üçün bir qaynaq rolunu oynamışdır.

15



Burada müəllif müxtəlif dastanlarda bu məsələ ilə bağlı 

fərqli  xüsusiyyətləri  də  üzə  çıxararaq,  onlarm  səbəblərini 

izah etməyə çalışmışdır.  Ancaq son nəticə kimi müəllif bü­

tün  dastanlarda  eyni  və  sağlam  təfəkkür  tərzi  olan  ideeya 

ortaqlığmı  üzə  çıxarır:  «cismani  ölüm  labüddür;  əbədi  ya­

şamaq  iksiri  yaxşı  əməllərdir;  sağlığında  xeyir  əməl  sahibi 

olan əbədiyyət qazanar».

Bu  fəslin  ikinci  bölməsi  «Ural  batır»  dastanmdakı 

qardaşların  əbədi  həyat  axtarışları  zamanı  rastlaşdıqları 

maneə  və  sınaqların  başqa  dastan  və  nağıllardakı  uyğun 

süjetləri  ilə  müqayisəsinə  həsr  edilmişdir.  Müəllifin  fik­

rinə  görə  bu  abidədəki  sınaq  səhnələri  başqa  dastan  və 

nağıllardakı  sınaq  süjetlərindən  öz  mifik  səciyyəsi  ilə 

fərqləniı.

«Xeyir  və  şər  ziddiyyəti»  başlığı  altında verilən  üçüncü 

fəsildə  bəşəriyyət  üçün  ədəbi  olan  bu  əkslik  qüvvələrinin 

mübarizəsinin  «Mahabharata»,  «Türk  yaradılış  dastanı», 

«Tarqıtay» əsatiri,  «Məlikməmməd»  nağılı, yüqoslav xalq 

nağılı «Qu cildli pəri»,  «Avesta» abidəsi,  müxtəlif mifik və 

dini  rəvayətlər  əsasında  mahiyyəti,  təzahür  formaları  və 

ifadə  üsulları  öyrənilir,  abidələrdəki  xeyir  və  şər  zid­

diyyətinin özünəməxsus və  ortaq  xüsusiyyətləri  üzə çıxarı­

lır.  Bu  məsələlərlə  bağlı  yazılmış  bir  sıra  görkəmli  tədqi­

qatçıların  əsərlərindən  bəhrələnən müəllif həmin  qüvvə  və 

vasitələrin simvol və rəmzlərinin açılmasına səy göstərmiş, 

lazımi elmi nəticələrə gəlmişdir.

Sonuncu,  dördüncü  fəsildə  isə  «Ural  batır»  dastanının 

poetik  xüsusiyyətlərindən  bəhs edilir.  Burada  əsərin  bədii 

quruluşu, vəzn xüsusiyyətləri, ritmik  tərtibi  barədə müəlli­

fin  maraqlı  mülahizələri  vardır.  Bütün  nağıl,  mif və  das­

tanlar üçün  çox səciyyəvi  olan  hiperbola  vasitəsi üzərində 

daha geniş dayanılır.  Müəllif haqlı  olaraq qeyd edir ki,  bu 

bədii ifadə vasitəsinin geniş işlədilməsinin səbəbi dastanda 

təsvir  olunan  hadisələrin  daha  qabarıq  şəkildə  və  təsirli 

ifadə edilməsi ilə bağlıdır.

16

m



 o

Əsərin  «Nəticə»  hissəsində  isə  tədqiqatın  əsas  müd­

dəaları  ümumiləşdirilmiş,  müəllifin  gəldiyi  elmi  qənaətlər 

öz vığcam əksini  tapmışdır.

Genişliyinə  və  əhatə  dairəsinə  görə  mühüm  olan  bu 

problemin  və  mövzunun  həllində  müəllifin  bacaııqh  bıı 

tədqiqatçı  olduğu  aşkarlanır.  N.Hüsenoyvanın  gəldiyi 

nəticələr öz dolğunlugu və  bitkinliyi  ilə seçiliı.



Valeh  Hacıyev 

filologiya eimhri ıloktoru, professor 

S.S.Öbreliani adma  Tbilisi Dövht 

Pedaqoji İnstitutunun kafedra miidiri

t

  I


17


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə