Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   2   3   4   5   6   7   8   9   ...   37

«Qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipologiyası 

(«Ural batır» əsasında)» mövzusu ilk dəfədir ki, Azərbaycan 

ədəbiyyatşünaslığında  tədqiq  olunur.  Bununla  yanaşı,  ge- 

nişliyinə  və  dərinliyinə  görə  tədqiqat  Başqırd  ədəbiyyat­

şünaslığı  üçün  də  yenidir.  Araşdırmada  təhlilə  cəlb  edilmiş 

dastanlar tədqiqatçılar tərəfindən müxtəlif aspektlərdə işlən­

məsinə  baxmayaraq,  onlar  tipoloji  cəhətdən  tədqiq  olun­

mayıblar.  Bu  əsərdə  türk  dastanları  haqqında  hər  hansı 

istiqamətdə  aparılmış  araşdırmalardan,  orijinal  və  dəyərli 

müddəalardan  mənbə  kimi  istifadə  edilmişdir.  Azərbaycan 

ədəbiyyatşünaslarından  B.Abdulla,  H.Araslı.  Ə.Dəmirçiza- 

də, P.Əfəndiyev, Q.Paşayev, Ə.Sultanlı, M.Seyidov, M.Təh­

masib,  P.Xəlilov,  M.Həkimov,  Ş.Cəmşidov;  başqa  türk 

xalqları ədəbiyyatının tədqiqatçılarından: B.Mikayıl, Z.Defi­

ne,  Ç.Övliya,  M.Erkin,  A.İnan,  O.Ş.Gökyay,  B.Ögəl, 

A.Mirbədəlov,  V.Bartold,  N.Zaripov,  İ.Dyakonov,  V.Jir- 

munskiy,  A.Kireyev,  V.Propp,  A.Saqalayev,  M.Saqitov, 

V.Radlov,  İ.Surazakov,  S.Xarisov  və  b.  əsərləri  mövzunun 

işlənməsində istiqamətverici funksiya daşımışdır.

Tədqiqatçılar  tərəfindən  müxtəlif münasibətlərdən  təd­

qiq  edilən  bu  dastanların  bir problem  kimi  tipoloji  təhlili 

tarixin  indiki mərhələsində zəruri və aktualdır.

Monoqrafiyada  mövzuya  konkretlik  gətirmək  üçün 

süjetinə görə daha qədimlərlə səsləşən,  ilkinliyi  ilə seçilən 

türk  dastanı  «Ural  batır»  əsas  obyekt  kimi  götürülmüş­

dür.  Tipoloji  araşdırma  baxımından  «Bilqamıs»,  «Aves- 

ta»,  «Mahabharata»,  «Altay  yaradılış  dastanı»,  «Maa- 

day  Qara»,  «Köqüdey»,  «Kitabi-Dədə  Qorqud»,  «Alpa- 

mış»,  «Şan  qızı»,  «Manas»  və s.  süjet  analogiyasına görə 

dünya  xalqlarının  nağıl  və  əsatirlərinə  müraciət  edil­

mişdir.

Əsərdə ən çox türk xalqlarına məxsus həyat və bədii  tə­



fəkkür  analogiyasının,  süjet  bənzərliklərinin  ən  incə deta­

lını  belə  tipoloji  təhlilə  cəlb  etməklə,  onların  ortaq,  oxşar 

və  bir-birindən  fərqlənən  xüsusiyyətləri  mətnlər  əsasında

22

faktik  sübutlar  və  elmi-nəzəri  dəlillərlə  incələnmiş  və 



müvafiq nəticələr əldə edilişdir.

Elmi-nəzəri  dəlillər  kimi  isə  tipologiyaya  cəlb  edilmiş 

dastanların  məxsus  olduğu  türk  xalqları  mifologiyasına, 

folkloruna,  tarixinə,  ədəbiyyatına,  dilinə və s.  dair müxtə­

lif tədqiqatçıların  araşdırmaları və  onların elmi  qənaətləri 

əsas götürülmüşdür.

«Qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipologiyası 

(«Ural  batır»  əsasında)»  mövzusu  tədqiqata  ilk  dəfə  cəlb 

olunduğu üçün qaldırılan  və həll olunan bütün problemlər 

yenidir.  Həmin  problemlər  aşağıdakı  istiqamətlərdə  qru- 

plaşdırılmışdır:

-   «Ural  batır»  dastanının  mənşəyi,  formalaşması  və 

təkamülü araşdırılır.

-  Başqırd  torpağında ilk  insan və  onun  törəmələri süje­

tinin  başqa  yaradılış  əsatirləri  ilə  analogiyasından  çıxan 

elmi  nəticələr göstərilir.

-   «Ural  batır»  dastanında  ilk  başqırd  ailəsinin  ibtidai 

məişəti  və  dünyagörüşü  tipoloji  təhlil  fonunda  araşdırıb 

milli və ümümtürk  məzmunu  incələnir.

-  «Ölümsüz  həyat»  üçün  iki  qardaşın  «əbədiyyət  suyu» 

axtarışı  və  bunun  xalq  fəlsəfi  baxımından  analogiyaları 

izlənilir.  Bu  axtarış  çətinliklərinə  məhz  qəhrəmanlıq  das­

tanları  ölçüsündə  estetik  tələblər  müəyyənləşdirilir.  Ən 

qədim:  «Bilqamıs»,  «Mahabharata»,  «Maaday  Qara», 

«Köqüdey»,  «Kitabi-Dədə  Qorqud»,  «Alpamış»  və  s. 

dastanlarla  bənzəyişi  və  son  nəticədə  hər  abidənin  özünə­

məxsusluğu  üzə çıxarılır.

-   «Ural  batır»  dastanında  təsvir  edilən  Göylərin  xeyir­

xah  qüvvələrinin  (Günəş,  Ay,  Samrau,  Hümay,  Ağboz 

at),  eləcədə  kiçik  qardaş  Uralın  timsalında  Xeyrin;  Əzrə- 

kə,  Qəhqəhə,  Zərkum,  Qatil,  böyük qardaş  Şulgen, divlər, 

ilanlar  və  s.  timsalında  Şərin  əzəli-əbədi  mübarizənin 

«Avesta»  və  başqa  türk  abidələrinin  analoji  inikası  tutuş­

durulur.


23


-  Dastanda  atın,  buğanın,  qu  və  Simruq  quşunun, 

divlərin,  ilanların,  əjdahaların  arasındakı  konflikt,  xeyir 

şər  qüvvələrin  zidd  qütblərdə  dayanması  səbəbləri,  onla­

rın  rəmzləri,  sehrin rolu açıqlanır.

«Ural  batır»  mənzum  dastanının  şeir quruluşu,  bədii 

şişirtmə  (hiperbola)  özünəməxsusluğu  analoji  volla  fərq­

ləndirilib,  tədqiq  edilir.

Uzun  müddət  bir-birindən  avrı  düşmiiş  türk  soylu  xalq­

ların  birləşməsi,  iqtisadi,  siyasi  mənəvi  çəhətdən  qırılmaz 

əlaqələrə  girməsi  prosesində  «Tiirk  xalqları  dastanlarının 

tipologiyası»  mövzusu  indiki  inteqrasiya  dövründə  qədim 

köklərimizi  dərk etmək işində müstəsna əhəmiyyət qazanır. 

Qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipoloji  təhlili  türk 

xalqlarının  genetik  birliyini  elmi  dəlilllərlə  təsdiq  etmək, 

əlbirlik,  əməkdaşlıq  məfkurəsi  yaymaq,  türksevərlik  və 

azadlıq  duyğularını  gücləndirməklə  tiirkooloji  ədəbiyyatı 

zənginləşdirmək,  ali  məktəblərdə  və  elmi-tədqiqat  ocaqla­

rında daha yeni axtarışlara  yol açmaqdır.

Əsər  qoyulan  problemlərlə  əlaqədar  qədim  tıırk  das­

tanları  barədə  məlumat  əldə  etmək  istəyən  tədqiqatçılara, 

ali  məktəb  tələbələrinə,  ümumiyyətlə,  bu  sahə  ilə  maraq­

lanan  folklorşiinaslara  müəyyən  istiqamət verə bilər.  Lyni 

zamanda  mifologiya  və  folklor  kurslarının  tədrisində  bir 

mənbə kimi  istifadə edilə  bilər.

I  Fəsil

«URAL  BATIR»  DASTANININ  MƏNŞƏYİ, 

FORMALAŞMASI VƏ TƏKAMÜLÜ.

L l.  « ir a l batır» dastanıma zamanı  rm.ıkanı.

Süjet  şaxələrinin  çoxluğuna  və  onların  vəhdətinə,  zən­

gin  məzmun  tutumuna  görə  qədim  türk  qəhrəmanlıq  das­

tanları  arasında  epik  monumentallığı  ilə  seçilən  «Ural  ba­

tır»  abidəsinin  yazılı  mətni  keçən  əsrə  məxsusdur.  O. yad­

daşdan-yaddaşa  köçürülərək  (1910)  başqırd  xalqının 

məşhur  folklorşiinası  M.Branqulov  tərəfindən  Orenburq 

qubernasiyasının  İtkul  vilayətinin  İdris  aulundan  sescnçi 

Qabitiıı  və  həmin  vilayətin  Kiçik  İtkul  aulundan  sesençi 

Xamitin  söyləməsindən  qələmə  alınmışdır1.  Məhz  bu  sə­

bəbə,  yəni,  gec  yazıya  alınmasına  görə  hələ  geniş  elmi- 

tədqiqat  obyekti  olmamışdır.

«Ural  batır»  abidəsi  Başqırd  xalqının  qədim  tarixini, 

adət  ənənəsini  əks etdirən  qiymətli  məxəzdir.  Bu  abidənin 

dəyəri  başqa  tiirk  xalqlarının  qədim  dastanları  ilə  tipoloji 

təhlil  zamanı  aşkarlanacağını  nəzərə  alaraq,  tədqiqatın 

məhz  bu  istiqamətdə  aparılmasını  zəruri  saymaq  olar. 

Belə  tipoloji  təhlil  «Ural  batır»  abidəsinin  zaman  daxi­

lində yerini  müəyyənləşdirməyə imkan  verir.

Ümumiyyətlə,  yazılı  surətdə  mövcud  olmayan  hər 

hansı  bir  dastanın  yaranma  tarixi  haqqında  dəqiq  fikir 

söyləmək  çətindir.  Lakin  belə  dastanlar  xalqın  tarix  ba­

xımından  həyat  tərzini  əks  etdirən,  məzmununa  görə  həm 

də  tarixi  əhəmiyyəti  olan  və  bizi  uzaq  keçmişə  aparan  qə­

dim  abidə  dəyərində  qiymətləndirilməyə  layiqdir.  Dasta­

nın  yaranma  tarixi  haqqında  tədqiqatçılar  arasında  fikir 

müxtəlifliyi  mövcuddur.  Belə  ki,  tədqiqatçı  A.N.Kireyev 

bu dastanın  ibtidai  icma  quruluşunun  dağıldığı  (bu  dövrə

1 Başkurt xalık epası.  Москва.  1477, стр. 12. (Buradan  verilən о х а п ф п п  

sahibləri  mətn daxilində göstəriləcək).

25



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə