Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

lığı  ilə  qazanırdısa,  yəni  bir qayda olaraq bu  dastanda qəh­

rəman  öz  şücaəti,  qorxmazlığı  sayəsində  ad  alırdısa  və  eyni 

zamanda  seçilən  ad  həmin  qəhrəmanlığın,  şücaətin  simvol- 

laşmış  mənasını  əks  etdirirsə1,  «Ural  batır»  dastanında  da 

qəhrəman  qoyulan  şərtləri  yerinə  yetirdikdə  batırlığa  layiq 

yemək  şərəfinə  nail  ola  bilərdi.  Məhz  Şulgen  həmin  qada­

ğanı  vaxtından  tez pozduğuna  görə şər qüvvələrin Vasitəçi­

sinə  çevrilərək  batırlığa yüksələ bilmir.  Aydın bir həqiqətdir 

ki,  batır  adını  da  ancaq  müqəddəs  amallı  insanlar  və  bu 

amal uğrunda mübarizə apararaq qalib çıxan şəxslər qazana 

bilərdi ki, bu da Urala nəsib olur. (Bu barədə bax: «Xeyir və 

şər  konflikti»  bəhsinə).  Batırlıq  qazanmayınca  qidalanma 

normativinə görə onlar  atanın  nəzərində istifadə etdiyi  hey­

vanlarla bir səviyyədə dururlar. Dastandan aydın olduğu ki­

mi,  baş  və  ürəyini  götürən  ata  qalan  hissələrini  uşaqlarına, 

ov  zamanı  istifadə  etdiyi  heyvanlara  və  minik  vasitəsi  olan 

şirə verir.  Burada  yeməyin  rəmzi məna daşıdığı  daha qaba­

rıq nəzərə çarpır.  Belə ki,  atanın şərtlərini yerinə yetirdikləri 

vaxt  batırlara  layiq  yeməyə  nail  olaraq,  heyvanlar ailəmin- 

dən fərqlənə bilərlər.

Bu  ailənin  məişətinin  təsvirində  geyimin,  sığınacaq 

məskənlərinin  (evin)  olmaması  qədim  Şumer  dastanı  «Bil- 

qamıs»la tipoloji müqayisədə arxaikliyi aydın  nəzərə çarpır. 

«Bilqamıs»ın  mətninə  əsasən  deyə  bilərik  ki,  orada  yazı 

sənəti var (səh.  8).  Sənətkarlıq özünün müəyyən mərhələsinə 

çatıb.  Belə  ki,  hasar  adi  kərpicdən  deyil,  bişmiş  kərpicdən 

hörülür (səh.  9).  Bəzək  əşyaları;  döymə sırğa,  üzük (səh.  60), 

əqiqdən, lacivərddən  qablar düzəldilir.  Memarlıqdan  xəbər­

ləri  var;  Bilqamıs  gildən  heykəlcik  düzəldir (səh.  66).  Dostu 

Enkidu  üçün  layiqli,  saçı  lacivərddən,  altı  daşdan,  üzü 

əhəngdən,  özü  altundan  baş  daşı  düzəldir  (səh.  65).  Uruk 

kimi  gözəl  bir  şəhər  salınıb.  Allahların  şərəfinə  məbədlər 

tikilib (səh.  18). Musiqi mədəniyyəti mövcuddur: qədim şərq

1  Kitabi-Dədə Qorqud.  Bakı,  1978, səh.  23.  Buğanı  yenən  Dirsə xanın  oğluna 

Dədə Qorqud  Buğac (xan) adı verdi.

54

aləti  olan  arfa  və  sincin  adı  çəkilir  (səh.  15).  Artıq  ailələr 



ibtidai formada deyil, müəyyən qaydalar əsasında evlənirlər. 

Nigah  aramgahı,  hərəmxana  mövcuddur (səh.  21,22).  Yük­

sək  geyim  mədəniyyəti  öz əksini  tapmışdır.  Bədənə yaraşan 

geyim,  boyunbağı  və  s.  bəzək  əşyaları  var  (səh.  32).  Evin 

təmtəraq, cah-cəlalla bəzənməsi  (səh.  47) və s.  bütün bunlar 

«Bilqamıs»  dastanının  mədəniyyətin  inkişafının  müəyyən 

mərhələsində yarandığından xəbər verir1.

«Ural  batır» dastanında  dörd  tərəfdən  su ilə əhatələnmiş 

bir  adanın  təsviri  var.  Bu  dastanın  məişət  təsvirindəki  ar­

xaiklik  başqa türk dastanları  ilə tipoloji  müqayisə zəmnində 

daha  çox  aşkarlana  bilər.  Qədim  türk  dastanları:  «Kö- 

qüdey»də,  «Maaday  Qara»da,  «Kitabi-Dədə  Qorqud»da 

məişət  daha  inkişaf  etmiş  səviyyədədir.  Belə  ki,  bu  das­

tanlarda hər  bir  xalqın  öz  adət-ənənəsini  əks  etdirən  məişət 

təsvirləri  geniş  yer  tutur.  Həmin  dastanların  məişət  təsvir­

lərində «Ural  batır»dan fərqli  olaraq  oddan  istifadə üsulları 

mövcuddur.  Bu  dastanlarda  ovlanan  heyvanlar hər  bir  tiirk 

xalqının  öz  məişətinin,  mətbəxinin  tələbi  səviyyəsində  bi­

şirilir.  Məsələn:  «Köqüdey»  dastanında  vurulmuş  maral­

ların əti  yekə mis qazanlarda  bişirilir,  içki  kimi  araqdan,  çe- 

qendən2  istifadə  edilir.  «Maaday  Qara»  dastanında  məişət 

bir  qədər  təkmilləşməyə  doğru  irəliləyir.  Maaday  Qaranın 

sürüləri, ilxıları, naxırları və s. var. 90 guşəli yurtası (ev) daş­

dan  tikilib.  Pambıqdan  70 qatlı  döşəyi,  7  qatlı  yastığı,  altın­

dakı  yataqda  Ayın  qızıl  təsviri,  qəhvəyi  yorğanında  Günün 

təsviri var. Yemək gümüş qazanlarda bişirilir3 *

 5

.

«Kitabi-Dədə  Qorqud»  dastanın  məişətində  təkmil­



ləşmə  bir  qədər  də  irəli  getmişdir.  Otaqlar  münasibətlərə 

görə rənglənərdi.

1 Bilqamıs.  Bakı,  1985.  Buradan  verilən  çıxarışların səhifələri  mətn  daxilində 

göstərilmişdir.



2  Arak-süddəıı  düzəlmiş  içki,  реже.  (Радлов  В.В.Образы  народной

литературы тюрских племен, т.1.  1986,  сгр.  250).  Çeqen-inək  südündən

düzəldilmiş  kumıs.

5 Маадай-Кара.  Москва,  1973, сгр.  71.

55



«Oğlu  olanı  ağ  otağa,  qızı  olanı  qızılı  otağa,  oğlu-qızı 

olmayanı  qara  otağa  qondurun»1.  Otaqlar,  ala  xalı, 

ipəklə  döşənmiş  olur.  Yemək  mədəniyyəti  son  dərəcə 

yüksəkdir.  7  illik  şərab  içkisindən  istifadə  edilir.  Xalqın 

qədim milli  geyim  növünün təsviri var2.

«Ural  batır»  dastanının  arxaikliyini  göstərən  təsvirlər­

dən  biri  də  onların  minik vasitəsi  kimi  atdan  deyil,  şirdən 

istifadə etməsidir.



M  enər enə-ar islandır,  (s. ,56)

«Ural  batır» dastanından fərqli olaraq,  bütün türk das­

tanlarında  («Köqüdey»  istisna  olmaqla)  bir  qayda  olaraq 

minik  vasitəsi  kimi  atdan  istifadə  edilir.  Lakin  bu  das­

tanda  at  hələ  insanlara  məxsus  deyil.  O,  kosmoqonik 

qüvvələrə  məxsusdur.  İnsan  o  vaxt  həmin  ata  sahib  ola 

bilər  ki,  xeyir əməl  sahibi  olsun,  xeyirə xidmət etsin.  Das­

tanın  finalında  Günəşlə  Samrau  quşunun  övladı Humaya 

məxsus  Ağboz  at  yerə  enəməklə,  öz  ilxısını  yaradaraq  in­

sanlara xidmət eləməyə başlayır.

Köqüdeyin  göy  öküz  minməsi  də  bir  o  qədər  maraq 

doğurmur.  Belə  ki,  qoşqu  vasitəsi  kimi  istifadə  edilən  bir 

heyvanın  minik  vasitəsi  kimi  nəzərdə  tutulması  heç  də 

təəccüblü  deyil.  Lakin  «Ural  batır»  dastanında  qəhrəma­

nın  şir  minməsi,  heç  bir  silah  növü  tammaması  arxaikliyi 

təsdiq  etmə  baxımından  maraqlı  hal  sayıla  bilər.  Onların 

məişət  tərzi  ilk  insanların  (ilk  əcdadların)  yaşam  tərzinə 

uyğun  gəlir.  Bu  hal  Yənbirdə və  Yənbikənin  ov etmə səh­

nəsində  daha  qabarıq  nəzərə  çarpır.  Həmin  ailə  hələ  heç 

bir  silah  növü  tanımır.  Ov  zamanı  ox,  yay  götürmürlər3.

Kitabi-Dədə Qorqud.  Bakı,  1978. səh.  19.

2  Yenə orada, səh.  31.

3  Lakin  Ural  əbədi  həyat suyu  axtarışı zamanı  Humaya sahib olmaq  üçün 

ram  etdiyi  Ağboz atın  tərkində  bir almaz qılınca da sahib olur ki,  bu  da şər 

qüvvələrə qarşı  mübarizədə heç da az əhəmiyyət  kəsb etmir. (Bu  barədə geniş 

məlumat «Dastanda  mifik qiivvə və vasitələr» bölməsində veriləcək).

56

Əgər  balıq  ovlamaq  istəyirlərsə,  durna  balığından,  quş 



tutmaq istəyirlərsə şahindən istifadə edirlər.

Balığına—sur tandır,

Koşka səy qən şonkarzı.  (s.,56)

«Ural  batır»  dastanından  fərqli  olaraq  «Maaday 

Qara»da,  «Kitabi-Dədə  Qorqud»da,  «Köqüdey»də  hərb 

sənəti  ilə  qarşılaşırıq.  Bu  dastanlarda  qədim  hərb  sənəti­

nin təsviri geniş əks olunmuşdur.

Şumer  dastanı  «Bilqamıs»da  qədim  hərb  sənətinin  ən 

əsas  elementi olan «cəng arabasının» adı çəkilir.  İştar  Bil- 

qamısa alqış edərək:



Cəng arabanda atlar yürüşdə dönməz olsun! -  deyir.1 

Müxtəlif silah növlərindən söz açılır:



O,  əmudu götürdü,  oxdanı da doldurdu.

Anşan yayını alıb,  kürəyinə apardı.

Xəncərləri kəmərə keçirdilər igidlər.2

Eyni  zamanda  həmin  silahların  düzəlmə  texnologiya­

sının  əzəmətli  təsviri  onların  hərb  sənətində  artıq  ixtisas­

laşdıqlarına əyani sübutdur.



Ustalar yığışdılar,  məşvərət elədilər.

Nəhəng əmudlar töküb,  üç talantlıq baltalar,

Xəncərlər düzəltdilər.

İki talantlıq bıçaq töküb hazırladılar.

Tiyələrin hər ağzı  otuz minalıq idi,

Xəncərlərin dəstəsi otuz minalıq idi3.

1 Bilqamıs.  Bakı,  1985,  səh.  47.

2 Yenə orada,  səh.  27.

3 Bilqamıs.  Bakı,  1985, səh.  30.

57



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə