Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

obrazlaşdırıblar.

«Kitabi-Dədə  Qorqud»  dastanında  da  ağac  yenə  mi­

foloji  ana  kimi  çıxış  edir  «Basatın  Təpəgözü  öldürdüyü 

boy»da Basat Təpəgözə özünü nişan verəndə deyir:



Anam adın sorar olsan,  Qaba ağac1.

Burada da mifoloji ana obrazı kimi ağacın xüsusi növünü 

(yəni  Qaba  ağac  -  Apa  ağac)  nəzərə  çatdırılması  yuxarıda 

qeyd edildiyi kimi onun təbii xüsusiyyəti ilə əlaqədardır.

M.Seyidova  görə  «Bir çox əski xalqların, eləcə də türk­

dilli  xalqların  mifologiya  tarixindən  məlumdur ki,  əsatiri 

əcdad  bəzən  bir,  bəzən  isə  iki  kökdən  götürülür;  iki  kök­

dən götu. ülən əcdadın biri ata, digəri isə ana olur2.»

Altay  dastanı  «Maaday  Qara»nm  mətni  qəhrəmanın 

iki  əsatiri  əcdadının  olduğunu  deməyə  imkan verir.  Bun­

lardan biri Qayın ağacıdırsa, (ana), ikincisi Dağ atadır.

Kara tayqa bu bolqazın, 

Adan bolqay balam -  dedi3.

Mənası:  Qara dağ sənin atan olsun,  balam -  dedi.

Ümumiyyətlə,  «Dağ»  mifik  obrazı  türk  mifologiyasın 

da ata funksiyası daşıyır.

Dastanda  Maaday  Qaradan əvvəlki  nəsil şəcərəsi haq 

qında  məlumat yoxdur.  Maaday Qaranın  özünün dağ ru 

hundan əmələ gəlməsi qeyd olunub.

Tuu yelbisten  boyı  bitken -  Maaday Kara4.

Mənası:  Dağ ruhundan əmələ gəldin -  Maaday Qara. 

Demək,  animist təfəkkürlü insanlar bu əsatiri obrazları

1  K itabi-D ədə Q orqud.  Bakı,  1978,  səh.  123.

1 M.Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqlan.  Bakı.  1983. səh.  ^

3 A ltay  K ay çörçök.  M aaday  K ara.  Москва,  11973, səh. 68.

4 Yenə orada.  Səh.  78.

46

qarasına,  sadəlövhcəsinə  deyil,  onların  təbii  xüsusiyyətlə­



rini, xarici görkəmlərini nəzərə almaqla yaradıblar.

İlk  əcdad,  ilk insan  haqqında  süjet  «Qurani-Kərim»də 

də  öz  əksini  tapmışdır.  Lakin  «Türk  yaradılış»  dastanın­

dan  fərqli  olaraq,  ilk  əcdad  ağacdan  törənmir,  gildən  ya­

radılır.  Allah  İblisdən  nəyə  görə  Adəmə  səcdə  etmədiyini 

soruşduqda  o  belə  cavab  verir:  «Я  лучше  его:  меня  Ты, 

сотворил из огня, а его сотворил  из глины»1

Göstərilən  mənbəələrdə  («Türk  yaradılış»  dastanı,  «Bib­

liya»  və  «Quran»)  bəşəriyyətin  əcdadının  yaranma  üsulları 

müxtəlif olsa  da  (gildən,  ağacdan)  onların  cənnətdən  qovu- 

laraq  yer  üzünə  endirilmə,  cəzalandırılma  səbəbi  eynidir. 

Hər üc mənbəədə Şeytan  ilk əcdadları  aldadaraq,  yoldan çı­

xarıb Allahın yasaqına xəyanət etdirir.  Onlar Şeytanın sözü­

nə uyaraq Allahın  yasaq  etdiklərini  yediklərinə görə bədən­

lərini  örtən türk örtüyü  tökülür.  «Sen  Erlikin  sözünə  uydun, 

yasak  meyveyi  yedin...  Bundan  sonra  ben  insan  yarat- 

mayacağım.  Bundan sonra insanlar senden tiireyecek.. 

A>

«Qurani-Kərim»də də eyni  ilə Adam  və  Həvva  Allahın 



yasaq  etdiyi  ağac  meyvəsini  yediklərinə  görə Allah  onları 

cənnətdən  qovaraq  ilk  nəsil  törədicisi  kimi  cəzalandırır və 

ölümlü  edir:  «Он  сказал:  низвергнитесь!  Вы  враги  одни 

другим;  на  земле  будут  вам  жилище  и  жизненныя  по­

требности  до  времени.  Он  сказал:  на  ней  будете  жить  и 

на  ней умрёте  и  из  нея  возвращены будете.»2

Həmin  mifik  süjet  «Bibliya»da  da  oxşar  formada  öz 

əksini  tapmışdır.  Belə  ki,  Allahın  yasaqına  əməl  etməyən 

Adam  və  Yeva cənnətdən  qovularaq:  «И  нарек  Адама  имя 

жена своей:  Ева ибо она стала матерью всех живущих.»4

1 Корань  (перевод с арабского языка).  Й.С.Саблукова.  Ал-Захраа Фор  Араб,

Масс  Медиа.  1993, стр.  279.

3 Sebetçioğlu. Türk  dastanları.  İstanbul,  1976. səh.  20

'  Корань  (перевод с арабского языка)  Й.С.Саблукова.  Ал  -  Захраа Фор 

Араб,  Мае  Медиа.  1993, стр.  281.

4 Библия.  Москва,  1991, стр.  2.

47



Bütün  bunlara  yekun  olaraq  bu  mifoloji  süjetin  (ilk  in­

san,  ilk  yaradılış)  müqayisəli  təhlili  zamanı  «Ural  batırnn 

başqa  yaradılış  dastanları  ilə  tipoloji  oxşarlığını  və  özü­

nəməxsusluğunu aşağıdakı qaydada səciyyələndirmək olar.



Tipoloji oxşarlıqları:

1.  «Ural  batır»  dastanındakı  Yənbirdə  və  Yənbikə; 

«Türk yaradılış dastanı»ndakı Doğanay Ece;  «Bibliya» və 

«Qurani-Kərim»dəki  Adəm  -   Həvva  ilk  törədici  funksi­

yasım yerinə yetirirlər.

2.  «Ural  batır»  dastanında  da  «Oğuz  Kağan»da  ol­

duğu kimi «Ay» ana əcdad  kimi çıxış edir.

Özünəməxsusluğu:

1.  Əgər  «Türk  yaradılış»  dastanı,  «Bibliya»  və 

«Quram-Uərim»də  həmin  insanlar  bəşəriyyətin  ilk  törədi- 

cisidirlərsə,  «Ural  batır»dakı Yənbirdə  və  Yənbikə  Başqırd 

ərazisi üçün ilk törədicilərdir.  Dastandan aydın olduğu kimi 

onların əvvəl ata-anası, qohum-əqrəbaları olub.

2.  Əgər göstərilən bu mənbələrdə həmin insanlar Tanrı, 

Allah  tərəfindən  cəzalandırılıb  bu  funksiyanı  yerinə  yeti­

rməyə  məhkum  edilirlərsə,  «Ural  batır»  dastanında  Yan- 

bikə  və  Yənbirdə  şər qüvvələrin  pəncəsindən  qurtularaq  bu 

əraziyə sığınıb, ilk nəsil törədicisi kimi çıxış edirlər.

3.  Həmin  mənbəələrdə  ilk  əcdadların  Allah  tərə­

findən  müxtəlif üsullarla  yaranması  bəlli  olduqları  halda, 

onların  (Yanbikə  və  Yənbirdə)  hansı  qüvvə  tərəfindən 

necə  yaranması  bəlli  deyil.  Bircə  o  aydındır  ki,  onların 

əcdadları olub və divlər tərəfindən məhv edilib, (s.,61)



1.3.  «Ural batır» dastanında ilk 

başqırd ailəsinin ibtidai məişəti.

«Ural  batır»  dastanı  əski  türk  xalqlarının  dastanların- 

dakı  məişət  təsvirlərindən  arxaikliyi  və  özünəməxsusluğu 

ilə  seçilir.  Abidənin  arxaikliyini  nəzərə çarpdıran  süjetlər­

dən  biri  və  ən  başlıcası  dastanda  təsvir edilən  ilk  Başqırd

48

ailəsinin  ibtidai  məişətidir.  Abidədən  məlum  olduğu  kimi 



ilk  Başqırd  ailəsinin  təmislçiləri  Yənbirdə  ata,  Yənbikə 

ana,  onların iki  övladı  Şulgen  və Uraldır.  Bu  ailənin  məi­

şətinin ibtidailiyi abidənin qədimliyini isbat etməyə imkan 

verir.  Belə  ki,  onlar  ancaq  ovçuluqla  məşğul  olur,  ovla­

dıqlarını  çiy  yeyir,  qazan  asmır,  su  qaynatmır,  xəmir 

yoğurmurlar.



Donya -  ma zar yıymaqan,

Kaşık -  ayak totmağan,

Kazan asıb,  kamır basıb,

Ular donya kötməqən.  (s.,55)

Dastandan  gətirilən  bu  misalda  bəşəriyyətin  hələ  odu 

tanımadığı  dövrün  təsviri  maraq  doğurur.  Qəhrəmanlar 

odla dastanın sonunda tanış olacaqlar ki,  bu od  ancaq  şər 

qüvvələr  tərəfindən  sehirli  çubuq  vasitəsilə  törədilir  ki, 

ondan  da  xeyirin  təmsilçiləri  olan  bütün  canlıları  məhv 

etmək məqsədi güdülür.

Şulgen,  Zərkum  və  divlər  birlikdə  elə  bir  müharibəyə 

hazırlaşırlar  ki,  göydə  quş  uça  bilməsin,  yerdə  insan  gəzə 

bilməsin.



Erzə hıu menən qaplarğa,

Kiikte ut menən olmarğa.

Mənası: Yer su ilə qapandı, göy od ilə doldu.

Dastandakı  göyün  alova,  yerin  suya  qərq  olunması 

təsvirindən  belə  qənaətə  gəlmək  olar  ki,  göydə  ildırımın 

çaxması  və  yağan  yağışların  nəticəsində  çayların  daşması 

ilə  yer  üzünün  suya  qərq  olması  kimi  təbii  fəlakəti  dərk 

etmək iqtidarında olmayan mifik təfəkkürlü insanın təbiət 

hadisəsi  qarşısında  aciz  qalaraq,  odun  və  daşqının  şər 

qüvvələr  tərəfindən  (ilan,  əjdəha)  törədildiyinin  öz  dün­

yagörüşləri anlamında izahına çalışmalarıdır.

Ümumiyyətlə,  odun  dastan  və  nağıllarda  iki  cür  tə-

49



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə