Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

Boron bez tıuğan erzə 

Ülem bula  torğaynı;

Bik kiibəhə yəştən ük 

Yatıb illə torğaynı.

Unda deyəii kilqən hun,

Küp keşene ülterep,

Deyeü əşap kitkən hun.  (s.,61)

Mənası:  Əvvələr  biz  anadan  olduğumuz  yerdə,  ölüm 

çoxlu  gənci  öldürdü,  itirdi.  Nə  vaxt  ki,  div  gəldi,  o  çoxlu 

insan öldürüb getdi.

Demək,  bu daşqından  qabaq onlar daha  iki  ölümsaçan 

hadisə  ilə üzləşiblər.  Lakin  Babil,  Şumer,  Bibliya əsatirlə­

rində,  o  cümlədən,  «Quran»da  Nuhun  tufandan  sağ  çıx­

masını  Allah  özü  birbaşa  tənzimləyir  və  bu  daşqını  ona 

görə  törədir  ki,  ona  iman  gətirməyənlər,  şər  qüvvələr,  zü­

lüm  edənlər  məhv  olsunlar.  «Quran»m  hud  surəsinin  36- 

37—


ci  ayəsində  deyilir:  Nuha  belə  vəyh  olundu:  «Əvvəlcə 

iman  gətirilənlərdən  başqa,  tayfadan  heç  kəs  iman  gəti­

rməyəcək.  Onların  etdikləri  əməllərə  görə  kədərlənmə!» 

/Biz  tezliklə  onları  məhv  edər,  Səni  kafirlərin  zülmündən 

qurtararıq!/

37. 


Nəzarətimiz  altında  və  vəyhimiz  üzrə  /sənə  öyrə­

dəcəyimiz  kimi/  gəmini  düzəlt,  zülm  edənlər  barədə  mənə 

müraciət  etmə  /onların  bağışlanmalarını  məndən  xahiş 

etmə/.  Çünki onlar suda boğulacaqlar! /»'

Hətta  Nuhun  oğlu  Kənan  da  iman  gətirmədiyinə  görə 

məhv olur.



2-ci  fərq.  Əgər  Nuh  tufanından  iman  gətirən  şəxslər 

qurtulursa, «Ural  batır» dastanından  aydın olur ki,  başqa 

torpaqlarda  ziilm  edənlər,  şər  qüvvələr  mövcuddur.  Ən 1

1 Quran.  Bakı.  1993, snh.  189-190. 

34

böyük  zülm  edən  şər  qüvvələrin  təmsilçiləri  Qatil,  ilanla­



rın  başçısı  Qəhqəhə,  oğlu  Zərkum,  Əzrəkə  və  s.  onlarla 

eyni zaman çərçivəsində yaşayırlar.



3- 

cü  fərq.  Nuh  peyğəmbər  su  daşqınından  Allaha 

iman gətirən şəxslərlə bərabər həyatın davam etməsi üçün 

hər  canlıdan  bir  cüt  (erkək,  dişi)  gəmiyə  mindirib  xilas 

edirsə,  Yanbirdənin  dediyinə  görə  məskunlaşdıqları  bu 

ada  heç  də  canlı  həyatdan  məhrum  deyilmiş.  Az  da  olsa 

heyvanat,  yaşıllıq  mövcud  idi  ki,  sonradan  onların  əməyi 

sayəsində çoxalırlar.

Bez kilgəndə,  bında ele 

Yenlektər z<ı az ine 

Er e lə yünle kinməqən,

Vak-vak kiillek, haz ine.  (s.,  61)

Mənası:  Biz  bura  gələndə,  burada  heyvanat  az  idi,  tor­

paq hələ qurumamışdır, balaca göllər və bataqlıqlar var idi.



4- 

cü  ən  böyük  fərq.  Dünya  daşqını  sənətkarlığın 

müəyyən  mərhələsində  baş  vermişdir.  Bunun  ən  bariz 

nümunəsi gəmiqayırma sənətkarlığının mövcudluğudur.

«Ural  batır»  dastanında  təsvir  edilən  axırıncı  daşqın 

zamanı  isə  tutumu,  xarici  görünüşü  məlum  olmayan 

qayığın  adı çəkilir.



Kayık yahap bar keşe 

Hıuğa batıb iilməqən.  (s.,  61)

Mənası:  Qayıq  düzəldə  bilən  insanlar  suya  batıb  ölmə­

dilər.


Ola  bilər  bu  qayıq  çox  ibtidai  formada,  adi  taxta  par­

çası  olsun.  Yəni  Nuhun  gəmisi  kimi  nəhəng  gəmi  ilə  mü­

qayisəyə  gəlməyəcək  dərəcədə  adi  bir  qayıqdan  söhbət 

gedir.  Nuhun gəmisi isə yer üzərində olan hər canlıdan  bir 

cüt  və  iman  gətirənləri,  uzun  müddətli  yemək,  içmək  eh­

tiyatı  tuta  biləcək  hər  tərəfi  möhkəm  bağlı,  nəhəng  bir

35



gəmi  kimi  təsvir  olunub  (Bibliya,  Quran).  Bu  qayığın 

mövcudluğu  bir  daha  «Ural  batır»  dastanmdakı  daşqının 

məşhur  dünya  daşqını  ilə  heç  bir  əlaqəsi  olmadığını  bir 

daha  təsdiqləyir.  Məsələyə  adi  məntiqlə  yanaşmada  belə, 

dünya  daşqınından  qayıqla  çıxa  bilmək  çox  gülünc  görü­

nərdi.  Buradakı  daşqını  isə  yazda,  payızda  yağışlar  nə­

ticəsində  baş  verən  adi  daşqınla  müqayisə  etməklə  daha 

doğru  nəticə  əldə  etmək  olar.  Təbiidir  ki,  ibtidai  təfək­

kürlü  insanlar  təbiətin  bu  şıltağını  olduğu  kimi  dərk  edə 

bilməzdilər  və  bu  baxımdan  onlar  daşqını  özlərinin  an­

laya  biləcəyi  tərzdə,  şər  qüvvələrin  (divlərin,  əjdahaların) 

törətdiyi  bir hadisə  kimi yozumuna çalışmışlar.

Bütün  bunlara  yekun  vuraraq,  demək  olar  ki,  tədqi­

qatçıların1  «Ural  batır»  dastanının  zamanını  təyin  etmə 

məsələsində  gəldikləri  nəticə tarixi  təhlil  fonundan müba­

hisəli görünür.

Prof.  P.Xəlilov  bu  məsələyə  aydınlıq  gətirməyə  çalışa­

raq  yazır:  «...  dastanın  formalaşmasını  bu  qədər  dala 

çəkmək  üçün  mətn  əsas  vermir...  Dastanda  başqırdların 

hər  hansı  yadelli  ilə  mübarizəsinin  konkret,  az-çox  kolo- 

ritli  təsviri yoxdur»1

 2

«Ural  batır»  dastanında  məkan  təsviri  çox  maraqlıdır. 



Burada  toponomik  coğrafi  məkan  kimi  konkret  adlara 

dastan  boyu  rast  gəlmək  mümkündür  ki,  bunlar  da  antro- 

pomorfik  obrazlar  şəklində  mövcuddurlar.  Hadisələrin  ək­

səriyyəti  mifik  və  qeyri-ıuiiəyyən  məkanlarda  cərəyan  edir. 

Qəhrəmanların  hərəkət  istiqamətləri məlum deyil.  Lakin cə­

hətlər  var.  Sağ  və  sol.  Bu  cəhətlərin  özünün  hansı  istiqamət 

əsasında  təyininin  təsviri  belə  yoxdur.  Qəhrəmanlar «ölüm­

süz həyat axtarışına başladıqları vaxt»...  illərlə, aylarla, gecə 

və  gündüz yol  gedirlər.  Dağlar  və  çaylar  keçirlər.  Qaranlıq 

ormanlardan  (meşə)  keçib,  hündür bir ağacın  altında əlində 

uzun  çubuq  tutmuş  ağsaqqal  kişiyə  rast  gəlirlər  (s.  68-69).

1 А.С.Мирбадалов.  Башкирский  народный  эпос.  Москва,  1977, стр.  15.

2  P.Xəlilov. Türk  xalqları və şərqi  slavyanların ədəbiyyatı.  Bakı,  1994. s.,102.

36

Məqsədlərini  dedikdə  qoca  onlara  qarşılarında  iki  yolun 



olduğunu  deyir.  Biri  sol  (yəni  Samraunun  ölkəsidir),  ikinci 

isə sağ cəhətdir (qaniçən Qatilin ölkəsidir).1



Hulğa kithən, yul buyı-  

Uyın-kölgə tən buyı,

Kayğı-etlek kiirməyənsə,

Samraıt koşkcı baş eyep 

Kan da əsməy,  it ey m əy,

His iilümqə, yul kuymcıy.  (s.,68-69)

Mənası: 

Sola gedən,  yol boyu-

Gecə, gündiiz gün boyu,

Pislik,  qayğı görməyəcək,

Samrau quşuna baş əyib,

Qan tökməz,  ət yeməz,

Ölümə heç yol qoymaz.

Sağa gedən isə şər qüvvələrə rast gələcək.



Unğa,  kithərı, yul buyı-  

Ilau-hıktau yıl buyı;

Katil batşa ilə bar;

Tau-tau keşə höyəqe,

Kanğa bcıtkan er e bar.  (s.,68)

Mənası:  Sağa  gedən  yol  boyu,  il  boyu  qəm-kədərlə 

rastlanacaq.  Qatil  padşahın  elidir.  Dağlar insan  sümüklə- 

rindəndir, yer qan ilə sulanır.

Göründüyü  kimi  qəhrəmanlar  naməlum  istiqamətdə 

sağ  və  sola  yollanırlar  ki,  bu  cəhətlər  onların  məqsədinə 

çatmaq  üçün  sonrakı  prosesdə  hərəkət istiqamətlərini  tən-

1  D astan  və  nağıllarda  insanlara yol  göstərən, onların  köməyinə çatan  belə 

obraz olan  Xızır  Peyğəmbər «Dədə-Qorqud» dastanında da  bu  funksiyanı 

yerinə yetirir.

37



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə