Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   2   3   4   5   6   7   8   9   ...   37

İlk  tədqiqat

Türk  xalq  dastanlarının  tipoloji  təhlili,  onların  ümumi 

və  özünməxsus  keyfiyyətlərinin  müqayisəli  araşdırılması 

ən akiual və təxirəsalınmaz tədqiqat salərindən  biridir.

Müəllif, zənnimcə düzgün olaraq,  bu  tədqiqatların coğ­

rafiyasını  genişləndirməyə,  «Ural  batır»  dastanına  istinad 

edərək  ümumtürk  epos  yaradıcılığının  aparıcı  meylləri  və 

problemləri  barədə  ümumiləşdirilmiş  nəticələr  çıxarmağa 

xüsusi  səy göstərir və  buna  nail olur.  Onun  elmi axtarışla­

rı  ölkəmizdə  qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipo­

logiyası  mövzusuna  həsr  olunmuş  ilk  tədqiqat  kimi  yeni 

və  əhəmiyyətlidir.  Mən  belə  bir  qənaətlə  tam  razıyam  ki, 

adı  çəkilən  elmi  əsərin  əhəmiyyəti yalnız  Azərbaycan  ədə­

biyyatşünaslığı  ilə  məhdudlaşıb  qalmır,  o,  eyni  zamanda 

müasir  Başqırd  folklorşünaslığı  üçün  də  qiymətli  elmi 

mənbə  olacaqdır.

«Qədim  türk  qəhrəmanlıq  dastanının  tipologiyası 

(«Ural  batır»  əsasında)»  əsərin  praktiki  əhəmiyyəti  bir də 

ondadır  ki,  o,  ali  məktədlərin  filologiya  fakültələrində 

folklorşünaslıq  fənnlərinin  və  ədəbi  əlaqələrin  tədrisində 

əlavə dərs vəsaiti  kimi  istifadə  olıına  bilər.  Odur  ki,  əsərin 

monoqrafiya  halında nəşr olunmasım  vacib sayıram.

Əsər yüksək  tələblərə cavab verən,  həm mövzu,  həm də 

tutarlı  elmi  nəticələrinə  görə  yeni  olan  bir  yaradıcılıq 

nümunəsidir.

Nəcəf Nazim 

Filologiya elmləri doktoru, 

professor

18

Ümumtürk müstəvisində araşdırma

Azərbaycan  folkloru  milli-etnik  qaynaqları  və  inkişafı 

baxımından ümumtürk folklorundan ayrılmazdır. Bu məna­

da folklorşünaslığımızda zaman-zaman ümumtürk konteks­

tində  çıxışlar  edilmişdir  (Y.V.Çəmənzəminli,  M.Təhmasib, 

M.Seyidov  və  b.).  Bu  konteskstdə  çıxış  üçün  məlum  təyziq 

və yasaqların götürüldüyü indiki şəraitdə folklor araşdırma­

larında yeni  istiqamətlər görünməkdədir.  Belə  ki,  folklorçu­

larımız  indi  nəinki  milli  folklor  abidələrimizi  ümumtürk 

müstəvisində  təhlil  edir,  eləcə  də  başqa  türk  xalqlarının 

folklor  abidələrini  araşdırma  obyekti  edirlər.  Elə  N.H.Hü- 

seynovanm  Başqırd  xalq  eposu  «Ural  batır»ı  tipoloji  çev­

rədən  araşdıran  «Qədim  türk  qəhrəmanlıq  dastanının  tipo­

logiyası  («Ural  batır»  əsasında)»  əsəri  də  Azərbaycan  folk­

lorşünaslığında son illərdə baş verən keyfiyyət dəyişiklikləri­

nin daha bir parlaq ifadəsidir.

N.H.Hüseynovanın əsərinin ümumtürk folklorşünaslığı 

üçün  ən  böyük  əhəmiyyəti  «Ural  batır»  eposunun  dastan 

tipologiyası  baxımından  ilk  dəfə  bu  araşdırmada  öyrənil- 

məsindədir.  Dastan  tipologiyasını  başlıca  olaraq  «Ura! 

batır»  çevrəsində  araşdıran  müəllif  tipoloji  baxımdan 

«Bilqamıs»,  «Avesta»,  «Mahabharata»,  «Altay  yaradılış 

dastanı»,  «Maaday  Qara»,  «Köqüdey»,  «Kitabi-Dədə 

Qorqud», «Alpamış»,  «Şan  qızı»,  «Manas» və s.  abidələrə 

müraciət  edir.  O,  bu  qədər  geniş  materialın  verdiyi  fakt­

ları  tədqiqatın  predmeti  baxımından  dəyərləndirə  və  elmi 

nəticələr ala bilir.

Araşdırmada  diqqət  çəkən,  eləcə  də  müəllifin  araşdır­

ma  bacarıq  və  qabiliyyətindən  soraq  verən  cəhətlərdən 

biri  budur  ki,  N.H.Hüseynova  istər  elmi,  istərsə  də  etik 

baxımdan dolğun,  ətraflı, elmi məntiqə  malik  polemikalar 

aparır.  Bu,  xüsusilə  əsərin  «Ural  batır»  dastanının  «mən­

şəyi,  formalaşması  və  təkammülü»  adlanan  birinci  fəslin­

də qabarıq  görünməkdədir.  Araşdırma  boyu yeri  gəldikcə

19



aparılan  belə  polemikalar,  eləcə  də  geniş  elmi  ədəhiyatm 

cəlb  olunması  ilə  də diqqəti  cəlb edir.  Müəllif əsəri  uğurlıı 

araşdırmaq  üçün  olan  müxtəlif  ədəbiyyatı  dərindən  öy­

rənməsi də  bu  polemikalardan  əlahiddə görünməkdədir.

Əsərin  «Ural  batır»  dastanında  ədəbi  həyat  idealını, 

xeyir  və  şər  ziddiyyətlərini  araşdıran  ikinci  və  üçüncü  fə­

sillərində  müəllifin  predmetə  fərdi  elmi  zövqlə  yanaşmasını 

göstərən  cəhətlər  aşkar  olur.  Tədqiqatın  fəsillərində  «Ural 

balır»m  dastan  tipologiyası  baxımından  ö\ rənılməsi  ilə xa­

nası.  dastanın  fəlsəfi  baxımından  (iyrənilməsi  də  var  ki.  bu. 

təqdirə  layiqdir  və  gələcəkdə  müəllif  həmin  istiqamətdə 

işləyərsə, onun  uğurlar qazanacağına  inanırıq.

Əsərin  dördüncü  fəslində  müəllif «Ural  ba(ır»m  poeti­

kasını  araşdırır və əsasən,  dastanın  şeir  xüsusiyyətləri, elə­

cə  də  hiperbola  (bədii  şişirtmə)  liqurıı  üzərində  davanır. 

Öncəki  ləsillərdə  olduğu  kimi,  müəllif  burada  da  araşdır­

manın  obyektini  təkcə  sözü  gedən  dastanla  məhdudlaşdır­

mır  və  obyektləri  irəlidə adlarını  çəkdıvimi/  abidələri  cəlb 

etməklə  də genişləndirir.  Ümumiyyətlə,  qeyd  elməlivik  ki. 

laktı  konkret  müstəvidə  öyrənən  N.l I.Hüseynova  bir 

qayala  olaraq  iakla  müqayisə  bucağından  da  baxmağa ça­

lışır  ki,  bu da onun  bir araşdırmaçı  kimi  aparıcı  keyfiyyət­

lərindən  sayılmalıdır.

Deməliyik  ki.  N.H.I lüscynovanın  tədqiqatının  həm 

Azərbaycan,  həm  ba.şqırd.  eləcə  də  üımımtürk  folklor 

araşdırmaları  üçün  böyük  əhəmiyyəti  xardır.



Mı/rso! llokim or 

/• 7 /o /o g /ıv / 



c/ın/,vi doktoru, 

professor

20

GİRİŞ

Üııınmlürkoloji  əhəmiyyət  kəsb edən  «Qədim  türk  qəh­

rəmanlıq  dastanlarının  tipologiyası  («Ural  batır»  əsasın­

da!»  mox/usiıınııı  bir  problem  kimi  qovulması  və  türk 

dastanları  silsiləsinin  tipoloji  təhlilə  cəlb  edilməsi,  onların 

eyni  kökdən  olub,  cxni  çeşmədən  qidalandığını  a.şkaıa  çı­

xarmaq  cəhdidir.  Belə  lipoioji  müqayisələr,  eyni  zamanda 

türk  ədəbi  mədəni  dünvasım  yaxından  öyrənməyə  imkan 

verir.  Tipoloji  müqayisələrin  bir  məqsədi  oxşar  və  ortaq 

ədəbi  bədii  faktları  təsdiq  etməkdirsə,  ikinci  məqsədi  imi- 

qax isə  olunan  əsərlər  içərisində ən  çox  «Ural  batımın  özü­

nəməxsusluğunu  geniş dairədə göstərməkdir.

Tipoloji  müqayisələr  nə  qədər  sufi  ədəbi  bədii  açıqla­

ma  səcivvəsi  daşısa  da  dastanların  tarixi  etnoqrafik,  coğ­

rafi.  ictimai  sıxası  xə  fəlsəfi  baxımdan  da  əhəmiyyətini 

qiymətləndirmək  lazım  gəlir.

/a m an   zaman  türk  torpaqlarında  aparılan  talançı  mü­

haribələr.  basqınlar  nəticəsində  bu  torpaqların  ərazisi 

xeyli  kiçilərək  başqasına  qatılıb.  Təsadüfi  deyil  ki,  müha­

ribələrin.  basqınların  ən  ağır  zərbəsinə  onun  mədəniyyəti, 

dili,  etnik  kökü  məruz  qalır.  Belə  ki,  bu  müharibələr  za­

manı  xalqın  mədəniyyət  abidələri  məhv  edilir,  izi  itirilir. 

Y a d e llilə rin  

(əsiri,  müxtəlif  mədəniyyətlərin  (gah  İslam, 

gah  rus.  gah  da  qərb) zorla  qəbul  edilməsi  nəticəsində dilə 

yad  sözlər daxil  olur.  Müxtəlif millətlərin  cyııi  ərazidə  ya­

şaması  ilə  əlaqədar  etnik  kök.  dünyagörüş  və  s.  qismən 

dəvişdirilir.  Müəyyən  zaman  çərçivəsində  dünyagörüşün 

müxtəlif  istiqamətdə  formalaşması  mədəniyyətə,  ədəbiy­

yata  ciddi  təsir göstərir.

Ona  görə  də  türk  xalqlarının,  eləcə  də  başqa  xalqların 

qədim  tarixini,  özünəməxsus  mədəniyyətini,  dilini,  etnik 

kökünü  öyrənmək  iiçiin  dəyərli  məxəzlər  sırasında  das­

tanların  da  miihiim  yeri  var.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə