Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   2   3   4   5   6   7   8   9   ...   37

2.  «Ural  batır»  dastanında  ilk  başqırd  ailəsinin 

ibtidai  məişəti  və  dünyagörüşün  milli  və  ümumtürk 

zəminində tipoloji təhlili.

3.  «Ural  batır»da  «dirilik  suyu»  probleminin  həlli 

yolları,  özünəməxsusluğu  və  yuxarıda  adı  çəkilən 

dastanlarla bənzəyişi.

4.  Əzəli-əbədi olan xeyir və şərin mübarizəsi, xeyir şər 

qüvvələrinin 

«Ural 

batır»da  ümumtürk  dastanları 



fonunda qoyuluşu və həlli.

5.  «Ural  batır»m  poetikası,  bədii  ifadə  vasitələri, 

mübaliğələr,  onların  işlənmə  məqamı  və  bu  baxımdan  da 

türkdilli  xalqların  dastanları  ilə  səsləşməsi  və  özünə­

məxsusluğu.

Əsərin  ««Ural  batır»  dastanının  mənşəyi,  formalaşma­

sı və təkamülü» adlanan birinci fəsilində ən çox mübahisə­

li  görünən  məsələ  dastanın  yaranma  tarixi  və  dövrü  ilə 

bağlıdır.  A.N.Kiriyev  və  A.İ.Xarisovun  fikirlərini  elmi- 

nəzəri  dəlil  və  sübutlarla  alt-üst  edilir.  Doğru  olaraq  gös­

tərilir  ki,  müəyyən  zaman  çərçivəsində  yaranan  dastanda 

həmin  dövrün  təsiri,  izi  görünməlidir.  «Ural  batır»da  nə 

feodalizm  dövrünün,  nə  də  yadelli  (monqol)  əsarətinin 

izlərinə təsadüf edilir.

Müəllifə körə «Ural  batır» yeni eradan əvvəl yaranmış, 

məhz  buna görə də  türk dastanları  arasında ən qədimidir. 

Müəllif bu  fikrini  I  fəslin  ilk əcdad  və ilk  başqırd  ailəsinin 

məişəti bölmələrində daha da inkişaf etdirir.

Əsərin  II  fəsli  «Ural  batır»da  əbədi  həyat  idealı  və 

onun  bədii  probleminə  həsr  olunmuşdur.  Bu  problem 

başqa  türk  dastanlarındakı  analogiyalar  çərçivəsində 

təhlil edilmişdir.

Əbədi  həyat  problemi  insanı  həmişə  düşündürür.  İndi­

nin özündə belə vaxtından əvvəl dünyasını dəyişmiş  böyük 

talant  sahibi  üçün  göz  yaşı  tökür  və  bununla  barışmaq 

istəmirik.  Təbii ki,  ölümün  qaşla-göz arasında olan  qədim 

dünyada  da  bu  məsələ  insanları  düşündürmüş,  onlar  Öl­

10

məzliyi  heç  olmazsa  təsəvvürlərində-dastanlarında  yarat­



mağa  səy  göstərmişlər.  «Ural  batır»  türk  dastanları  ara­

sında  ən  ilkin  qaynaqlardandır.  Bu  dastan,  professor 

Mirəli  Seyidovun  göstədiyi  kimi,  türkdilli  xalqların  bəzi 

mifoloji  baxışlarının  kökünü  aydınlaşdırmaq  üsün  qiy­

mətli qaynaqdır.

Mifik  təfəkkürün  məhsulu  olan  ədəbi  həyat  problemi 

«Ural  batır»da  öz  əksini  qəribə  bir  tərzdə  tapmışdır.  Bu­

rada  insanların  nə  Tanrı  haqqında,  nə  də  ölümün  kim  tə­

rəfindən  göndərildiyi  barədə  təsəvvürləri  var.  Bütün  bun­

lar  tədqiqatçıya  imkan  vermişdir  ki,  «Ural  batır»ın  türk 

dastanları içərisində ən qədimi, ən  arxaiki və animist dün­

yagörüşün məhsulu olduğu qənaətinə gəlsin.

O  da  məlumdur  ki,  ədəbi  həyat  problemi  çox  qədim 

olub  bir  çox  dünya  xalqlarının  dastan,  nağıl  və  əfsanələ­

rində  öz  əksini  tapmışdır.  Əskidən  bəri  insanlar  diriliyin 

sirrlərini,  əsasən,  suda,  bitgidə  və  bitgi  meyvələrində  ara­

mışlar.  Bu,  onların  mifik  anlamının  və  inamının  nəticəsi­

dir.  Qədim  insanlar  üçün  su  və bitgi  qədər  ilkin  əsas  olan 

daha  nə  vardı?!  Bu  baxımdan,  əski  insanın  öz  ölməzliyini 

suda və bitgidə axtarması təəccüb doğurmur.  O da diqqəti 

çəkir  ki,  yaradılış  -  dirilik  üçün  vacib  sayılan  dörd  ünsür­

dən  ən  başlıcası  su  hesab  olunmuşdur.  Odur  ki,  bir  çox 

xalqların  dastan,  rəvayət və  nağıllarında qəhrəman  dirilik 

suyu  dalınca gedir.  Bu,  «Ural  batır»da da  belədir.  Müəllif 

ölməzlik problemi  ilə bağlı türkdilli xalqların dastanlarını, 

bir  çox  hallarda  hətta  nağıllarını  da  tədqiqat  süzgəcindən 

keçirərək  doğru  qənaətə  gəlir  ki,  dastan  və  nağıllarda 

əbədi  həyatın  su,  bitgi,  meyvə  və  s.  atributları  olsa  da, 

onların  hamısı  eyni  məqsədə  xidmət  edir,  onların  hamısı 

şər  qüvvələrin  əlində  cəmləşmişlər,  qəhrəmanlar  öz  şü­

caətləri,  ağılları  hesabına  onları  şər  qüvvələrin  əlindən 

alıb xalqa  bəxş edirlər.

«Ural  batır»  məntiqi  və  fəlsəfi  baxımdan  çox  güclü  bir 

sonluqla  bitir.  Vaxtilə  dirilik  suyundan  içmiş  qoca  Urala




sudan  içməyi  məsləhət  görmür.  Əksinə,  ləyaqətlə  yaşaya­

raq  ölməzlik  qazanmağı  məsləhət  görür.  Qoca  bu  ölməz­

liyi,  xeyirxah  olmaqda  görür,  ölməzliyin  adının  yaxşılıq 

olduğunu bildirir.

Ural  batır  qocanın  məsləhətinə  qulaq  asır,  min  əzab- 

əziyyətlə  əldə  etdiyi  dirilik  suyunu  içmir,  boz dağlara,  su­

suzluqdan  sinəsi  cadar-cadar  olmuş  səhralara,  meşələrə 

səpir,  onlara həyat verir.

Müəllif faktlarla  insanın  əbədi  ölməzliyə  aparan  yega­

nə  yolun  yaxşılıq  yolu  olduğunu  başqa  xalqların  dastan­

larından  gətirdiyi  misralarla  təsdiqləyir  və  ağlabatan 

mühakimələri  ilə  oxucunun  gözü  önündə  adı  yaxşılıq, 

xeyirxahlıq olan əbədi bir abidə ucaldır.

Əsərin  çox  məftunluqla  işlənmiş  III  fəsil  «Xeyir və şər 

ziddiyyəti» adlanır.

Burada maraq doğura biləcək bir məsələdən söz açmaq 

istərdik.  Məlumdur ki,  dastanlarda,  o  cümlədən  də «Ural 

batır»da  məhz  böyük  qardaşlar  xoş  niyyətlə  mübarizəyə 

girişsələr  də  sonda  bədxah  və  paxıl  olurlar.  Hər  şeyə 

hərislik  canlarını  çulğalayır.  Bu,  tədii  ki,  şər  qüvvələlrin 

onların  qəlbinə  yol  tapıb,  onları  öz  yollarından  döndər­

mələri  ilə  bağlıdır.  Ağılsız,  iradəsiz,  tamahkar  adamlar 

tezliklə onların iradəsinə tabe olur.

Müəllif bir  çox  əsərlərdən,  hətta  Herodotun  tarix  kita­

bından  misallar  gətirərək  kiçik  qardaşların  taxta-taca va­

ris  olmasından  danışır  və  bunu  onların  xeyirxahlığı, 

nəcibliyi və qəhrəmanlığı ilə bağlayır.

Bəs  nə  üçün  böyük  qardaşların  əksinə  olaraq  kiçik 

qardaşlar  şər  qüvvələrin  təsiri  altına  düşmüşlər?  Maraqlı 

məsələdir.  Mən  altı  il  Qafqazda  yaşamış  amerikalı  alim, 

professor Sula Benetİn  Qafqaz xalqlarının uzunömürlülük 

məsələsinə  həsr  olunmuş  ‘«Necə  yaşasan,  yüzü  haqlaya­

san»  kitabını  tərcümə  edib  1989-cu  ildə  çap  etdirərkən 

qəribə bir elmi müddəanın şahidi olmuşam.  Faktlar göstə­

rir  ki,  insanın  kamillik  dövründə  anadan  olan  övladları,

12

kiçik  uşaqları  ağıllı,  gənc  ikən  müdrik  olurlar.  Bizcə,  bu­



dur  nağıllarımızda,  dastanlarımızda  rast  gəlinən  kiçik 

oğul  və qızların daha  ağıllı,  daha  müdrik  olmasının cava­

bı. Şər qüvvələr ağıllı adamı çətin ki, öz yolundan çəkindi­

rə bilsin. Təbii ki, ağıl olan yerədə nəciblik də,  xeyirxahlıq 

da, əsl qəhrəmana layiq başqa keyfiyyətlər də olan şeydir.

«Ural  batır»  dastanının  poetikası  adlanan  IV  fəsil 

həcmcə çox kiçik olsa da qənaətbəxşdir.  Doğrudur, poeti­

ka  anlayışının  əhatə  dairəsi  çox  geniş  olduğundan,  bu, 

ayrıca  bir əsərin mövzusu ola  bilərdi.  Bununla  belə, müəl­

lif  bu  fəsildə  qarşısına  qoyduğu  vəzifənin  öhdəsindən 

uğurla  gəlmişdir.  Nəhayət,  onu  da  deyək  ki,  müəllifin 

«Qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipologiyası» 

mövzusunda yazdığı əsər türk xalqları  folklor əlaqələrinin 

tədqiqi sahəsində uğurlu addımdır.



Qəzənfər Paşayev

Filologiya elm bri doktoru, 

professor

13



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə