Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

zimləyir.  Sol  tərəfə  gedən  Şulgenin  mifik  məkana yollan­

dığı  aydın  olduğu  halda,  (yəni  Samrau  quşun,  ölkəsi, 

göylər),  sağ  tərəfə  gedən  Uralın  istiqaməti  məlum  deyil. 

Bircə  o  məlumdur  ki,  Ural  öz  ölkəsindən  çıxaraq,  maddi 

formada  mövcud  olan  başqa  ölkəyə  uğrayır.  Qatilin  cəza 

üsulunun  şahidi  olan  Ural  kütləyə  yaxınlaşaraq,  burada 

nə baş verdiyini  soranda qoca deyir:

Eqet,  hinin tös-başın,

Aptıraşlı,  karaşın,

Ar islan menen kileşen 

Sit bulırzay kürəni,  (s.,  73)

Mənası:  İgid  xarici  görkəmindən,  mənalı  baxışından,  şir 

ilə gəlməyindən sən başqa ölkənin adamına bənzəyirsən.

Bu  fakt  açıq-aşkar  Uralın  öz  ölkəsindən  çıxdığını  de­

məyə əsas verir.  Lakin  bu ölkədəki  qayda-qanun və əxlaq 

normalarında  olan  bəzi  xüsusiyyətlər  həmin  xalqın  türk 

olmadığını bir daha təsdiqləyir.

I. 

Bu  ölkədə  mövcud  olan  əxlaq  normaları,  yəni  qızın 



özünə  ildə  bir  dəfə  ər  seçməsi  nə  türk  əxlaqına,  nə  də 

müəlliflərin  (A.N.Kiriyev,  A.İ.Xarisov)  abidəni  aid  et­

dikləri  feodalizm  dövründə  mövcud  olan  islamlaşmış  türk 

qayda-qanunlarına  uyğun  hal  sayıla  bilməz.  Cəsarətlə 

demək  olar  ki,  elə  bir  qədim  türk  dastanına  rast  gəlmək 

mümkün  deyil  ki,  orada  qadın,  ana  adı  yüksək  tutulma­

sın.  Bir  qayda  olaraq,  türk  dastanlarında  öz  istəklisinə 

qovuşmaq  çox  çətin  sınaqlar  bahasına  başa  gəlir  ki,  bu 

yolda  neçə-neçə  igid  öz  həyatını  qurban  verməli  olur.  Bu 

da  qızın,  qadının  şərəfini  uca  tutulduğuna  bariz misaldır. 

«Ural  batır»  dastanında  Humaya  malik  olmaq  üçün  bu 

cür ağır sınaqlarla zəngin süjet xətti var.  (s., 125-126)

Ziya  Göyalp  əski  türklərin  qadına  münasibətini  aşağı­

dakı  formada  incələyir:  «...  Əski  türklər  həm  demokrat, 

həm  də  qadın  hüquqlarına  hörmət  edən  feminist  idilər...

38

Xaqan  tərəfindən  bir  buyruq,  əmr  hazırlandığı  zaman,  -  



Xaqan  buyurur  ki,»  sözləri  ilə  başlardısa,  ona  itaət  edil­

məzdi.  İtaətlə  qarşılanması  üçün  mütləq  «Xaqan  və  Xa­

tun  buyurur  ki,»-  sözləri  ilə  başlamalıydı.  Xaqan  tək  ba­

şına  heç  bir elçini  qəbul  etməzdi.  Elçilər ancaq  sağda Xa­

qan,  solda  Xatun  oturduqları  zaman  ikisinin  birdən 

hüzuruna gələrdilər...»1

«Kitabi-Dədə  Qorqud»  dastanında:  «Ana  haqqı. 

Tanrı haqqı...»2 kimi qiymətləndirilib.



Dəli  Domrul  qadını  ilə  halallaşanda  belə  demiş: 

«Gözün  kimi  tutarsa,  könlün  kimi  sevərsə,  sən  ona 

varğıll...

Qadını:  Səndən  sonra  bir yigidi  sevib varsam,  belə  yat­

sam,  ala ilan olub məni soqsun!...»3

Türk  qadınının  yüksək  əxlaqından  söz açan  misalların 

sayını istənilən qədər artırmaq olar.



II. 

Dastanın  Qatil  şahla  bağlı  hissəsində  elə  xüsu­

siyyətlər  var  ki,  onlar  türk  dünyagörüşü  normalarına 

uyğun  gəlmir.  Belə  ki,  həmin  hissədə  Allaha  və  əcdadla­

rına  insan  qurbanından  söhbət  gedir.  Elə  bu  faktı  nəzərə 

alaraq  demək  olar  ki,  Qatilin  torpağında  yaşayanlar 

qeyri-türk  xalqıdırlar.  Çünki  heç  bir  əski  türk  abidəsində 

insan  qurbanı  faktına  rast  gəlinmir.  Bu  ancaq  Midiyalı­

lara  xas  xüsusiyyət  kimi  qiymətləndirilə  bilər.  Midiyalılar 

döyüşdə  məğlub  etdikləri  ilk  düşmənin  başın  kəsib,  qanın 

içərmişlər.  Bu  birinin  zəifləməsi,  o  birisinin  güclənməsi 

demək  idi4.  Lakin  bu  faktı  Allaha qurbanla eyniləşdirmək 

olmaz.  Bunu intiqam  hissi  kimi qeyd etmək olar.

Qədim  Atəşpərəstliyin  dini  kitabı  olan  «Avesta»da 

Allahlara  saysız-hesabsız  qurbanlar  verilir  ki,  bunlar  in­

san qurbanları deyil,  heyvandan verilən qurbanlardır.

'  Ziya  Göyalp.  Türkçülüyün asasları.  Bakı.  1991, sah.  121-122.

2  K itabi-D ada Qorqud.  Bakı.  1978, salı.  39.

1  K itabi-D ada Qorqud.  Bakı,  1978. sah.92-93

4  H erodot,  Tarix  IV,  5s.,  Leninqrad,  1972.

39



Düzdür,  «dini  rəvayətə  görə  bütləri  qırdığı  üçün  oda 

atdırılan,  lakin  od  gülüstana  çevrildiyinə  görə  qurtulan  və 

Məkkənin  əsasını  qoyan  İbrahim  peyğəmbər  oğlu  İsmayılı 

Allaha  qurban  kəsmək  istəyib.  Lakin  Allah  bu  işdən  razı 

qaldığı  üçün  İsmayılın  yerinə  Habilin  qurbanlıq  qoçunu 

göndərərək onun qurban kəsilməsini əmr etmişdir»

«Şan qızı» dastanında da bu fakt bir daha təsdiqlənir:

Mal! Bunlar Müsliimandır 

Onlar insan kurbanı  verməzlər'

«Ural  batır»ın  yarandığı  ərazini,  yəni  coğrafi  koordi­

natını  təyin etmədə dastanda adı çəkilən toponomik adlar 

böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  dastandakı  antropo- 

morfik  obrazlar  olan  Ural,  Şulgen,  İzel  (İdel),  Nöqöş 

(Nuquş),  Hakmar  (Xakmar),  Yayıq  (Yayıq),  Yamantau, 

Kırktı,  İrəməl2 və s.  bu abidənin Başqırd xalqına mənsub- 

luğun  deməyə  əsas  verir.  Bildiyimiz  kimi  animist  görüşlü 

qədim  insanlar  real  surətdə  mövcud  olan  təbiət  hadisələ­

rini  dərk  etmək  iqtidarında  olmadıqlarına  görə  onlar 

haqqında  müxtəlif  rəvayətlər,  miflər  yaratmışlar.  Məhz 

«Ural  batır»  dastanında  adı  çəkilən  antropomorfik  ob­

razlar  da  həmin  qənaətdən  törənmişdir.  Dastanın  qəhrə­

manları  Başqırd  ərazisində  mövcud  olan  dağ,  çay  və göl­

lərin  animist  təfəkkürlü  insanlar  tərəfindən  yaratdıqları 

mifik  obrazlardır.  Türkooloq  M.İ.Steblin-Kaminskinin

'  «Şaıı  kızı» dastanı.  İstanbul,  i 98, səh.292.

" Ural-Başqırd  ərazisində dağ  massivi.

Şulgen-Buryazan  rayonunda göl,  buna həmçinin  «Yılkı sıkkan» (İlxı çıxan) 

da deyilir.

Ağboz ata həsr edilmiş  başqa  bir versiyada Şulgen Ağboz atı  göldə 

saxlayır.

İdel- (İzel)- Volqa çayının  adı.

Xakmar- (Hakmar)-  Cənubi  Başqırdıstanda çay (Sakmar).

Yaik-  (Yayık)-  Ural  çayının  qədim  adı.

Xamantaıı -  Pis  dağ.  Cənubi  U ralda  dağ mossivi.

40

mifə  verdiyi  tərif  bu  fikri  açıqlamağa  imkan  yaradır. 



Steblinə  görə:  «Миф  -  это  творчество,  при  котором  фан­

тазия принималась за реальность»1

Animist  dünyagörüşlü  insanların  yaratdığı  antropo­

morfik  obrazlara  diqqət  etsək  görərik  ki,  onların  yaran­

masında  həmin  təbiət  hadisələrinin  adları  və  xarici  görü­

nüşü əsas rol oynayır.



1.2.  Türk əsatir və dastanlarında mifik obrazlar.

Başqırd torpağında ilk əcdad və onun törəmələri.  Bunun 

mifoloji tipologiyasındakı oxşarlıq  və özünəməxsusluğu.

(Adəm-Həvva,  Tarqıtay süjetləri ilə müqayisə)

Dünya  xalqlarında  ilk  yaradılış,  ilk  insan  haqqında 

müxtəlif əfsanə və rəvayətlər mövcuddur.  Bu əfsanə və rəva­

yətlər eyni  mifik  süjet  ətrafında  (yəni  ilk  insan,  bəşəriyyətin 

ilk  törədicisi)  müxtəlif  zamanlarda,  müxtəlif  xalqlar  tərə­

findən  özünəməxsus  dünyagörüşü  çərçivəsində  yaranmışdır. 

Belə  ki,  həmin  süjetli  miflərdə,  onları  yaradan  şəxslərin 

mənsub olduqları zamanın, mühitin təsiri duyulmaqdadır.

Bildiyimiz  kimi  animist görüşlü  qədim  insanlar  real  su­

rətdə  mövcud  olan  təbiət  hadisələrini  dərk  etmək  iqtida­

rında  olmadıqlarından,  onlar  haqqında  müxtəlif  miflər, 

rəvayətlər yaratmışlar.  Məhz  həmin  dünyagörüşün  nəticə­

sidir  ki,  təbii  varlıqlar  mifik  obrazlar  şəklində  təqdim 

olunurlar.  İlk  əcdadla  bağlı süjet «Ural  batır»  dastanında 

öz mifik xarakterini saxlamışdır.

«Ural  batır»ın  arxaikliyini  göstərən  ilkin  cəhət  das­

tanda  Tanrı  haqqında  heç  bir  təsəvvürün  olmamasıdır. 

Burada  təsvir edilən  ilk  insanların  (Yənbirdə  və  Yənbikə) 

bu  adaya  necə  və  haradan  gəldikləri,  ata-analarının  ha­

rada  qaldığı,  doğma  torpaqlarının  harada  olması  barədə 

ilkin  məlumatları  belə yoxdur.

1 M.И.Стеблин-Каминский.  Мифы.  АН  СССР. Л.  Наика. Ленинград.  1976,

стр.5.

41



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə