Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

zahiir formasına rast gəlmək mümkündür.

1.  Müqəddəsliyin rəmzi olan Günəş formasında.

2.  Şər  qüvvələrin  əlində  cəmləşən,  qəhrəmana  hər 

addımda mane olmaq üçün istifadə formasında.

Belə  ki,  dastan  və  nağıllarda  ikinci  təzahürə  birincidən 

çox rast gəlmək mümkündür.  Bir qayda olaraq, qəhrəmann- 

ların sınaq yolları divlərin, əjdəhalarm və s.  şərə xidmət edən 

qüvvələrin  törətdiyi  (nəfəsləri,  sehrli  vasitələrlə)  odlar,  yan­

ğınlarla çətinləşdirilir.  Təsadüfi  deyil  ki,  bu  mifik  süjet  son- 

ralar  yaranan  dini  rəvayyətlərə  də  öz  təsirini  göstərmişdir. 

Həmin  dini  rəvayətə  görə  şər  ruhların  daşıyıcıları  olan,  öz 

əməlləri  ilə  şərə  xidmət  edən  insanlar  ölərkən  cəhənnəm 

odunda yandırılmaqla cəzalandırılırlar1 *

.

«Ural  batır»  dastanında  da  odun  sadaladığımız  ikinci 



formadakı  təzahürü  ilə  qarşılaşırıq  ki,  bu  məsələnin  geniş 

izahına  «Xeyir və  şər  konflikti»  bölməsində  yer veriləcək­

dir.

«Ural  batır»  dastanındakı  ilk  ailənin  məişətində  odun 



təsvirinə  rast  gəlmək  mümkün  deyil.  Demək,burada  təsvir 

edilən  od  adi məişət odu deyil.  Bu od  rəmzi məna daşıyaraq 

xeyir  və  şər  qüvvələri  arasındakı  mübarizənin  şiddətini  gös­

tərməyə  xidmət  edir.  Od  haqqında  bu  cür  ilkin  təsəvvürün 

mövcudluğu dastanın formalaşma (yəni son) dövründə odun 

yeni-yeni əldə edilməsi zamanının izləri duyulmaqdadır.

«Ural  batır»  dastanın  arxaikliyi  məsələsinə  dünya  mə­

dəniyyətinin  riişeyimi  sayılan,  yazılı  abidə  kimi  hələ  e.ə. 

6-2  minillikdə  formalaşaraq,  gil  lövhələr  üzərinə  köçürü­

lən  Şumer dastanı  «Bilqamıs»  və  əski  türk  xalqlarının qə­

dimliyi  ilə  seçilən  abidələri  ilə  tipoloji  müqayisələr  zəm- 

nində bir növ aydınlıq gətirmək mümkündür.

Şumer  dastanı  «Bilqamıs»dakı  məişət  təsviri  onların 

nəinki  odu  tanıdıqlarını,  hətta  bu  odun  məişətdə  istifa­

dəsi, yeməyi bişmiş yedikləri;

1  Quran.  Bakı,  1990.  səh.  609-610. 

50

Mən sənə ət verərəm,  xörək,  yemək yollaram, 

İlahabrə layiq çörək yedizdirərəm.'

həmçinin müxtəlif növ içkidən istifadə etmələri:



Məleykələrə layiq şərbət içizdirərəm..

Enkidu doyanacan,  o ki var çörək yedi.

Üstündən yeddi küyüm sikeradan gillətdi.3

Kosmetik vasitələri tanımaları:



Canına sürtmək üçün zeytun yağı  verərəm.4

-  bu  abidənin  mədəniyyətin  inkişafının  müəyyən 

mərhələsində yarandığını deməyə əsas verir.

«Ural  batır»  dastanında  içki  növü  kimi  təmiz  su  və 

heyvandan  zəli  vasitəsilə  sorulmuş  və  müəyyən  müddət 

balıqqulağında  saxlanmış  qandan  istifadə  olunur.  Ata 

oğullarına deyir:

Hıulıahağın uyında,

Ana,  ak hıu eseqez,

Kabarsakka tultırğan,

Kandan auız tartığız.  (s.,57)

Mənası:  Oynayarkən  susuzlasanız,  təmiz  su  için,  ba­

lıqqulağına yığılmış qandan  ağzınıza vurmayın.

Qan,  bu eposda  içkidən  çox rəmzi  məna daşıyır.  Belə ki, 

qanı  hər  bir  şəxs  içə  bilməz.  Qanı  içən  şəxs  ölümü,  pisliyi, 

şəri  dərk  edir.  Ona  görə də Yənbirdə bu  məsələləri  dərk  et­

mək  iqtidarında  olmayan kiçik yaşlı  oğullarına  həmin  qanı 

(köhnəlmiş qan) içməyi qadağan edir.  «Ural  batır»  eposun-

1 Bilqamıs,  Bakı.  1985. səh. 47.

"  Yenə  orada,  səh.  47.

’  Yenə  orada,  səh.  19.

4 Yenə  orad a, səh. 47.



dakı  bu motiv yaradılış süjetli «Altay yaradılış» dastanında, 

«Bibliya»  və  «Qurani-Kərim»dəki  Tanrının,  Allahın  qada­

ğaları  ilə tipoloji bənzəyişi  maraq doğurur.  Sadalanan mən- 

bəələrdə  Tanrının  qadağan  etdiyi  meyvələri  yeyən  Doğa- 

nay-Ece,  Adəm-Həvva  xeyir  və  şəri,  ölümü  duyduqlarına 

görə  mələk  kimi  göylərdə  yaşamaqdan  məhrum  edilərək 

yerə  endirilir,bəşəriyyətin  əcdadı  kimi  doğub  törətmək  və 

sonrada ölümlü olmaqla cəzalandırılırlar.

А  от дерева  познание добра и зла,  не ешь от него;  ибо 

в день в который ты вкусишь от него, смертью умрешь.1

Atanın  qadağasını  pozan  Şulgen  vaxtından  tez  qanı 

içdiyinə görə  şər qüvvələrin, şər ruhların xidmətçisinə çev­

rilir.  «Ural  batır»  abidəsində  içki  kimi  qandan  istifadə 

edilməsi  faktı  A.N.Kiriyev  və  A.İ.Xarisovun  dastanın 

formalaşma dövrünün  (yəni  feodalizm  10—

 13—


cü əsr)  təyi- 

nindəki  yamlmalarmı  bir  daha  qabarıq  nəzərə  çarpdırır. 

Çünki,  artıq  İslamı  qəbul  etmiş  türklər  Allah  tərəfindən 

qanın  bir içki  kimi  qəbulunun  haram  olduğunu  bilirdilər. 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  dastan  tədqi­

qatçıların dedikləri  vaxtda formalaşsa  idi,  yəqin  ki,  qanm 

içki  kimi təsviri qeyri-mümkün hal sayılmalıdır. «Qurani- 

Kərim»in  Əl-Maidə  («Süfrə»)  surəsində  göstərilir  ki,  «... 

Allah  haram  buyurmuşdur...  ölü  /kəsilmədən  ölüb  mur­

dar olmuş/  heyvan,  qan,  donuz əti...»2

Qandan içki düzəlməsi üsulu da çox maraqlıdır.  İçki üçün 

nəzərdə  tutulmuş  qanı  hər  heyvandan  deyil,  otla  qidalanan 

heyvandan  qara  zəli  vasitəsilə  sorduraraq,  balıqqulağına 

doldurub müəyyən müddət orada saxladıqdan sonra istifadə 

edirlər.  Bunun  üçün  də  lazımi  yaş  və  cəsarət  səviyyəsi  tələb 

olunur.  Bu hal ancaq içkidən istifadədə deyil, eyni zamanda 

yeməkdən  istifadə  üsullarında  da  özünü  biruzə  verir.  «Ural 

batır»  eposunda  ailənin  çox  maraqlı  qidalanma  normativi 

mövcuddur.  Onların  ovladıqları  heyvandan  qida  üçün  isti­

1 Библия.  Москна,  1991, стр. 2.

2 Qurani-Kərim.  Bakı,  1990, səh.  88. 

52

fadə  üsulları  da  müxtəlifdir.  Əgər  ovlanan  heyvan  erkək- 



dirsə kişi ilə qadın ikisi başım, Şulgen,  Ural, it,  şir, qızıl quş, 

durna balığı isə qalan hissəsini yeyirlər.



Yenlek irkək bıddınihə,

İrle -  bisəle ikəühe 

Başın seynəp aşağan,

Şulgen menən  Uralğa,

Ete menan anskınğcı,

Şonkar menən surtanğa 

Bütən hanın taşlağan.  (s.,56)

Əgər  ovlanan  heyvan  dişidirsə  ərlə  arvad  ürəyini 

götürürlər.

Yənlek orğası bulfuı,

İrle -  hisə ikəühe 

Yörəqene haylağan.  (s.,56)

Atanın  qoyduğu  qadağa  da  əxlaqi-  estetik  cəhətdən 

çox  maraqlıdır.  Belə  ki,  atanın  qadağası  təkcə  yaş  həddi 

ilə  ölçülmür,  onların  göstərdikləri  şücaət,  qəhrəmanlıq  ilə 

səciyələnir.  Ata  o  vaxt  oğullarına  qan  içməyə,  heyvanın 

baş  və ürəyini yeməyə icazə verəcəkdir ki,  onlar elə bir yaş 

həddinə çatsınlar ki, özləri heyvan ovlamağı bacarsınlar.

Bala üsep  etkənse,

Üzə yənlək  totkansı 

Baş-yörəktə aşauzan,

Hıulıınğa kan eseiizən,

Ulandarın  tayğandar,

Hisyaraman,  tiqəndər.  (s.,56)

Buradan aydın göründüyü kimi bu ailənin yemək qaydası 

eyni  zamanda  simvolik  səciyyə  daşıyır.  Əgər «Kitabi-Dədə 

Qorqud»  dastanında  igid  adını özünün  əməlləri,  qəhrəman-

53



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə