Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

Altay dastanı «Maaday Qara»da hərb sənətinin  təsviri. 

«Bilqamıs»a  nisbətən  daha  yetkindir.  Bu  da  təsadüfü 

deyil.  Çünki  «Maaday  Qara»dakı  təsvir  dastanın  xaqan­

lıq  dövrünün  məhsulu  olduğunu  deməyə  əsas  verir.  Das­

tandan  aydın  olur ki,  yer üzündə  70,  Altayda  60  xaqanlıq 

mövcuddur.  Sayı-hesabı  bilinməyən  ordu  var.  Xarici 

portret təsviri dastanın  aid olduğu dövrü müəyyən etməyə 

kömək  edən  əsas  amillərdəndir.  Dastanda  Altay  xalqına 

məxsus hərbi geyiminin geniş təsviri, dastanı  yaradan şəx­

sin  çox  zəngin  portret  yaratmaq  qabiliyyətindən  xəbər 

verir.  «Maaday Qara»nın hərbi geyiminin təsvirinə diqqət 

edək:  «...  62 düyməli  şalvarını,  90  qatlı  çuqun  altlığı  olan 

qara  çəkməsini,  62  ay  kimi  parıltılı,  qızılı  rəngli  düyməli 

sincab  dərisindən  kürkünü,  72  gün  kimi  şölə  saçan, 

gümüşü  düyməli  günəşli  kürkünü,  tunc  və  qızıl  işləməli 

dəbilqəsini  geyidi.  Qızıl  işləməli  tunc  kəmərini  bağladı. 

Üstdən 68  düyməli  tunc-qızıl işləməli zirehini geydi.»1

Rəqəmlərin  hiperbolik  səviyyədə  göstərilməsinin  əsas 

səbəbi yəqin ki,  geyimin  hərbi əzəmətini  nəzərə çatdırmaq 

məqsədi daşıyır.

«Ural  batır»  dastanının  isə  belə  portret  təsvirlərindən 

uzaq  olması  onu  başqa  qədim  türk  dastanlarından  əsaslı 

surətdə  fərqləndirir.  Ümumiyyətlə,  dastanda  məişət  təsvi­

rinin  əsas elementi  olan  geyimin adi  bir detalının  belə təs­

viri  yoxdur.  Təkcə  çevrilmələr  var:  qızın-quşa,  quşun- 

qıza,  ilanın-insana  və  s.  Təkcə  Ayxulunun  təqdimində 

(yəni  qıza  çevrilməsində)  gözəl  olduğu  və  yanağının  azca 

çökək  olması  və  bir  də  Qatilin  torpağındakı  qızın  təsviri 

(s.  114,71)  var.  Lakin  bu  portret  üçün  çox  az  materialdır. 

Bu  söyləyicinin  də əlavəsi  ola  bilər.  Yənbirdə,  Yənbikə  və 

oğullarının  nə  cür  xarici  görünüşə  malik  olmaları  haq­

qında kiçicik bir ştrix  belə yoxdur...

Şumer dastanı «Bilqamıs»ın  məişət  təsvirindəki  yüksək

mədəni  şərait  bu  baxımdan  nəzəri  cəlb  etməyə  bilməz. 

Buradakı  məişət  təsvirindəki  aramxanaların  mövcudluğu 

maraqlı haldır.



Ninsun dönüb özünü cıramxanaya saldı,

Sabunlu köklər ilə bədənini yudu o1.

Məişətin  ən  vacib  atributu  sayılan  aramxanaların 

mövcudluğu  həmin  xalqın  mədəniyyətin  müəyyən  mərhə­

ləsində dayandığını göstərən əsas faktordur.  Aramxanalar 

paklığın,  təmizdiyin,  mədəniyyətin  simvoludur.  «Bilqa- 

mıs»  dastanının  məişətində  geyimin  təsviri  eyni  zamanda 

sənətkarlığın  inkişafına  əyani  sübutdur.  Belə  ki,  onların 

geyimləri  ibtidai  formada deyil, zövqə görə  tikilmiş sənət­

kar  əlinin  məhsuludur.  Şamxatın  Enkidunu  Uruka  apar­

maq  üçün verdiyi  təsvir bu  baxımdan diqqəti çəkir:



Gedək,  Enkidu, gedək,  o hasarlı  Uruka -  

O yerə ki,adamlar şux geyimlə öyiiniir,

O yerə ki,  hər günü toya,  bayrama döniir2 *

.

«Bilqamıs» dastanında etiqad növü  olan din mövcuddur. 

Dinin atributu olan müqəddəs məbədlər, qalalar tikilib.

Müqəddəs Eananm qalası oldu  Uruk\ 

və ya


Ayağa dur,  Enkidu,  səni aparacam 

Eana məbədinə,  Anunun məskəninə4.

Şumerlərdə  inkişaf o səviyəyə çatıb  ki,  artıq  yazı  sənəti 

formalaşıb.

1 Bilqamıs.  Bakı,  1985, səh.  32.

2 Bilqamıs.  Bakı,  1985, səh.  15.

1 Bilqamış.  Bakı,  1985,  səh.  8.

4 Yenə orada,  səh.  18.

«M aaday Kara».  Москва,  1977, стр.  72-73.

58

59



Başına gələnləri sal bir qayaya döydü, 

Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  «Ural  batır»



Sonra hasara alıb,  adım  Uruk qoydu'. 

abidəsi  məişət  tipologiyasına  cəlb  edilmiş  dastanlardan

zaman  baxımından  öz  ibtidailiyi,  arxaikliyi  ilə  fərqlənir.

Göründüyü  kimi,  məişət  tipologiyasında  «Bilqamıs»la  «Ural  batır»  dastamndakı  ilk  ailənin  dünyagörüşü  ibtidai 

«Ural batır» arasındakı zaman fərqinin çox böyük olduğu  xarakterlidir.  Bu  ibtidailiyi  ilk  insanın  təbiət  qüvvələrinə 

aşkarlanır. 

animist baxışı kimi qiymətləndirmək düzgün olar.

«Kitabi-Dədə  Qorqud» dastanında  məişət təsviri daha 

zəngindir.  Burada  məişətin  atributlarından  sayılan  ye­

mək,  geyim,  yaşayış  məskənlərinin  türk  üslubundakı  bə­

zək  təsvirləri  ilə  yanaşı,  qədim  toy-nişan  adət-ənənələri­

nin  təsvirinin  də  yer  alması  maraq  doğurur.  Belə  ki.

«Bayburanın  oğlu  Bamsı  Beyrək  boymmda  xalqın  qədim 

nişan  adət-ənənəsinin  başlıca  şərtlərindən  olan  başlıq 

vermənin  əlamətləri  mövcuddur.  Banuçiçəyin  qardaşı 

Dəli Qarçar bacısı üçün aşağıdakı qədər başlıq tələb edir.

«- Min buğra (nər) gətirin ki, maya (üzün) görməmiş ola.

Min dəxi ayğır gətirin ki, heç qısrağa aşmamış ola. Min dəxi 

qoyun  görməmiş  qoç  gətirin.  Min  də  quyruqsuz,  qulaqsız 

köpək gətirin.  Min dəxi (iri) birə gətirin mana, dedi. -  Əgər 

bu dediyim nəsnələri gətirsəniz xoş, verdim.»1

 2

Dastan  və  nağılların  bir  çoxunda  bu  cür  ağır  başlıqla­



rın,  çətin  sınaqların  mövcudluğu  qız adının,  şərəfinin uca 

tutulduğuna işarədir.

«Kitabi-Dədə  Qorqud»  dastanında  Oğuzların  toy 

adət-ənənəsinin də gözəl təsviri var: «Oğuz zamanında bir 

yigit  ki,  evlənsə  ox  atardı.  Oxu  nə  yerdə  düşsə  anda  gər­

dək tikdirərdi.  Beyrək xan dəxi oxun atdı,  dibinə gərdəyin 

dikdi.  Adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi»3.

Başqırd  dastanı  «Ural  batır»da  isə  sınaqlar  mövcud 

olsa  da,  bu  cür  toy-nişan  ənənəsinin  kiçicik  izinin  belə 

olmamağı  bu  dastanın  arxaikliyini  təsdiq  etmə  baxımın­

dan maraqlıdır.

1 Yenə orada, səh.  8.

2  Kitabi-Dədə Qorqud,  Bakı,  1978, səh.  33.

3  «Kitabi-Dədə Qorqud.  Bakı,  1978, səh.  55.

60

61




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə