Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

IIFasil

«URAL BATIR» DASTANINDA ƏBƏDİ HƏYAT 

PROBLEMİ

2.1. 

«Ural batır» dastanında abadi hayat axtarışı  va bu 

süjetin başqa tiirk dastanlarında analogiyası. İlk başqırd 

ailasinin ibtidai dünyagörüşü.

Qədim türk  dastanı «Ural  batır»  həqiqi həyat hadisələ­

rindən  çox-çox  uzaq  mifik  təfəkkürün  məhsuludur.  Fik­

rimizi  dəqiqləşdirmək  üçün  mifolojinin  nə  olduğunu 

E.A.Qardnerin  sözləridə  açıqlayaq.  E.A.Qardnerə  görə 

«Mifologiya  təbiət  varlıklan  və  hadisələrini  şəxsləndirmə 

vasitəsdə  ınlatma şəklidir»1

«Ural batır» dastanında təsvir edilən ilk insanlar,  onla­

rın  törəmələrinin  həyat  və  məişəti,  dastan  boyu  açıq-aş­

kar  görünən  kosmoqonik,  antropomorfık,  zoomorfik  ob­

razların, mifik qüvvə və vasitələrin mövcudluğu,  hadisələ­

rin  cərəyan  etdiyi  məkanlar  (yeraltı,  yerüstü,  göylər), 

ölümsüz  həyat  üçün  əbədiyyət  suyu  axtarışı,  bu  amal 

uğrunda  iki  qardaş  Şulgen  və  Uralın  qarşılaşdığı  maneə­

lərdə  sınaqlar,  xeyir  və  şərin  əzəli-əbədi  mübarizəsinin 

təsviri  və  s.  bu  fikri  təsdiqləməyə,  yəni  abidənin  mifik  tə­

fəkkürün məhsulu  olduğunu deməyə əsas verir.

Ümumiyyətlə,  əbədi  həyat  axtarışı  süjetinə  bir  çox 

dünya,  o  cümlədən  türk  xalqlarının2  folklor  nümunələ­

rində  rast  gəlmək  mümkündür.  Bu  süjet  Başqırd  xalqının 

qəhrəmanlıq  dastanı  olan  «Ural  batır»  abidəsində  daha 

maraqlı və hərtərəfli  əks olunmuşdur.

İnsan  xəlq  olunandan  həyatı  dərk  etmək  məcburiyyə­

tində  qalır.  Onu əhatə  edən  kainatın  kim  tərəfindən,  necə *

 *

'  Baheddin  Ögel.  Türk mitolojisi.  I.c..  Ankara,  1971,  səh.  6.



* «Ural  batır», «Bilqamıs»,  «M ahablıarata»,  «Maaday Qara»,  «Köqüdey», 

«Kitabi-Dədə Q orqud», «Şan  kızı» dastanları,  o cümlədən  «Məlikməmməd». 

«Yetim  İbrahim»in  nağılı  və 

62

yaradıldığı  insanı  daim  düşündürmüş  və  onlar  bu  suala 

cavab  tapmağa  çalışmışlar.  Animist  dünyagörüşlii  insan­

lar  bu  suala  cavab  tapmaqda  aciz  olduqları  üçün  kaina­

tın,  təbiətin  sirrləri,  ildırımın  çaxması,  yağışın  yağması, 

canlıların  müəyyən  müddətdən  sonra  məhv  olması  və  s. 

onları  dəhşətə  salaraq,  düşünməyə  məcbur  etmişdir.  Bu 

hadisələr  kainatın  və  təbiətin  sirrlərindən  baş  çıxarmaq 

iqtidarında  olmayan  ibtidai  təfəkkürlü  insanları  daim 

qorxu  altında  saxlamış  və  onlar  qurtuluş  yolu  aramağa 

çalışmışlar.  İlk  animist  dünyagörüşlü  insanlar  təbiət  hadi­

sələrini  canlı  təsəvvür  edərək,  onlara  qarşı  mübarizə  apa­

rırdılar.

«Yaradılış  süjetli  mənbələr»1  göstərir  ki,  Tanrının  ilk 

yaratdıqları  ölməz imiş,  onları  özü  ilə eyni səviyyədə,  eyni 

məkanda,  əzab-əziyyət çəkməkdən  yaşadacaqmış.  Bunun 

bariz  nümunəsinə  M.N.Səbətçioğlunun  tərtib  etdiyi  əsə­

rində  rast  gəlirik.  «Türk  yaradılış  dastanı»nda  insanlar 

Erlikin2  sözünə  uyub  yasaq  olunmuş  meyvələri  yediklə­

rinə  görə  (yəni  həmin  meyvələr  insanlara  pisliyi  aşılayır) 

Tanrı  onlara cəza verərək, ölümlü etmişdir.

Tanrı  Erlikin  sözünə  uyub  meyvədən dadan  Eceyə:  «... 

Sen  Erlikin  sözünə  uydun,  yasak  meyveyi  yedin,  öyleyse 

cezanı  çekeceksin.  Çocuk  doğuracaksın,  doğururken  de 

türlü  ezab  ve  cefa  çekeceksin.  Sonunda  öleceksin,  ölümü 

dadacaksın!...»

Doğanaya...  da ceza verdi:  «...  Erlikin  gösterdiğini ye­

din.  Benim  sözümü  dinlemedin...  Benim  sözümü  dinlemiş 

olsaydın...  benim kimi olacaktın.  Bundan  sonra senin  do- 

kuz  kızın,  dokuz  oğlun  olacak.  Bundan  sonra  ben  insan

M.N.Səbətçioğlu  «Türk yaradılış dastanı»  İstanbul,  1976; «Bibliya». 

Moskva.  1990; «Quran».  Bakı.  1993.

'  Yerlik  türk  mifologiyasında  həm yeraltı dünyanın sahibi,  həm də şeytan 

obrazı  kimi  verilib.  «Türk  yaradılış dastanın»da şeytan  (insanları  düz yoldan 

çəkindirən)  funksiyasını  yerinə yetirir.  O,  Tanrıya qarşı çıxdığı  üçün  Tanrı 

onu  Yerlik  adlandırır, sonrakı pis əməllərinə görə onu yeraltı dünyaya 

göndərir.

63



yaratmayacağım.  Bundan  sonra  insanlar  senden  türeye- 

cek.»1


Bu  süjetin  analogiyası  daha  sonra  dini  rəvayətlərdə 

(Adəm Həvva) öz əksini tapmışdır.

Göründüyü kimi ilk yaradılış dastanlarına əsasən Tanrı 

insanı  ölməz  yaratmış,  Şeytan  Onun  yaratdıqlarının  qəl­

binə  yol  taparaq,  onları  Tanrının  gözündən  salmaqla, 

ölümlü  etmişdir.  «Əbədi  həyat  axtarışı»  süjetli  dastanlar 

elə  bil  bir  növ  həmin  yaradılış  dastanlarının  davamı  təsi­

rini  bağışlayır.  Həmin  süjeti  izləyərkən  belə  bir  qənaətə 

gəlmək  olar  ki.  insanlar  itirdikləri  səadəti  (ölməzliyi)  ax­

tarır,  bu  yolda  onları  aldadan  şər  qüvvəyə  Erlikə  (şey­

tana) qalib gəlmək uğrunda mübarizə aparırlar.

Başqııd  dastanı  «Ural  batır»da  Ural  əbədi  həyat  suyu 

axtarışı  zamanı  şər  qüvvələri  təmsil  edən  Qatil  şahla, 

ilanlar  şahı  Qəhqəhə  və  oğlu  Zərkumla,  əjdəha  Əzrəklə, 

divlərlə, qadağan edilmiş qanı içdiyinə görə şər qüvvələrin 

xidmətçisinə  çevrilmiş  doğma  qardaşı  Şulgenlə;  Şumer 

dastanı  «Bilqamıs»da  Bilqamıs  və  Enkidu  Humbaba  və 

onu  himayə  edən  ildırım,  tufan,  yağış  tanrısı  Addu,  Veer, 

Şamaş,  yer  adamı  Yerşkiqal  ilə;  Altay  dastanı  «Maaday 

Qara»da  Köqüdey  Merqen  şəri  təmsil  edən  Qara  Qula, 

Erlik  bəy,  onun  qızı  Qara  Qulanın  arvadı  Qara  Taadi, 

ona  xidmət  edən  qara  buğa,  qara  nər  və  s.  ilə;  «Kitabi- 

Dədə  Qorqud»da  Dəli  Domrul  Əzraillə  qarşılaşırlar. 

Onlar  sanki  həmin  Şeytanın  təmsilçiləri  olan  şər  ruhlara 

qalib  gələrək  öz  haqqlarını  (ölməzliyi)  geri  qaytarmaq 

uğrunda  mübarizə  aparır və son  nəticədə  əməlləri  ilə  əbə­

dilik  qazanırlar.  Bu  süjetin  araşdırılmasında  «Ural  batır» 

dastanının  ilkin  qaynaq  kimi  götürülməsi  təsədüfü  deyil. 

Çünki  əbədi  həyat  problemi  başqa  türk  dastanları  ilə  ti- 

poloji  müqayisə zamanı  bu  dastanda  öz qədimliyi  və  zən­

ginliyi  ilə  seçilir.  Görkəmli  tədqiqatçı  M.Seyidova  görə:

1 M.N.Sepetçioğlu.  Türk dastanları.  İstanbul,  1976, səh.  21. 

64

«Başqırdlarm ən  əski,  kosmoqonik,  mifoloji  təfəkkürü ilə 



sıx  bağlı,  əsasən,  mifik  aləmin  obrazlarının  iştirak  etdiyi 

çox dərin məzmunlu,  bədii estetik baxımdan yetkin «Ural 

batır»  eposu  türkdilli  xalqların  bəzi  mifoloji  baxışlarının 

kökünü aydınlaşdırmaq üçün qiymətli qaynaqdır.»1

«Ural  batır»  abidəsindəki  mifik  obrazların  üstünlük 

təşkil  etməsi  bu  dastanın  lap  qədimlərlə  səsləşdiyini,  yəni 

ilk animist görüşlü insanların mifik təfəkkürünün məhsulu 

olduğunu  isbat  etməyə  əsas  verir.  Bu  cəhətdən  dastanın 

ana  süjet  xəttini  təşkil  edən  əbədi  həyat  axtarışı  zamanı 

qəhrəmanın  qarşılaşdığı  mifik  qüvvə  və  vasitələr  maraq 

doğurur.  Dastanda  təsvir  edilən  insanların  dünyagörüşü 

ibtidai  xarakterlidir.  Belə ki,  hələ ölümün  nə  olduğunu  və 

kim  tərəfindən göndərildiyini,  təbiətin dəhşətli,  pozulmaz, 

qaçılmaz  bir  qanunu  olduğunu  dərk  etmək  iqtidarında 

deyillər.  Bunu  Yanbirdə  atanın  bu  adaya  necə  gəlib  çıx­

dıqlarını  oğullarına  nağıl  etdiyi  səhnədə  aydın  görmək 

mümkündür:

Ülem hindu hulmağan.

Boron bez tıuğan erzə,

Atayzar torğan erzə 

Ülem hula torğaynı;

Bik kübehe у ay tən ük 

Yatıb ülə torğıynı...

Kürəhən,  uy lap tormanı:

Kitkənde ul kürməne.  (s.,61)

Mənası:  Ölüm  buranı  tapa  bilməz.  Əvvələr  bizim  ana­

dan  olduğumuz  yerə,  atalarımız  yaşadığı  torpağa  Ölüm 

gəldi.  Çox  cavanları  məhv  elədi.  Amma  ölüm  bilmədi  ki, 

ananızla mən qaçıb gizlənmişik.

Ailənin  başçısı  Yanbirdənin  fikrincə,  insan  ayağı  dəy-

1 M.Seyidov.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqlan.  Bakı,  1983, səh. 

120

.

65




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə