Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

məyən  bu  adaya  sığındıqlarına  görə  Ölüm  onları  tapa 

bilməz.


Bırıda keşe bulmağarı 

Berəii ayak basmağan,

Şuğa ülem hil erzə

Kilep özləp tapmağan.  (s.,61)

Atanm  bu  düşüncə  tərzi  həmin  insanların  dünyagörü­

şünün 

istiqamətini 



müəyyənləşdirən  amillərdən  ən 

mühümüdür.  Düzdür,  hərdən  atanm  Ölüm  haqqında  fi­

kirləri  bir  qədər mübahisə  doğurur  ki,  bu  da  təbii  haldır. 

Çünki,  bu  dastan  yaddaşlarda  yaşayaraq,  ağızdan-ağıza 

keçmiş  XX  əsrin  əvvələrində  (1910)  yazıya  alınmışdır. 

Görkəmli  türk  tədqiqatçısı  Bəhaddin  Ögel  türk  dastanla­

rının  (əfsanələrinin)  öyrənmə  yollarını  aşağıdakı  kimi  xa­

rakterizə etmişdir.

«...  Efsaneler  bir  milletin  mitolojisinin  canlı  ve  ya­

şayan varlıkları  gibidirler.  Türk efsaneleri üçün başlıca iki 

türlii kaynakımız vardır:

1) 


.Tarihlerde  keçen  ve  özel  olarak  eskiden  yazılmış 

türk efsaneleleri.

2)  .  Halk ağzından derlenmiş efsaneler.»1

B.  Ögəlin  göstərdiyi  bu  qaynaqlar  nəinki təkcə türk  əf­

sanələri  üçün,  ümumiyyətlə,  bütün  dünya folklorunun  öy­

rənmə  yolu  kimi  qəbul  edilmiş  haldır.  Məhz  tədqiqata 

cəlb  etdiyimiz  «Ural  batır»  dastanı  da xalq  ağzından  dər- 

ləndiyinə  görə,  müəyyən  artırmaları,  dəyişikliyə  uğrama­

ları  ilə  bizə  gəlib  çatmışdır.  Dastana  istinadən  fikrimizi 

açıqlamağa  çalışaq.  10  yaşlı  Ural  ölümün  nə  cür  qüvvr 

olduğunu  dərk  etmək  istəyir.  Bu  ideya  ona  rahatlıq  ver­

mir,  onu  daim  düşündürür.  Uralın  həmin  məqsədlə  ata­

sından sorğusu maraq doğurur:

1  Baheddin  Ögel.  Türk  mitolojisi.  I.c., A nkara,  1971,  səh.6. 

66

A tay,  bina bil yənde -  

Kasıp hinən,  bosha la,

Yən ayamay kasha la,

His kortkarnay totkkanhın,

Muyınına bısak halğanhm,

Bezze şulay berəy yən,

Kilep ezləp tapmasını?

Bezqə lə bısak halmasmı? (s.,61)

Mənası: Ata, sən bu heyvanları tutursan.  Onlar səndən 

qaçmaq  istəsələr  də  sən  buraxmırsan.  Onların  boğazına 

bıçaq  çəkirsən.  Bir  vaxt  onlar  da  gəlib  bizi  tapıb,  bıçaqla 

kəsməzlərmi?

Yanbirdə  atanm  ölüm  haqqında  oğluna  verdiyi  cavab 

sonrakı fikirləri  ilə təzad  təşkil edir.  Yənbirdə:



Kimə betər hər yənqə,

Biz ileme bukıbız.  (s.,61)

Mənası:  Hər  heyvanın  ölüm  vaxtı  var.  Onlara  Ölümü 

biz aparırıq.

Demək,  buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  atanm 

ölüm  haqqında  bu  cür  fəlsəfi  fikrə  gəlməsi  sonrakı  pro­

seslərlə  müqayisədə  bir  qədər  mübahisəli  görünür.  Artıq 

Ölümün  nəyə  qadir  olduğunu  dərk  edən  bir  insanın  son­

rakı  gedişdə  «Biz  ölümdən  qaçıb  gizlənmişik.  İnsan  ayağı 

dəyməyən  bu  adaya  sığındığımız  üçün  Ölüm  bizi  tapa 

bilməz»  və s.  kimi  qənaətə gəlməsi,  yəni  mürəkkəbdən  sa­

dəyə  enməsi  prosesi  qəribə səslənir.  Yaxud,  Ölümün  hansı 

sifətdə,  nə  cür  görünməsini  bilən  bir  adamın  animist 

dünyagörüşü  çərçivəsində  Ölümü  canlı  təsəvvür  edərək 

oğlanlarına  onun  başını  kəsib  gətirmələrini  tapşırması  nə 

dərəcədə məntiqli olardı.



«Əqər yulda  Üləm osraha,  başın kırkıp,

Alıp kaytırğa kuşkan.»  (s.  88)

6 7



Gətirdiyimiz  bütün  bu  müqayisələr  Ölüm  haqqında 

bəzi  fəlsəfi  düşüncələrin  dastan  söyləyənin  öz  fikirləri  ol­

duğunu  deməyə  əsas  verir.  Buna  bənzər  hala  «Kitabi- 

Dədə  Qorqud»  dastanının  «Dəli  Domrul»  boyunda  da 

rast gəlmək mümkündür.

Dəli Domrul:  -  «Mərə,  Əzrail dediyiniz nə kişidir kim. 

adamın  canın  alır?  Ya  Qadir Allah,  birliyin,  varlığın həq- 

qiçün  Əzraili  mənim  gözümə  göstərgil  savaşım,  çəkişim, 

dirəşim,  yaxşı yigitlərin canını qurtarayım...- dedi»1

Dəli  Domrulun  bu  nitqi  özü-özlüyündə  təzad  törədər. 

Əgər dini  baxımdan  yanaşsaq  və  eyni  zamanda qəbul et­

sək  ki,  bu  boy  İslam  dininin mövcud olduğu vaxtda yara­

nıb,  yəni  Allahın  varlığını,  b'irliyini  qəbul  edərək  Əzrailin 

hansı  qüvvəyə  malik  olduğunu  dərk etməməsi və canlı  tə­

səvvür  edərək  onunla  savaşmaq  istəməsi  maraq  doğurur. 

Buna nəzərən başqa  bir fakt.  Dastan boyu bütün boyların 

finalında  Dədə  Qorqudun  dili  ilə  söylənmiş,  ölümün  qa­

çılmaz  bir  qüvvə  olduğu  dəfələrlə  xatırlandığı  halda 

(«Onlar  dəxi  bu  dünyaya  gəldi,  keçdi.  Karvan  kimi, 

qondu köçdü.  Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. 

Gəlimli,  gedimli  dünya!  Son  ucu  ölümlü  dünya!»2)  Dəli 

Domrulun  Əzraili  kor-koranə  axtarışı  bu  baxımdan  nə­

zər diqqəti cəlb etməyə bilməz.

Bu ricətlərdə  dastanın yazıya  alındığı dövrün və məka­

nın  təsiri  açıq-aydın  duyulmaqdadır.  Belə  ki,  İslam  dini­

nin  bu  dünyanın  fani  olduğunu isbat edən  fəlsəfi  fikri  hər 

boyda  xatırlanmaqdadır.  Əgər  dastanın  İslam  dininin 

mövcud  olduğu  vaxtda  yarandığını  qəbul  etsək,  ölümlü 

dünyada  Dəli  Domrulun  ölməzlik  axtarması  doğru  ol­

mazdı.


«Ural  batır»  dastanında  da  məsələnin  həllinə  həmin 

münasibətdən  yanaşmaq  lazımdır.  Dastanın  formalaşma 

dövrünü  13-cü  əsrə  aid  edən  müəlliflərin  ciddi  yanıldığı

1  Kitabi-Dədə  Q orqud.  Bakı, 1978, salı.  88.

'   Yenə orada,  səh.  30.

68

burada bir daha təsdiq olunur. Çünki, artıq  üç əsrdən çox 



bir müddətdə  İslam  dininin  mövcud  olduğu  Başqırd  tor­

pağında  əbədi  həyat  axtarmaq,  ölümü  canlı  təsəvvür edə­

rək,  tapıb məhv etmək kimi  bütünlüklə mifik  bir dastanın 

yaranması inandırıcı deyil.

Bütün  bunlara  nəzərən,  nəticə  kimi  bu  süjetin  (yəni 

əbədi  həyat  axtarışı)  insanın  ilk  uşaqlıq  dövrünün,  mifik 

təfəkkürünün məhsulu  olduğunu və yazıya alındığı  zaman 

əlavələr edildiyi qənaətinə gəlmək olar.

Bu  problemin  qoyuluşu  Şumer  və  Hind  əsatirlərində 

bir  qədər  yetkindir.  Şumer  dastanı  «Bilqamıs»da  Bilqa- 

mıs dostu Enkidunun ölümündən sonra belə düşünür:

Zülmət faydasız şeydir,  insana nur gərəkdir!

Görən bir də ölülər Günəşi görə bilər?1

Bilqamısa  bu  ideya  rahatlıq  vermir.  O,  insanlar  üçün 

əbədi  həyat  tapmaq  istəyir.  Onları  bu  dəhşətli  kabusun 

əlindən  almaq  istəyir.  Bunun  üçün  də  o,  Maşu  dağına 

qalxır.  Orada  insan-əqrəbdən  öyrənir  ki,  ölümsüzlüyün 

sirrini  ancaq  Utnapişti  bilir.  Yolda  rastlaşdığı  Xanım ona 

deyir:

Sən hara can atırsan? Gəzsən də Kainatı,

Heç vaxt tapa bilməzsən axtardığın həyatı! 

Tanrılar xalq eyləyib insanı yaradanda 

Ölümü insan üçün buyurmuşdular onlar...'

və ya Şamaş:



İnsan gəldi, gedərdi, dünyada heç nə qalmaz!3

1 Bilqamıs dastanı.  Bakı.  1985, səh.  67. 

‘ Yenə orada.  Bakı, səh.  77.

Yenə orada,  Bakı, səh.  57.

6 9



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə