...
Yerin məlaikəsi Yerşkiqal yaşayır
Onun da qabağında yerin mirzəsi o qız
Belet-seri diz çöküb
Onun üçün oxuyur tale yazılarını
Göründüyü kimi burada yeraltı dünyanın təsviri var,
yerin sahibi Yerşkiqal, onun mirzəsi Belet-seri var. Yerin
mirzəsi Belet-seri Allahın insanlar üçün yazdığı tale yazı
ların oxuyur, Yerşkiqal isə həyata keçirir. Demək, bura
dan aydın olur ki, ölüm Allah tərəfindən göndərilən tale
yazısıdır, ondan qaçmaq olmaz, icra edənlər isə Belet-seri
ilə Yerşkiqaldır.
Altay dastanı «Maaday Qara»da bu funksiyanı yeraltı
dünyanın, Toybodımm (Doymadım) sahibi Yerlik, «Ki-
tabi-Dədə Qorqud»da Əzrail, «Şan kızı» dastanında
müqəddəs varlıqlar və Hursamn silahı və s. yerinə yetirir.
Lakin «Ural batır» dastanında Ölümün nə cür qüvvə
olduğu, kim tərəfindən göndərilməsi haqqında ilkin fər
ziyyə belə məlum deyil. Demək olar ki, Tanrı haqqında
təsəvvürləri yoxdur. Təkcə istisna hal kimi semantik
yükünə görə yeraltı dünyanın şər qüvvəsi Əzrəkəni Əzra
illə müqayisə etmək olardı. Lakin dastandan da məlum
olduğu kimi, Ural ölümsüzlüyü qazanmaq üçün bütün şər
qüvvələri təmsil edənlərlə; Qatil, Qəhqəhə, oğlu Zərkum,
Əzrəkə, öz qardaşı Şulgen və s. ilə mübarizə aparır. Ona
görə də Əzrəkənin ölüm törədən vahid Qüvvə kimi yox,
şəri (ölümü) təmsil edən qüvvələrdən biri (əjdəha) ol
duğunu demək daha düzgün olardı.
Həmin adaya sığman ilk insanlar olan Yənbirdə və
Yənbikənin əcdadları haqqında heç bir məlumat yoxdur.
Xeyir ölkəsinin ilk törədiciləri Samrau quşu (Simurq) ilə
Günəş və Aym izdivacındın yaranan törəmələr Humay və
Ayxulu, onların da yer adamları olan Ural və Şulgenin
izdivacından törənən nəsi haqqında ilkin məlumat var.
1 Bilqamıs dastanı. Bakı, 1985, səh. 61.
74
3.
«Şan kızı» («Xan qızı») dastamndakı ölümsüzlüyün
təsviri «Ural batır» dastanından çox fərqlidir. Belə ki,
«Ural batır» dastanında ölümsüzlük qazanmış qoca öl
mək istədiyini, lakin Ölümün ondan qaçdığım dediyi
halda:
... Yenşeşmənən lııu esten -
Minə karşı kəs 'ıtten,
Məne yənin alalmam
Hine ülek itəlməm. (s.,149)
Mənası: Yənşişməndən (dirilik çeşməsindən) su içmi
sən. Özünü mənə qarşı gücə çevirmisən, mən sənin ruhuna
almayacağam. Səni öldürməyəcəyəm.
«Şan kızı» dastanında da ölümsüzlüyün nisbi olduğu
nəzər diqqəti cəlb edir. Atası Boyan Lauşun gəlmədiyini
görüb oğlunun öldüyünü zənn edir:
Zira ölümsüz Alp de
Ölebilermiş,
Kendisi bunu isterse...
Ve ya onu diger A Ipler
Ve ya hursanın silahı
Öldüriirse1.
Mənası: Ölümsüzlük qazanmış Müqəddəs də ölə bilər
miş, özü bunu istərsə və ya onu digər Müqəddəslər və ya
Hursanın silahı öldürərsə.
«Şan kızı» dastanında da bu vəzifəni, yəni ölümsüz in
sanın kutunu (yəni ruhunu) yeraltı dünyanın sahibi Alba-
stı, (şər qüvvə) deyil, müqəddəs varlıqlar Alplar yerinə
yetirə bilərdi.
Bütün bu fərqlər «Ural batman türk dastanları içəri
sində yerini müəyyənləşdirməyə və abidənin onlara nisbə-
1 Mikayıl Baştu. «Şan kızı». İstanbul, 1991, səh. 90.
75
tən daha arxaik, animist dünyagörüşün məhsulu ol
duğunu deməyə əsas verir.
Ümumiyyətlə, əbədi həyat axtarışı süjeti çox qədim
olub, bir çox dünya xalqlarının dastan və nağıllarında öz
əksini tapmışdır. Türk xalqlarında əski insanlar ölməz
liyin sirrini suda və bitkidə, o cümlədən meyvədə aramış
lar. Bu da onların mifik anlamından irəli gələn hal kimi
qəbul edilə bilər. Tədqiqatçı prof. M.Seyidovun təbirincs
desək: «Suya və bitkiyə (ağaca) inam türk dilli xalqların
əski inamlar ilə bağlıdır. Su da, ağac da (Dünya ağacı)
ilkindir... Əski insan üçün su da, ağac da (bitki) onun
həyatı, yaşayışı üçün əsas idi... Bu səbəbdən insan
suda,bitkidə əbədilik, ölməzlik axtarmışdır»1
Türk və Şumer xalqlarının dastanlarında bir qayda
olaraq, əbədi həyat iksirini suda aramışlar. Bu da təsadüfi
deyil. Yaradılış üçün vacib olan dörd ünsürdən ən baş
lıcası sudur. Su həyatın canıdır. Bu dastanları həmin süjet
baxımından izləyərkən əbədi həyat axtarışının rəmzi
məna daşıdığı və iksirin ancaq şirin sularda tapılması
maraq doğurur. Bildiyimiz kimi, acı, şor sular həyat
mənbəyi ola bilməzlər. Çünki nə insanlar üçün içməyə, nə
də təbiət üçün yaşıllığa yarayır. Ona görə də qəhrəmanlar
insanlığı və təbiəti bu dəhşətdən qurtarmaq üçün daim
yollar aramış və son nəticədə həyat suyunu (şirin su mən
bələrini) tapıb üzə çıxarmaq uğrunda mübarizə aparmış
lar. Təsadüfi deyil ki, Şumer dastanı «Bilqamıs»da da
həyat çiçəyi dəryanın dibində bitir.
Utnapişti: «Çiçəyin gizli sirrini mən danışacağam,
Bu çiçək dəryanın dibində, göyəm tək bitir boy atır,
Qızıl gül tək tikanlıdır, tikanları ələ batır.
Çiçək sənə qismət olsa, əgər gedib ona varsan,
Bax, o gənclik çiçəyidir, gəncliyinə qayıdarsan»*
2
' M.Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqlan. Bakı, 1983, s, 118.
2 Bilqamıs. Bakı, 1985, səh. 96
76
Xeyir və şər mübarizəli dastan və nağıllarda bir qayda
olaraq, həyat iksirinin şər qüvvələrin əlində cəmləşməsi,
onlar tərəfindən əsir edilməsi faktına rast gəlmək
mümkündür. «Ural batır» dastanında da əbədi həyat
çeşməsi (Yənşeşmən) məhz divlərin məskənindədir.
Oğullar atadan Ölümdən qurtulmağın yollarını soruşanda
Yənbirdə deyir:
Uğa tik ber sara bar:
Deyeü batşa erəndə,
Əytələr, ber şişmə bar,
Şunan hıu eshe keşe
His te iilmey yeşəy, ti (s.,62)
Mənası: Ondan qurtarmağın bir yolu var: Div padşa
hın torpağında, deyirlər bir çeşmə var. Ondan kim su içsə,
deyirlər heç ölməz, yaşayar.
Maraqlı haldır ki, dahi şairimiz Nizami Gəncəvinin
son əsəri olan «İskəndərnamə» poemasının «Şərəfnamə»
hissəsində bu mifoloji süjetin təsvirinə rast gəlirik. Ora
dakı təsvirdə də süjet mifikliyində qalmaqdadır. Belə ki,
bu poemada da həyat suyunun zülmət diyarda yerləşdiyi
göstərilir.
Dünyada zülmətə çatmaz bir diyar,
O gözəl torpaqda həyat suyu var...
Yaşamaq istəsən dünya uzunu,
Get, keçir əlinə həyat suyunu!'
«Ural batır» dastanındakı Şər (qaranlıq) ölkəsinin
təmsilçilərinin yerləşdiyi məkan ilə N.Gəncəvinin poema-
sındakı qaranlıq ölkənin eyni istiqamətdə, yəni sağ tərəfdə
yerləşməsi nəzər diqqəti cəlb edir. Bu faktı hər iki mən-
bəədən gətirilən sitatlarla təsdiqləmək mümkündür. Yən-
Nizami Gəncəvi. Şərəfnamə, Bakı, 1988, səh.505.
7 7