Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Bil kart тепэп bil karsık 

Kayzan bırıda keleiilen,

Ata-əse,  er-hıuı

Kayza torop kalının

Üzzere lə onotkan,  ti;  (s.,55)

Mənası:  Qoca  və  qarı  özləri  bilmirlər  ki,  haradan  gə­

liblər.  Onların  ata-anası  haradadır.  Doğma  torpaqları 

haradadır.

Belə mifoloji obrazlar skiflərin «Tarqıtay» adlı  rəvayə­

tində daha qabarıqdır.

«По  рассказам  скифов,  народов  их-моложе  всех.  А 

произошел он таким  образом.  Первым жителем этой ещё 

необитаемой  тогда страны  был  человек  по  имени  Тарги- 

тай.  Родителями  этого  Таргитая,  как  говорят скифы,  бы­

ли  Зевс*  и дочь реки  Борисфена...  Такого рода был  Тар- 

гитай, а у него было трое сыновей...»1

Tarqıtay  haqqındakı  mif  animist  dünyagörüşün  məh­

sulu  olduğu  halda  artıq  kamilləşmə  Tanrının  (Zevsin) 

müəyyən mənada dərkində  özünü  göstərir.  Düzdür,  Tanrı 

(yəni  Zevs  baba)  burada  yaradıcı  qüvvə  deyil,  törədici 

qüvvə kimi təsvir edilir.

Heredot  Zevsin  kimliyini  açıqlarkən,  yunanların  baş 

Allahı,  skiflərin  isə  babası  kimi  göstərildiyini  qeyd  edir. 

İlk  insanın  (Tarqıtayın)  Tanrı  (Zevs)  ilə  Borisfen  çayının 

qızının  izdivacından  törəməsi  animist  dünyagörüşün  nə­

ticəsində yaranmışdır.  Əski dünya miflərində su pərisindən 

törəmə  (doğulma) anlayışı  mifik  təfəkkürlə  bağlıdır.  Lakin 

dastanlardan  göründüyü  kimi  Pəri  qızla  izdivac  həmişə 

müsbət  nəticə  vermir.  «Tarqıtay»  əfsanəsində  Pəri  qızın 

baş  Allah  Zevs  ilə  izdivacından  skiflərin  başçısı  Tarqıtay 

törəmişdirsə,  «Kitabi-Dədə  Qorqud»  dastanında  Pəri  qız

* Zevs qədim yunan  mifologiyasında  baş Allah, Allahların  və insanların 

hökümdavı. (ASE, cild 4,  Bakı,  1980,  səh.  304)

1 Гередот.  История.  IV.  5, Ленинград,  1972, стр.65.

42

Təpəgözü  doğaraq  Oğuza  bəla  göndərir.  «Təpəgözün  Pəri 



anası  gəlib  oğlanın  barmağına  üzük  keçirdi:  -   Oğul!  Sənə 

ox batmasın! Tənin qılınc kəsməsin! -  dedi»1.

Bu  iki  müqayisədən  aydın  olur  ki,  Pəri  qız  müqəddəs 

varlıqdır. Ona görə də müqəddəs varlıq  olan Allahla (Zevs- 

lə)  izvacmdan  müsbət  qəhrəman,  yer  adamı  Çobanm  bu 

müqəddəs varlığa təcavüzündən isə Oğuza bəla törənmişdir.

Başqırd dastanı  «Ural  batır»da da bu cür mifoloji ana, 

ata  obrazları  var.  Burada  zoomorfık  obraz olan  Samrau- 

nun  (Simurq)  kosmoqonik  obrazlar  olan  Günəş  və  Ayla 

izdivacından  Humay (qu  quşu) və Ayxulunun  (mələk qız, 

quş)  törəməsi  Ayın,  Günəşin  əski  türk  mətinlərində  yara­

dıcı  qüvvə  kimi  çıxış  etməsini  bir  daha  təsdiqləyir.  Lakin 

dastanın  mətninə  əsasən  demək  olar  ki,  kosmoqonik  Ay, 

Günəş  və zoomorfık  Samrau  (Quş  ata)  obrazlarının  izdi­

vacından yer adamı deyil, quş qızlar (mələklər) Humay və 

Ayxulu  törəyir ki,  onların da  yer adamları  olan Şulgen  və 

Uralla  izdivaclarından  Hakmar  və  İdel  antropomorfik 

obrazlar  törəyir.  Ümumiyyətlə,  Ay  və  Günəş  türk  mifo­

logiyasında bir çox hallarda törədici qüvvə kimi  çıxış edir. 

Kosmoqonik  obraz  olan  Günəşin  və  Ayın  bir  çox  hal­

larda mifoloji ana  kimi verilməsi silsilə  təşkil  edir.  Amma 

Ay  kosmoqonik  obrazı  isə  bu  baxımdan  ikili  səciyyəyə 

malikdir.  Ay  obrazı  miflərdə  bəzən  ata,  bəzən  ana  funk­

siyası  daşıyır.  «Ural  batır»  dastanında  da  Ay  məhz  mi­

foloji  ana  obrazı  kimi  təqdim  olunur.  Bundan  başqa 

Oğuz  mətinlərindən  olan  «Oğuz  Kağan»  dastanında  da 

Oğuz  Kağanın Ay Kağandan doğulması qeyd edilir.

... Genə günlərdən bir gün ay kağan 



Nunq gözü yarıb butadı erkək oğul toğurdı!2

Demək,  buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  hər  iki

1 «K ittabi-D ədə Q orqud» dastanı.  Bakı,  1978,  səh.  35.

2  F.Bayat.  Oğuz epik ənənəsi və «Oğuz Kağan» dastanı.  Bakı,  1993. səh.  110

43



dastan  animistik  dünyagörüşün  məhsuludur.  Lakin  bu 

süjetin  dastanlarda  təsviri  onların  fərqli  zaman  çərçivə­

sində yarandığını əsaslandırır.

İlk  yaradılış  süjeti  «Altay  yaradılış»  dastanı,  «Bibliya» 

və  «Quran»da  özünün  daha  da  kamillik  zirvəsinə  qalxır. 

Bu  abidələrdə  artıq  Tanrı,  Allah  yaradıcı  qüvvə  kimi,  bə­

şəriyyətin  yaradıcısı  kimi  təsvir  edilir.  Fikrimizi  əsaslan­

dırmaq üçün mənbələrə müraciət edək.

«Türk  yaradılış  dastanında»  Tanrı  Qaraxan  bəşəriyyə­

tin  ilk  törədicisini  ağac  budaqlarından  yaradır:  «...  Dal­

ları,  yapraqları  olmayan  ağaca  baxmaq  hoş  degil,  bu 

ağacın  dokuz dalı  birden  olsun!...  Bu  dokuz dalın  her bi- 

rinden  dokuz  kişi  türesin  ve  bunlardan  dokuz  millet  ol­

sun!... -  dedi»1

Maraqlı  burasıdır  ki,  Ağac  ana  (mifoloji  ana)  obrazına 

bir  çox  türk  mətinlərində  rast  gəlmək  mümkündür.  Altay 

dastanı  «Maaday  Qara»da  düşmən  əlinə  keçməsin  deyə 

Maaday  Qara  körpəsinin  beşiyini  Qayın  ağacından  asır  və 

ağacın şirəsini bağırsaq vasitəsilə onun ağzına yönəldir2.

Tört tör Kayın bu enıdi le 

Enen bolqay,  bcılam-dedi3.

Mənası:  Dörd  qayın  ağacı  bu  gündən  anan  olsun,  ba­

lam -  dedi.

Demək, qəhrəman maddi formada insanlardan törəsə də, 

onun  ölməyib  yaşamasında,  qidalanmasında  başlıca  rolu 

Qayın ağacı oynayır. Türk xalqlarının  mifologiyasında ağa­

ca müqəddəs varlıq  kimi  baxmaq,  ona tapınmaq  halları  bir 

qayda  olaraq  müstəsnalıq  təşkil  edir.  Xalq  arasında  yaşıl 

ağaca,  (yəni  yaşayan  ağaca) əl qaldırmaq  günah  hal sayılır. 

Ağac növlərindən ən çox müqəddəs sayılanı Çinar və Qayın

1 Sebetçioğlu. Türk yaradılış dastanı.  İstanbul,  1976, səh.  18.

2  Altay  Kay çörçök.  M aaday  Kara.  Moskva,  1973,  səh.  68.

3 Yenə orada,  səh.  87.

44

ağacıdır.  Çinar  ağacına  türk  mifologiyasında  ana  obrazı 



kimi  rast gəlinmir.  Çinar dastan və nağıllarda əzəmət, möh­

kəmlik  rəmzi  kimi  təsvir  edilib.  Altay  dastanı  «Maaday 

Qara» da  Maaday Qaranın yurtasmm əzəmətli  təsviri məhz 

Çinar  ağacından  başlanır.  Burada  Çinar  eyni  zamanda  gö­

zətçi, qoruyucu bir vasitə kimi təsvir edilib1.

Buna  bənzər  motivə  «Kitabi-Dədə  Qorqud»  dastanın­

da da  rast  gəlmək  mümkündür.  Uruzu  düşmənlər  asmaq 

istəyəndə o, ağaca üzün tutub belə söylənir:



Böyük-böyiik suların körpüsü ağac!

Qara-qara dənizlərin gəmisi ağac!

Əgər ərdir,  ögər övrətdir,  qorxusu ağac!

Başın ala baxsam əgər,  başsız ağac!

Dibin ala baxsam dibsiz ağac!

Məni sənə asarlar, götürmə,  ağac!

Əgər götürsən, yigitliyim səni tutsun,  ağac!2

Təsadüfü deyil  ki, Çinar ağacı indinin öziində  belə türk 

poeziyasında  «Xan  Çinar»  təşbehi əzəmət,  vüqar simvolu 

kimi  işlədilir.  Lakin  Qayın  ağacı  isə  türk  xalqlarının  bir 

çox  mifik  mətinlərində mifoloji ana obrazı kimi çıxış edir. 

Qayın  ağacı  nəinki  türk,  eyni  zamanda  başqa  xalqlarda 

məsələn,  buryatlarda «Apa ağac» adlandırılır3.

Bütün  bunları  Ağaca əsatiri  baxış,  animistik  görüşün  nə­

ticəsi  kimi qiymətləndirmək olar.  Məlum haldır ki,  ana uşa­

ğı  yemləyən,  ata  isə  qoruyan,  dəyanət,  cəsarət,  hünər  aşıla­

yan  varlıqdır.  Ağacların  təbii  xüsusiyyətləri  onların  bu  cür 

xarakterizə edilməsinə imkan yaradır.  Buradan belə qənaətə 

gəlmək  olar  ki,  Qayın  ağacının  şirəsi  qida  üçün  yararlı 

olduğundan  animist  təfəkkürlü  insanlar  onu  ana  kimi, 

Çinarın 

vüqarlı,  əyilməz  qamətinə  görə  ata  kimi

1 M aaday Q ara.  M oskva,  1973, səh.  63.

2  Kitabi-Dədə Qorqud.  Bakı.  1980,  səh.  40.

3 Летописи  хронских бурят.  Москва -  Ленинград.  1940, стр. 60.

45



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə