Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

qədim  insan  həmin  hadisələri  öz  dünyagörüşü  səviyyə­

sində  mifik  formada  canlı  təsəvvür  edərək,  onlara  qarşı 

mübarizə aparmışlar.

«Ural  batır»  dastanında  təsvir  edilən  xeyir  və  şər 

mübarizəsi Zərdüştiliyin abidəsi olan «Avesta» ilə səsləşir. 

«Avesta»  abidəsi  bütünlükdə  xeyir  və  şərin  mübarizəsini 

əks  etdirən  bir  güzgüdür.  Mübarizənin  xeyir  qütbündə 

Ahura-Mazda (Hörmüz),  şər qütbündə  isə  Anqramaniyu 

(Əhrimən)  durur.  Bu  mübarizənin  təsvirinə  daha  çox 

«Qatlar»da təsadüf olunur.

«Avesta»da  baş  Allah  Ahura-Mazda  və  onun  müqəd­

dəs,  sitayişə  layiq  saydığı  suyun  və  bərəkətin  Allahı  Ard- 

vi-Sura,  Günəşin,  ruhun,  təmizliyin,  ölməzliyin  Allahı 

Mitra  müharibə  və  sülh  Allahı  qüdrətli  Vertraqna  (Bəh­

rəm),  xoşbəxtlik  və tale  Allahı  Aşi  və  s.  xeyiri  təmsil edə­

rək,  şər  Allahı  Anqramanyunun  vasitəçiləri  divlər,  əjda­

halar,  ilanlar,  üç  başlı  Dahaka  ilə  daim  mübarizə  aparır 

və insanları onlardan xilas etməyə, onların şərindən uzaq­

laşdırmağa çalışırlar.

Ahura-M azda  insanlar  arasında  xeyri  təmsil  etmək 

üçün Zərdüştü  Peyğəmbər seçib,  onlara düzlük,  doğruluq, 

mərdlik və s. sifətləri aşılamağı tapşırır.

«Avesta»da  ən  dəhşətli  hal  sayılan  yalançılıq  pislənir, 

yalan  danışanları şər  ruhların daşıyıcıları kimi  qiymətlən­

dirərək, lənətləyirlər.

Ahula-Mazda  yalanı  yenə  biləcək  və  bununlada  şər 

qüvvələrə  qalib  gələ  biləcək  yeganə  yol  kimi  doğluçuluğu 

təbliğ  edir.  Zərdüşt  Ahura-Mazdadan  yalançıya  kimin 

qalib  gələ  biləcəyini  soruşanda,  o  deyir:  «Düz  danısan 

yalançıya qalib gələ bilər»1.

Ahura-M azda  onun  20  adını  (əzəmət,  güclü,  düzgün­

lük,  yaxşılıq,  ağıllı,  bilikli,  ilahi,  qüvvət,  pislikdən  kənar, 

hər  şeyi  oxuyan,hər şeyi  görən,  məlhəm edən,  yaradan  və

1  Авеста.Душанбе.  1990, стр.19. 

118

s.) yadma salan və tez-tez təkrarlayan insanlara heç  vaxt 



pislik  oxlarının,  daşlarının,  baltalarının  dəyməyəcəyinə 

söz  verir.  «Ahura-Mazda deyir  ki,  kim  mənə sitayiş  etsə, 

20  adımı  desə,  mənim  adlarım  onları  Anqramanyunun 

adamlarından hifz edəcək»1.

Göründüyü  kimi  bu  adlar  insanlar  üçün  bir  növ  əxlaq 

normativi  funksiyası  daşıyır.  Allahın  bu  müqəddəs  adla­

rını  yaddaşına  həkk  edən  şəxs  heç  vaxt  şər  qüvvənin  da­

şıyıcısına  çevrilə  bilməz.  «Avesta»da  eyni  zamanda  ölkə­

ləri  viran  qoyan,  insanlığa  əzab  verən  müharibə  pislənir. 

«Üç  başlı  Dahaka-İlan  böyük  qurban  verərək  Ardvi-Su- 

radan elə bir dilək diləyir ki,  7 ölkəni insansız qoya bilsin. 

Lakin Ardvi-Sura ona elə bir uğur vermir»2 *

Buradan  belə  bir nəticə çıxarmaq  olar ki,  Dahaka-İlan 

öz  vəhşi  xüsusiyyəti  ilə  dəhşətlər  törədən,  insanları  məhv 

edən,  ədalətsiz  müharibələrin  simvollaşmış  obrazı  kimi 

verilib.  Ardvi-Sura  öz  əməlləri  ilə  divlərin  xidmətçisinə 

çevrilmiş  yalançıların  qurbanlarını  və  bir  də  gün  batan­

dan  sonra  edilən  sitayişləri  qəbul  etm iri  Maraqlı  haldır 

ki,  indinin  özündə  də  xalq  arasında  günün  batması  «şər 

qarışan»  vaxt  kimi  qeyd  olunur.  Həm  «Avesta»da,  həm 

də  «Ural  batır»  dastanında  div  eyni  zamanda  qaranlığın 

rəmzi  kimi  də  çıxış  edir.  Divin  qaranlığın  rəmzi  kimi  ve­

rilməsi daha çox «Günəş-Yəştdə»  nəzəri cəlb edir.  Günə­

şin  çıxması  ilə  qaranlığın  çəkilməsi;  divin,  şər  ruhların 

məhv  olması  kimi  səciyyələndirilir.4  «Günəş-Yəştdə» 

həyatın  canlanması,  torpağın  isinməsi,  Günəşin  çıxması 

ilə əlaqələndirilir.  Günəş çıxanda divlər məhv olur5.

«Avesta»da  div  həmçinin  qışın,  soyuğun  simvolu  kimi 

də çıxış edir.  Bu abidədə Günəş yazın, div isə qışın rəmzi-

1 Авеста.Душанбе  1990 səh. 14-15.

2.  Yenə orada,  səh.  28-29.

1  Yenə orada, səh. 40.

4 Yenə orada, səh.  51..

5 Yenə orada, səh.  50.

11 9



dir.  Günəşin  çıxması  yazın  gəlməsinə,  divin  məhv  olması 

isə soyuğun, şaxtanın ömrünün sona yetməsinə işarədir.

«Avesta»da  namərdlik  kimi  sifətlə  barışmazlıq  möv­

qeyi  ön plandadır.  Burada söz verib,  sözündən qaçan şəxs 

lənətlənərək  Anqramanyu  ruhunun  daşayıcısı  kimi  qiy­

mətləndirilir.  Onlarla  mübarizəni  Ahura-M azda  müqəd­

dəs  Allah  Mitraya  tapşırır.  Mitra  da  onlara  qarşı  çox 

amansız olur1.

Xeyir və  şər mübarizəsinin  əsatiri  təsviri  Altay dastan­

larında2  da  əksini  tapmış  haldır.  «Altay  yaradılış»  dasta­

nında  ilahi  qüvvə  olan  Tanrı  (Qara  xan)  ilə,  əməllərinə 

görə  yeraltı  dünyanın  sahibi  funksiyasını  yerinə  yetirən 

Erlik  (şeytan)  arasında  bu  mübarizə  daha  kəskin  xarak­

terdədir.  3elə  ki,  bu  dastanda  Erlik  Tanrının  yaratdıqla­

rının  qəlbinə  yol  taparaq  onları  ölümlü edir.  Buradan  da 

onların  mübarizəsi  başlayır.  Bu  süjet  dini  rəvayət  forma­

sında  Bibliya  və  Quranda  analoji  halda  əks  olunmuşdur. 

«Altay  yaradılış»  dastanında  xeyir  və  şər  mübarizəsinin 

əsatiri  kökü  daha  qədimlərlə,  dərin  qatlarla  bağlıdır. 

Çünki  «Altay  yaradılış»  dastanında  bu  mübarizə  təkcə 

Tanrı  ilə  şeytan  arasında  gedirsə və  bunun  da  nəticəsində 

şeytanın  sözünə  uyan  ilk  insanlar  ölümlü  olaraq,  yerə  en­

dirilirlərsə,  tədqiqata  cəlb  etdiyimiz  dastan  və  nağıllarda 

artıq  yer  adamları  mövcuddur.  Bu  dastanda  insanlar 

əməllərinə görə yeni-yeni  təbəqələşirsə,  yəni  şeytana uyan 

onun  adamları  (şər),  tanrı  kimi  olanlar  isə  tanrı  adamı 

(xeyir) deyə ilk  bölgü gedirsə,  tədqiqata cəlb edilən dastan 

və  nağıllarda  isə  artıq  yer insanlarının özlərinin  bu  müba­

rizədə iki qütbə ayrıldıqları müşahidə olunur.

Başqa  bir  Altay  dastanı  «Maaday  Qara»nm  xaqanlıq 

dövrünün məhsulu  olduğuna baxmayaraq,  buradakı xeyir 

və  şər  mübarizəsi  öz  mifik  anlamında  qalmaqdadır.  Əgər 

«Maaday  Qara»  dastanında  xeyir  qütbü  göy  tanrılarının

1 Авеста.Душанбе  1990, səh.  52.

2  Altay  yaradılış dastanı.  «Maaday Qaıa»,  «Köqüdey»

120


başçısı  Ülgen,  Altay  Ezzi  (sahibəsi),  Qaya  dişli  at,  Göy 

inək, yer adamlarından;  Maaday Qara, onun nəsli və oğlu 

Köqüdey  Merqen  təmsil  edirsə,  şər  qütbündə  isə  Erlik, 

onun qızı Qara Taadi, kürəkəni Qara Qula,  onlara xidmət 

edən  Qara  nər,  qara  buğa,  ilan,  dəvə,  balina,  yeddi  qurd, 

ayı  və  s.  dayanır.  Bu  mübarizədə  xeyirin  qələbəsinin  tam 

təminatçısı  Altay  Ezzi  ilə  qaya  dişli  atdır.  Bunlardan  bi­

rincisi  mifik  obraz  olan  Altay  Ezzi  (mifoloji  ana)  yerə 

enərək  şər  qüvvələri  yenə  biləcək  qəhrəmanı  bəsləməklə 

məşğul  olur  və  son  nəticədə  onun  göstərişi  ilə  qəhrəman 

xeyirin  qələbəsinə  nail  olur.  İkincisi  isə  zoomorfik  obraz 

olan qaya dişli at qəhrəmanı  çətin  sınaq  və mərhələlərdən 

keçirərək  onun  son  məqsədə  çatmasında  xüsusi  rol  oy­

nayır.  Bu  süjetin  tipoloji  müqayisəsi  zamanı  «Ural  batır» 

dastanı ilə təhlilə cəlb edilmiş dastanlar arasında ciddi  bir 



fərqin  olduğu  aşkarlanır.  Əgər  «Ural  batır»  dastanında 

göylərin  xeyir  və  yeraltı  dünyanın  şər  qüvvələrinin  müba­

rizəsi  anlamında  göyləri  təmsil  edən  Gün,  Ay  onların  öv­

ladları  Humay  və  Ayxulu  (quşlar,  mələklər)  yəni,  göy 

əcramı,  yeraltı  dünyadakı  divlər,  ilanlar  şər  ruhların  da­

şıyıcıları  anılırsa,  başqa  dastanlarda  bunlardan  əlavə  bir 

başa  Tanrı,  Ülgen,  Yeraltı  dünyanın  sahibi  Şeytan,  Erlik 

arasında  mübarizənin  təsviri  var.  Nəticə  olaraq  demək 

olar  ki,  «Ural  batır»  cəmiyyəti,  mühiti  heç  bir  din  və  eti­

qad  növü  tanımır.  Buna görə də  onların  təsəvvüründə  hə­

min  dini  və  ya  etiqadı  özündə  etiva  edən  obrazlar  forma­

laşmayıb.  Onların  dünyagörüşündəki  mifiklik  abidənin 

daha qədim olduğunu deməyə bir daha əsas verir.

Ümumiyyətlə,  xeyir  və  şər  konflikti  ta  qədimlərdən, 

yəni  ilk  dövrlərdən  bu  günümüzə  qədər  formalaşaraq  gə­

lən  bir  süjetdir.  Bu  problemin  ən  qədim  ağız  ədəbiyyatı 

nümunələrindən  tutmuş  müasir  əsərlərə  qədər  bir  yol 

keçməsi  dünyanın  bu  ikilik  üzərində  qurulduğunu  təsdiq 

edir.  Dahi  şairimiz  Nizami  Gəncəvi  bu  konfliktin  həllinə 

bütün  əsərlərində  dönə-dönə  müraciət  edərək,  öz  müdrük

121



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə