Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

ağlı,  zəkası,  dünyagörüşü  səviyyəsində  onun  izahına  ça­

lışmaqla,  insanlığın  gözünü  açmağa  səy  etmişdir.  Onun 

«Yeddi  gözəl»  poemasındakı  Çin  qızının  dili  ilə  söylənən 

«Xeyir və şər» hekayəsi  bu istiqamətdə tərbiyəvi-didaktik 

əhəmiyyət kəsb edir1.

3.3.  Dastanda mifik qüvvə və vasitələr.

(A t,  quş,  sehrli çubuq,  sehrli qılınc,  daş)

Mifik  süjetli  dastan  və  nağıllarda  bir qayda  olaraq  ha­

disələrin  açılışında mifik qüvvə və vasitələr başlıca rol oy­

nayır.  Bu  mifik qüvvə  və  vasitələr qəhrəman  üçün məqsə­

dinə  yetməkdə  həlledici  rola  malikdirlər.  Onlar  qəhrə­

mana  mübarizədə  yenilməz  qüvvə  və  cəsarət  verərək,  hə­

rəkət istiqamətlərini tənzimləməkdə,  hadisələrin  gedişində 

qarşıya  çıxan  maneə  və  sınaqlardan  qeyri-adi  məharətlə 

qurtulmaqda  fantastik  formada  kömək  edirlər.  «Ural  ba­

tır»  dastanında  da  belə  mifik  qüvvə  və  vasitələrin  geniş 

planda  təsviri  var.  Bu  mifik  qüvvələrdən  biri  qəhrəmanın 

məqsədinə  çatmasında  başlıca  rol  oynayan,  artıq  kult  sə­

viyyəsinə  qalxmış  qeyri-adi  güclü,  ilahi  qüdrətə  malik 

Ağboz atdır.

Ümumiyyətlə,  at  kultunun  mənşəyini  araşdırma  baxı­

mından qədim  türk  dastanları, eləcə də  Ural  batır abidəsi 

çox  zəngin  məxəzdir.  At  kultunun  mənşəyi  barədə  tədqi­

qatçılar  arasında  fikir  müxtəlifliyi  mövcuddur.  At  kultu­

nun  ilk  dəfə  Hind-Avropa  xalqlarında  yarandığını  iddia 

edən  tədqiqatçılara  əsaslanan  V.B.Kovolevskaya  özünün 

«At  və  atlı»  kitabında yazır:  «...  Asiyaya  atı  Hind-Avro­

palılar tanıtmış, at minməyə isə iranlılar öyrətmişlər»2

Qədim türk dastanlarındakı atm təsvirini izləməklə,  bu 

fikrin yanlışlığını  təsdiqləmək mümkündür.  Məlumdur ki, 

hər  hansı  bir  kultun  mənşəyini  araşdırmaq  üçün  dünya

1 N .Gəncəvi.  «Yeddi  gözəl», (M .Rahimin  tərcüməsində).  Bakı,  1962. səh.  78.

2  «Ulduz» jurnalı,  Bakı,  1989, №12.  səh.81.

122


xalqlarının  qədim  abidələrinə  əsaslanmaq  lazım  gəlir. 

Tədqiqatçı  F.Ağası  oğlu  bu  münasibətdən  çıxış  edərək, 

V.B.Korolevskaya  və  onun  söykəndiyi  tədqiqatçılara  ca­

vab  olaraq  gəldiyi  qənaət  maraqlıdır.  Onun  fikrincə:  «... 

Arxeoloji  qaynaqlarda,  qaya üstü rasimlərdə əks  olunmuş 

türk  atlısından  çox-çox  sonra  süvariliyi  mənimsəyən 

Hind-Avropa  mənşəli  xalqlar  türklərə  at  minməyə  necə 

öyrədə bilərdi?

...  Əsl  atçılığın  dövrü  böyük  köçəriliyin  ilk  çağlarına 

aiddir  ki,  bu  da  miladdan  öncə  2-ci  minilliyin  ortalarına 

düşür...  At kultunun qərbə miqrasiyası da qədim atçı-kö- 

çəri  tayfaları  ilə  bağlıdır.  Belə  tayfalardan  biri  də  Azər­

baycan  xalqının  etnogenezisində  iştirak  edən,  miladdan 

öncəki  minilliyin  əvvəlində  proazərbaycan  soy  köklərin­

dən birini təşkil edən və qədim mənbələrdə skit,  sak adları 

ilə keçən köçəri atçılardır.»1

F.Ağası  oğlu eyni zamanda çox düzgün olaraq atçılığın 

iki  çalarını  göstərir:  «Bu  çalarlardan  biri  daha  qədim 

olub,  hələ  vəhşi  atın  ovlandığı  çağlarda  totemlə  ilgili  or­

taya  çıxmış,  ikincisi  isə  çox-çox  sonralar  atın  əhliləşdiril­

diyi  və  təsərrüfatda  atçılığın  formalaşdığı  çağlarda  ya­

ranmışdır»2

V.B.Korolevskayanın  əsaslandığı  hind  xalqının  qədim 

abidəsi  «Mahabharata»da  əhliləşdirilmiş,  cənk  arabala­

rına  qoşulan  xüsusi  təlim  görmüş  döyüş  atları  təsvir  olu­

nur.  Bu  da  F.Ağası  oğlunun  göstərdiyi  ikinci  çalara 

uyğun  gəlir.  Lakin  «Ural  batır»  dastanındakı  Ağbozun 

təsviri  atın  hələ  yeni-yeni  əhliləşdirildiyinə  işarədir.  Atın 

hələ  başqa  xüsusiyyətlərini,  keyfiyyətlərini  üzə  çıxar­

mayan  (yəni  minik,  qoşqu  və  s.),  qədim  insanlar  tərəfin­

dən  onun qeyri-adi gücə malik  olması  kimi  mədh edilmə­

sini,  ilahi  qüvvələrə  məxsusluğunu  və  şəxsləndirilməsini 

animist baxışın nəticəsi kimi qiymətləndirmək olar.

11  «Ulduz» jurnalı,  Bakı,  1989, №12, səh.81-82 

" Yenn orada, səh.  82

123



Bu  onu  göstərir  ki,  Ağboz  atın  təsviri,  atın  yeni-yeni 

əhliləşdirildiyi,  onun  başqa  keyfiyyətlərindən  xəbərsiz 

olan  animist görüşlü insanların mifik  təsəvvürünün  nəticə­

sində yaranmışdır.

Ağboz  at  ilahi  qüvvələrə  məxsusdur.  Onu  hələ  yer 

adamı tanımır.  O, Günəşlə Samrau (Simurq) quşunun öv­

ladı Humaya məxsusdur.  Göylərdə  yaşayır.  Yer adamları 

olan  Yənbirdə,  Yənbikə,  Şulgen  və  Ural  minik  vasitəsi 

kimi  şirdən istifadə edirlər.  Hələlik at müqəddəs varlıqdır. 

Bəs  onun  ilahiliyini,  müqəddəsliyini  göstərən  əlamətlər 

hansılardır?

1. 


İlk  əvvəl  o,  ilahi  qüvvələrin  məskəni  olan  göylərdə 

yaşayır,  Humayın  dediyinə  görə  bu  atı  ona  anası  hədiyyə 

etmişdir.

Buz atım bar yırakta 

Əsəm bir qən büləkkə.  (s.  123)

Mənası:  Boz  atım  var,  uzaqda,  anam  mənə  hədiyyə 

edib.


2.  Ağboz  at  qanadlıdır.  Bildiyimiz  kimi  qanadlılıq  ila­

hilik əlamətidir,  mələklər quşlar kimi qanadlı  ola bilər.

3.  Onun  adındakı  rəng  çaları  da  müqəddəsliyini  təsdiq 

edir.  M.Seyidova  görə  «...  ağ  rəng-tanrıya  məxsusluğu 

bildirir.  Ağ,  boz  -   xeyir  tanrısı  Ülgenin  rəngidir.  Xızırın 

atının  rəngi də boz olmuşdur» *.



Mən Xızırın quluyan 

Boz atımın çuluyam

V.Y.Propp  göstərir  ki,  «...  hər  hansı  bir  xalqın  ina­

mında at kultu varsa onun rəngi ağ olur.»2

1 M.Seyidov  . Azərbaycan mifik təfəkkürünün qaynaqlan.  Bakı,  1983. s..

115.

2  В.И.Пропп.  Исторические корни  волшебных сказок. Ленинград,  1986, стр. 



174.

1 2 4


Oğuz Xaqanı Güntəkənin üç atından biri boz, ikisi ağ idi1.

Ağ  rəngin  ilahi  səciyyəsi  bir  çox  əfsanələrdə  də  əks 

olunmuşdur.  Belə  ki,  Yakut  əfsanəsində  deyilir:  «Tanrı 

ağappaq  bir dağın  başında oturur»2

Türk  əfsanə,  dastan  və  nağıllarında  qəhrəmanların  ək­

səriyyətinin  atının  rəngi  boz  olur.  Xızırın,  Beyrəyin  atla­

rının  rəngi  bozdur,  «Şan  kızı»  dastanındakı  Bozbiy  göy­

lərdə yaşayır və s.

4. 

Ağboz at özü ilahi qüdrətə malikdir.  Belə ki,  ona  hər 



adam sahib  ola bilməz.  Ona sahib ola bilən şəxslər qeyıi- 

adi  gücə  malik  olmalıdırlar,  onun  təyin  etdiyi  sınaqdan 

çıxmalıdırlar,  xeyrin  xidmətçisi  olmalıdırlar.  Onun  ilahi 

qüdrəti  qarşısında  şər  qüvvələr  acizdirlər.  Onlarla  müba­

rizədə Ağboz at sahibindən heç da az iş görmür.

Akbuzatı,  uldarı

Kırğan deyeii,  biitənde.  (s.,  141)

Mənası: Oğlanları  ilə Ağboz at qalan  divləri qırdılar.

Ağboz  at  ilahi  qüdrətə  malik  olduğuna  görə  şər 

qüvvələr  nə  qədər  hiyləgər,  güclü,  sehrli  olsalar  da  onun 

qarşısında  acizdirlər.  Nağıl  və  dastanlarda  yoxdan  var 

edən  sehrli  çubuq  da  bu  ata  təsir edə  bilmir.  Xeyirin  təm­

silçisi  olduğuna  görə  Ağboz  ata  heç  bir  sehr  təsir  etmir. 

Çünki  həmin  vasitələr  şər  qüvvələr  tərəfindən  xeyrə  qarşı 

istifadə edildiyi  üçün  kəsərsizdir.  Atın  şəxsləndirilərək  da­

nışması  animist  insanın  dünyagörüşünün  təzahürü  kimi 

meydana  çıxır və  bu da  abidənin  qədimliyini  bir daha  təs­

diqləyir.

Dastanda  ikinci  bir  atın,  Sarısayın  adı  çəkilir.  O,  ayla 

Samraunun  qızı  Ayxıluya  məxsusdur.  Bu  ad  rəmzi  məna 

daşıyır,  belə  ki,  o, Ayın  sarı şüaları  şəklində  hər tərəfə  ça­

1 C.H.Малов.  Памятники древнетюркской  писмснности.  Москва,  1951, стр. 

33.


2  Bahaəddin Ögol.  Tiirk  mitolojisi.  İstanbul.  1971, salı.  291.

125



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə