Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   29   30   31   32   33   34   35   36   37

IV  Fəsil

«URAL BA TIR» D A STA N IN IN  P O E T İK A S I 

(Şeir quruluşu və hiper bola özünəməxsusluğu)

Mənzum  dastan  olan  «Ural  batır»  türk  dastançılığmın 

əsas  metodu  nəsr-nəzm  növbələşməsi  üslubunda  yaranmış­

dır.  Burada nəsr hissəsinin  başqa  türk dastanlarına nisbətən 

azlıq  təşkil  etməsinə  baxmayaraq,  onun  varlığı  dastanın 

nəsr-nəzm növbələşməsi ilə yarandığı deməyə əsas verir.

«Ural batır» dastanında nəsr hissəsinin  azlığını onun yazılı 

surətdə  deyil,  yaddaşlarda  yaşayaraq  bu  günümüzlə  uzaq  bir 

məsafə  kəsimində durması  və  nəzmin  nəsrə  nisbətən  hafizə­

lərə daha  tez və  asan  həkk  olaraq  uzun  müddət yaşaya  bil­

məsi  ilə  əlaqələndirmək daha düzgün  olar.  A.S.Brakinskiyə 

görə Zərdüştiliyin məşhur abidəsi «Avesta» da bu cür defor­

masiyaya uğrayıb.  O,  «Avesta»nın  «Qatları»  mn  çətin  qav- 

randığmdan  söhbət  açaraq  yazır:  «...  Vaxtı  ilə  bu  şeirlər 

nəsrlə  növbələşmiş,  lakin  zaman  keçdikcə  nəsr  hissəsi  unu­

dulmuş,  yalnız  şeirlər  hafizələrdə  daha  yaxşı  qaldığına  görə 

sonralar yazıya köçürülmüşdür»1

«Ural  batır»  dastanı  türk  şeirinə  xas  heca  vəznində  ya­

ranmışdır.  Əsasən, 7-8 hecalıdır.  Bu da şifahi xalq ədəbiyyatı­

nın bayatı, vəsfı-hal, oxşama, layla, ağı, kəraylı və s. şeir növ­

lərinin ölçüsünə uyğun gəlir.  Bəzi  hallarda hecaların sayının 9, 

10-a  qalxdığı  müşahidə  olunur.  Bu  vəziyyət  ağızdan-ağıza 

keçərək söylənən tərəfindən sözlərin öz ilkinliyində deyil, məna 

tutumuna,  semantik  yükünə görə sonradan  yaranmış  forması 

ilə  əvəzlənməsi  nəticəsində  baş  vermişdir.  Məsələn:  dastanda 

eyni  mənanı  verən  «türe»  (başçı)  sözü  ilə  yanaşı  «padşah»2 

sözünün  işlənməsi  yəqin  ki,  hecaların  sayında  dəyişiklik 

yaranmasına  səbəb  olmuşdur.  Bu  cür  hallar  dastanda  heca 

vəzninin müəyyən mənada pozulmasına gətirib çıxarmışdır.

1 А.C.Брагинским.  Из  истории таджикской  и  персидской литературы. 

Москва,  1972, стр. 109.

2  Вах:  I  fəsil,  I  bölmə.

13 4

Bölgü  sistemi  7  hecalı  misralarda  2+2+3,  4+3,  4+2+1; 



8 hecalı misralarda isə 3+2+3,  3+2+2+1  və s.

Qafiyə  sistemində  bir çox  türk dastanlarında  müşahidə 

edilən  pərakəndəlik  var.  Bəzən  iki,  üç,  hətta  dörd  misra 

ardıcıl  olaraq qafıyələnir,  sonrakı  bir neçə  misrada qafiyə 

sistemi  pozulur,  sonra  yenə  bərpa  olunur.  Misraların  so­

nunda  tez-tez  işlənən  «deyirlər»  rədifi  bu  dastanın  rə­

vayət yolu ilə yaranmasını əsaslandırmağa imkan verir.

Qölöstandı alğan,  ti,

Ber olo,  tuy kılğan,  (i,

Berqə kunak bulğan,  ti.  (s.,  94)

Mənası

Gülüstanı aldı,  deyirlər,

Bir böyük toy etdi,  deyirlər,

Qonaqlarla birgə qaldı,  deyirlər.

«Ural  batır» dastanında bədii  ifadə vasitələrindən,  xüsusilə 

hiperbolanın (mübaliğə, bədii şişirtmə) imkanlarından müxtəlif 

biçimdə,  bacarıqla istifadə edilmişdir.  Ümumiyyətlə, dastan və 

nağıllarda bədii ifadə vasitələrindən  istifadə edilməsi  hadisələ­

rin  təsir gücünü  artırmaq  məqsədi  daşıyır.  Qəhrəmanlıq  das­

tanlarında bədii ifadə vasitələrindən əksəriyyəti təsvirin (təbiət, 

xarici görünüş və s.) gözəlliyini vəsf etmək funksiyası daşıyırsa, 

bədii  şişirtmə  isə  baş  vermiş  hadisənin  qeyri-adiliyini,  qəhrə­

manın  yenilməzliyini,  qüdrətini  nəzərə  çarpdırmaq  üçün  mü­

hüm əhəmiyyət kəsb edir.

Mübaliğə  (hiperbola)  yaxud  şişirtmə elə  bədii  vasitədir 

ki,  müəyyən  bir  hadisə  daha  təsirli  görünmək  üçün  həd­

dindən  artıq  böyüdülür,  güman  edilməyən  hadisə  və  fakt­

larla müqayisə edilir1.

Mübaliğəyə daha çox xalq yaradıcılığının  məhsulu olan 

dastan  və  nağıllarda  əfsanəvi  qəhrəmanların  həyatlarının 

(dünyaya  gəlişi,  böyüməsi,  yeməyi  və  s.)  və  döyüş  səhnələ-

1 M.Cəlal,  P.Xəlilov.  Ədəbiyyatşünaslığın əsaslan.  Bakı,  1988. səh.  92-93.

135



rinin  təsviri  vaxtı  daha  çox  rast  gəlmək  mümkündür.  Mə­

sələn:  dastan və nağıllarda dilin yüyrəkliyi  nəticəsində qəh­

rəmanın  doğulub  boya-başa  çatması  aylarla,  illərlə  deyil, 

saatlarla,  günlərlə  ölçülür.  Bəzən  7  yaşlı  uşaq  bədheybət 

divlərlə cəngə girir,  bir yumruğu ilə onları vurub,  yerə sərir 

və qalib çıxır.  Bu cür şişirtmələrdən haqqında danışdığımız 

«Ural  batır»  dastanı  da  xali  deyil.  Bu  dastanda  hətta  yeni 

doğulmuş bir uşağın, yəni Uralın  baıxşından şər qüvvələrin 

(divlərin, cinlərin) ürəyi partlayır.



Burğun deyeü,  endərzen,

Bulu tekləp kcıruğuz,

Totorğa tip uktalğas 

Burğun here kurkıuzan 

Yerəqe kupıb üılqəyne.  (s.,  98)

Mənusı: Siz divləri, cinləri göndərdiniz, uşağı tutmaq  istə­

yəndə, uşaq elə baxdı ki, qorxudan ürəkləri qopub, öldülər.

«Ural  batır»  dastanında  hiperbolik  təsvir  bəzən  elə 

həddə  çatır  ki,  hadisə  müstəqim  mənasından  uzaq  düşür. 

Bunun  bariz  nümunəsinə  Qatilin  elindəki  vəhşiliyin  nə­

zərə çatdırılması  səhnəsini göstərmək olar.



Kutil budsa ele bur,

Tuu-tuu keşe həyəqe,

Kunğu but кип ere bur.  (s.,  69)

Mənusı:  Qatil  padşahın  eli  var,  dağ-dağ  insan  sümük­

ləri, qana batmış yeri var.

Hadisənin  bu  cür  şişirdilməsi,  yəni  Qatilin  torpağın- 

dakı  dağların  insan  sümüklərindən  əmələ  gəlməsi  faktı 

həqiqətdən  nə  qədər  uzaq  olsa  da,  bu  təsvir  həmin  ərazi­

dəki  vəhşiliyin  son  həddə  olduğunu  göstərmək  üçün 

oxucuda lazımi təsəvvür yarada bilir.

Başqa bir misal:  Uralla döyüşəcək  buğanın  nəhəngliyi­

1 36

ni,  yenilməzliyini  nəzərə  çarpdırmaq  iıçün  o,  nəhəng  bir 



dağla müqayisə edilir.

Tuıızuy uqes kilqən,  ti.

Ur ul uldındu kilep.  (s.,  80)

Mənusı:  Dağ  kimi,  yekə  buğa  gəlir,  Uralın  qarşısında 

dayanır.


Bəzən  dastanda  təsvir  ediləcək  insanın  gücü,  xarici 

görkəmi  və yaxud  heybətli  olduğu  hiperbolik  bənzəyişdən 

istifadə  edərək,  müxtəlif heyvanlarla  müqayisə  edilir.  Bu 

baxımdan Qatilin batırlarının  təsviri  maraq doğurur.



Təne yəntəs,  ayııızuy,

Üzzərə zur deyeiizəy

Diirt bcıtırı kilqən,  ti.  (s.,  79)

Mənusı:  Elə  bil  ayı  kimi  vəhşi,  div  kimi  nəhəng  dörd 

batır gəldi.

Buradakı mübaliğə iki məqsədə xidmət edir:

1.  buğanın,  batırların  adi deyil,  qorxuncluğunu,  nəhən­

gliyini  nəzərə çarpdırmaqdırsa,

2.  dağ  əzəmətli  buğanı,  vəhşi  xislətli  batırları  yenə  biləcək 

qəhrəmanın, yəni Uralın qeyri-adi gücünü vəsf etməkdir.

Ümumiyyətlə,  igidlə  buğanın vuruş səhnələri  bir çox  türk 

xalqlarımın  dastanlaırnda  əksini  tapmış  bir  haldır.  Azər­

baycan  xalqının  qədim  adət-ənənəsini,  tarixini  və s.  özündə 

hifz etmiş «Kitabi-Dədə  Qorqud» dastanı  da  bu  baxımdan 

çox  zəngindir.  Demək  olar  ki,  bu  dastanda  qəhrəmanın 

sınaq  səhnələri  bir  qayda  olaraq,  mütləq  aslan,  dəvə,  buğa 

ilə cəng edib,  qalib kimi  ad  qazanması  ilə  nəticələnir.  «Ural 

batır»,  «Maaday  Qara»,  «Kitabi-Dədə  Qorqud»  və  s.  türk 

dastanlarında,  habelə  Şumerlərin  «Bilqamıs»  dastanında 

qəhrəmanın buğa ilə vuruş səhnələrinin geniş təsviri var1.

Bu  barədə bax:  II  fnsil,  II  bölmə.

137



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə