Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   29   30   31   32   33   34   35   36   37

pır  (səpələnir)  və  Ayxulu  da  onun  vasitəsilə  istədiyi  yerə 

gedir.  Demək,  Ayxulu  özü  Ayın  övladı,  işığıdır  ki,  şüalar 

(at)  vasitəsilə  ətrafa  səpələnir.  Atın  rəngi  də  bu  fikri  təs­

diqləyir.  (Bu  barədə  bax:  «Göylərin  xeyirxah  və  yeraltı 

dünyanın şər qüvvələrinin mübarizəsi» hissəsinə)

Dastanın  finalında,  sahibi  Uralın  ölümündən  sonra 

Ağboz at yerə enərək,  atları  başına toplayıb,  bundan  son­

ra  insanlara  xidmət  edəcəyini  bildirir.  Məhz  bu  final  atın 

hələ  yeni-yeni  əhliləşdirildiyinə,  təsərrüfat  üçün  yararlı 

hala gətirildiyinə əyani sübutdur.

«Ural  batır»  dastanında  mifik  qüvvə  kimi  zoomorfik 

obraz olan  üç quş  (Samrau,  Humay,  Ayxulu)  təsvirinə  rast 

gəlirik.  Bunlardan biri zaman-zaman dünya xalqlarının əsa­

tirlərində  zoomorfik  obraz,  əfsanəvi  quş  kimi  səciyyələndi­

rilən  Samraudur.  Samraunun  dastanındakı  təsviri  bu quşun 

əsatirlərdə Simurq,  Səməndər, Zümrüd, Ənqa və s.  adları ilə 

anılan  əfsanəvi  quşla eyniliyini  təsdiqləyir.  Samraunun  Gü­

nəşlə,  Ayla  da  əlaqəsinin,  yəni  izdivacının  təsviri,  qədim 

xalqlar tərəfindən Günəşin,  Ayın atributu kimi səciyyələndi­

rilmiş  Simurq  quşunun  xüsusiyyətləri  ilə  oxşarlığı  bunu  de­

məyə  imkan  verir.  Bu  barədə  folklorşiinas  alim  M.Tahma- 

sibin  gəldiyi  nəticə  maraqlıdır.  O,  «Səm»  sözünün  müxtəlif 

dillərdəki  məna  çalarlarını  izləməklə,  onun  Ayla,  Günəşlə, 

bağlılığının  izahına  çalışaraq  deyir:  «...«Səm»  hind  dilində 

Ay  mənasında  işlədilmişdir...  Biz  əgər  bir  tərəfdən  Simurq 

quşunun xüsusiyyətlərini,  onun bir sıra şeylərlə bərabər həm 

də işıq, günəş,  ay kimi xeyir nümayəndəsi olduğunu, üçüncü 

tərəfdən  isə  bir  çox  qədim  xalqlarda  Ayın,  Günəşin  təmsil­

çisi  olan,  əsatiri  quş  surətlərinin  varlığını  nəzərə  alsaq,  Si­

murq  da  beləcə  Ayla əlaqədar olan  bir  quşdur.  O,  da  ərəb- 

lərdəki  «rox»,  yunanilərdə  və  romalılarda  «kumant», 

misirlərdəki  «mospero»,  babildəki  «soqqe»,  ruslardakı  «jar 

ptitsa» və s. kimi Günəşin-Ayın əsatiri təmsilçisidir»1

1 M.Təhmasib. Əfsanəvi quşlar.  «Vətən uğrunda» jurnalı.  Bakı.  1945. № 5, 

səh.  27.

12 6


Dastandakı  Samraunun  təsviri,  yəni  xeyri  təmsil  etməsi, 

Ayla,  Günəşlə  yaxınlığı  və  s.  bu  quş  haqqında  əsatiri 

görüşün ümumiləşmiş nəticəsi kimi meydana çıxmışdır.

Simurq,  Zümrüd,  Səməndər  adları  ilə  anılan  Samrau 

quşunun  dünya  xalqlarının,  o  cümlədən,  türk  xalqlarının 

dastan  və  nağılllarmda  ən  çox  xeyrin  təmsilçisi  olaraq, 

qəhrəmanlara  kömək  etməsi,  əfsanəvi  formada  (yəni  lə­

ləklərini  yandırmaqla)  onların  arzularının  həyata  keçmə­

sində vasitəçi olması diqqəti cəlb edir.

«Məlikməmməd»  nağılında  Məlikməmmədi  işıqlı  dün­

yaya  çıxaran,  ona  şər  qüvvələrə  qarşı  mübarizədə  kö­

məkçi olan məhz Simurqdur1.

Əsatirlərdə  Simurqun  odla,  Günəşlə,  Ayla  bağlılığı 

daha  çox  üstünlük  təşkil  edir.  Hətta  onun  özünün  oddan 

yaranması,  sonradan  odda  yaxılıb,  kül  olması  haqqında 

müxtəlif  rəvayyətlər  mövcuddur.  «Səməndər  quşu»  haq­

qında  əfsanədə  deyilir:  «Bu  quşun  dimdiyi  polad,  cay­

naqları  çaxmaq  daşı,  tükü  isə  qovdur...  Səmənədr  quşu 

balalarının  pərvazlanıb  uçduğunu  görən  gün,  sevincindən 

dimdiyi  ilə  çaynağına  vuraraq  od  saçır,  onun  qov  tükü 

həmin oddan alışır.  Səməndər quşu yanıb kül olur»2 *

 

Başqa  bir  əfsanədə:  «Səməndər  quşu  müəyyən  yaşa 



çatdıqdan  sonra  öz  sinəsindən  qalxan  bir  alovla  yanıb 

külə  dönür.  Sonra  həmən  külün  içərisindəki  son  qov  özü- 

öziinə  böyüyür,  canlanır,  yenidən  Səməndər quşuna  çevri­

lir.  Bu  proses  nəhayyətsiz davam edir»2

Folklorşiinas  M.Təhmasib  bu  prosesi  Ayın,  Günəşin, 

növbələşməsi  ilə  əlaqədar  izah  etməyə  çalışır.  Bunu  da 

qədim  insanın  mifik  təfəkkürünün  izah  və  ifadəsinin  tə­

zahürü  kimi  qiymətləndirir4.  Hətta  Simurq  quşunun  ya-

1 Biri  var idi,  biri yox idi.  Bakı,  1975.

2 Azərbaycan xalq  əfsanələri.  Bakı,  1985, səh.  85.

’  M.Təhmasib.  Əfsanəvi quşlar.  «Vətən  uğrunda» jurnalı.  Bakı,  1945, № 5, 



səh. 98.

4 Yenə orada,  səh.  98

1 2 7



şayış  məskəni  kimi  Qaf (Elbürc,  Berezant)  dağını  göstər­

məsi1  ilə  Günəşin  təcəlla  tapdığı  məkanın  eyniliyi  də 

Simurqun  Günəşin  atributu  kimi  çıxış  etməsini  göstərir. 

Təsadüfü deyil ki,  «Ural  batır» dastanında  da Samraunun 

məkanı  Kaf (Qaf) dağıdır,  (s.  125)

ikinci  bir  tərəfdən  dünya  xalqlarının,  o  cümlədən  türk 

xalqlarının  əsatir  və  dastanlarındakı  əjdahanın  (ilanın), 

divin,  Simurqla  mübarizəsinin  təsviri  gecə  ilə  gündüzün, 

Günəşlə qaranlığın növbələşməsini andırır.

Demək,  «Məlikməmməd»  nağılında  qəhrəmanı  qaranlıq 

dünyadan  işıqlı  dünyaya  çıxaran  Simurq  Günəşin  simvolu 

kimi  çıxış  edir.  40  gün  şüaları  vasitəsilə  qəhrəmanın  yoluna 

işıq salaraq, onun işıqlı dünyaya çıxmağına səbəb olur.

«Ural  batır»  dastanında  da  Xeyir  istiqaməti  məhz 

Samraunun  ölkəsi  (Günəşli,  Aylı)  olması  da  bu  fikri  bir 

daha təsdiqləməyə imkan yaradır.

Dastandapkı  ikinci  zoomorfik  obraz  Humaydır.  O 

dastanda  ağ  quş  şəklində  mövcuddur.  Bu  adi  quş  deyil. 

Dastan  və  nağılların  əksəriyyətinə  xas  əsas  xüsusiyyət  olan 

çevrilmələr  bu  dastanda  qabarıq  formada  əks  olunmuşdur. 

Bu  çevrilmələr  nəticəsində  Humayın  dönüb  gözəl  bir  qıza 

çevrilməsi  animist  dünyagörüşün  nəticəsi  kimi  meydana 

çıxır.  Təkcə  bu  dastanda  deyil,  bir  çox  xalqların  (teleutlar, 

şorlar,  Saqoylar  və  s.)2 *

  əsatirlərində  Humayın  uzun,  sarışın 

saçlı  qız  kimi  təsviri  var.  Humay  dünya  xalqlarının 

əsatirlərində  doğum,  uşaq.2  xoşbəxtlik,  dövlət,4  qadın  və 

hətta  məhsuldarlıq,5  himayəçisi,  Allahı  kimi  də  verilmişdir. 

Lakin «Ural batır» dastanında bu əfsanələrdən fərqli olaraq

1 M.Tahmasib. Əfsanəvi quşlar. «Vətən uğrunda» jurnalı.  Bakı.  1945. №  5.  səh. 94.

"  А.М.Сагалаев.  Урало-Алтайская  мифология.  Новосибирск.  1991, стр.  58.

1 M.Təhmasib.  Əfsanəvi  quşlar.  «Vətən  uğrunda»  jurnalı.  Bakı,  1945.  № 5. 

səh. 99.

4  Mirəli  Seyidov.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqlan.  Bakı,  1983. 

səh.  229.

5  P.Xəlilov.  Türk  xalqları  və şərqi  slavyanların  ədəbiyyatı.  Bakı.  1994,  səh. 

115.

128


Humay  özü  antropomorfik  obraz  olan  İzelin  anasıdır.  İzel 

zoomorfik  obraz  Humaykı antropomorfik  obraz olan  Ura­

lın izdivacından yaranmışdır.  Humay eyni zamanda  yaradı- 

lışa ölməzlik  bəxş etmək istəyən  Urala məqsədinə yetməkdə 

həlledici  funksiya  daşıyır.  O,  qəhrəmana  sınaqlardan  keç­

məkdə kömək edir, bu istiqamətdə şər qüvvələrdən hifz  edə­

rək,  xeyir  qütbünü  təmsil  etməklə,  insanlığı  hifz  edir.  Eyni 

zamanda  öz  məqsədinə  yetmiş  qəhrəmanın  şirin  suyu  boz 

dağlara,  düzlərə səpməsilə yaşıllıq  törətməsində əsas vasitəçi 

okın  Humay burada  məhsuldarlıq  ilahəsi  kimi  də çıxış edir. 

Demək,  Humay  «həyat  suyunun»  (şirin  suyun)  tapılma­

sında  və  düzlərə  səpilərək  yaşıllığın  əmələ  gəlməsində  əsas 

rol  oynayır.  Humay  eyni  zamanda  istiliyin,  Günəşin  atri­

butu  kimi  çıxış  edir.  Humayın  saçının  təsviri,  açılarkən  hər 

yanı  qızıl  rəngə  boyaması.  Günəş  övladı  olması,  göylərdə 

yaşaması və s.  bütün  bunlar hamısı onun  Günəşin şüalarının 

əski  insan  tərəfindən  kosmoqoniya  haqqında  mifik  anlamı 

nəticəsində  yaranmışdır.  Humayın  ağ  Qu  (ağ  quş)  şəklində 

təsviri  də  təsadüfü  deyil,  bu  da  onun  fiziki  keyfiyyəti  ilə 

əlaqədardır. Ç'iinki  indinin özündə belə qu quşları müqəddəs 

sayılır.  Elmin  inkişaf  etdiyi  müasir  dövrdə  qu  quşunun 

qalxma  və düşmə məkanlarının  məlum  olmasına  baxmaya­

raq, uçarkən onun  hansı yüksəklikdə hərəkət etməsi elm  alə­

minə  hələ  də  məlum  deyil.  Bu  yönümdə  belə  bir  təcrübə 

aparmışlar.  Quşun  ayağına  uzaq  məsafədən  səsi  eşidiləcək 

xırdaca  bir  qurğu  bağlamışlar  ki,  istiqamətini  müəyyənləş­

dirə  bilsinlər.  Lakin  bir  müddət  sonra  onun  səsinin  eşidil- 

məzliyi  səbəbindən  yenə  istiqaməti  müəyyənləşdirə  bilmə­

yiblər1.  Buradan  belə  bir  nəticə  hasil  olur  ki,  qu  elə  bir 

yüksəkliklə uçur ki,  ora düşən zaman havanın maqnit sahəsi 

dəyişərək  qurğunun  səsini  eşidilməz  edir  və  ya  onu  susdu­

rur.  Quşun  bu  cür  yüksəklikdə  uçması  qədim  insanlar  tərə­

findən  onun  Ayla  Günəşlə əlaqəsi  haqqında  miflərin  yaran-

Bahoddin  Ögol.  Tiirk  mitolojisi.  İstanbul.  1971. səh.  291.

129



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə