Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   29   30   31   32   33   34   35   36   37

masına  səbəb  olmuşdur.  Eyni  zamanda  onun  müqəd- 

dəsləşdirilməsində rənginin  də mühüm  əhəmiyyəti var.  Belə 

ki,  ağ  rəngin  müxtəlif türk  xalqlarının əfsanələrində tanrıya 

məxsusluq,1  qaqauzlarda  -   doğru,  həqiqi2,başqırdlarda  -  

yaxşı,  ədalətli  (s.  164)  və  s.  mənalarında  işlənməsi  müşahidə 

edilir. Qədim əfsanələrə görə dünyanın «Ağ ana» yaratmışdır3.

Üçüncü  zoomorfık  quş  obrazı  isə  Ayxuludur  ki,  o  da 

Ayın  atributu  kimi  çıxış  edir  (  bu  barədə  bax:  «Dastanda 

göylərin  xeyirxah  və  yeraltı  dünyanın  şər  qüvvələri  ara­

sında əzəli-əbədi mübarizənin təsviri»  bölməsinə).



M ifik  vasit ələr:  «Ural  batır»  dastanında  sehrli  əşyala­

rın  mövcudluğu,  bu  abidənin  arxaikliyini  göstərən  amil­

lərdəndir.  Bir  çox  əsatirlərdə  olduğu  kimi  bu  sehrli  əşya­

lar  qəhrəmana  məqsədinə  qovuşmasında  bir  növ  vasitəçi, 

yardımçı  rola malikdirlər.  Bu  sehrli  əşyalardan  «çubuğu» 

Ural  öz qəhrəmanlığı  sayəsində  ilanlardan  (əjdahalardan) 

əldə edirsə, sehrli qılıncı Humay ona  bəxş edir.

«...  Qəhrəmana  sehrli  əşyaların  bağışlanması  kimi 

süjetlərin genetik kökü  nəsil  və tayfa himayəçisi haqqında 

təsəvvürlərlə bağlıdır»4

Əsatir və  dastanlara  ötəri  bir nəzər  salmaqla  sehrli  çu­

buğun  şər  qüvvələrin  əlində  xeyirə  qarşı  bir  vasitə  oldu­

ğunun  şahidi  olarıq.  Bu  da  əski  insanın  dünyagörüşünə 

xas  xüsusiyyətdir.  Dastanda  təsvir  edilən  daşqının,  selin 

baş verməsinin, ildırımın çaxmasının təbii mahiyyətini an­

lamaq  iqtidarında  olmayan  mifik  təfəkkürlü  insanlar  bu 

hadisələrin  hansısa  bir şər qüvvə tərəfindən  sehrli əşyalar­

la  törənməsi  barədə  öz  dünyagörüşləri  səviyyəsində  anla­

mına,  izahına  çalışmışlar.  (Bu  barədə  bax:  «Xeyir  və  şər 

konflikti» bölməsinə).

1 Y akutların əfsanələrinə görə Tanrı  ağappaq  bir dağın başında oturur.

‘ Гагаузско-русско-молдавский  словарь.  Москва,  1973, стр.  19. 

Aksöz-həqiqətə doğru.

3  M.Seyidov.  Göy, Q ara,  Ağ rənglərin əski inamla əlaqəsi.  Azərb.  EA 

Xəbərəlri,  (ədəb.  Dil  və inc.  seriyası), № 2,  Bakı,  1978, səh. 25.

4 Е.Д.Турсунов.  Генезис  Казахской  бытовой сказки.  Алма-Ата,  1973, стр. 63.

130

Sehrli  qılınc  isə  nağıl  və  dastanlarda  tamamilə  başqa 



münasibətdən çıxış edir.  Bu  mənbələrdə sehrli qılıncın heç 

vaxt  şər  qüvvələrə  məxsusluğu  faktına  rast  gəlmək  müm­

kün  deyil.  O,  müqəddəs  varlıqlar  tərəfindən  bəşəriyyətin 

nicatına  çalışan  qəhrəmana  bəxş  edilir.  Bu  qılıncların 

qarşısında şər qüvvələrə məxsus olan bütün sehrli vasitələr 

kəsərsizdir.

Bu  əsatiri siijet orta əsr qəhrəmanlıq  dastanı  olan  «Ko- 

roğlu»ya  qədər  gəlib  çatmışdır.  Onun  da  misri  qılıncının 

müqəddəs  göylərdən  qopub  gələn  ildırım  parçasından 

düzəldilməsi1  barədə  rəvayətdə  də  həmin  mifik  süjetin  iz­

ləri  duyulur.  M.Təhmasib  bu  barədə  yazır:  «...  Görün­

düyü  kimi,  Misri  qılınc  göydən  düşmüş  ildırım  parçasın­

dan qayrılmışdır.  Elə  bu da  bu sözün  Misirlə bağlı  mədəni 

əlaqələr  tarixi  kəsimindən  daha  qədim  olan  mənası,  yəni 

göylə,  günəşlə,  işıqla,  ildırımla,  odla  əlaqədar  əsatiri  mə­

nası  haqqında  düşünməyə,  araşdırmalar  aparmağa  və 

yenə  də  ehtimal şəklində...mülahizə  irəli  sürməyə əsas  ve­

rir.  Qədim  Azərbaycanda  Ahuramazda  qədər  hörmətə, 

nifuza  malik  mahudlardan  biri  Mitr-Mehr  olmuşdur... 

Mitr-Mehr  işıq,  paklıq,  həqiqət,  Allahı  kimi  Kiçik  Asiya­

da  və  Rum  imperiyasında  da  çox  geniş  yayılmışdır...  bu 

eposda  coğrafi  məfhum  olan  Misirdən  daha  çox  antro- 

pomorfik  Mitr-Misı-Mehrləəlaqədardır»2

Koroğlunun  qəhrəmanlığı,  silahının  qüdrəti  onun 

haqqında  bu  cür  rəvayətin  yaranmasına  səbəb  olmuşdur. 

«Ural  batır»  dastanında  sehrli  qılınc  Günəşə  məxsusdur. 

Günəş  isə  onu  atla  birlikdə  Humaya  bağışlayır.  Bu  qılınc 

oda  qarşı  od,  suya  qarşı  su  olur.  Onun  qarşısında  heç  bir 

şər  qüvvə  və  onların  əlindəki  sehrli  çubuq  duruş  gətirə 

bilmir.  Dastanda  bu  silah,  yeri-göyü  zülmətə  salan,  soy­

uqluq  gətirən,  ölüm  yaradan  şər  qüvvələrə  qarşı  işlədilir

1 Azərbaycan  xalq  nağılları.  Koroğlu.  Bakı,  səh.  57.

3  M .H.Təhmasib.  Azərbaycan  xalq dastanları  (orta əsrlər).  Bakı.  1972.  səh. 

143-145.


131


və  son  anda  qəhrəmana  qələbə qazandırır.  Burada  həmin 

sehrli  qılıncın  rəmzi məna daşıdığı aydın hiss olunur.  Belə 

ki, «Ural batır» dastanında silah bu işığın, istiliyin, Günəş 

şüasının simvolu kimi çıxış edir.

Məlum  həqiqətdir ki,  gecənin  qaranlığını  günün  nuru 

yarır.  Şaxtanın  (qışın)  soyuqluğunu  günün  (yazın)  istisi 

qırır.  Donmuş  suların  donunu  günün  şüaları  parçalayır. 

Qışda  ölmüş  təbiət  yazda  günəş  vasitəsilə  canlanır,  diri­

lir  və s.  Bütün  bunları müşahidə edən  və təbiət hadisələ­

rini  anlamaq  ehtiyacı  duyan  əski  insanlarda  bu  hadisə­

lərin  hansısa  bir  sehrli  əşya  tərəfindən  törənməsi  haq­

qında  ilkin  fərziyələr  yaranmışdır.  Bu  süjetin  analoji 

əksi  hind  əfsanəsi  «Mahabharata»da  da var.  Burada  da 

min-min  şimşək  saçan,  günəş  kimi  parıldayan  silah  üç 

gözlü  Allah  Şiva  tərəfindən  Ərcunaya  bağışlanır.  Bura­

da  Şiva  Allahının  çöhrəsinin  qızıl  kimi  işıq  saçması 

təsviri  günəşi  xatırladır.  Eyni  zamanda  verdiyi  silahın 

təsviri  də  Günəşin  işığını,  şüasını  andırır.  Şiva  Allah  si­

lahı  verərkən  deyir:  «Yaxşı,  istədiyini  verirəm,  ey  qüd­

rətli  qəhrəman.  Ancaq  bir şərtim  var:  Böyük  ehtiyac  ol­

madan  gərək  onu  işlətməyəsən!  Yadında  saxla  ki,  in­

sanların  bu  silahdan  xəbəri  yoxdur.  Hərgah  ehtiyatsız­

lıq  eləsən,  o  bütün  dünyanı  yandırıb  külə  döndərər,  yer 

üzündə  həyat məhv  o lar...» 1

«Ural  batır»  dastanında  mifik  vasitələrdən  biri  də daş­

dır.  Bu  daşın  təsviri  dastanın  yerini  müəyyənləşdirmək 

baxımından  əsas  əhəmiyyət  kəsb  edir.  (Bu  barədə  bax: 

«Ural  batırın  zamanı»  bölməsinə).  Buradakı  daş  «Ural 

batır»  cəmiyyətinin  hələ  odu yeni-yeni  tanıdığını  göstərir. 

Daşın  çaxmaqdaşı,  yəni  od  törətmə xüsusiyyətindən  bixə­

bər olan cəmiyyət,  onun zərbindən,  Əzrəkənin  torpağında 

baş  verən  yanğından  dəhşətə  gəlirlər.  Həmin  mənzərəni 

seyr edən Ayxulu deyir:

1 M ahablıarata.  Bakı.  1988, səh.  78. 

132


Ul taş dinqez aşağa,

Sorğap kitte yırakka,

Əzrəkənen ilənə,

Barıp töştö ber sakta,

Erzə yarzı urtağa

Yalkın sıktı hauağa! (s.,  128)

Mənası:  O  daş  dənizi  aşaraq,  uzağa  getdi,  Əzrəkənin 

elinə çatıb,  birdən düşdü, yer ortadan yarıldı,  od qalxdı.

Bu təsvir daşın od  törətmə xüsusiyyətinin yeni-yeni  aş­

karlandığım  göstərir.  Dastanda  kiçik  bir  ştrixlə  qeyd  olu­

nan  daş  «Ural  batır»  cəmiyyətinin  dünyagörüşünü  təyin 

etmədə  əsas  əhəmiyyət  kəsb  edir.  Daşa  münasibət  Altay 

dastanı  «Maaday  Qara»da  əks  olunur.  Buradakı  daşın 

təsviri  «Maaday  Qara»  cəmiyyətinin  daşın  bir  çox  xüsu­

siyyətlərindən  xəbərdar  olduğunu  göstərir.  Düzdür,  bura­

dakı  daşın  da  mifik  səciyyə  daşımaısana  baxmayraq,1 

onun  yerinə  yetirdiyi  funksiya  bunu  deməyə  əsas  verir. 

Köqüdey Merqenin  ondan silah vasitəsi kimi (yəni onunla 

düşmənə,  şər qüvvələrə qalib gələ  bilir) istifadə etməsi  nə­

zər diqqəti  cəlb edir.  Demək,  «bu daş dünya selindən  son­

ra «Ya da» adlanan sehrli daşın ən qədim prototipidir»2

Göründüyü  kimi  bu iki («Ural batır»,  «Maaday Qara») 

qəhərmanlıq  dastanında  olan  daş  təsvirləri  onların  biri- 

birindən  hansı  zaman  kəsimində  durduğunu  deməyə 

müəyyən mənada şərait yaradır.

1 M aaday Qara. Altay  kay çörçök.  Moskva,  1973.

Köqüdey  Merqen doğularkən,  onun sağ ovucunda 9 güşəli  qara, sol 

ovucunda  7  güşəli 

boz daş olur.  Bu da  onun adi bir insan doğulmadığına 

işarədir.  Bu daşlar vasitəsilə qəhrəman  çox  böyük  fantastik  formada 

düşmənə qalib gələ bilir.

2  P.Xəlilov Türk  xalqları və şərqi slovyanların ədəbiyyatı.  Bakı,  1994. səh. 

121

.

133



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə