Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   29   30   31   32   33   34   35   36   37

Dastan  boyu  Uralın  qeyri-adi  gücə  malik  olduğunu 

göstərmək  üçün  mübaliğədən  geniş  istifadə  edilmişdir. 

Qatilin  döyüşə girən 4  batırı  Uarlın  zərbində  yulaf ununa 

çevrilir.



Olaktırğan batır za,

On-talkanğa kalğan,  ti 

Küzzən qəyep bulğan,  ti.  (s.,  82)

Mənası:  Batırların  hamısı,  yulaf ununa  çevrilib,  deyir­

lər, gözdən itdilər, deyirlər.

Dastanda  Uralın  gücünün  hiperbolik  təsvirinin  müxtə­

lif  çalarlarına  təsadüf  edilir.  Məsələn,  dastanda  belə  bir 

səhnə 

v u r : 


«Humayın  atı  Ağboza  sahib  olmaq  üçün  70 

batmanlıq  ağır  bir daşı  yuxarı  (göyə)  atmaq  lazım  gəlir... 

Ural  daşa  elə  bir  zərbə  vurur  ki,  daş  ox  kimi  göyə  uçur. 

Səhər  olur,  günorta  olur,  axşam  olur.  Atılan  daş  geri 

qayıtmır.  Axır  ki,  daşın  qayıtdığını  görüb  Urala yalvarır­

lar ki,  daşın  yerə düşməsinə  imkan  verməsin,  əgər düşərsə 

bizi  məhv edər.  Ural da daşı göydə tutub,  şər qüvvə Əzrə- 

kənin  ölkəsinə atır» (s.,  126-127)

Bu  səhnənin  təsvirindəki  mübaliğə  elə  həddə  çatır  ki, 

hadisə inandırıcılıqdan uzaqlaşır.

Dastanda  mümkünlüyü  təsəvvürə  gəlməyən  başqa  bir 

hadisəyə  nəzər  yetirək.  Bu  hadisənin  qeyri-mümkünlüyü 

ondadır  ki,  təsvir  edilən  səhnə  insanın  imkanı  xaricində­

dir.  Ural  gölün  dibindəki  şər  qüvvələri  məhv  etmək  üçün 

onu  içməyə  məcbur  olur.  İçərkən  divlər  onun  içərisinə 

daxil olaraq,  ürəyini, ciyərini məhv edirlər.



Ural kiilde hura,  ti -  

Deyeüzər əskə tula,  ti,

Berem-berem  Uraldın,

Yerэк-haurun telə,  ti.  (s.,  153)

138


Mənası:  Ural  gölü  içdi,  deyirlər,  divlər  içərisinə  doldu, 

deyirlər,  bircə-bircə  Uralın,  ürək, ciyərini dəldi, deyirlər.

Bir çox türk dastanlarında  olduğu kimi bu dastanda da 

qəhrəmanın  yatma  müddəti  hiperbolik  səciyyə  daşıyır. 

«Ural  batır»  dastanında  Uralın  yatma  müddətinin  5  gün 

olduğu göstərilir:



Ural yatha yoklarğa

Biş kön  tooş yoklarğas.  (s.,  120)

Mənası:  Nə vaxt  ki,  Ural yatır,  5 gün yata bilir.

Altay dastanı «Maaday Qara»da bu müddət 60-70 gün 

kimi verilib.

A Itaıı kıınqe anuray berqen-aqdanbaqan 

Ye ten kıınqe uyuktay berqen-uyqunbaqan1

Mənası:  60gün  yatdı  -   çevrilmədən,  70  gün  yatdı  - 

ayılmadan.  «Kitabi-Dədə  Qorqud»  dastanında  isə  Oğu­

zun  yatma  müddətinin  7  gün  olması  da  hiperbolik  səciy­

yəsi  ilə diqqəti çəkir.

«Ol  zaman  oğuz  yigidlərinə  nə  qəza  gəlsə  uyxudan  gə­

lərdi»2


Hadisə  və  təsvirlərin  hiperbolik  dərəcədə  şişirdilərək 

müstəqim  mənasından  uzaqlaşıb,  məcazi  məna  kəsb  et­

məsi  o  demək  deyil  ki,  dastanın  və  nağılın  bədii  dəyərini 

azaldır.  Əksinə  mübaliğədən  istifadə  edilməyən  əsər  das­

tan  və nağıl  xüsusiyyəti daşımaz.

Başqırd  xalqının  qəhrəmanlıq  dastanı  olan  «Ural  ba­

tır»  da  hiperbolanın  imkanlarından  müxtəlif biçimdə  fay­

dalanmış,  qəhrəmanların  yenilməzliyini,  hadisələrin  təsvi­

rindəki  məqamları  gücləndirmək  üçün  onlardan  yaradıcı 

şəkildə  istifadə  edilmişdir.  Bütün  bunlar  şübhəsiz,  xalq

1 Allay  Kay çörçök.  Maaday Qara.  Moskva.  1973.  sir.  71.

2  Kitabi-Dodo  Qorqud.  Bakı,  1978,sah.  104.

13 9



yaradıcılığının  məhsulu  olan  dastanlardakı  hadisə  və  təs 

virlərin  təsir  gücünü  artırmağa xidmət  edən  mühüm  vasi 

tələrdən sayılmalıdır.

1 4 0


N Ə TİCƏ

«Ural  batır»  dastanı  türk  mifologiyası  və  folklorunda 

mifik  qatların  öyrənilməsi  prosesində  açar  ola  biləcək  bir 

abidədir.  Dastanda  qədim  insanların  Aya,  Günəşə  -   bir 

sözlə  kosmoqoniyaya  olan  etiqadı,  inamı  animistik  şə­

kildə  etiva  olunur.  Bu  cəhətdən  «Ural  batır»  abidəsi  nə­

inki  türk,  habelə  dünya  mifoloji  sistemində  göy  cisimlə­

rinə  olan  etiqadın  geneoloji  rüşeyminin  öyrənilməsində 

ilkin mənbə funksiyasına malikdir.

«Ural  batır»  abidəsi  «ilk  yaradılış»,  «əbədi  həyat» 

«xeyir  və  şər»,  «sınaq»  və  s.  süjetlərin  tipoloji  təhlilində 

tədqiqata  cəlb  edilmiş  «Bilqamıs»,  «Avesta»,  «Mahabha- 

rata»,  «Kitabi-Dədə  Qorqud»,  «Maaday  Qara»,  «Köqii- 

dey»,  «Alpamış»,  «Altay  yaradılış  dastanı»,  «Şan  qızı» 

(«Xan  kızı»),  «Tarqıtay»,  habelə  digər  dünya  xalqlarının 

əsatir, dastan və nağılları üçün dəyərli bir məxəzdir.

Bu  tədqiqat  işi  zaman-zaman  müxtəlif  münasibətlər­

dən  öyrənilən  qədim  türk  qəhrəmanlıq  dastanlarının  ti­

poloji  araşdırılmasında  ilkin  cəhddir.  Bu  tipoloji  təhlil 

zamanı  iki  məsələyə daha çox diqqət yetirilir.

1.  Qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipoloji  araş­

dırılması  hansı  nəticələr verə bilər?

2.  Alınan  nəticələr  türkologiyada  nə  kimi  əhəmiyyət 

kəsb edə  bilər?

Qədim 

türk 


qəhrəmanlıq 

dastanlarının 

tipoloji 

müqayisəsindən  alınan  nəticələri  aşağıdakı  səpkidə  qrup­

laşdırmaq  olar.

1.  «Ural  batır» dastanı Başqırd  xalqının  eradan  əvvəlki 

tarixini,  adət-ənənəsini  əks  etdirən  abidədir.  Burada  an- 

tropomorfık  obrazlar  şəklində  mövcud  olan  toponomik 

adların  Başqırd  ərazisinə  məxsusluğu  bu  fikri  əsaslandır­

mağa imkan yaradır.

2.  Qədim  türk  qəhrəmanlıq  dastanları  arasında  epik 

monumentallığı  ilə seçilən «Ural  batır»  abidəsi  insanın  ilk

141



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə