Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

təfəkkürünün təsdiqi  kimi meydana çıxmışdır.  Əgər «Ural 

batır»  dastanında  daşqın,  təbii  fəlakət  nəticəsində  divlər, 

əjdahalar ölümün  rəmzi  kimi  çıxış  edirlərsə,  türkmənlərin 

«Köneurgenc  minarası»  əfsanəsində  əjdahaların  ölümün 

rəmzi kimi hansı səbəbdən çıxış etməsi bir qədər qaranlıq­

dır.  «Padşah  oğlu  Sıyaxat  aldanaraq  gözəl  qız  şəklində 

qarşısına  çıxan  Yuvxa  ilə  evlənib,  padşah olur.  Sonradan 

bu  qızın  bədəninin  soyuqluğundan  şübhələnən  Sıyaxat 

vəzirdən  bunun  səbəbini  soruşanda  onun  təklifi  ilə  arva­

dını  gecə  güdür.  Görür  ki,  arvadı  yerində  durub  şəhərin 

şərq  cəhətindəki  təpəyə  sarı  gəlir.  Orada  başına  torpaq 

ələyib,  ağ  rəngli  yuvxaya  çevrilir.  Bir  tərəfdən  də  qara 

rəngli  əjdaha  peyda  olur,  insanları  yemələri,  yoxsa 

onların  çoxalmaları  üçün  hələ  bir  az  da  gözləmələri 

barədə məsləhətləşirlər.»1

Buradan  belə  qənaətə  gəlmək  olar ki,  bu ölüm  mühari­

bələr,  aclıq,  təbii  fəlakət,  və  s.  nəticəsində  yarana  bilər. 

Əjdahanın,  divin,  quraqlığın  atributu  kimi  çıxış  etməsi 

faktına  dastan  və  nağıllarda,  habelə  folklor  nümunələ­

rində  daha  çox  rast  gəlmək  mümkündür.  Nağıl  və  das­

tanlara  əsasən  demək  olar  ki,  xalqı  susuzluğa  mübtəla 

edən  divlər,  əjdahalardır.  Onlar  suyun  qarşısını  kəsərək 

böyük  qurbanlar  bahasına  xalqa  bir  içim  su  verirlər.2  Bu 

süjetin  analogiyasını dastan və nağıllarda izlərkən  belə bir 

simvolik  anlam  hasil  olunur.  Bildiyimiz  kimi  şor  sulu 

göllər,  dənizlər  açıq,  düzənli  yerlərdə  olursa,  şirin  sulu 

çaylar,  bulaqlar  dağlardan,  qayalardan  axır.  Həmin  dağ 

və  qayaların  arxasında  gizlənən şirin  sulu  çay  və  bulaqla­

rın insanlara çatdırılması  zamanı dağ-daşı çaparkən məhv 

olan  igidlərin  animist  görüşlü  insanlar  tərəfindən  «qur­

ban»  kimi,  suyun  qarşısını  kəsən  dağ  və  qayanın  isə  bəd­

heybət div kimi təqdimidir.

1 Əzrayıl  bilen  Qaııp. Aşkabad,  1967,  səh. 129

2 Azərbaycan  nağılları.  Məlikməmməd.  Bakı,  1978,  Başkort xalık əposu. 

Moskva.  1977 və s.

1 1 4


«Ural  batır»  dastanında  da  əbədi  həyat  çeşməsi  məhz 

divlərin diyarındadır.



Deyeii padşah erendə,

Əytələr,  ber şişmə bar,

Şurıan hıu eshe keşe,

His tə ülməy yəşəy,  ti,  (s.,61-62)

Mənasr.  «Div  padşahın  yerində  (torpağında),  deyirlər 

bir  çeşmə  var.  Bundan  insan  su  içsə,  heç  vaxt  ölməz,  ya­

şar, -  deyirlər.».

Sonradan  məlum  olacaq  ki,  bu  ədəbi  həyat  çeşməsinin 

sirri  içməyə  yararlı  olmasındadır.  Zaman-zaman  acı,  şor 

sulardan  əzab  çəkən  insanlar  təbiətə  həyat  verən,  şirin  su­

yun  təbii  xüsusiyyətlərini  olduğu  kimi  dərk  edə  bilmədik­

ləri  üçün məsələyə əsatiri görüşləri çərçivəsində rəng vermə­

yə  çalışmışlar.  Neçə-neçə  igidin  insanları  və  təbiəti  su­

suzluq  bəlasından  qurtarmaq məqsədilə  yola çıxaraq,  təbii 

fəlakət  nəticəsində  həlak  olması,  geri  dönməməsi  hadisəsi 

ibtidai  təfəkkürlü insanları dəhşətə salaraq,  onların  tərəfin­

dən  div,  əjdaha  kimi  mənfi,  mifik  obrazların  yaranmasına 

gətirib  çıxarmışdır.  Eyni  zamanda  təbii  hadisələrin:  soyu­

ğun,  qışın,  şaxtanın,  baharda iqlimin  dəyişməsi  nəticəsində 

donmuş  suların  çağlayaraq  daşmasının  sirrinin  əsl  mahiy­

yətini  qavramaqdan  çox-çox  uzaq  olan  ibtidai  təfəkkürlü 

insanlar  bu  hadisələrin  səbəbini  özlərinin  başa  düşdükləri 

səviyyədə,  şər  qüvvələr  (divlər,  əjdahalar)  tərəfindən  törə­

dildiyinin sadəlövcəsinə izahına çalışmışlar.

Bu süjet  «Mahabharata»  əfsanəsində də  öz  mifikliyi  ilə 

diqqəti  cəlb edir.  İnsana güc,  qüdrət  verən  gölə  məhz  rak- 

şaslar tərəfindən  nəzarət edilir.  Oraya  heç  kəs  buraxılmır. 

Lakin  qoçaq,  şir  biləkli  Bhimasana  rakşaslara  qalib  gələ­

rək göldə çimmək səadətinə nail  olur.1

1 Mahabharata.  Bakı.  1988,  s.9l

115



«Ural  batır»  dastanında  yeraltı  şər  dünyanın  təmsilçi­

lərindən  olan ilan (əjdaha) Altay yaraddış dastanında şey­

tanın  sözünə  uyduğuna  görə  Allah  tərəfindən  insanın 

düşməni kimi lənətlənir.

«...  Şimdi  sen  de  Erlikden  bir  parça  oldun»-  deyib, 

yılana  verdi  ilk  cezanı,  İnsanlar  sene  düşmen  olsun,  seni 

görünce vurup, ezip öldürsünler!..- dedi»1.

Xalq  arasında  «ilanın  ağma  da  lənət,  qarasına  da», 

«İlanı  görənə  lənət,  görüb  öldürməyənə  lənət,  öldürüb 

basdırmayana lənət» kimi zərb-məsələləri ilanın şər qüvvə 

kimi  insanın düşməni olması fikrini  tamamlayır.  Düşməni 

də mütləq  məhv etmək lazım  gəlir və tibbi  nöqteyi-nəzər­

dən  ilanın  sümüklərinin  zəhərindən  dəhşətli  ziyankar  ol­

duğunu  nəzərə  alan  babalarımız  onu  basdırmayam  da 

lənətləyir.

İlanın  namərd,  insan  düşməni  olması  süjeti  türkmənlə­

rin  «Qısqanc  bay  xem  yılan»  nağılında  da  təsvir  olun­

muşdur:  «Bir  gün  bəy  Xivəyə mal  dalınca  gedəndə  yolda 

qəfəsə  salınmış  ilana  rast  gəlir,  açıb  ilanı  azad  edir.  İlan 

onun  boğazına sarılır.  Bəy deyir:

-   Sen  nəme  meni  böyla  xorlayırsın.  Men  sana  пате 

yamanhk etdim? -diyyar.

-   Vey,  vey,  bay  ağa,  yakşdığa  yamanlıkdır,  sen  şonu 

bilenokmı?-diy ipdir»2

M  anası:

«-  San  na  üçün  mani  bela  boğursan.  Man  sana  na  ya­

manlıq etdim? -  deyir.

-   Vay,  vay  bay  ağa,  yaxşılığa  yamanlıqdır,  san  bunu 



bilmirsənmi? -deyir».

«Ural  batır»  dastanında  yeraltı  dünyanın  şər  qüvvələ­

rinin  təmsilçilərindən  biri  də  Əzrəkədir.  Əzrəkə  Şumer 

dastanmdakı  Yereşkikal,  Altay  yaradılış  dastanında  Er-

1 N.Scpetçioğlu. Türk  dastanları.  İstanbul.  1976. səh.20.

2 A.Baymıradov.  Xayvankır xakındakı  türkmen eretikleri.  Aşxabat.  1986, 

səh.220

11 6


lik,  «Maaday  Qara»dakı  Erlikbiy,  «Kitabi-Dədə  Qor- 

qud»dakı  Əzrayıl,  «Mahabharata»dakı  ölüm  Allahı 

Yama,  «Şan  kızı»  dastanmdakı  Şürəli,  Albastı  kimi  in­

sanlara  ölüm  hazırlayan  obrazlardan  öz  xüsusiyyətlərinə 

görə  fərqlənir.  Sadalanan  dastanlardakı  mifik  obrazlar 

yeraltı  dünyanın  hakimidirlər  və  insanlara  ölüm  hazır­

layırlar.  Bu dastanlarda insanların  onlara qarşı mübarizə­

sini,  xəstəliklər,  təbii  fəlakətlər  qarşısında  aciz  qalaraq, 

çıxış  yolu  axtaran  və  məsələnin  əsl  mahiyyətini  dərk  et­

məyən ibtidai  insanın əsatiri  baxışı  kimi  səciyyələndirmək 

olar.  «Ural  batır»  dastanmdakı  Əzrəkə  isə  şər  qütbündə 

dayanmasına baxmayaraq, o,  ölüm allahı kimi çıxış etmir. 

Mifik süjetli  dastanlardan məlumdur ki,  ölüm Allahı  (Əz- 

rayıl,  Erlik)  ölüm  göndərir.Bu  ölümü  də  vasitəçilər  (əj­

daha,  div  və  s.)  həyata  keçirir.  Demək,  Əzrəkə  o  biri  das­

tan  və  əfsanələrdəki  ölüm  Allahlarından  fərqli  olaraq, 

ölümü göndərən yox, vasitəçi kimi çıxış edən  şər qüvvədir. 

O da  Qəhqəhə,  Zərkum,  ilanlar və  Şulgenlə  birlikdə xeyi­

rə qarşı mübarizə aparır.  Dastandakı  təsvirdən aydın olur 

ki,  Əzrəkə  dəhşətli  dərəcədə  yekə,  bədheybət  bir  əj­

dahadır.  Ölərkən  onun cəsədindən  Yamantau1 ələmə gəlir 

ki,  bu  dağ  da  şirin  sulu  çayın  qarşasım  kəsdiyi  üçün  in­

sanlar  əlamətinə  görə  onu  «pis  dağ»  adlandırıblar.  Gör­

kəmli  tədqiqatçı  A.S.Mirbədəlov  Əzrəkənin  çox  gözəl 

təsvirini  verir:  «Азрака-демоническое  существо,  див... 

Он  скорее  напоминает сказанного чудовищного аждаху- 

змея  башкирских  древних  народных  поверий,  который 

через  500  лет  превратился  в  ещё  более  страшную  змею 

Иувху.  Змеи  приносят  людям  страшные  беды:  опаляют 

землю водой, губят скот» (s.,  17)

Aydın  bir  həqiqətdir  ki,  su  basqının,  odun,  alovun  nə­

dən  törəndiyini  dərk  edə  bilməyən,  bu  hadisələr  nəticə­

sində  son  anda  canlıların,  təbiətin  məhv  olduğunu  görən

1 Cənubi  Uralda  dağ massivi.

1  17



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə