Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

qardaşlar  arasında  əks  meyl  yaranır.  Xeyir  və  şər  motivi 

müxtəlif zamanlarda  yaranan dastan  və  nağıllarda  həmin 

dövrün  dünyagörüşünün  təzahürü  kimi  meydana  çıxır. 

Belə  ki,  təbiət  hadisələrinin  əsl  mahiyyətini  dərk  edə  bil­

məyən,  onun  qarşısında  aciz  qalan  ibtidai  təfəkkürlü, 

animist  dünyagörüşlü  insanlar  həmin  hadisələri  canlı  tə­

səvvür edərək,  onların  xüsusiyyətinə görə  bir qismini  (ayı, 

günəşi,  şirin  sulu  çayları,  insanlara  kömək  edən  Simurq 

quşunu,  işığı  və  s.)  müqəddəs  varlıq  kimi  qiymətləndirə­

rək  onlara  sitayiş  edib,  bir  qisminə  isə  (ölümə,  zəlzələyə, 

ilanlara,  şor  sulu  gölə,  dənizə,  ildırımın  çaxmasına  və  s.) 

şər qüvvə kimi baxaraq ona qarşı mübarizə aparıblar.

Zaman-zaman  müxtəlif  dünyagörüşü  çərçivəsində  ya­

ranan  dastan  və  nağıllarda  şər  qüvvənin  atributları  olan 

div,  əjdaha,  ilan,  obrazlarının  daha  sonra  təkmilləşərək 

şeytan,  iblis  kimi  təzahür  formalarına  rast  gəlirik.  Bütün 

bu  şər  qüvvələr  eyni  məqsədə,  insanları  həqiqi,  doğru 

yoldan  sarpdırmaq  üçün  onların  qəlbinə  yol  tapmağa 

xidmət  edirlər.  Mənbələrə  istinadən  demək  olar  ki,  onlar 

ancaq  iradəsiz  insanların  qəlbində  öz  toxumlarını  səpə 

bilib.  Bununla  da  onlara  paxıllıq,  eqoistlik  və  s.  kimi 

qeyri-insani sifətlər aşılamaqla aralarına nifaq salıblar.

«Mahabharata» əfsanəsində insanlarda qumara ehtiras 

oyadan  dəhşətli  iblis  Kali  xeyirxah  hökmdar  olan  Nalı 

səadət  və  səltənətdən  məhrum  edəcəyi  üçün  verdiyi  sözə 

12  ildən  sonra  nail  olur.  Düz  on  iki  il  mərhəmətli  şahı 

yoldan  çıxarmaq  üçün çalışır.  Nəhayət,  Nalın  qəlbinə yol 

taparaq,  onda  qumara  qarşı  ehtiraslı  bir  həvəs  oyadır. 

Nal da qumar vasitəsilə bütün var dövlətini uduzur1.

Şərin  atributu  olan  şeytanın  insana  qarşı  etdiyi  pisliyin 

«Altay  yaradılış  dastanı»ndakı  təsviri maraq  doğurur.  O, 

Allahın  yaratdığı  və  özü ilə  eyni  səviyyədə  (yəni  ölümsüz) 

yaşadacağı  insanlaırın  qəlbinə  girərək,  onları  Allahın

1  Mahabharata.  Bakı.  1983. səh.82. 

102

gözündən  salmaqla  ölümlü  edir.  Allah  ondan  niyə  insan­



ları  yoldan  çıxartdığını  soruşanda  şeytan  deyir:  «İstedim, 

vermedin.  Ben  de  senden  çaldım.  Bundan  sonra  da  hep 

çalacağım.  Atla  kaçarsa  indirib  çalacağım,  içib-içib 

sarhoş  olurlarsa  bir-birinə  düşürüb  dögüşdürecegim  ... 

Suya girseler bile, ağaca çıxsalar bile yene çalacağım.»1.

Bu  əsatiri  süjetin  analogiyasının  təsvirinə  dini  kitablar 

olan  «Bibliya»2  və  «QuramvMa  da  rast  gəlmək  mümkün­

dür.  Belə ki,  bu mənbələrdə  də  şeytan  Allahın  yaratdığını 

yoldan  çıxararaq  onları  ölümlü  etmişdir.  Düzdür,  «Ural 

batır»  dastanında  şeytanın  insanı  yoldan  sapdıra  biləcək 

təsviri  açıq-aşkar  nəzərə  çarpmasa  da  Şulgen  özünün 

bütiin  hərəkətləri  ilə  bunu  biruzə  verir.  Hələ  uşaq  ikən 

atasının  qoyduğu  qadağanı  pozaraq  balaqulağında 

saxlanan  köhnə  qanı  içməklə  bunu  təstiqləmiş  olur.  Qanı 

içən  Şulgen  sonrakı  hərəkətləri  ilə  istər-istəməz,  özü  də 

hiss  etmədən  şər  ruhun  daşıyıcısına  çevrilir.  O,  canlıları 

ölümün  pəncəsindən  qurtarmaq  üçün  müqəddəs  amal 

uğrunda yola çıxırsa  da son  nəticədə  buna  nail  ola  bilmə­

məsi  həmin  səbəblə  izah  edilməlidir.  Şulgen  qardaşı  Ural­

la  qarşılaşdığı  səhnəyə  qədər  öz  iradəsizliyinin  qurbanı 

olaraq,  şüursuz surətdə şər qüvvələrin  (Zərkum,  Qəhqəhə, 

Əzrəkə)  köməkçisinə  çevrilərək,  özü  də  bilmədən  qar­

daşına  qarşı  çıxırsa,  Uralla  qarşılaşdığı  zaman  onun  əldə 

etdiyi  müvəffəqiyyətdən  kədərlənir.  Şeytanın  diktəsi  ilə 

hərəkət  edənlər  ancaq  belə  cılız  hisslərlə  yaşaya  bilərlər. 

Əgər  belə  olmasa  idi  bəşəri  bir  amal  uğrunda  yola  çıxan 

Şulgen  qardaşı  Uralın  bu  müvəffəqiyyətindən  darılmaz, 

əksinə  sevinərdi  ki,  qarşılarına  qoyduqları  məqsədə 

yaxınlaşırlar  və  bu  yolda  ona  sonrakı  gedişdə  kömək 

edərdi.  Lakin  o,  bunu  edə  bilməzdi.  Çünki  onun  xarakte-

1 Tiirk dastanları.  İstanbul.  1990.  səh.19.

“  Библия.  Москва.  1990.

Коран.  (Перевод с арабского языка Й.С.Саблукова)  Лл-Зарра фор араб, 

масс  Медиа.  1993.  стр.13.

103



rinə  görə,  şeytana  xas  olan  ən  dəhşətli  bir  eqoizm  açıq- 

aydın  duyulmaqdadır.  Onun  eqoizmi  bu  müvəffəqiyyəti 

alqışlamağa  deyil,  paxıllığını  çəkməyə,  xudbinliyə  yara­

yırdı  və  bunu  da  o,  hərəkətləri  ilə  biruzə  verir.  Şulgen 

məqsədlə  çıxdığı  yolda  özü  böyük  bir  maneəyə  çevrilir. 

Həmin  maneəni  dəf  etmək  isə  neçə-neçə  dəhşətli  sınaq­

lardan  keçərək  bu  məqama  yetişən  kiçik  qardaş  Ural 

üçün  çox  çətin  idi.  Çünki,  xəbislikdən,  riyakarlıqdan,  şər 

ruhlardan  uzaq,  bəşəri  amalla  yaşayan  Ural  üçün  doğma 

qardaşı  Şulgenin  əməllərini  olduğu  kimi  qəbul  edib, 

qiymətləndirmək  çətin  idi.  Ural  bu  cılızlıqdan  qat-qat 

yüksəkdə  dururdu.  Onun  ən  böyük  arzusu  canlıları  ölü­

mün  pəncəsindən  qurtarmaq  üçün  Yənşişmənin  suyunu 

əldə  etmək  idi.  Bütün  güc  və  qüdrətini  bu  istiqamətə 

yönəltmiş  Ural  ağlına  belə  gətirməzdi  ki,  öz  doğma  qar­

daşı  bu  yolda  ən  böyük  maneəyə  çevriləcək  və  neçə-neçə 

şər  qüvvəni  məğlub  etdiyi  halda,  Şulgen  doğma  qardaş 

olduğu  üçün  bu  maneəni  dəf  etmək  çətin  olacaq.  Lakin 

Şulgenin  məqsədini  ilk  görüşdən  anlayan  Humay  onun 

Urala  qarşı  atdığı  hər  bir  addımını  izləyir.  Çünki  Humay 

hələ Şulgen kiçik yaşda ikən onun boğazına bıçaq çəkmək 

istəməsində  bir  vəhşilik,  pislik,  xainlik  görmüşdü.  Ona 

görə  də  Şulgenin  hər hərəkəti  Humayı  cəlb edir və  Uralın 

özünə  hiss  etdirmədən  ondan  qoruyurdu.  Uralın  ona 

qarşı  olan  humanist,  doğma,  alicənab,  hərəkətləri  də  Şul­

genin  qəlbinə  hakim  kəsilmiş  iblisin  tilsimini  qıra  bil­

mirdi.  Bu  süjet  «Məlikməmməd»  nağılındakı  böyük  qar­

daşların  hərəkətini  xatırladır.  «Məlikməmməd»  nağılla- 

rındakı  böyük  qardaşların  hərəkəti  ilə  Şulgenin  hərəkət­

ləri  arasında  qəribə  bir  yaxınlıq  duyulmaqdadır.  Belə  ki, 

Məlikməmmədin  uğurundan  darılan,  paxıllıq  edən  böyük 

qardaşlar  onu  quyuda  qoymaqla məhv  etmək  istəyirdilər 

ki,  atalarının  yanında  özləri  hörmət  qazansınlar.  O,  divin 

əlindən  xilas  etdiyi  kiçik  qızın  məsləhətinə  məhəl  qoyma­

dan  öz  bildiyi  kimi  hərəkət  edir.  Bununla  da  özündən  əv­

104


vəl  qardaşlarını  düşünən  Məlikməmməd  doğmalarının 

xəyanətinə inanmayaraq, əzab çəkir1.

Şulgenin  getdiyi  istiqamətdə  nurani  bir  qoca  ilə  rast- 

laşması  heç  də  təsadüfi  deyil.  Dastan  boyu  müqəddəs 

amal  uğrunda  yola  çıxan  Şulgeni  bu  pisliklərdən  arındır- 

maq,  şər  qüvvələrdən  xilas  etmək  üçün  dəfələrlə  cəhdlər 

edilir.  Lakin  bütün  səylər boşa çıxır.  Nurani  qoca ilə  rast- 

laşması  da  bu  cəhdlərdən  biridir.  Qocadan  qardaşının  şər 

qüvvələrə  qoşulduğuna  görə  insanlar  tərəfindən  qovul- 

duğu üçün  vaxtından  tez qocalaraq pis  hala düşməsi  haq­

qında (s.94-95) ibratəmiz hekayə eşitməsinə baxmayaraq, 

onun  hərəkətlərində  heç  bir  dəyişiklik  hiss  olunmur.  Bu 

cür  gözəl,  şərdən,  ölümdən  uzaq  bir  yerə  ölüm  gətirmək­

dən  çəkinmir.  Qardaşı  Uralla  qarşılaşarkən  ona  belə 

məsləhət görür:

Samrauğa yau əsayık,

Akbuzatın alayık,

Berebez tayak totayık,

Berebez Akbuz menəyək.

Bötə ildə baş bulıp,

Banhını mat kurıp,

Köslə batşa bulayıp.

Hin tayağın bir minə,  -  

Oşo ildə kırayım,

Samrau koşton kızını,

Üzemə tartıp alayım,

Akbuzatın menəyem.  (s., 121)

Mənası:  Samrau  ilə  müharibə  edək,  Ağboz  atın  alaq, 

birimiz çubuğu  tutaq,  birimiz Ağbozu minək.  Elin  başçısı 

olaq.  Hamını özümüzə tabe edək.  Sehrli çubuğu ver mənə, 

o eli qırım.  Samrau quşdan qızını özümə alım, Ağboz atın 

minim.

Biri var idi,  biri yox idi.  Məlikməmməd.  Bakı.  1975. səh.81.



105


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə