Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

larına  qoyduqları  əməl  uğrunda  mübarizədə  əsl  maneəys 

çevrilə biləcəyinə inanmırdı.

Uşaqlıqdan  özü  də  bilmədən  şər  ruhun  mənbəyi  olan 

köhnə  qanı  içən  Şulgenə məqsədi  naminə  uğradığı  ölkədə 

ilk qarşısına çıxan  qocanın ibratamiz rəvayəti də təsir gös­

tərə  bilmir.  Qoca  ona  öz  qardaşı  haqqında  belə  bir  rə­

vayət  söyləyir:  «Sizin  ilk  rastlaşdığınız  qoca  ilə  biz  eyni 

ananın  evladlarıyıq.  Mənimlə  eyni  torpaqda  doğulub, 

böyüyüb.  Lakin  o  məndən  çox  qoca,  başı,  saqqalı  ağar­

mış,  halsız  görünür.  Bunun  sirrini  sənə  açacağam.  O,  öl­

ümlə dost  oldu,  ona  qan  tökməkdə kömək etdi.  Ona görə 

də,  onu  öz  torpağından  qovdular.  O  indi  tək  yaşayır. 

Onun alnında ölüm möhürü var.» (s.94-94).

Lakin  bu  ibrətamiz  rəvayət  də  Şulgenə  təsir etmir.  Bu­

radan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  Şulgenin  qəlbinə 

və  ruhuna  iblis  hakim  kəsildiyi  üçün,  o,  insanlığı,  varlığı 

düşünən,  özünü  onun  yolunda  fəda  etməyə  hazır  olan 

müqəddəs  batırlığa  yüksələ  bilməzdi.  Əfsanə  və  dastan­

lardan  məlum  olduğu  kimi  iblis  (şeytan)  daim  insanların 

qəlbinə  yol  tapmaq  istəmiş,  məhz  Şulgen  kimi  iradəsizlər 

iblisin  təsirinə  məruz  qalaraq,  onun  xidmətçisinə  çevril­

mişlər.  Zərkumdan  doğma  qardaşı  Ural  haqqında  eşidər­

kən  sağ-salamat  olduğuna  görə  sevinən  Şulgeni  bir  anda 

paxıllıq,  həsəd  bürüyür:



Ural əstən bulır,  tip,

«Min у ər ənam,  il qizzem,

İldə batır tanıldım,- 

Tiep,  Ural maktanır,

İlqə kaytkas heyləner 

Barına yakşı kürener  (s.,103)

Mənası:  Şulgen  fikirləşir  ki,  Ural  məndən  üstündür,  o 

eldə  batır  kimi  tanınacaq.  Elə  qayıdında,  o  hamıya  yaxşı 

görsənəcək.

Qardaşına qarşı  qəlbində yaranan paxıllıq,  həsəd onun 

sonrakı  mövqeyini  tənzimləyir.  Bununla  da  Uralın  məq­

sədinə  doğru irəliləməsi  xeyli  çətinləşir.  Şulgenin  bu  möv­

qeyi  «Məlikməmməd»  nağılında  böyük  qardaşın  möv­

qeyini  andırır.  Belə  ki,  onlar  da  paxıllıq,  həsəd  ucbatın­

dan  min  bir  zülüm  bahasına  məqsədinə  yetən  Məlik­

məmmədi quyuda qoyaraq, çıxarmaq istəmirlər.1

Qardaşının  humanistliyindən  istifadə  edən  Şulgen 

sehrli  çubuğu  ələ  keçirərək  daha da  təhlükəli  olur.  Uralın 

əlində  olarkən  sehrli  çubuq  xeyrin  qələbəsinə  xidmət 

edirdisə,  Şulgenə  məxsus  olanda  tamamilə  əks  funksiyanı 

yerinə yetirir.2

Vahid  bir ideya  ilə  yola çıxan qardaşların  bundan son­

rakı  fəaliyyətində  haçalanma  nəzər-diqqəti  cəlb  edir. 

Əgər  Ural  məqsədini  həyata  keçirməklə  (Yənşişmənin 

suyunu  insanlara çatdırmaqla) ölümü  məhv etmək  istəyir­

sə,  Şulgen onun yolunda dəhşətli maneəyə çevrilir.

Dastanın  əsas  qəhrəmanı  Uralın  məqsədi  uğrundakı 

fəaliyyəti  isə  əsl  batıra  layiq  hərəkətlərlə  zəngindir.  Belə 

ki,  o  qarşısına  qoyduğu  məqsədinə  məhz  batır  qüruru  ilə 

qovuşmağa  çalışır.O,  əbədi  həyat  çeşməsini  axtararkən 

bir  sıra,  çox  çətin  maneə  və  sınaqları  adlamalı  olur.  İlk 

baxışda elə fikir yarana bilər ki, bu maneə və sınaqlar onu 

məqsədinə  qovuşmağını  ləngidir.  Lakin  sonradan  məlum 

olur  ki,  ədəbi  həyat  çeşməsi  burada  məhz  rəmzi  məna 

kəsb  edir.  Belə  ki,  qəhrəman  yol  boyu  qarşılaşdığı  şər 

qüvvələrlə  mübarizə  apararaq,  insanlığı  zülmdən  azad 

edir.  Susuzluqdan  əziyyət  çəkən  insanlığı  və  təbiəti  bu 

bəladan  qurtarmaq  üçün  şirin  su  mənbəyi  taparaq  öz  hə­

rəkətləri  ilə ölməzliyə qovuşur.

Uralı  uşaqlıqdan  bir  məsələ  daha  çox  narahat  edirdi. 

Güclünün  gücçüz,  zalımın  yazıq  üzərində  zorakarlığı, 

canlının  canlını  yeməsi  daim  düşündürmüş,  bu  barədə  öz

9 0

1 Azərbaycan xalq  nağılları.  Məlikməmməd.  Bakı.  1975.səli.57



2 Bu  b arədə «Mifik  qüvvə və vasitələr  bölməsində bəhs açılacaq»

91



ibtidai  təfəkkürü  səviyyəsində yollar  aramışdır.  Onun  fik ­

rinə görə:



Ularğa ülem yat tüqəy,

Karı hurğan,  it əyqən -  

Berehe lə dus tüqel.

Yırtkıslıktı bötörəyek,

Yanğız kalğan  Üləmde.

Bərqe özləp ulterəyek.  (s.,64).

Mənası: Ölüm onlara yad deyil, qan soran, ət yeyənlə o 

dostdur.  Yırtıcılığı  (zalimliyi)  bitirək,  onda  ölüm  yalqız 

qalar,  birləşib onu öldürərik.

Amalı  müqəddəs  olan Uralın  dünya görüşü animist  xa­

rakterlidir.

Buna  görə  də  bu  müqəddəs  amalın  qurtuluşunu  öz 

animist  dünyagörüşü  səviyyəsində  izahını  çalışır.  Uralın 

ədəbi  həyat  axtarışı  zamanı  qarşılaşdığı  maneə  və  sınaq­

larla qədim  Şumer dastanının  qəhrəmanı  Bilqamısm  qar­

şılaşdığı  maneə  və  sınaqların  analogiyası  (oxşarlığı)  ma­

raq  doğurur.  Hər  iki  dastanda  qəhrəmanlar  yer  üzündən 

şəri,  zülmü,  ölümü  silmək  üçün  yola  çıxırlar.  Uralın  ilk 

uğuru  ona düşən  istiqamətə  (xeyir təmsilçilərinin  yaşadığı 

ölkə)  deyil,  şər  qüvvələrin  mövcud  olan  istiqamətə  yol- 

lanmasıdır.  Dastanı qoşan  xırda görünən  bu detaldan  çox 

məharətlə  istifatə  etmişdir.  Bununla  dastançı  böyük  qar­

daşın  iç  üzünün  açılması  ilə  bərabər,  Uralın  batır  kimi  ad 

qazanması  üçün  zəmin  hazırlayır.  Əgər  Ural  ona  düşən 

püşk  istiqamətində  hərəkət  etsə  idi,  dastan  çox  mənasız 

bir  sonluqla  bitərdi.  Uralın  qəhrəmanlığı,  batırlığı  məhz 

həmin  maneə  və  sınaqlarda  qazandığı  uğurlarla  ölçülmə­

lidir.  Əbədi  həyat  axtarışı  süjetini  izlədikdə  Uralın  qarşı­

laşdığı  maneə və sınaqları  aşağıdakı  formada  qruplaşdır­

maq olar:

1.  Sağ  istiqamətə  gedərkən  şər  qüvvələrdən  biri  olan

9 2


Qatillin ölkəsinə uğraması.

2.  Burada  bir neçə  sınaqdan  keçməklə (4 ən güclü  batırı, 

Qara buğanı yenməklə) insanlığı zülmdən xilas  etməsi.

3.  İlanlar  başçısı  Qəhqəhənin  oğlu  Zərkumla  rastlaşa­

raq,  onların  vətəninə  yollanması  və  yaxşılığa  yamanlıqla 

cavab alması.

4.  Oradakı  ilanları  məhv  edərək  insanları  azad  etməsi. 

Sirrli  otağın  açarını  ələ  keçirərək  sehrli  çubuğa  sahib 

olması,  azad  etdiyi  insanlara Alqır adlı qocanı başçı təyin 

etməsi.


5.  Xeyrin  təmsilçisi  Samraunun  ölkəsinə  uğrayaraq, 

Yənşişmənin  suyunu  əldə etmək  üçün  Humayın  aşağıdakı 

şərtlərinə əməl etməsi:

a)  hələ  heç  kəsin  görmədiyi  bir  quşu  gətirməlidir. 

Sonradan  məlum  olur  ki,  bu  quş  Humayın  bacısı,  ilanlar 

tərəfindən əsir edilmiş Ayxuludur.

b)  Ağboz  ata  və  onun  yəhərindəki  sehirli  qılınca  sahib 

olmalıdır.  Çünki,  bu yolda  ona  kömək  edə biləcək  yeganə 

qüvvə  Ağboz  at  və  onun  yəhərindəki  qılıncdır.  Bu  qılınc 

oda qarşı od,  suya qarşı su olur.  Divlər ondan qorxurlar.

c)  Ağboz ata sahib olmaq üçün 70 batmanlıq daşı bir əllə 

yuxarı  atmaq  lazım  gəlir.  Ural  bu  şərti  bir  barmağı  ilə 

yerinə yetirir.

6.  Uralın 

artıq 

arzusuna  qovuşacağı  halda  göz­



lənilmədən yeni bir maneə ilə üzləşərək məqsədindən daha 

da  uzaqlaşması.  O,  qardaşı  Şulgenə  inanaraq,  min  bir 

əzabla  ələ  keçirdiyi  sehrli  çubuğun  yenidən  şər qüvvələrin 

əlinə  keçməsinə  şərait  yaratması  ilə  yenidən  mübarizənin 

güclənməsi.

7.  Artıq,  əgər  sehrli  çubuq  şər  qüvvələrin  əlindədirsə, 

Uralın  da  Ağboz  atı  və  sehrli  qılıncı  var  ki,  o  sehrli 

çubuqdan  qat-qat güclüdür.  Mübarizələr başlayır.  Uralın 

yenə  də  çox  böyük  çətinliklərlə  əldə  etdiyi  uğuru  itirməsi, 

məqsədinə  yaxınlaşdığı  bir vaxtda,  batırlığa  layiq  mərdlik 

göstərdiyinə  görə  aldanası.  O,  müharibədə  namərd  qar­

93



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə