Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

...  Yerin məlaikəsi  Yerşkiqal yaşayır 

Onun da qabağında yerin mirzəsi o qız 

Belet-seri diz çöküb 

Onun üçün oxuyur tale yazılarını

Göründüyü  kimi  burada  yeraltı  dünyanın  təsviri  var, 

yerin  sahibi  Yerşkiqal,  onun mirzəsi Belet-seri var.  Yerin 

mirzəsi  Belet-seri  Allahın  insanlar üçün  yazdığı  tale  yazı­

ların  oxuyur,  Yerşkiqal  isə  həyata  keçirir.  Demək,  bura­

dan  aydın  olur  ki,  ölüm  Allah  tərəfindən  göndərilən  tale 

yazısıdır,  ondan  qaçmaq olmaz,  icra edənlər isə  Belet-seri 

ilə Yerşkiqaldır.

Altay dastanı  «Maaday Qara»da  bu funksiyanı  yeraltı 

dünyanın,  Toybodımm  (Doymadım)  sahibi  Yerlik,  «Ki- 

tabi-Dədə  Qorqud»da  Əzrail,  «Şan  kızı»  dastanında 

müqəddəs varlıqlar və Hursamn silahı və s. yerinə yetirir.

Lakin  «Ural  batır»  dastanında  Ölümün  nə  cür  qüvvə 

olduğu,  kim  tərəfindən  göndərilməsi  haqqında  ilkin  fər­

ziyyə  belə  məlum  deyil.  Demək  olar  ki,  Tanrı  haqqında 

təsəvvürləri  yoxdur.  Təkcə  istisna  hal  kimi  semantik 

yükünə  görə  yeraltı  dünyanın  şər  qüvvəsi  Əzrəkəni  Əzra­

illə  müqayisə  etmək  olardı.  Lakin  dastandan  da  məlum 

olduğu kimi,  Ural ölümsüzlüyü  qazanmaq  üçün  bütün  şər 

qüvvələri  təmsil  edənlərlə;  Qatil,  Qəhqəhə,  oğlu  Zərkum, 

Əzrəkə,  öz  qardaşı  Şulgen  və  s.  ilə  mübarizə  aparır.  Ona 

görə  də  Əzrəkənin  ölüm  törədən  vahid  Qüvvə  kimi  yox, 

şəri  (ölümü)  təmsil  edən  qüvvələrdən  biri  (əjdəha)  ol­

duğunu demək daha düzgün olardı.

Həmin  adaya  sığman  ilk  insanlar  olan  Yənbirdə  və 

Yənbikənin  əcdadları  haqqında heç  bir məlumat  yoxdur. 

Xeyir  ölkəsinin  ilk  törədiciləri  Samrau  quşu  (Simurq)  ilə 

Günəş və Aym  izdivacındın yaranan  törəmələr Humay  və 

Ayxulu,  onların  da  yer  adamları  olan  Ural  və  Şulgenin 

izdivacından törənən nəsi haqqında ilkin məlumat var.



1 Bilqamıs dastanı.  Bakı,  1985, səh.  61.

74

3. 



«Şan  kızı»  («Xan  qızı»)  dastamndakı  ölümsüzlüyün 

təsviri  «Ural  batır»  dastanından  çox  fərqlidir.  Belə  ki, 

«Ural  batır»  dastanında  ölümsüzlük  qazanmış  qoca  öl­

mək  istədiyini,  lakin  Ölümün  ondan  qaçdığım  dediyi

halda:

...  Yenşeşmənən lııu esten -  



Minə karşı kəs  'ıtten,

Məne yənin alalmam 

Hine ülek itəlməm.  (s.,149)

Mənası:  Yənşişməndən  (dirilik  çeşməsindən)  su  içmi­

sən.  Özünü mənə qarşı gücə çevirmisən, mən sənin ruhuna

almayacağam.  Səni öldürməyəcəyəm.

«Şan  kızı»  dastanında  da  ölümsüzlüyün  nisbi  olduğu 

nəzər  diqqəti  cəlb  edir.  Atası  Boyan  Lauşun  gəlmədiyini 

görüb oğlunun öldüyünü zənn edir:



Zira ölümsüz Alp de 

Ölebilermiş,

Kendisi bunu isterse...

Ve ya onu diger A Ipler 

Ve ya hursanın silahı 

Öldüriirse1.

Mənası:  Ölümsüzlük  qazanmış  Müqəddəs  də  ölə  bilər­

miş,  özü  bunu  istərsə  və  ya  onu  digər  Müqəddəslər və  ya 

Hursanın silahı öldürərsə.

«Şan  kızı»  dastanında  da  bu  vəzifəni,  yəni  ölümsüz in­

sanın  kutunu (yəni  ruhunu) yeraltı dünyanın sahibi Alba- 

stı,  (şər  qüvvə)  deyil,  müqəddəs  varlıqlar  Alplar  yerinə

yetirə  bilərdi.

Bütün  bu  fərqlər  «Ural  batman  türk  dastanları  içəri­

sində yerini  müəyyənləşdirməyə və abidənin onlara  nisbə-

1 Mikayıl  Baştu.  «Şan kızı».  İstanbul,  1991, səh. 90.

75



tən  daha  arxaik,  animist  dünyagörüşün  məhsulu  ol­

duğunu deməyə əsas verir.

Ümumiyyətlə,  əbədi  həyat  axtarışı  süjeti  çox  qədim 

olub,  bir  çox  dünya  xalqlarının  dastan  və nağıllarında öz 

əksini  tapmışdır.  Türk  xalqlarında  əski  insanlar  ölməz­

liyin  sirrini  suda  və  bitkidə,  o  cümlədən  meyvədə aramış­

lar.  Bu  da  onların  mifik  anlamından  irəli  gələn  hal  kimi 

qəbul  edilə  bilər.  Tədqiqatçı  prof.  M.Seyidovun  təbirincs 

desək:  «Suya  və  bitkiyə  (ağaca)  inam  türk  dilli  xalqların 

əski  inamlar  ilə  bağlıdır.  Su  da,  ağac  da  (Dünya  ağacı) 

ilkindir...  Əski  insan  üçün  su  da,  ağac  da  (bitki)  onun 

həyatı,  yaşayışı  üçün  əsas  idi...  Bu  səbəbdən  insan 

suda,bitkidə əbədilik,  ölməzlik axtarmışdır»1

Türk  və  Şumer  xalqlarının  dastanlarında  bir  qayda 

olaraq,  əbədi  həyat iksirini  suda aramışlar.  Bu da təsadüfi 

deyil.  Yaradılış  üçün  vacib  olan  dörd  ünsürdən  ən  baş­

lıcası sudur.  Su həyatın canıdır.  Bu dastanları həmin süjet 

baxımından  izləyərkən  əbədi  həyat  axtarışının  rəmzi 

məna  daşıdığı  və  iksirin  ancaq  şirin  sularda  tapılması 

maraq  doğurur.  Bildiyimiz  kimi,  acı,  şor  sular  həyat 

mənbəyi  ola  bilməzlər.  Çünki  nə insanlar üçün içməyə,  nə 

də  təbiət  üçün  yaşıllığa  yarayır.  Ona görə də  qəhrəmanlar 

insanlığı  və  təbiəti  bu  dəhşətdən  qurtarmaq  üçün  daim 

yollar aramış və son  nəticədə  həyat suyunu  (şirin su  mən­

bələrini)  tapıb  üzə  çıxarmaq  uğrunda  mübarizə  aparmış­

lar.  Təsadüfi  deyil  ki,  Şumer  dastanı  «Bilqamıs»da  da 

həyat çiçəyi dəryanın dibində bitir.

Utnapişti:  «Çiçəyin gizli sirrini mən danışacağam,

Bu çiçək dəryanın dibində, göyəm tək bitir boy atır,

Qızıl gül tək tikanlıdır,  tikanları ələ batır.

Çiçək sənə qismət olsa,  əgər gedib ona varsan,

Bax,  o gənclik çiçəyidir, gəncliyinə qayıdarsan»*

 2

'  M.Seyidov. Azərbaycan mifik  təfəkkürünün qaynaqlan.  Bakı,  1983, s,  118.

2 Bilqamıs.  Bakı,  1985,  səh.  96 

76

Xeyir  və  şər  mübarizəli  dastan  və nağıllarda  bir  qayda 



olaraq,  həyat  iksirinin  şər  qüvvələrin  əlində  cəmləşməsi, 

onlar  tərəfindən  əsir  edilməsi  faktına  rast  gəlmək 

mümkündür.  «Ural  batır»  dastanında  da  əbədi  həyat 

çeşməsi  (Yənşeşmən)  məhz  divlərin  məskənindədir. 

Oğullar atadan  Ölümdən  qurtulmağın  yollarını  soruşanda 

Yənbirdə deyir:



Uğa tik ber sara bar:

Deyeü batşa erəndə,

Əytələr,  ber şişmə bar,

Şunan hıu eshe keşe

His te iilmey yeşəy,  ti  (s.,62)

Mənası:  Ondan  qurtarmağın  bir  yolu  var:  Div  padşa­

hın torpağında, deyirlər bir çeşmə var.  Ondan kim su içsə, 

deyirlər heç ölməz, yaşayar.

Maraqlı  haldır  ki,  dahi  şairimiz  Nizami  Gəncəvinin 

son  əsəri  olan  «İskəndərnamə»  poemasının  «Şərəfnamə» 

hissəsində  bu  mifoloji  süjetin  təsvirinə  rast  gəlirik.  Ora­

dakı  təsvirdə  də  süjet  mifikliyində  qalmaqdadır.  Belə  ki, 

bu  poemada  da  həyat  suyunun  zülmət  diyarda  yerləşdiyi 

göstərilir.

Dünyada zülmətə çatmaz bir diyar,

O gözəl torpaqda həyat suyu  var...

Yaşamaq istəsən dünya uzunu,

Get,  keçir əlinə həyat suyunu!'

«Ural  batır»  dastanındakı  Şər  (qaranlıq)  ölkəsinin 

təmsilçilərinin  yerləşdiyi  məkan  ilə  N.Gəncəvinin  poema- 

sındakı qaranlıq ölkənin eyni istiqamətdə, yəni sağ tərəfdə 

yerləşməsi  nəzər  diqqəti  cəlb  edir.  Bu  faktı  hər  iki  mən- 

bəədən  gətirilən  sitatlarla  təsdiqləmək  mümkündür.  Yən-

Nizami  Gəncəvi.  Şərəfnamə,  Bakı,  1988, səh.505.

7 7



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə