Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

şişməni  tapmaq arzusu ilə yola çıxan qardaşlara qoca kişi 

rast  gəlir.  Qardaşlar  məqsədlərini  açıqlayanda  Qoca 

deyir:

Bina hezqə ike yul:

Hulğa kithen, yul buyı -  

Uyın-kölkə tön buyı,

Kayğı-etlek kiirməyense,

Samrau koşka baş eyep,

His Ülemqə yul kuymay...

Unğa kithen yul buyı 

Ilau-hıktau yıl buyı..,

Katil batşa ilə bar...  (s.,  69)

Mənası:  Sizin  qarşınızda  iki  yol  var.  Sola  gedən  yol 

boyu,  səhər-axşam  şənlik görəcək,  qayğı  göz yaşı  bilməy­

əcək.  Samrau  quşuna  baş  əyirlər,  oraya  ölümün  yolu 

bağlıdır.  Sağa1  gedən  yol  boyu  il  ərzində  göz  yaşı,  zülm 

görəcək,  bu Qatil padşahın ölkəsidir.

Şərəfnamədə  zülmətin  yerini  soruşan  padşaha  Qoca 

belə deyir:

Bax,  bu sağ əldən

Qaranlıq dünyaya qısa yol gedir2...

Maraqlı haldır ki,  dünya xalqlarının bir çox əsatir və das­

tanlarında insan üçün həyat mənbəyi sayılan odun (Günəşin), 

suyun,  Şər  qüvvələrin  (Əhrimənin)  təmsilçiləri  olan  divlər 

tərəfindən  daim  əsir  edilib,  insanlardan  gizlədilməsi  hadi­

səsinə rast gəlinir.  Qədim şərq  abidəsi olan  «Avesta»dan  üzii

1  Bu  ifadə «Ural  batır»ın vətəninin coqrafi ərazisinə görə sağ və sol 

mənasında işlədilir.  Türk  anlayışına görə sağ tərəf xeyr,  sol  tərəf isə şər 

istiqamətidir.  «Quran» da bu  fikri təsdiq  edir.  Burada xeyirin sağdan  gələcəyi 

gözlənilir.  D astandakı  sağ və sol  cəhətləri  isə yalnız qütblərə görə təyin  etmək 

olar.

1 Nizami Gəncəvi.  Şarəfnamə,  Bakı,  1988, səh.  505.

7 8


bəri bir çox əsatir, dastan və nağıllarda əjdəha, div insanların 

düşməni,  Əhrimənin  köməkçisi  kimi  verilib.  Onların  iştirak 

etdiyi  bütün  əsatir,  dastan  və  nağıllarda  bir  qayda  olaraq, 

insanlar içməli sudan əziyyət çəkir,  qəhrəmanlar isə xalqı  bu 

bəladan qurtarmaq üçün mübarizə aparırlar.

Şumer  qəhrəmanlıq  dastanı  olan  «Bilqamıs»da  da  Bil- 

qamıs  və  Enkidu  şəri  yer  üzündə  silməklə  insanlar  üçün 

rahatlıq  yaratmaq  istəyirlər.  Dostu  Enkidunun  Allahlar 

tərəfindən  cəzalandırılaraq  ölümə  məhkum  olunduğunu 

bilən  Bilqamısı  kədər  çulğayır.  O,  insanlığı  bu  dəhşətli 

bəladan  qurtarmaq  üçün  yollar  arayır.  Bu  məqsədlə  Ut- 

napiştinin  məkanına çatınca  bir çox şər qüvvələrlə üzləşir: 

Əcəl  sularını  keçir,  meşədə ilanları  məhv  edir,  aylarla  qa­

ranlıq  yollar keçib məqsədinə doğru  irəliləyir.  Göründüyü 

kimi  burada  da  qəhrəman  əbədi  həyat  yolu  qazanmaq 

üçün şər qüvvələrin məkanı olan qaranlıqlardan keçir.

Altay  dastanlarında  «əbədi  həyat»  süjeti  başqa  türk 

abidələrindən  bir  qədər  fərqlidir.  «Köqüdey»  dastanında 

ölməzliyə  çatmağın  yolları  müxtəlifdir.  Burada  həyatve­

rici  amil  kimi  suyun  təsviri  var.  Karatı  xaqan  Köqüdeyi 

yandırıb  geri  göndərəndə,  oğulluğa  götürdüyü  Sinçab 

(Babryonok) bulaqdan ağ su gətirib onu sağaldır.



Белую целебную воду из источника в рот набрал..,

Кёгюдей встал  .

Mənası:  Bulaqdan  həyatverici  ağ  su  götürüb  ağzına 

tökdü..,  Köqüdey qalxdı.

Suyun  həyatverici,  şəfaverici  qüvvəsi  başqa  dastanlar­

dan  da  məlumdur.  Bu  dastanda  su  əbədi  həyat  simvolu 

kimi  verilməyib.  Burada  su  ölünü  diriltsə  də  əbədi  həyat 

vəd  eləmir.  Əbədi  həyat  süjetli  əsatir  və  dastanlardan 

fərqli  olaraq  «Köqüdey»  eposunda  ölümsüzlük  nə  suda, 

nə əbədi  həyat  ağacının  meyvəsində,  nə də  bitkidədir.  Bu-

Алтайский эпос.  Кёгютей. Москва-Ленинград,  1935, стр. 68.

7 9



rada  əbədi  həyat  qazanmaq  üçün  zoomorfık  obraz  kimi 

verilmiş  Göyün  üçüncü  təbəqəsində,  Üç  Kurbustanda  ya­

şayan məxməri rəngli ata sahib olmaq lazımdır.  Dastanda 

qəhrəman  öz  məqsədinə  çatmaq  üçün  yer  üzünün  70,  Al­

tayın 60 şər qüvvələrinə qalib gəlir.

Ты,  богатырь, на третьем небе 

Тремя Курбустанами назван 

Ездящим на бархатном вороном коне.

Твоя красная кровь 

Никогда не прольётся 

Ты никогда не умрёшь.1

Mənası:  Sən, qəhrəman,  Üç Kurbustan adlanan,  göyün 

üçüncü  təbəqəsindəki  qara  məxməri  rəngli  atın  sahibisən. 

Sənin  qırmızı  qanın  heç  vaxt  axmayacaq,  sən  heç  vaxt 

ölməyəcəksən.

«Köqüdey»  eposundakı  bu  süjetin  «Ural  batır»dakı 

analogiyası  maraq  doğurur.  «Ural  batır»da  Ağboz  at 

qəhrəmana  Yənşişmənin  suyunu  (dirilik  suyu)  əldə  et­

məkdə əsas rol  oynayır.

Altay  dastanı  «Maaday  Qara»da  isə  Şər  qüvvələrə  qalib 

gəlmək üçün qəhrəmana atla yanaşı qara daş da kömək edir. 

Bu  mifik  vasitə  onu  bütün  çətin  sınaqlardan  çıxarır  və  son 

məqsədə  doğru  aparır2.  Başqa  türk  dastanlarından  fərqli 

olaraq,  bu  dastanda  qəhrəman  Köqüdey  Merqen  ölümün 

təmsilçisi  olan  Erliki  məhv  edir,  insanları  ondan  xilas  edir. 

Demək,  burada  əgər  ölümün  hamisi  Erlik  məhv  olursa,  in­

sanlar ölümdən qurtulurlar. Qəhrəman özü isə arvadı ilə göyə 

çəkilib  ən  parlaq  ulduza  dönürlər.  Dastanın  orta əsrlər  qəh­

rəmanlıq  hadisələrini  əks  etdirməsinə  baxmayaraq  süjetin 

qədim animist ruhu aydın duyulmaqdadır.

Əbədi  həyat  axtarışı  süjeti  bir  çox  dünya,  o  cümlədən

1 Алтайский эпос.  Кёпотей.  Москва-Ленииград,  1935, стр.  116 

"  Bu  barədo bax:  «Mifik qüvvə və vasitələr»  bəhsinə.

8 0

Azərbaycan  xalq  dastan  və  nağıllarında  da  öz  əksini  tap­



mış  bir  hal kimi qəbul  etmək olar.  Tipoloji  təhlilə cəlb  et­

diyimiz  dastanlardan  aydın  olduğu  kimi  həmin  süjetin 

atributları  müxtəlifdir.  Dastan  və  nağıllarda  əbədi  həya­

tın:  şirin  su,  bitki  (çiçək),  əbədi  həyat  ağacının  meyvəsi 

olan  alma,  hətta  sehrli  daş  və  ilahi  qüvvəli  at  atributları 

vardır.  Bu atributlar müxtəlif olsa da:

a)  hamısı  eyni  məqsədə  xidmət  edir,  eyni  funksiyanı 

yerinə yetirirlər;

b)  hamısı  eyni  qüvvələrin,  yəni  şər  qüvvələrin  əlində 

cəmləşmişlər;

c)  qəhrəmanlar  onları  çox  böyük  sınaqlar  bahasına 

şər qüvvələrin əlində azad  edib xalqa bəxş edirlər;

d)  hamısında  qəhrəmanın  məqsədinə  çatmasında 

vasitəçi  olur,  həmin  vasitəçi  qəhrəmana  yol  göstərir 

istiqamət verir;

e)  hamısı eyni, analoji  finalla bitir.

Əfsanə,  dastan  və  nağıllarda  əbədi  həyat  axtarışlı  çar­

pışmaların  çox  olmasına  baxmayaraq,  ona  nail  olanlar  az 

olur.  Belə ki,  bu müqəddəs ideyaya  nail  olmaq  istəyən bütün 

varlığı  ilə  xeyrin  təmsilçisi.  Müqəddəs  ruhun  daşıyıcısı 

olmalıdır.  Başqırd  dastanı  «Ural  batır»da  iki  qardaş Şulgen 

və Ural eyni məqsəd üçün yola çıxsalar da,  Şulgen şər ruhun 

daşıyıcısı  olduğu,  şər  qüvvələrə  xidmət etdiyi üçün  müxtəlif 

üsullara  əl  atsa  belə  istəyinə  nail  ola  bilmir.  Eləcə  də Altay 

dastanı  «Köqiidey»də  ölməzlik  bəxş  edən  Göyün  üçüncü 

təbəqəsində,  üç  Kurbustanda  yaşayan  qara  məxməri  rəngli 

ata  sahib  olmaq  üçün  Karatı  xanın  altı  kürəkəni  (qızlarının 

əri)  yola  çıxırsa  da,  onlar  istəklərinə  nail  ola  bilmirlər. 

Həmin ata Küskün  Kara Matır sahib olur1.

Azərbaycan  xalq  nağılı  «Məlikməmməd»də  də  təxminən 

eyni  vəziyyət  alınır.  Hər  üç  qardaş  eyni  məqsəd  üçün  yəni, 

insanı  gəncləşdirən  almanı  ələ  keçirmək  üçün  mübarizəyə

1 Алтайский  эпос.  Кёпотей.  Москва-Ленинград,  1935, сгр.  116.

81



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə