2. «Ural batır» dastanında ilk başqırd ailəsinin
ibtidai məişəti və dünyagörüşün milli və ümumtürk
zəminində tipoloji təhlili.
3. «Ural batır»da «dirilik suyu» probleminin həlli
yolları, özünəməxsusluğu və yuxarıda adı çəkilən
dastanlarla bənzəyişi.
4. Əzəli-əbədi olan xeyir və şərin mübarizəsi, xeyir şər
qüvvələrinin
«Ural
batır»da ümumtürk dastanları
fonunda qoyuluşu və həlli.
5. «Ural batır»m poetikası, bədii ifadə vasitələri,
mübaliğələr, onların işlənmə məqamı və bu baxımdan da
türkdilli xalqların dastanları ilə səsləşməsi və özünə
məxsusluğu.
Əsərin ««Ural batır» dastanının mənşəyi, formalaşma
sı və təkamülü» adlanan birinci fəsilində ən çox mübahisə
li görünən məsələ dastanın yaranma tarixi və dövrü ilə
bağlıdır. A.N.Kiriyev və A.İ.Xarisovun fikirlərini elmi-
nəzəri dəlil və sübutlarla alt-üst edilir. Doğru olaraq gös
tərilir ki, müəyyən zaman çərçivəsində yaranan dastanda
həmin dövrün təsiri, izi görünməlidir. «Ural batır»da nə
feodalizm dövrünün, nə də yadelli (monqol) əsarətinin
izlərinə təsadüf edilir.
Müəllifə körə «Ural batır» yeni eradan əvvəl yaranmış,
məhz buna görə də türk dastanları arasında ən qədimidir.
Müəllif bu fikrini I fəslin ilk əcdad və ilk başqırd ailəsinin
məişəti bölmələrində daha da inkişaf etdirir.
Əsərin II fəsli «Ural batır»da əbədi həyat idealı və
onun bədii probleminə həsr olunmuşdur. Bu problem
başqa türk dastanlarındakı analogiyalar çərçivəsində
təhlil edilmişdir.
Əbədi həyat problemi insanı həmişə düşündürür. İndi
nin özündə belə vaxtından əvvəl dünyasını dəyişmiş böyük
talant sahibi üçün göz yaşı tökür və bununla barışmaq
istəmirik. Təbii ki, ölümün qaşla-göz arasında olan qədim
dünyada da bu məsələ insanları düşündürmüş, onlar Öl
10
məzliyi heç olmazsa təsəvvürlərində-dastanlarında yarat
mağa səy göstərmişlər. «Ural batır» türk dastanları ara
sında ən ilkin qaynaqlardandır. Bu dastan, professor
Mirəli Seyidovun göstədiyi kimi, türkdilli xalqların bəzi
mifoloji baxışlarının kökünü aydınlaşdırmaq üsün qiy
mətli qaynaqdır.
Mifik təfəkkürün məhsulu olan ədəbi həyat problemi
«Ural batır»da öz əksini qəribə bir tərzdə tapmışdır. Bu
rada insanların nə Tanrı haqqında, nə də ölümün kim tə
rəfindən göndərildiyi barədə təsəvvürləri var. Bütün bun
lar tədqiqatçıya imkan vermişdir ki, «Ural batır»ın türk
dastanları içərisində ən qədimi, ən arxaiki və animist dün
yagörüşün məhsulu olduğu qənaətinə gəlsin.
O da məlumdur ki, ədəbi həyat problemi çox qədim
olub bir çox dünya xalqlarının dastan, nağıl və əfsanələ
rində öz əksini tapmışdır. Əskidən bəri insanlar diriliyin
sirrlərini, əsasən, suda, bitgidə və bitgi meyvələrində ara
mışlar. Bu, onların mifik anlamının və inamının nəticəsi
dir. Qədim insanlar üçün su və bitgi qədər ilkin əsas olan
daha nə vardı?! Bu baxımdan, əski insanın öz ölməzliyini
suda və bitgidə axtarması təəccüb doğurmur. O da diqqəti
çəkir ki, yaradılış - dirilik üçün vacib sayılan dörd ünsür
dən ən başlıcası su hesab olunmuşdur. Odur ki, bir çox
xalqların dastan, rəvayət və nağıllarında qəhrəman dirilik
suyu dalınca gedir. Bu, «Ural batır»da da belədir. Müəllif
ölməzlik problemi ilə bağlı türkdilli xalqların dastanlarını,
bir çox hallarda hətta nağıllarını da tədqiqat süzgəcindən
keçirərək doğru qənaətə gəlir ki, dastan və nağıllarda
əbədi həyatın su, bitgi, meyvə və s. atributları olsa da,
onların hamısı eyni məqsədə xidmət edir, onların hamısı
şər qüvvələrin əlində cəmləşmişlər, qəhrəmanlar öz şü
caətləri, ağılları hesabına onları şər qüvvələrin əlindən
alıb xalqa bəxş edirlər.
«Ural batır» məntiqi və fəlsəfi baxımdan çox güclü bir
sonluqla bitir. Vaxtilə dirilik suyundan içmiş qoca Urala
sudan içməyi məsləhət görmür. Əksinə, ləyaqətlə yaşaya
raq ölməzlik qazanmağı məsləhət görür. Qoca bu ölməz
liyi, xeyirxah olmaqda görür, ölməzliyin adının yaxşılıq
olduğunu bildirir.
Ural batır qocanın məsləhətinə qulaq asır, min əzab-
əziyyətlə əldə etdiyi dirilik suyunu içmir, boz dağlara, su
suzluqdan sinəsi cadar-cadar olmuş səhralara, meşələrə
səpir, onlara həyat verir.
Müəllif faktlarla insanın əbədi ölməzliyə aparan yega
nə yolun yaxşılıq yolu olduğunu başqa xalqların dastan
larından gətirdiyi misralarla təsdiqləyir və ağlabatan
mühakimələri ilə oxucunun gözü önündə adı yaxşılıq,
xeyirxahlıq olan əbədi bir abidə ucaldır.
Əsərin çox məftunluqla işlənmiş III fəsil «Xeyir və şər
ziddiyyəti» adlanır.
Burada maraq doğura biləcək bir məsələdən söz açmaq
istərdik. Məlumdur ki, dastanlarda, o cümlədən də «Ural
batır»da məhz böyük qardaşlar xoş niyyətlə mübarizəyə
girişsələr də sonda bədxah və paxıl olurlar. Hər şeyə
hərislik canlarını çulğalayır. Bu, tədii ki, şər qüvvələlrin
onların qəlbinə yol tapıb, onları öz yollarından döndər
mələri ilə bağlıdır. Ağılsız, iradəsiz, tamahkar adamlar
tezliklə onların iradəsinə tabe olur.
Müəllif bir çox əsərlərdən, hətta Herodotun tarix kita
bından misallar gətirərək kiçik qardaşların taxta-taca va
ris olmasından danışır və bunu onların xeyirxahlığı,
nəcibliyi və qəhrəmanlığı ilə bağlayır.
Bəs nə üçün böyük qardaşların əksinə olaraq kiçik
qardaşlar şər qüvvələrin təsiri altına düşmüşlər? Maraqlı
məsələdir. Mən altı il Qafqazda yaşamış amerikalı alim,
professor Sula Benetİn Qafqaz xalqlarının uzunömürlülük
məsələsinə həsr olunmuş ‘«Necə yaşasan, yüzü haqlaya
san» kitabını tərcümə edib 1989-cu ildə çap etdirərkən
qəribə bir elmi müddəanın şahidi olmuşam. Faktlar göstə
rir ki, insanın kamillik dövründə anadan olan övladları,
12
kiçik uşaqları ağıllı, gənc ikən müdrik olurlar. Bizcə, bu
dur nağıllarımızda, dastanlarımızda rast gəlinən kiçik
oğul və qızların daha ağıllı, daha müdrik olmasının cava
bı. Şər qüvvələr ağıllı adamı çətin ki, öz yolundan çəkindi
rə bilsin. Təbii ki, ağıl olan yerədə nəciblik də, xeyirxahlıq
da, əsl qəhrəmana layiq başqa keyfiyyətlər də olan şeydir.
«Ural batır» dastanının poetikası adlanan IV fəsil
həcmcə çox kiçik olsa da qənaətbəxşdir. Doğrudur, poeti
ka anlayışının əhatə dairəsi çox geniş olduğundan, bu,
ayrıca bir əsərin mövzusu ola bilərdi. Bununla belə, müəl
lif bu fəsildə qarşısına qoyduğu vəzifənin öhdəsindən
uğurla gəlmişdir. Nəhayət, onu da deyək ki, müəllifin
«Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası»
mövzusunda yazdığı əsər türk xalqları folklor əlaqələrinin
tədqiqi sahəsində uğurlu addımdır.
Qəzənfər Paşayev
Filologiya elm bri doktoru,
professor
13