Qədim türk xalqlarının fəlsəfi dünyagörüşünü, milli-
mənəvi dəyərlərini əks etdirən əsər
Qədim dövrlərdə yaranmış ədəbi əsərlərin öyrənməsinə
istər Azərbaycan ədəbiyyatşünaslığında, istərsə də türko
logiya elmində mühüm əhəmiyyət verilir. Bunun da sə
bəbləri aydındır: belə sinkretik əsərlərdə xalqın fəlsəfi
dünyagörüşü, ədəbi-estetik baxışları öz əksini tapır, onun
adət-ənənələri, mədəniyyəti barədə tarixi-etnoqrafık mə
lumatlar verilir. Bütün bunlar isə xalqın keçmişini öyrən
mək üçün olduqca qiymətli bir məxəz hesab edilə bilər.
Bu baxımdan dastanlar xüsusi əhəmiyyət kəsb edir. Qə
dim dövrlərdə hər bir xalq, öz adət-ənənəsini, qəhrəman
lıq tarixi i ilk növbədə dastan boylarında əks etdirməklə
qoruyub saxlamağa çalışmışdır. Ağızdan-ağıza keçdikcə
boyların əsas məzmunu xalq, qəbilə üçün qiymətli, əziz və
müqəddəs sayıln mövzu və mətləblər - həmişə yeni-yeni
məlumatlarla, hekayət və rəvayətlərlə, mahnı, atalar söz
ləri, müxtəlif bədiilik vasitələri ilə zənginləşərək, dastan
halına salınırdı. Bu, bir tərəfdən bəhs olunan mövzu və
mətləblərə hörmət ifadəsi, digər tərəfdən qəbilənin adət-
ənənələri, həyat təcrübəsi ilə bağlı olan mətləblərin oxucu
və dinləyicilərə daha təsirli formada aşılamaq vasitəsi idi.
Məhz buna görə də belə əsərlərin hərtərəfli öyrənilməsi və
araşdırılmasına böyük ehtiyac duyulur.
Müəllifin tədqiqat obyekti kimi qədim türk dastanları
na müraciət etməsi heç də təsədüfi deyildir. Əski türk
ədəbi abidələrindən olan «Ural batır» dastanını əsas mən
bə kimi götürən tədqiqatçı onu bir sıra qədim türk və
başqa xalqların dastanları ilə müqayisəli şəkildə araşdırır.
Bu isə onu göstərir ki, müəllif müasir elmin inkişafı ilə ay
aqlaşmağa çalışır. Çünki, qədim abidələrin ayrı şəkildə
araşdırılıb, təsviri tərzdə tədqiq edilməsi dövrü artıq başa
çatmaq üzrədir. İndi həmin ədəbi abidələri müqayisəli şə
kildə tədqiq etməklə,ümumi dastan yaradıcılığının qanu
14
nauyğunluqlarını, tipoloji xüsusiyyətlərini araşdırmaq
mərhələsi başlanmışdar. Bu baxımdan müəllifin əsəri, seç
diyi mövzu, onun çəsarətini göstərməklə yanaşı, ümum-
türkoloji əhəmiyyət də kəsb edir.
Dörd fəsildən ibarət olan əsərin birinci fəslində «Ural
batır» dastanının qaynaqları və formalaşması məsələləri
öyrənilir. Müəllif araşdırılan məsələlər barədə yazılmış təd
qiqat əsərlərində bu barədə irəli sürülən fikirlərə tənqidi
münasibətlə yanaşır, onların müəllifləri ilə elmi polemikaya
girir və daha tutarlı dəillər və mühakimələr əsasında das
tanın qaynaqalarının bizim eramızdan əvvəlki dövrlərə
gedib çıxması fikrini irəli çürür. Bu məsələlərlə bağlı müəllif
«Maaday Qara», «Oğuz Kağan», «Tarqıtay», «Kitabi-Dədə
Qorqud», «Avesta» əsərləri, şumer, babil, Bibliya əsatirləri,
Qurandakı məlumatlarla apardığı müqayisələr əsasında türk
dastanları tipologiyası məsələlərini geniş tədqiqat dairəsinə
çıxarır. Müqayisələrdə müəllif belə nəticə çıxarır ki, əgər
göstərilən mənbələrdə antropomorfık, kosmoqonik obrazlar
əsatiri əcdad kimi çıxış edirsə, «Ural batır» dastanında
bununla yanaşı zoomorfik (Samrau, Humay, ayxulu)
obrazlar da əcdad funksiyasını yerinə yetirir.
Əsərin ikinci fəslində «Ural batır» dastanında əbədi
həyat idealı və onun bədii həlli məsələləri araşdırılır. Əvvəlcə
müəllif bu problemi doğuran səbəbləri aydınlaşdırmağa ça
lışır və haqlı olaraq bunun əsas səbəbini ibtidai insanların
animistik görüşləri ilə bağlayır. Əsərdə bu məsələlər «Bilqa-
mıs», «Mahabharata», «Maaday Qara», «Kögüdey», «Şan
qızı», «Kitabi-Dədə Qorqud» dastanları, həmçinin «Məlik
məmməd», «Yetim İbrahim» nağılları və b. mənbələrlə
paralellər aparmaq əsasında tipoloji-müqayisəli metodla
araşdırılır. Burada uyğun süjetli türk dastanları arasındakı
yaxınlıq onların genetik əlaqəsi, yəni vahid tipoloji köklərə
bağlılığı ilə izah edilir. Həm də müəllifin fikrincə «Ural
batır» dastanı daha qədim bir mənbə kimi sonrakı dastan və
nağıllar üçün bir qaynaq rolunu oynamışdır.
15
Burada müəllif müxtəlif dastanlarda bu məsələ ilə bağlı
fərqli xüsusiyyətləri də üzə çıxararaq, onlarm səbəblərini
izah etməyə çalışmışdır. Ancaq son nəticə kimi müəllif bü
tün dastanlarda eyni və sağlam təfəkkür tərzi olan ideeya
ortaqlığmı üzə çıxarır: «cismani ölüm labüddür; əbədi ya
şamaq iksiri yaxşı əməllərdir; sağlığında xeyir əməl sahibi
olan əbədiyyət qazanar».
Bu fəslin ikinci bölməsi «Ural batır» dastanmdakı
qardaşların əbədi həyat axtarışları zamanı rastlaşdıqları
maneə və sınaqların başqa dastan və nağıllardakı uyğun
süjetləri ilə müqayisəsinə həsr edilmişdir. Müəllifin fik
rinə görə bu abidədəki sınaq səhnələri başqa dastan və
nağıllardakı sınaq süjetlərindən öz mifik səciyyəsi ilə
fərqləniı.
«Xeyir və şər ziddiyyəti» başlığı altında verilən üçüncü
fəsildə bəşəriyyət üçün ədəbi olan bu əkslik qüvvələrinin
mübarizəsinin «Mahabharata», «Türk yaradılış dastanı»,
«Tarqıtay» əsatiri, «Məlikməmməd» nağılı, yüqoslav xalq
nağılı «Qu cildli pəri», «Avesta» abidəsi, müxtəlif mifik və
dini rəvayətlər əsasında mahiyyəti, təzahür formaları və
ifadə üsulları öyrənilir, abidələrdəki xeyir və şər zid
diyyətinin özünəməxsus və ortaq xüsusiyyətləri üzə çıxarı
lır. Bu məsələlərlə bağlı yazılmış bir sıra görkəmli tədqi
qatçıların əsərlərindən bəhrələnən müəllif həmin qüvvə və
vasitələrin simvol və rəmzlərinin açılmasına səy göstərmiş,
lazımi elmi nəticələrə gəlmişdir.
Sonuncu, dördüncü fəsildə isə «Ural batır» dastanının
poetik xüsusiyyətlərindən bəhs edilir. Burada əsərin bədii
quruluşu, vəzn xüsusiyyətləri, ritmik tərtibi barədə müəlli
fin maraqlı mülahizələri vardır. Bütün nağıl, mif və das
tanlar üçün çox səciyyəvi olan hiperbola vasitəsi üzərində
daha geniş dayanılır. Müəllif haqlı olaraq qeyd edir ki, bu
bədii ifadə vasitəsinin geniş işlədilməsinin səbəbi dastanda
təsvir olunan hadisələrin daha qabarıq şəkildə və təsirli
ifadə edilməsi ilə bağlıdır.
16
m
o
Əsərin «Nəticə» hissəsində isə tədqiqatın əsas müd
dəaları ümumiləşdirilmiş, müəllifin gəldiyi elmi qənaətlər
öz vığcam əksini tapmışdır.
Genişliyinə və əhatə dairəsinə görə mühüm olan bu
problemin və mövzunun həllində müəllifin bacaııqh bıı
tədqiqatçı olduğu aşkarlanır. N.Hüsenoyvanın gəldiyi
nəticələr öz dolğunlugu və bitkinliyi ilə seçiliı.
Valeh Hacıyev
filologiya eimhri ıloktoru, professor
S.S.Öbreliani adma Tbilisi Dövht
Pedaqoji İnstitutunun kafedra miidiri
t
I
17