Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
Neft-kimyası

Mühazirə 27 


Neftin kükürdlü birləşmələri: elementar kükürd, hidrogen sulfid və 
merkaptanlar 
Kükürdlü birləşmələrə az və ya çox miqdarda bütün neftlərdə rast
gəlinir. Karbonat süxürları ilə əlaqəli neftlərdə kükürdlü birləşmələrin
miqdarı daha çox olur. Qum daşı ilə əlaqəli neftlərdə kükürdlü
birləşmələrin miqdarı 2-3 dəfə az olur.1500-2000m dərinlikdə yerləşən
neftin tərkibində onların miqdarı maksimum olur. 
Kükürdün miqdarına görə neftlər 4 yerə bölünür: kükürtsüz (0.2% - ə 
qədər), az kükürdlü (0.2-1%) , kükürdlü (1-3%), çox kükürdlü (
˃
BB3%). 
Dünyada çıxarılan kükürdlü neftlərin miqdarı günü - gündən
artmaqdadı. Hazırda kükürdlü neftlər mineral yağların alınması üçün
demək olar ki, əsas xammaldır. Neftin oksigenli birləşmələri kimi,
kükürdlü birləşmələr də fraksiyalar üzrə bərabər paylanmır. Adətən
qaynama temperaturu artdıqca onların miqdarı da artır. Kükürdlü bir 
neftin dar fraksiyalarında kükürdün paylanması :neftin özündə -1,86 
%,2000C-ə qədər qaynayan fraksiyasında -0,25%, 200-3000C fraksiyasında 
-1,33%,300-3500Ctemperaturda–1,84%,350-4500Ctemperaturda-
2,57%(yağfraksiyası).Başqa heteroatomlu birləşəmələrin əsas hissəsinin
qatran - asfalt qalıqlarının tərkibinə daxil olmasından fərqli olaraq, 
kükürdlü birləşmələrin xeyli hissəsi distillat fraksiyalarının tərkibinə
daxil olur.Məs Volqa-Ural və Qərbi Sibir neftlərində kükürdün 60%-ə 
qədəri 450 0 C-ə ədək qaynayan fraksiyaların tərkibinə daxil olur . 
Neftin tərkibinə kükürd, həll olmuş elementar kükürd, hidrogen - 
sulfid, merkaptanlar, sulfidlər, disulfidlər, tiofenin törəmələri və
həmçinin də eyni molekulda kükürd-, oksigen-, azotsaxlayan
mürəkkəb birləşmələr şəklində daxil olur.Hazırda neftin yüngül və orta 
fraksiyalarından göstərilən sinif birləşmələrdən 250-ə qədəri ayrılaraq 
identifikasiya edilmişdir .Bu sahədə R.D.Obolentsev ,S.Q.Qusinski 
,E.N.Korolyov 
,İ.A.Rubinşteyn 
,K.İ.Conson 
,D.Smit,K.İ.Tomson 
və 
başqalarının işləri təqdirə layiqdir 
Neft və neft distillatlarında hələ də tərkibi üəyyən edilməmiş külli
miqdarda kükürdlü birləşmələr vardır. 


Kükürdlü birləşmələri aktivliyinə və termiki stabilliolərinə görə üç
qrupa bölmək olar: merkaptanlar, hidrogen - sulfid və elementar
kükürd; sulfidlər və disulfidlər; həlqəvi quruluşu kükürdlü birləşmələr. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə