Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
Neft-kimyası

Oksigenli birləşmələrdən
neft turşuları daha çox öyrənilmişdir. 
“Neft 
turşuları”dedikdə,neftin 
tərkibinə 
daxil 
olan 
bütün 
alifatik,alitsiklik(naften),aromatik,hibrid 
quruluşlu 
turşular 
nəzərdə 
tutulur.Benzin fraksiyasında yaslnız alifatik turşulara rast gəlinir.Çünki 
aromatik və alitsiklik turşuların ən sadə nümayəndələrinin qaynama 


temperaturu 200°C-dənyuxarıdır.Bu turşular əsas etibarilə normal və ya az 
şaxələnmişquruluşda 
olurlar.Alifatik 
turşular,həmçinin 
yuxarı 
temperaturda qaynayan fraksiyalarda da olur.Son illərə qədər neftdən 
molekulunda 25-ə qədər karbon atomu saxlayan bütün normal quruluşu 
turşular ayrılmışdır.Nisbətən yüksək qaynama temperaturlu neft 
fraksiyalarında iki və daha çox metil qrupu saxlayan şaxəli quruluşu 
alifatik turşuların da olması müəyyən edilmişdir.Ç ox sayda metil qrupu 
saxlayan alifatik turşulardan ən maraqlıları izoprenoid quruluşa malik 
turşulardır. 
Alifatik sıra turşularının quruluşu həmin fraksiyanın tərkibində olan 
parafinlərin quruluşu ilə sıx surətdə əlaqədardır. 
Alitisiklik turşuların miqdarı naften əsaslı neftlərdə daha çox,parafinli 
neftlərdə isə az olur.Kükürdlü neftlərdə isə onlar yox dərəcəsindədir.Bu 
turşuların miqdarı müxtəlif neftlərdə müxtəlif olub,0,03-3,0% intervalında 
dəyişir. 
Neft fraksiyalarının qaynama temperaturu artdıqca alitsiklik turşuların 
miqdarı (müəyyən fraksiyaya qədər )artır.Maşın yağı fraksiyasından sonra 
isə onların miqdarı azalmağa başlayır.Bu hal distillə zamanı alitsiklik 
turşuların parçalanması ilə əlaqələndirilir.Neftin orta və yüksək 
fraksiyalarından ayrılan turşular əsasən naften turşularından ibarət olur. 
Naften turşularını ilk dəfə 1874 –cü ildə Eyxler kerosin fraksiyasını 
qələvilərlə təmizləyərək müəyyən etmişdir.Uzun müddət “naften 
turşuları”terminləri “neft turşuları”termini ilə eyniləşdirilmişdir.Bu 
müəyyən dərəcə də onunla izah olunur ki,əvəllər neft çox da dərin 
olmayan laylardan çıxarılmış və bunlar əsasən cavan naften əsaslı neftlər 
olmuşdur.Həmin neftlərdə olan bütün turşuların ümumi cəminin 90-95%-i 
naften turşularının payına düşür.Buna görə əvəllər neftin tərkibində olan 
turşulara “naften turşuları”deyilmişdir. 
Neftin qatran-asfalt hissəsində oksigendən başqa kükürd və azot saxlayan 
asfaltogen turşuları da vardır.Hələ onların quruluşu müəyyən 
edilməmişdir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə