Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   49
Neft-kimyası

 
Mühazirə 25 
Neftin aromatik sıra karbohidrogenlərinin xassələri 
Naftenlərin 
bir 
çox 
kimyəvi 
xassələri 
parafinlərin 
xassələrini 
xatırladır.Onlar halogenlərlə əvəzolunma və nitrat turşusu ilə nitrolaşma 
reaksiyalarına daxil olurlar.Tsikloheksan oleum və xlorsulfon turşusu ilə 
reaksiyaya daxil olur. 
Naftenlərin 
oksidləşməsi
.Naften 
sırası 
karbohidrogenlərinin 
oksidləşməsinin aparılmasında başlıca məqsəd tsiklin ölçüsü C5-C12olan 
uyğun tsikloketonlar və 5-12 karbon atomlu α,ω-dikarbon turşuları 
almaqdır.Tsiklik parafinlərin oksidləşməsindən alınan uyğun laktamlar və 
dikarbon turşuları çox vacib poliamidlərin və poliamid liflərinin alınması 
üçün 
ilkin 
monomerlərdir.Dikarbon 
turşuları 
plastifikatorların 
alınmasında da istifadə olunur.Məs:onların C7-C9 alifatik spirtlərlə 
efirləşmə məhsulu. 
Bəzi neftlərin benzin fraksiyasından ayrılan və ya benzolun katolitik 
hidrogenləşməsindən alınan tsikloheksan ,tsiklloheksanol , tsikloheksanon 
və adipin turşusunun alınması üçün ən perspektiv ilkin maddədir. 
Hazırda naftenlərin maye fazada oksidləşməsinin əsas sənaye prosesi 
tsikloheksanın tsikloheksanon və adipin turşusuna oksidləşdirilməsidir.Bu 


prosesin tədqiqinə 1940-cı ildən sintetik liflər sənayesinin inkişafı ilə 
əlaqədar 
başlanmışdır.Keçmiş 
Sovetlər 
birliyində 
K.İ.İvanov 
və 
əməkdaşları,həmçinin,N.İ.Çernojukov və S.E.Kreyn ilk dəfə olaraq maye 
fazada havanın oksigeni ilə tsikloheksanın oksidləşməsini aparmışlar.Bu 
sahədə çoxlu sayda tədqiqat işləri aparılmışdır. 
1956-cı ildə A.İ.Başkirov bor turşusu iştirakı ilə maye və bərk parafinlərin 
spirtlərə oksidləşməsi təklifini vermişdir.Həmin prosesin tsikloheksanın 
oksidləşməsinə tətbiqi də sənayedə öz əksini tapmışdır. 
Tsikloheksanın oksidləşməsi də parafinlərdə olduğu kimi,zəncirvari 
radikal mexanizmi üzrə gedir.Ona görə də prosesin mərhələlərlə gedişi 
barədə ətraflı məlumat verməyə ehtiyac qalmır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə