Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   49
Neft-kimyası

naften pasportu
deyilir . 
Müxtəlif region neftlərinin naften pasportlarının xarakterlərinin bir-
birindən fərqli olması müəyyən edilmişdir.Məs.cənubi xəzər neftlərində 
başqa region neftlərindən fərqli olaraq,bi-və tetratsiklik naftenlər üstünlük 
təşkil edir .Naften pasportunun ümumi qanunauyğunluğuna görə mono-
bitsiklanlar başqa naftenlərə nisbətən üstünlük təşkil edir.\Əksər neftlər 
üçün ümumi naftenlərə görə,mono-bə bitsiklanların miqdarı 50-
60%olduğu 
halda 
pentatsiklik 
qurluşluların 
miqdarı 
10% 
çox 
olmur.Neftlərin naftanlı pasportunda əsaslı fərqi mono-və bitstiklanların 
nisbətində daha aydın görmək olur. 
Elə 
neftlər 
vardır 
ki,bu 
karbohidrogenlərin miqdarı təxminən eyniodir və eləcədə monotsiklanlar 
bitsklanlara görə üstünlük təşkil edir.Onun əksinə olaraq n-parafinlərin 
miqdarı az olan neftlərdə adətən bitskanlar miqdarca monotsiklanalardan 
üstün olur.Bir qayda olaraq,molekulunda tsiklilərin sayı artıqcapolitsiklik 
naftenlərin qatlılığı azalır. 


Naften karbohidrogenlərin tərkibi alkanlara nisbətən daha stabildir və 
onlar ilkin ana məhsulun genetik xüsusiyyətlərini özündə saxlayır. 
Neftin naften pasportu ilkin üzvi birləşmənin çevrilmə məhsulları ilə 
əlaqədardır. 
Neftin mənşəyinin müəyyən edilməsində pristan-fitan nisbəti ilə yanaşı 
naftin pasportundan da istifadə oluna bilər. 
 
Mühazirə 21 
Neftin tərkibində olan monotsiklik naftenlər 
Molekulunda beşdən səkkizə qədər karbon atomu saxlayan
monotsiklik naftenlər əsas etibarı ilə q.b – 125 
0
C fraksiyasının tərkibinə
daxil olur. 
Onların bu fraksiyada ümumi miqdarını müəyyən etmək üçün tipik
mədənlərin neftləri tədqiq olunmuşdur. 
Neftdə tsiklopentanın miqdarı çox azdır. Naftenlərə görə onun
maksimum miqdarı 0.3% olur. Surqut neftlərində metiltsiklopentanın
miqdarı 24.5% - ə çatır. Bakı neftlərində isə praktiki olaraq olmur. 
Tsiklopentan sırası karbohidrogenlərin əsas hissəsini C7 - 
karbohidrogenləri təşkil edib, bir çox neftlərdə, o cümlədən Qroznı , 
Surqut və Paromay neftlərində onların miqdarı 40 - 48.5% olur. Bakı
neftlərində tsiklopentan və metiltsiklopentanın izləri olduğu halda, C7 - 
tsikloparafinlərin miqdarı 28% - ə çatır. 
C7 - karbohidrogenlərindən daha davamlı olan 1,2 və 1,3 - 
dimetiltsiklopentanlar miqdarca üstünlük təşkil edir. 1,1 - 
Dimetiltsiklopentan və etiltsiklopentanın miqdarı 1,2 - və 1,3 - 
dimetiltsiklopentanlardan nəzərə çarpacaq qədər az olur. 
Göstərilən fraksiyada C8 - tsiklopentanlarının miqdarı daha çox
olur. Belə ki, Qroznı parafinli neftlərində C8 - tsiklanların miqdarı
29.5%, Bakı neftlərində hətta 88% olur. Neftdə tsikloheksanın sırası 
karbohidrogenlərinin miqdarı geniş intervalda dəyişir . 
Tsikloheksanla 
müqayisədə 
sərbəst 
enerjisi 
aşağı 
olan 
metiltsikloheksanın miqdarı 2-6 dəfə çox olur Bir sıra neftlərdə


metiltsikloheksanmiqdarına görə (36,5-50%)neftin əsas komponenti hesab 
olunur Q.b-125

Cfraksiyasında C
8
-alkiltsikloheksanların miqdarının daha 
çox (35-94,5%)olması müəyyən olunmuşdur . 
C

–Tsikloheksan sırası birləşmələrin içərisində 1,1-dimetiltsikloheksanın
çox az miqdarda olması müşahidə edilmişdir 
C9 - Tsikloheksan karbohidrogenlərinin tərkibinə nəzər saldıqda
onların içərisində hem - , di - və triəvəzlitsikloheksanların olması
görünür. Onların müxtəli neftlərdə miqdarca fərqi o qədər də çox
deyildir. Ancaq hem - əvəzli tsikloheksanlar içərisində termodinamiki
cəhətdən daha davamlı olan 1,1,3 - trimetiltsikloheksan miqdarca 1,1,2 -
və 1,1,4 - trimetiltsikloheksanlardan(3-15%) xeyli çoxdur.Üçəvəzli
tsikloheksanlar içərisində 1,2,4-trimetiltsikloheksan (61-80%)üstünlük 
təşkil edir ,1,3,5-trimetiltsikloheksanlardan isə izlərinə təsadüf edilir 
.Diəvəzli tsikloheksanlardan 1-metil -3-etilsikloheksanın miqdarı ,1-metil -
4-etilsikloheksandan 1,5-2 dəfə çoxdur.Bu konformasion analiz prinsipləri 
əsasında ,kimyəvi əlaqəsi olmayan atomlarıpn qarşılıqlı təsirinin minimum 
olması ilə izah edilə bilər.B u halda fəza izomerlərinin termodinamki 
cəhətdən nisbi davamlılığı,əvəzedici metil-etil radikallarının hidrogen 
atomlarının(fəzada)qarşılıqlı təsir enerjisi ilə təyin olunur.Belə təsir sis-
izomerlər üçün xarakterik olub,radikalların həcmi artdıqca həmi təsir də 
artır. 
1,3 Dimetiltsiklopentan molekulunda hər iki fəza izomerində (sis- və 
trans)metil qrupları arasında qarşılıqlə təsir olmadığından onların 
termodinamiki davamlılığı praktiki olaraq eyni olur. 
1,2,3-Trimetiltsiklopentan molekulunda da həmçinin trans,trans-izomer 
termodinamiki cəhətdən daha davamlıdır 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə