Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


vazelin (kosmetik və  dərman vasitələrinin əsası),  parafin



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
Neft-kimyası

vazelin
(kosmetik və 
dərman vasitələrinin əsası), 
parafin 
(şamların hazırlanmasında) alınır. Mazutun 
distilləsindən sonra alınan qalıq 
qudron
adlanır. Ondan yollaraasfalt 
çəkilməsində istifadə edilri. 
Mühazirə 17 
Neftin karbohidrogen tərkibi. Müxtəlif neftlərin tərkibində parafinin 
miqdarı. 
 
Neft parafin, naften, aromatik, hetereatomlu, qatran-asfalt və mineral 
maddələrin qarışığından ibarətdir. Neftin tərkibində göstərilən parafin


naften, aromatik karbohidrogenlərin miqdarı başqa sinif birləşmələrdən 
daha çox olub, onların miqdarı müxtəlif neft mədənlərindən çıxarılan 
neftlərdə geniş intervalda dəyişir.
 
Bütün yataqlarda olan neft və təbii yanar qazların karbohidrogen 
tərkibinin çox hissəsini parafinlər təşkil edir . Müxtəlif yataqlarda 
parafinlərin miqdarı müxtəlif olur. Ayrı – ayrı ölkələrdən çıxarılan və 500 
0
C-ə 
qədər 
qovulan 
fraksiyanın 
tərkibində 
olan 
parafinlərin 
miqdarı(kütlə,℅ -lə) aşağıda verilmişdir. 
Balaxanı 4,3 
Qroznı 23,7 
٪
Özeksuar 50,0 
Ramaşkin ,Pensilvani (ABŞ ) 50 –dən çox 
Cənubi Borneo (İndoneziya) 
Neftin tərkibində olan parafin karbohidrogenlərinin ümumi miqdarı 
əsasən 25-30 
٪
(həll olunmuş qazlar nəzərə alınmadıqda )təşkil edir. Neftə 
həll olan qazların miqdarı nəzərə alındıqda isə parafinlərin miqdarı 40 -50
٪
bəzi neftlərdə isə 50-70
٪
çatır. Bununla yanaşı, tərkibində cəmi 10-15 
٪
olan 
neftlərdə vardır. Neftin distilləsindən alınan traksiyalara orta malekul 
kütləsi və qaynama tempraturu artıqca parafin karbohidrogenlərinin
miqdarı azalır .200-300 

C – də qovulan orta fraksiyanın tərkibində 
parafinlərin miqdarı 55-61 ℅ -dən çox olmur, 500 
0
C –ə qədər toplanan 
fraksiyanın tərkibində isə onların miqdarı 19-5℅qədər azalır. (bəzi yüksək 
parafinli neftlər istisna olmaqla ). 
Belə neftlərin distilləsi zamanı əvvəlcə prafinlərin miqdarı artır,daha ağır
fraksiyalar üzrə isə onların miqdarı tədricən azalır. 
Parafinlər neftin tərkibində üç aqreqat halında (qaz,maye,sülb) olur. 
Normal şəraitdə metan, etan, propan, n-butanizobutan və pentanın 
izomerlərindən isə 2,2 –dimetilpropan –qaz; tərkibində beşdən on altıya 
qədər karbon atomu (C
5
-C
16
)saxlayan parafin kabohidrogenləri– bərk(sülb ) 
aqreqat halında olur. Neft parafinləri normal və şaxəli qurluşda 
olub,onların nisbi miqdarı neftin növündən asılı olaraq geniş intervalda 
dəyişir. Belə ki, daha dərin çevrilmələrə məruz qalmış neftin tərkibində 
olan parafinlərin izomerlərindən normal qurluşlu parafinlər 50℅ və daha 


çox olur. Miqdarca normal parafinlərlə müqayisədə ikinci yeri 2-metil, 
üçüncü yeri 3-metiləvəzli parafin tutur .Monoəvəzli parafinlər içərisində 2-
metil və ya 3-metil törəmələrinin miqdarı daha çox olur. Bir karbon 
atomunda iki əvəzli izomer çox az olur. Bunlardan simmetrik qurluşlu 
izomerlər üstünlük təşkil edir. 
Neftin tərkibində çox az miqdar metil qrupundan daha böyük (etil və.s) 
Alkil qrupu saxlayan şaxəli quruluşlu parafinlərin olması da müəyyən 
edilmişdir . 
Göstərilən qurluşlu parafinlərdən başqa müstəsna hallara da təsədüf edilir. 
Məsələn, Neft Daşları və Krasnadar neftlərinin tərkibində şaxəli 
karbohidrogenlər daha çox olur, bununla yanaşı Krasnadar neftlərinin 
tərkibinə Neft Daşları neftlərindən fərqli olaraq heksan, heptan və oktan 
demək olar ki, olmur. 
Neft daşları mədənlərindən çıxarıla neftlərdən alınmış benzin fraksiyasını 
tərkibində olan parafinləri yarıdan bir qədər azını bir üçlü karbon atomu 
saxlayan, ondan az ikiəvəzli, daha az hissəsini isə üçəvəzli 
karbohidrogenlər təşkil edir . 
Naften əsaslı neftlərin tərkibində olan parafin karbohidrogenlərinin 75 ℅ 
ni və daha çox hissəsini izopaarfinlər təşkil edir. Jirnov neftlərindən 
ayrılan benzin fraksiyasının tərkibində olan şaxəli qurluşlu izomerlər 
içərisində ikiəvəzli karbohidrogenlər üstünlük təşkil edir. Bu neftlərin 
tərkibində naftel karbohidrogenlərinin ən sadə nümüyəndələri olan, 
tsiklopentan və tsikloheksanın olmaması aşkar edilmişdir. Şaxəli qurluşlu 
parafinlər neft fraksiyalarında qeyri-bərabər paylanır. Ponka – Siti 
neftlərindən onların miqdarının təxminən 50 ℅-i C
6
-C
10
fraksiyasının, 
32,2℅-i C
11
-C
17 
fraksiyasının və ancaq 10,8 ℅-i C
18
-C
25 
fraksiyasının tərkibinə 
daxil olur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə