Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
Neft-kimyası

 
Mühazirə 19 
 Neftin parafin sırası karbohidrogenlərinin xassələri 
Parafinlərin fiziki vəkimyəvi xassələri haqqında üzvi kimya kursunda 
ətraflı məlumat verilmişdir.Bu dərslikdə isə onların neft-kimyəvi proseslər 
üçün çox vacib olan bəzi fiziki və kimyəvi xassələri haqqında daha ətraflı 
məlumat verilir. 
Fiziki xassələri
.Parafin molekullarında karbon atomları bir-birilə sadə 
əlaqələrlə birləşərək xətti və ya ziqzaqşəkilli şaxələnmiş zəncirlərdən ibarət 
olub,bir müstəvi üzərində yerləşirlər.Parafinlərin rentgen-struktur analizi 


nəticəsində C-C-əlaqəsinin uzunluğu 0,54nm,C-H-əlaqəsinin isə 0,109nm 
olması 
müəyyən 
edilmişdir.Normal 
şəraitdə 
metan 
sırası 
karbohidrogenləri tetraedr quruluşuna malik olub,onların qaz halında 
valent bucaqlarının qiyməti 1090281,kristal quruluşunda isə həmin bucağın 
qiyməti 20artıq olur. 
Parafin karbohidrogenlərinin fiziki xassələri onların quruluşundan və 
molekul kütlələrindən asılı olaraq nəzərə çarpacaq dərəcədə dəyişir. 
Normal quruluşlu parafin molekulları maye fazada yaxşı qablaşdıqları 
üçün onların qaynama tempraturu və sıxlıqları eyni sayda karbon atomu 
saxlayan şaxəli parafinlərin qaynama temeraturu sıxlıqlarından yüksək 
olur Parafinlərin molekul kütlələri artıqca onların şüasındırma əmsalları 
,ərimə tempraturları və xüsusi kütlələri artır .Ərimə tempraturu moleku 
kütləsindən başqa onların qurluşundan da asılıdır . 
Əvvəldə qeyd olunduğu kimi sülb parafinlər kristal quruluşa malik 
olurlar.Kristal qəfəsində molekulların qablaşması onların qurluşundan asılı 
olub,ərimə tempraturuna əsaslı dərəcədə təsir göstərir .Belə ki,molekul 
simmetrik olduqda ,onun kristal qəfəsində yerləşməsi də asan olur və 
nəticədə kristal qurluşu davamlı ərimə temperaturu yüksək olur . 
Eyni sayda karbon atomu saxlayan üç sinif karbohidrogenlərdən parafinlər 
daha çox hidrogen saxlayır və buna görə də onların xüsusi kütləsi və 
şüasındırma əmsallarının qiymətləri dah aşağı olur .Karbohidrogenlərin 
bu xassələrindən təcrübədə analitik məqsədlər üçün istifadə olunur . 
Parafinlər neftdə molekulyar və assosiosiya olunmuş vəiyyətdə olur 
Mollekullararası qarşılıqlı təsir qüvvəsi onda birdən bir neçə kilocoula 
qədər (bir molda )ola bilər.Bu qiymət kimyəvi əlaqələrin qırılması üçün 
lazım olan enerjidən xeyli aşağıdır.İstər kiçik,istərsə də iri parafin 
molekulları arasında qarşılıqlı təsir qüvvələri mövcuddur.Lakin kiçik 
molekullar arasında təsir qüvvələri o qədər kiçik olur ki,adi temperatuirda 
onlar assosiasiya etmirlər.Assosiatın parçalanması üçün mühitin bir qədər 
həlledici təsiri kifayətdir.Ona görə də benzin fraksiyasında assosiat aşağı 
temperaturda (mənfi 70-100°C)müşahidə olunur. 
Neft məhsulları üçün ən vacib parametrlərdən biri də onların yanma 
istiliyidir.Naften 
və 
aromatik 
sıra 
karbohidrogenlərinə 
nisbətən 


parafirinlər daha çox hidrogen saxlayır.Buna görə də parafinlərin istilik 
tutumu,yəni yanma istiliyi daha yüksək olur.Metanın yanma istiliyi 
50107kC/kq,heksanın 45276kC/kq,eykozanın 44386kC/kq-dır.Parafinlərin 
xüsusi kütləsinin aşağı olmasına görə onların həcmi yanma istilikləri,eyni 
sayda karbon atomu saxlayan başqa sinif karbohidrogenlərin yanma 
istiliyindən yüksək olur.Molekulda karbon atomlarının sayı artdıqca 
parafinlərin yanma istiliyi də artır. 
Neft karbohidrogenlərinin istismar və texnoloji göstəricilərinin ən 
əhəmiyyətlilərindən biri də onların özlülüyüdür.Parafinlərin molekul 
kütləsi artdıqca onların özlülüyü (eyni temperaturda)artır.Lakin 
parafinlərin özlülüyü başqa sinif karbohidrogenlərə nisbətən daha aşağı 
olur. 
Temperaturun 
dəyişməsi 
ilə 
parafinlərdə 
faza 
keçidləri,yəni 
kristallaşma,ərimə,bir kristal quruluşdan başqa quruluşa keçid,birfazanın 
başqa fazada doyması və ya ifrat doyması baş verir.Bu dəyioşmələr 
molekullararası qarşılıqlı təsirin təbiəti ilə izah olunur. 
Sülb parafin molekulları nizamlanmış şəkildə bir neçə kristal quruluş 
əmələ gətirir.Kristallaşma prosesi iki mərhələdə baş verir.Kristal 
mərkəzlərinin yaranması və bu mərkəzlərin böyüməsi.İkinci mərhələnin 
özü də çox pilləli prosesdir.Bu propses müxtəlif səbəblərdən məs:mexaniki 
gərginliyin yaranması nəticəsində istənilən aralıq mərhələdə dayana 
bilər.Monokristallar xüsusi şəraitdə əmələ gəlir.Kristallaşmanın hər iki 
mərhələsi 
temperaturdan 
çox 
ciddi 
asılıdır.Temperaturu 
aşağı 
saldıqda,kristal mərkəzlərinin yaranması üçün şərait yaranır və 
molekulların mütəhərrikliyi azlır.Parafinlərin əksəriyyəti bir çox allotropik 
modifikasiyalar-heksaqonal,triklinik,monoklinik və ortarombiq kristallar 
əmələ gətirir. 
Parafin 
karbohidrogenləri 
çox 
yaxşıdielektrikdir.Sülb 
parafinlərin 
dielektrik nüfuzluğu 20°C-də 2,2,xüsusi elektrik müqaviməti 10
15
-
10
18
Om.sm-dır.Buna görə də molekul kütləsi yüksək olan texniki parafin 
qarışığından izoləedici kimi,radiotexnika və elektrotexnika sənayəsində 
istifadə olunur. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə