Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   49
Neft-kimyası

Kimyəvixassələri
.Kimyəvi 
xassələrinə
oksidləşmə,halogenləşmə,nitrolaşma, 
dehidrogenləşmə,aromatikləşmə,izomerləşmə,sulfoxlorlaşma,və 
sulfooksidləşmə kimi reaksiyaları göstərmək olar. 
Mühazirə 20 
Neftin naften sırası karbohidrogenləri. Naften pasportu
 
XIX əsrin 70-ci illərində Markovnikov və Oqlobin Bakı neftlərinin 
tərkibində tsiklik qurluşlu C

H
2n
sırası karbohidrogenlərinin olmasını 
göstərmişlər .Onlar tsiklopentan ,tsikloheksan ,metiltsiklopentan və başqa 
birləşmələri aşkar etmişlər .Bu birləşmələr polimetilen karbohidrogenlər 
və ya tsikloparafinlər ,müasir nomeklatura ilə tsiklanlar ,Markovnikov 
tərəfindən isə naftenlər adlandırılmışdır . 
Neftin tərkibində olan naften (tsiklan)sırası karbohidrogenlərini tsikldə 
olan metilen qruplarının sayına görə dörd ,tsiklin (həlqənin)sayına görə isə 
üç qrupa bölmək olar :monotsiklik (bir-həlqəli )bitsiklik (ikihəlqəli 
),tritsiklik (üçhəlqəli )və politsiklik(çox həlqəli)naftenlər .Monotsiklik 
naftenlər özləri də iki cür olur .beşüzvlü naftenlər və onun törəmələri 
,altıüzvlü naftenlər və onun törəmələri.Ikinci və üçüncü qrup naftenlər
isə beş və ya altıüzvlü həlqələrdən və eləcədə onların birgə müxtəlif 
kombinasiyalarından ibarət olur. 
Neftdə təbii üzvi birləşmələr sırasında tsiklanlar xüsusi yer tutur :onların 
miqdarı 25%-dən 75%-ə qədər dəyişir .Neftin distilləsindən alınan bütün 
fraksiyalarda naftenlərin nümayəndələri iştirak edir .Fraksiyalar üzrə 
onların miqdarı artır ,daha yüksək tempraturda qaynayan yağ 
fraksiyalarında aromatik qurluşlu hibrid birləşmələr hesabına azalır .Bakı 
və Emba neftləri tsiklanlarla (40-60%)daha zəngindir .Ayrı –ayrı 
fraksiyalarda onların miqdarı neftə görə 60-80%-ə çatır . 
Neftin tərkibində beş və altıüzvlü monotsiklik birləşmələr daha davamlı 
olur və miqdarca üstünlük təşkil edir .Neftin yüksək fraksiyaları 
,həmçinin müxtəlif qurluşlu bitsiklik və tritsiklik ,xüsusilə ikji ümumi
karbon ,atomlu naftenlər də saxlayır . 


Uzun yan zəncirli monotsiklanlar iki və ya üç kiçik radikallarla əvəz 
olunmuş tsiklanlara nisbətən termodinamiki cəhətdən az davamlı olurlar 
Naftenlərin quruluş növünə görə paylanması neftin tərkibi və fraksiyanın 
qaynama temperaturu intervalı ilə müəyyən olunur .Belə ki,monotsiklik 
naftenlər 300
0
C -ə qədər qaynayan fraksiyaların,bitsiklik naftenlər 160
0
C-
dən 500
0
C-ə qədər qaynayan (400
0
C-dən sonra onların miqdarı nəzərə 
çarpacaq qədər azalır .),tritsikliklər isə 350-400
0
C-dən yüksəkdə qaynayan 
fraksiyaların tərkibinə daxil olur. 
İstənilən 
neftin 
yüksək 
fraksiyalarının 
xeyli 
hissəsi 
naften 
karbohidrogenlərdən ibarətdir . 
Naften sırası karbohidrogenlərinin fərdi qurluşunu və fəza izomerlərini 
müəyyən etmək çox çətindir .Hələlik benzin fraksiyasından tsiklopentan və 
tsikloheksanın 50-yə qədər ,neftlərdə isə 150-yə qədər nümayəndələri 
ayrılaraq xassələri öyrənilmişdir .Tsiklanların tətqiqində struktur –qrup 
analizindən geniş istifadə olunur . 
Molekulunda 1-dən 5-ə qədər naften həlqəsi saxlayan naftenlərin qatılığını
təyin etmək üçün kütlə spektroskopiyası üsulu işlənib hazırlanmışdır. 
Molekulda tsiklərin sayından asılı olaraq ,naftenlərin nisbi qatılıqlarının
paylanmasına 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə