Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   49
Neft-kimyası

Mühazirə 18 
Neftin tərkibində olan parafinlərin üç aqreqat halı: qaz, maye və sülb 
parafin karbohidrogenlər
 
Qaz parafin karbohidrogenləri xalis qaz , qaz kondensat və neftlə birlikdə 
neft yataqlarından çıxarılır . 


1975 –ci il məlumatına görə dünya miqyasında tapılmış və istismara 
hazırlanmış təbii qazın miqdarı 50.10
12 
m
3
-dən çox ,proqnoza görə isə 
200.10
12 
m

–dir .Dünyada hər il çıxarılan təbii qazın miqdarı 1,5 .10 
12
m
3
təşkil edir . 
Təbii qazlar xalis qaz yataqlarından çıxarılır .Bu qazlara quru qazlar 
deyilir. Quru qazların 93-98%-ni metan ,az bir hissəsini isə etan və propan 
təşkil edir.Bununla yanaşı elə təbii qazlar da olur ki , onun tərkibində bu 
qazların miqdarı çox olur ,molekul kütləsi nisbətən yüksək olan 
karbohidrogenlərin isə izinə təsadüf edilir .Təbii qazların tərkibində az 
miqdarda karbon ,azot və başqa təsirsiz qazlar da olur .Qaz yataqlarında
yüksək təzyiq (25-30 Mpa olduğuna görə,maye karbohidrogenlər qazda 
həll olmuş şəkildə olur.Qazın tərkibində olan kondensatın miqdarı 
sonuncunun 
tərkibindən,layın 
təzyiqi 
və 
temperaturundan
asılıdır.Müxtəlif qaz yataqlarından çıxarılan təbii qazların tərkibində olan 
mayekarbohidrogenlərin miqdarı çox geniş intervalad 
(40-600sm
3
\m

) dəyişir 
Təbii qazlar neftlə birlikdə də çıxır .Neftlə birlikdə çıxan qazlara yağlı və 
yaş qazlar da deyilir . Neft yer səthinə çıxarıldıqda təzyiqin aşağı düşməsi 
nəticəsində onun tərkibində olan həll olmuş qazlar ayrılır .Bu zaman 
ayrılan qazlar özlərilə birlikdə müəyyən qədər yüngül maye 
karbohidrogenlərini də aparır Müxtəlif üsullarla ayrılmış maye fraksiyaya 
qaz benzinini və yüngül benzin də deyilir.Bu fraksiyadan müxtəlif 
məqsədlər üçün də istifadə olunur. Təbii qaz ,qaz kondensat yataqlarından
da çıxarılır. Qaz kondensat yataqlarının 1500 metrdən dərin laylarında qaz 
və maye komponentləri bir fazada olur.Yəni maye komponentlər qaz 
karbohidrogenlərində həll olur və çıxarıldıqda təzyiqin düşməsi 
nəticəsində ilk növbədə ağır və sonra isə nisbətən yüngül karbohidrogenlər 
kondensatı ayrılır.Kondensatın qazdan ayrılma anındakı təzyiqə 
kondensləşmə təzyiqi deyilir. Kondensat ,ola bilər ki,qaz yer səthinə 
çıxarılarkən,yaxud da layda təzyiqin azalması ilə ayrılsın.Sonuncu halda 
ayrılan kondensatın xeyli hissəsi laylarda olan suxurlara hoparaq orada 
qalır.Çıxarılan qazlar tərkibində həll olmuş maye karbohidrogen buxarları 
ilə birlikdə xüsusi kondensləşdirici qurğulara verilir,orada müəyyən təzyiq 


və temperaturda maye hissə ayrılır.Ayrılan “quru”qaz,quyuların təzyiqini 
12-20%artıra 
bilən 
təzyiqə 
qədər 
kompressorda 
sıxılaraq,neft 
mədənlərində olan xüsusi quyulara vurulur və nəticədə həmin quyunun 
məhsuldarlığı artır.Ayrılan qazın artıq hissəsi isə yanacaq və kimya 
sənayesində xammal kimi işlədilir.Kondensat xam və stabil olur.Verilmiş 
temperatur və təzyiqdə mədən seperatorlarında ayrılan maye kondensata 
xam kondensat deyilir.Xam kondensatın tərkibində müəyyən miqdar həll 
olmuş şəkildə qaz karbohidrogenlərdə də qalır.Qazsızlaşdırılmış xam 
kondensatdan alınan maye qarışığına isə stabil kondensat deyilir. 
Müxtəlif qaz –kondensat yataqlarından çıxarılan stabil kondensatın 
miqdarı geniş intervalda (5-10 sm
3
/m
3
-dən 300-500sm
3
/m
3
-ə qədər və daha 
çox)dəyişir.Bu 
qazların 
tərkibində 
2-5% 
və 
daha 
çox 
maye 
karbohidrogenlər olur. 
Qaz-kondensat yataqlarındakı qazların tərkibində çox miqdarda 
metan,həmçinin benzin ,kerosin və dizel fraksiyalarının tərkibinə daxil 
olan yüksək molekullu karbohidrogenlər olur. 
Neftlərdə olduğu kimi,kondensatların da kimyəvi tərkibi parafin,naften və 
aromatik sıra karbohidrogenlərdən ibarətdir.Lakin göstərilən sinif 
karbohidrogenlərin kondensatlarda paylanması aşağıdakı bir sıra 
xüsusiyyətlərə malikdir:kondensatdan ayrılan benzin fraksiyasında 
aromatik karbohidrogenlərin miqdarı,neft benzinlərində olan aromatik 
birləşmələrin miqdarından çox olur;elə benzin fraqksiyaları olur ki,onun 
tərkibində naften və aromatik karbohidrogenlərin miqdarı çoxdur;benzin 
fraksiyasının tərkibində parafin karbohidrogenlərin miqdarı nə qədər çox 
olursa,aromatik sıra birləşmələrinin miqdarı o qədər az olur;şaxəli 
quruluşlu parafinlərin miqdarı normal quruluşlu parafinlərdən az 
olur.Xalis qaz yataqlarından çıxan qazlardan fərqli olaraq,qaz-kondensat 
yataqlarından çıxarılan qazların tərkibində molekulunda dörd və daha çox 
karbon atomu saxlayan müxtəlif karbohidrogenlər və onların törəmələri 
olur.Cədvəldə göründüyü kimi,kondensatın 70-90-%-i benzinin 
(30-200
0
C),10-30%-i isə dizel fraksiyasının payına düşür.Ayrılan kondensat 
fraksiyalarından benzin,dizel və reaktiv yanacaqlarının alınmasında ,eləcə 
də termokatalitik çevrilmələrdə və başqa istiqamətlərdə istifadə olunur. 


Qaz 
karbohidrogenlərindən 
(metan,etan,propan,butan)məişətdə 
yanacaq,neft-kimyəvi və üzvi sintezdə isə xammal kimi istifadə olunur. 
Tərkibində beşdən on altıya qədər karbon atomu saxlayan parafin 
karbohidrogenləri maye halında olur.Bəzən bu qrup karbohidrogenlərə 
orta parafinlər də deyilir.Yanacaqların (benzin,kerosin,dizel)tərkibinin əsas 
hissəsini maye parafin karbohidrogenləri təşkil edir .Parafinlərin C
5
-dən C
9-
a qədər olan nümayəndələri benzin fraksiyasının tərkibinə daxil olur. 
Müxtəlif yerlərdən çıxarılan neftlərdən ayrılan benzin fraksiyalarının 
analizi göstərir ki onun tərkibinin əsas hissəsinin karbohidrogenlərinin ən 
sadə nümayəndələri təşkil edir .Lakin Neft Daşaları və Anastasiyev –
Trodski neft mədənlərindən çıxarılan neftlər istisnalıq təşkil edir Belə ki 
buneftlərin tərkibindən uzun yan zəncir saxlayan və daha çox şaxələnmiş
karbohidrogenlər də olur . 
Eyni intervalda qaynayan benzinlərin tərkibində olan fərdi paarfin 
karbohidrogenlərinin analizindən alınan nəticələr göstərmişdir ki
fraksiyanın tərkibində olan pparafinlərdən əsas yeri normal ,az bir 
hissəsini 2-3 metiləvəzli parafinlər tutur 
Heksanın bütün 5 izomeri, heptanın 9 izomerindən 7-si,oktanın 18-
izomerindən 16-sı nonanın 35 nəzəri izomerindən 24 identifikasiya 
edilmişdir 
Müasir fiziki analiz üsulları ilə müxtəlif neftlərdən ayrılan benzinlərin 
tərkibində olan parafin ,naften (C
5
C
6
)aromatik karbohidrogenlərin 90%-
nin quruluşları müəyyən edilmişdir .A1.A Petrovun təsnifatı üzrə çox 
sayda müxtəlif neftlərdən ayrılan benzinlərdə n-parafin və izoparafinlərin 
paylanmasını əsas qanunauyğunluqları dəqiq öyrənilmişdir .Bu zaman 
ayrılmış əsas 3 növ benzin daha diqqətə layiqdir .A
1
parafinli neftlərdən 
alınan benzin tərkibcə bir –birinə çox yaxındırlar .Burada normal və 
izoparafin izomerləri arasında olan nisbət çox kiçik intervalda dəyişir 
.A
2
növ neftlərdən alınan benzinlərdə normal parafinlərin miqdarı xeyli 
aşağı olur .,izoparafinlərin miqdarı isə təxminən A

növ neftlərin 
benzinlərindəki kimi olur .Nəhayət B növ neftlərdən alınan benzinlərdə
izomerlərin anomal paylanma halları müşahidə olunur .Bu növ neftlərdə
C
5
-C
8
karbohidrogenləri içərisində hem-və vits -əvəz olunmuş 


quruluşların qatılığı çox yüksək olur .Neftin distilləsi zamanı C
10 
və ya 
daha yüksək maye parafin karbohidrogenləri orta faraksiyaların tərkibinə 
daxil olur .Neftin orta fraksiyalarının karbohidrogen tərkibinin tətqiqi çox 
çətindir.Çünki bu fraksiyaların tərkibinə karbohidrogenlərlə yanaşı 
,heteroatomlu qatran birləşmələr də daxil olur.Buna baxmayaraq ,bu 
istiqamətdə xeyli işlər görülmüşdür .Belə ki ,180-200 ,200-300 və 300-350
0

fraksiyaları adsorbsion xromatoqrafda (silikogel üzərində) iki hissəyə 
ayrılmışdır 1)parafin və tsikloparafinlər qarışığı 2)aromatik və kükürdlü
birləşmələr 
qarışığı 
.n-Parafinlər 
qarışıqdan 
karbomidlə
kompleksəmələgəlmə üsulu ilə ayrılaraq ,sonra adi QMX –in köməyi ilə 
indentifikasiya edilmişdir .Tiokarbamidlə ayrılmış karbohidrogenlər şaxəli 
qurluşlu 
parafinlər 
və 
n-parafinlərlə 
yanaşı 
müəyyən 
miqdartsikloparafinlər də saxlayır
.
Romaşkin neftinin 300-350
0
Cfraksiyasının tiokarbamidlə əmələ gətirdiyi 
kompleksin tərkibi 60 %n-parafin və =40% izoparafin və 
tsikloparafinlərdən ibarət olması müəyyən edilmişdir .Tətqiqat zamanı 
kömür üzərində adsorbsion xromatoqrafiyanını köməyi ilə doymuş 
karbohidrogenlər qarışığından n-parafnlərin ayrılması üçün üsul işləndi 
.Bu üsul təkminləşdirilərək çətin ayrılan neft neft karbohidrogenləri 
qarışığından şaaxəli qurluşlu parafin və tsikloparafinlərin ayrılması üçün 
tətbiq edildi . 
Romaşkin və Orlan neftlərindən ayrılan 180-350
0
C distilatlarının tərkibində 
C
11 
–dən (undekan )C
20 
–yə (eykozan)qədər normal parafinlər 
tapılmışdır.MDB və başqa ölkələrin 77 neftindən ayrılan kerosin 
fraksiyasının tərkibinin analizi göstərmişdir ki onda dekanın (C
10
)on 
izomeri iştirak edir .Bəzi izomerlər qismən ayrılıb qalanların əksəriyyəti
isə spektofotometrik üsulla müəyyən edilib .Qeyd olunan fraksiyanın C
11
-
C
16 
karbohidrogenlərindən 
undekan,dodekan,tri-,tetra-,penta-və 
heksadekan müəyyən edlmişdir . 
Al .A.Petrov müxtəlif növ neftlərdən alınan orta və ağır fraksiyalarda
parafinləri analiz etmək üçün QMX–dən və kütlə spektroskopiyasından 
istifadə edilmişdir .Nəticədə mono və dimetiləvəzli C
11
-C
15
parafinlərin 


miqdarı təyin edilmişdir .Simmetrik qurluşlu metiləvəzli(5-metilnonan,6-
metilundekan) parafinlərin miqüdarı başqa parafinlərə nisbətən az olur . 
İndiki dövrə qədər neftin fərdi karbohidrogen tərkibinin analizi
nəticəsində 600-dən çox karbohidrogen ayrılmış və qurluşları təyin 
olunmuşdur.Normal qurluşlu parafinlər daha yaxşı öyrənilmişdir. 
Son vaxtlar neftin tərkibində psevdo–və qeyri müntəzəm qurluşlu
izoprenanların olması da aşkar edilmişdir.Psevdomüntəzəm və qeyri–
müntəzəm izoprenoidlərin parafin zəncirinin parçalanması nəticəsində 
əmələ gəlməsi imkanı göstərilmişdir . 
Normal şəraitdə C
16
və daha yüksək parafinlər sülb (bərk ) halda 
olurlar.Sülb parafinlər bütün neftlərin tərkibində olur.Parafin əsaslı 
neftlərin tərkibində onların miqdarı daha çoxdur(7-12%)Neftin tərkibində 
olan sülb parafinlər fiziki,kimyəvi xassələrinə və kristal quruluşuna görə 
iki qrupa bölünür:parafinlər və serezinlər.Ərimə temperaturu parafinlərlə 
eyni olan serezinlərin özlülüyü,şüasındırma əmsalı,molekul və xüsusi 
kütlələri yüksək olur.Sülb parafinlərinin ərimə temperaturu 50-
55
0
C,qaynama 
temperaturu 
550
0
Colduğu 
halda,serezinlərin 
ərimə 
temperaturu 65-88
0
C,qaynama temperaturu isə 600
0
C-dən yüksək 
olur.Parafinlərin molekul kütləsi 300-dən 450-ə,serezinlərin isə 500-dən 
750-yə qədər olur.Neft parafinləri-tərkibi daha çox müxtəllif molekul 
kütləli parafinlərdən ibarət qarışıqdır.Serezinlərin əsas komponentləri isə 
normal və daha çox izopquruluşlu yan zəncir saxlayan naften 
karbohidrogenləridir.Serezinlərin tərkibinə daxil olan,uzun alkil zəncirində 
aromatik həlqə saxlayan birləşmələrin miqdarı isə az olur.Onların nisbəti 
serezinin ayrıldığı neftin təbiətindən asılıdır. 
Serezinlərin kimyəvi tərkibi hələ də tam öyrənilməmişdir.Belə ki,bəzi 
tədqiqatçıların fikrincə, serezinlər əsasən yüksək molekullu normal 
parafinlərdən ibarətdir.Lakin bir sıra işlərdə isə serezinlərin uzun 
yanzəncirli tsikloparafinlərdən ibarət olması təsdiq edilmişdir.Bundan 
başqa,onların tərkibində şaxəli parafinlər,az miqdarda normal parafinlər 
və cüzi miqdarda alkilaromatik karbohidrogenlər də olur. 
Serezinlərin 
parafinllərə 
nisbətən 
kimyəvi 
cəhətdən 
az 
davamlıdır.Serezinlər tüstülənən sulfat və xlorsulfon turşuları ilə 


sürətlə,parafinlər isə çox zəif reaksiyaya daxil olur.Parafin və serezinlərin 
tərkibini tədqiq etmək məqsədi ilə nitrolaşma reaksiyasından istifadə 
olunmuşdur.Məlumdur ki,şaxəli quruluşlu parafinlər nitral turşusu ilə 
üçlü,n-parafinlər isə ikili nitrobirləşmələr əmələ gətirir.Bununla da neft 
parafinlərinin 25-35%,neft serezinlərinin isə daha çox izoparafinlər 
saxlaması aşkar edilmişdir.Sülb parafinlər yüksək parafinli neftlərin 
parafin distillatlarından və ya yağ distillatlarının seçici həlledicilərlə 
deparafinləşməsindən ayrılan qaçın təmizlənməsindən alınır.Qaç-bərk 
parafinlərdən və az miqdar yağ distillatının qarışığından ibarətdir. 
Təbiətdə serezinlərə bərk halında,naften əsaslı neftlərin tərkibində rast 
gəlinir. Parafinlərin tərkibindən serezinləri təcrubi olaraq ayıərmaq 
mümkün deyil.Serezin saxlayan neftlər uzun müddət saxlandıqda onlar 
qara çöküntü şəklində ayrılır.Bu zaman neftin tərkibində olan mineral 
qarışıqlar vəqatran maddələr də həmin çöküntünün tərkibinə daxil olur. 
Ozokerit tərkibli qazıntıları üzvi həlledicilərdə həll edib,sonra isə 
ekstraksiya üsulu ilə ayrılmış ozokeriti sulfat turşusu və ağardıcı gillərlə 
təmizləməklə ağ,sarı və çəhrayı rəngli serezinlər almaq olar. 
Parafin vəserzinlərdən radiotexnika və elektrotexnikada eləcə də 
şam,kağız, kibrit, dəri ətriyyat və s.kimi müxtəlif istehsal sahələrində geniş 
istifadə olunub. Sülb parafinlərdən neft-kimyəvi sintezdə,o cümlədən 
sintetik yağ turşuların,spirtlərin və s.alınmasıda,serezinlərdən isə xüsusi 
məqsədli kağız istehsalında,arı pətəyinin hazırlanmasında istifadə olunur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə